Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Musiqi yükləmə
Musiqi yükləmə — internetə bağlı bir kompüterdən və ya bir veb saytdan bir istifadəçinin kompüterinə musiqi transferi. Bu anlayışa həm qanuni endirmələr, həm də təlifli məzmunun icazəsiz və ya ödəniş ödəmədən endirilməsi daxildir. Nielsen tərəfindən hazırlanan bir hesabata görə, 2012-ci ildə ABŞ-dakı musiqi satışının 55,9 %-i endirmələrdən meydana gəlməkdədir.
Yüzləçək qızılgül
Yüzləçək qızılgül (lat. Rosa centifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muxtəlifdir — möhkəm iri, oraqvarı əyilmiş, xırda, düz, qaidə hissəsi bir qədər enli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm enə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır.
On iki raund 2: Yenidən yüklənmə
12 Raund 2: Yenidən yüklənmə, 2013 -cü ildə çəkilmiş Amerika filmidir. Filmin rejissoru Roel Reine olmuşdur və filmdə baş rolu WWE güləşçisi Randy Orton oynamışdır. == Süjet xətti == Nik Malloy adi bir təcili yardım işçisidir. Həmkarı Jay ilə başqa bir mübarizəyə girişən Nick, özünün məkrli psixopat Patrick Hellerin oyununa cəlb olunduğunu görür. Nik telefonla Hellerin əmrini yerinə yetirməlidir, əks halda cinayətkar arvadını öldürəcək. Tezliklə məlum olur ki, Heller həyat yoldaşının qatilindən bir tibb işçisinin köməyi ilə intiqam almaq istəyir.