Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azovboyu yüksəklik
Azovboyu yüksəklik (ukr. Приазовська височина) — Ukraynanın cənub-şərqində yüksəklik. Hündürlüyü 326 metrə qədərdir (Mogila-Belmak). Səthi, əsasən, löss çöküntüləri ilə örtülüdür. Cənub qaratorpaqları geniş sahə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Бондарчук В. Г. Геоморфологія УРСР. — Х. : Радянська школа, 1949. — 246 с. Дмітрієв М. І. Геоморфологія УСРР. — Х. : Радянська школа, 1936. Заставний Ф. Д. Географія України. У 2-х кн / Ред.
Bozyer (yüksəklik)
Bozyer — Goranboy rayonu ərazisində yüksəklik. == Ümumi məlumat == Xalq arasında Bozaran da adlanır. Yamacları yarğanlara parçalanmışdır. Hündürlüyü 194 m. Oronim boz (yarımsəhra, zəif bitki ortuklu, bozqır) və yer (əslində yar qədim türk mənşəli soz olub "yarğan", "dərə" mənalarında işlənir) komponentlərinin birləşməsindən düzəlib, "bozqır torpaqlı yarğan" mənasındadır.
And dağlarının yüksəklik qurşaqları
And dağları 4 yüksəklik qurşağından ibarətdir : Tierra Caliente (İsti Ölkə), Tierra Templada (Sərin Ölkə), Tierra Fria (Soyuq ölkə), Tierra Helada (Şaxtalı ölkə). Hər bir qurşaqda həyat müxtəlifdir. Buna istər insan, istər heyvan, istərsə də bitki həyatı daxildir. Qurşaqlar təkrarolunmazlığı ilə seçilir. Tierra Caliente – İsti ölkə Temperaturu çox yüksəkdir. Burada tarantullara çox rast gəlinir. Onların sancmağı ölümlə nəticələnməsə də şiddətli ağrıya səbəb olur. Tierra caliente- də çoxlu banan plantasiyaları yerləşir. Əsasən tropik ovalıqlardan ibarətdir. Bu yüksəklik qurşağı And dağlarını həm şərqdən, həm də qərbdən əhatə edir.
Holan yüksəklikləri
Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan (qulaq as)) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. 25 mart 2019-cu ildə ABŞ Qolan təpələri üzərindəki suverinliyini tanıyan ilk dövlət olmuşdur.
Sambeksk Yüksəkliklərində
Sambeksk Yüksəkliklərində — Rusiyanın Rostov vilayətində qələbə memorialı "Sambeksk Yüksəkliklərində" qələbə memorialı 1970-ci illərdə Azərbaycanın iştirakı ilə Rusiyanın Rostov vilayətində ucaldılıb. Çünki Taqanroq və Rostovun Neklinovsk rayonlarının azad edilməsində azərbaycanlılardan təşkil edilmiş diviziya xüsusi rol oynayıb. Buna görə də bu diviziya "Taqanroq diviziyası" adlanıb. Abidə 1980-ci il mayın 7-də Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə açılıb.
Babazənən yüksəkliyi
Babazənən yüksəkliyi — Azərbaycan Respublikasının Salyan rayonu ərazisində Salyan şəhərinin şimal-şərqində Duzdağ gölünün şimalında yerləşir. Cənub-şərqi Şirvan düzündəki yüksəklik Babazanan və Babazanlı olaraq da adlanır. Hündürlüyü 41,2 metrdir. 2008-ci ildə Babazənən dağında kütləvi məzarlıq aşkarlanıb. Məzarlıq ərazidə heyvan otaran çobanlar tərəfindən tapılıb. Dağın yamacında yaranmış yarğana baxarkən çobanlar orada çoxlu sayda insan sümüklərinin olduğunu görüblər. Aşkar edilmiş kütləvi məzarlığın 1918-ci ildə ermənilərin rayonda törətdikləri soyqırım zamanı yarandığı güman edilir. Tarixi faktlarda da göstərilir ki, 1918-ci ildə ermənilər bu ərazilərdə qırğınlar törədiblər. Əhali sağ qalmaq üçün Babazənən dağında gizlənsə də, ermənilər onları tapıb qətlə yetiriblər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya İnstitutunda Babazənən dağında aşkar edilmiş sümük qalıqlarına vizual baxış keçirilib.
Fərrux yüksəkliyi
Fərrux və ya Qaraqlux — Azərbaycan Respublikasının Xocalı rayonununda dağ. Eyniadlı yaşayış yerinin yuxarısında yerləşir.
Haanya yüksəkliyi
Haanya (est. Haanja kõrgustik) — Estoniyanın cənub-şərqində yerləşən yüksəklik. Estoniyanın və bütövlükdə Baltikyanı ölkələrinin ən yüksək zirvəsi olan Suur-Munamyaq (est. Suur-Munamägi) bu yüksəklikdədir. Haanya yüksəkliyinin cənub hissəsi qismən Latviya ərazisinə keçir. Yüksəklik burada Aluksnen adlanır. Latviya hissəsindəki maksimal yüksəklik dəniz səviyyəsindən 271.5 metrdir — Delinkalns təpəsi (Dēliņkalns). Haanyanın cənub-şərq hissəsi Rusiyanın Pskov vilayətinin Peçora rayonuna aiddir. Beləliklə, bu yüksəklik üç dövlət sərhəddinin qovuşduğu zonada yerləşir.Haanya yüksəkliyi daxilində kiçik yüksəkliklər ayrılmış: Vallamyaqi (Vällamägi) — dəniz səviyyəsindən 304 m hündürlükdə, Kerekunnu (Kerekunnu) — 296 m, Tsalbamqqi (Tsälbamägi) — 293 m. Haanya yüksəkliyindən axan bir neçə çay öz başlanğıcını götürür və üç fərqli istiqamətdə axır — Çud, Pskov və Fin.
Hocaz yüksəkliyi
Hocaztəpə — Laçın rayonu ərazisində dağ. Yerli əhali arasında Hocazdaşı adı ilə tanınır. Oronim Hoçaz çayının adı ilə bağlıdır.
Moldova yüksəkliyi
Moldova yüksəkliyi (rum. Podișul Moldovei) — Rumıniyanın şərqində, Prut və Siret çayları arasında yüksəklik. Maksimum hündürlüyü 562 metrdir. Əhəngdaşı, qumdaşı və gillərdən təşkil olunmuşdur. Bitkisi, əsasən, meşə-çöl tiplidir. Çox hissəsi əkin sahəsi və üzümlüklərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Moldova yüksəkliyi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Ortarus yüksəkliyi
Ortarus yüksəkliyi — Şərqi Avropa düzənliyində yerləşən bir yüksəklik. Şimalda Oka çayı vadisinin enlik seqmentindən cənubda Donetsk silsiləsinə qədər uzanır. Şimal-qərb Smolensk-Moskva silsiləsi ilə həmsərhəddir. Qərbdə Polesskaya, cənub-qərbdə Dnepr yaylası və şərqdə Oka-Don düzənliyi (Tambov düzənliyi) ilə həmsərhəddir. Uzunluğu təxminən 1000 km, eni 500 km-ə qədər, hündürlüyü 200–253 m (ən hündür nöqtəsi — 305 m). Cənub-şərq hissəsi Kalac yüksəkliyi adlanır. == Relyef və geologiya == Kembridən əvvəlki kristal təməl yüksəkliyin orta hissəsində ən yüksək səviyyədədir və Don çayı vadisində, Pavlovsk və Boquçar şəhərləri arasındakı ərazidə səthə çıxır. Şimalda Devon və Daş kömür dövrünün əhəng daşları, Yura və Alt Təbaşir dövrünün qumlu-gilli yataqları ilə, cənubda Mergel qumları, gillər, qum daşları ilə örtülmüşdür. Minerallar: Kursk maqnit anomaliyasının dəmir filizi (ən əhəmiyyətli Mixaylovski yatağı), əhəng daşı və təbaşirin böyük ehtiyatları, Moskva kömür hövzəsinin qəhvəyi kömürü, uran filizinin sənaye ehtiyatları. Qranit, sement xammalı və digər tikinti materialları yataqları.
Səsin yüksəkliyi
Səsin yüksəkliyi (ing. pitch, rus. высота звука) — səsin qulağa təsiri ilə müəyyən edilib, subyektiv qiymətləndirilməsi. Qulağa gələn enerji axını nə qədər böyükdürsə, yüksəklik o qədər böyükdür. Səsin yüksəkliyini ölçmək üçün səsin intensivliyi əlverişlidir. Səsin yüksəkliyi desibel (dB) ilə ifadə edilir. Məsələn, yarpaqların xışıltısı 10 dB, pıçıltı 20 dB, küçədəki səs-küy 70 dB, ağrı yaradan hədd 120 dB, ölümcül səviyyə 180 dB olaraq qiymətləndirilir. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti",2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
951 yüksəkliyi
951 yüksəkliyi və ya Qlobus yüksəkliyi — Azərbaycan Respublikası Tərtər rayonu ərazisində, Kiçik Qafqaz dağ sisteminin Murovdağ dağ silsiləsində yerləşən yüksəklik. Yüksəkliyin mütləq hündürlüyü 951 metr təşkil edir. Yüksəklik Tərtər rayonunun Suqovuşan, Təpəkənd və Dəstəgül kəndləri arasında, Suqovuşan su anbarının cənub-qərbində yerləşir. Yüksəklik strateji əhəmiyyət daşıyır və Qarabağ münaqişəsi dövründə bir neçə dəfə döyüşlərə şahidlik etmişdi. == Adı == Yüksəkliyin adı xəritələrdə rəsmi olaraq "951 yüksəkliyi" kimi gedir. Bu, yüksəkliyin mütləq hündürlüyünün 951 metr olması ilə əlaqədardır. Qeyri-rəsmi mənbələr və yerli xalq arasında yüksəkliyin adı "Qlobus" olaraq keçir. Yüksəkliyə niyə bu adın verilməsi ilə bağlı rəsmi məlumat olmasa da, yüksəkliyin nisbətən yumru şəkildə olması və qlobus formasına oxşaması yüksəkliyin yerli xalq arasında belə adlandırılması ehtimallarından biridir.[mənbə göstərin] == Tarixi == Yüksəkliyin 3 yaşayış məntəqəsi, Talış-Ağdərə yoluna və su anbarına vizual nəzarətə imkan verməsi Qarabağ müharibəsi dövründə həmin yüksəkliyin strateji əhəmiyyətini artırmışdır.[mənbə göstərin]Birinci Qarabağ Müharibəsi zamanı yüksəklik bir neçədə dəfə əl dəyişdirib. Qarabağ müharibəsinin ilk illərində yüksəklik və ona bitişik kəndlər erməni qüvvələrinin nəzarətində olub. 1992-ci ilin iyun-iyul aylarında keçirilmiş Ağdərə əməliyyatı zamanı Talış, Suqovuşan və Təpəkənd yaşayış məntəqələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, yüksəkliyə nəzarətə imkan vermişdir.
Qlobus yüksəkliyi
951 yüksəkliyi və ya Qlobus yüksəkliyi — Azərbaycan Respublikası Tərtər rayonu ərazisində, Kiçik Qafqaz dağ sisteminin Murovdağ dağ silsiləsində yerləşən yüksəklik. Yüksəkliyin mütləq hündürlüyü 951 metr təşkil edir. Yüksəklik Tərtər rayonunun Suqovuşan, Təpəkənd və Dəstəgül kəndləri arasında, Suqovuşan su anbarının cənub-qərbində yerləşir. Yüksəklik strateji əhəmiyyət daşıyır və Qarabağ münaqişəsi dövründə bir neçə dəfə döyüşlərə şahidlik etmişdi. == Adı == Yüksəkliyin adı xəritələrdə rəsmi olaraq "951 yüksəkliyi" kimi gedir. Bu, yüksəkliyin mütləq hündürlüyünün 951 metr olması ilə əlaqədardır. Qeyri-rəsmi mənbələr və yerli xalq arasında yüksəkliyin adı "Qlobus" olaraq keçir. Yüksəkliyə niyə bu adın verilməsi ilə bağlı rəsmi məlumat olmasa da, yüksəkliyin nisbətən yumru şəkildə olması və qlobus formasına oxşaması yüksəkliyin yerli xalq arasında belə adlandırılması ehtimallarından biridir.[mənbə göstərin] == Tarixi == Yüksəkliyin 3 yaşayış məntəqəsi, Talış-Ağdərə yoluna və su anbarına vizual nəzarətə imkan verməsi Qarabağ müharibəsi dövründə həmin yüksəkliyin strateji əhəmiyyətini artırmışdır.[mənbə göstərin]Birinci Qarabağ Müharibəsi zamanı yüksəklik bir neçədə dəfə əl dəyişdirib. Qarabağ müharibəsinin ilk illərində yüksəklik və ona bitişik kəndlər erməni qüvvələrinin nəzarətində olub. 1992-ci ilin iyun-iyul aylarında keçirilmiş Ağdərə əməliyyatı zamanı Talış, Suqovuşan və Təpəkənd yaşayış məntəqələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, yüksəkliyə nəzarətə imkan vermişdir.
Yüksəliş adası
Yüksəliş adası (ing. Ascension Island) — Atlantik okeanın mərkəzi hissəsində (7º57' c.e. 14º22' q.u.) ada. 1501-ci ildə portuqaliyalılar tərəfindən kəşf edilmişdir. Sahəsi 88 km2. Səthi sönmüş vulkanların (təqr. 35) kraterləri ilə örtülü platodur. Hünd. 875 m-ə çatır. Tropik meşələr və çoxlu dəniz quşları var.
Buqulma-Belebey yüksəkliyi
Buqulma-Belebey yüksəkliyi (ing. Bugulma-Belebey Upland) — Şərqi Avropa düzənliyinin şərqində, Rusiya Federasiyasının, Tatarıstan və Başqırdıstan respublikaları, Samara və Orenburq vilayətləri ərazisində pilləli yüksəklik. == Coğrafiyası == Belaya, Kama və Volqa çaylarının sol qollarının suayırıcısıdır. Hündürlüyü 200–400 m-dir. Yamacları çay dərələri ilə parçalanmışdır. Əhəngdaşı, gil və qum daşıdan təşkil olunmuşdur. Karst uçurumları və mağaraları var. Meşə-çöl və çöl landşaftı üstündür. Neft yataqları (Volqa-Ural neftli-qazlı əyaləti) var.
Azərbaycan Yüksəliş Partiyası
Yüksəliş dönəmi sədrəzəmləri
Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453-1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir.
Yüksəliş kafedralı (Almatı)
Yüksəliş kafedralı (rus. Вознесенский собор, qaz. Вознесенск кафедралы шіркеуі) və ya Zenkov kafedralı ― Qazaxıstanın Almatı şəhərindəki Panfilov parkında yerləşən bir Rus Pravoslav kafedralı. 1907-ci ildə tamamlanan kafedral mismardan istifadə edilmədən taxtadan düzəldilmişdir. Hündürlüyü 56 metrdir və dünyanın ən yüksək ikinci taxta tikilisi olduğu iddia edilir. Tikili Qazaxıstanın Respublika Əhəmiyyətli Tarix və Mədəniyyət abidələri siyahısına daxildir. == Tarix == 19-cu əsrin sonlarında Türkistan yeparxiyasının ilk yepiskopları Almatıda Rus Pravoslav kilsəsinə ehtiyac olduğunu müzakirə etdilər. 26 sentyabr 1903-cü ildə Türkistan və Daşkənd yepiskopu Paisii (Vinoqradov) kilsənin təməlini təqdis etdi. 1904–1907-ci illərdə mühəndis Andrey Zenkov başçılığı ilə memar Konstantin Borisoqlebski tərəfindən dizayn edilmiş layihə əsasında inşaata başlanıldı. Kafedral heç bir mismar olmadan tikilsə də, 1911-ci ildə baş verən zəlzələdən minimal ziyanla xilas oldu və bu, bəzi yepiskoplar tərəfindən ilahi müdaxilə ilə əlaqələndirdi.Kafedralın daxili interyeri Moskva və Kiyevdəki sənət emalatxanalarında hazırlanmışdır.
Sambek yüksəkliyi şöhrət memorialı
Sambek yüksəkliyi şöhrət memorialı — Rostov vilayəti Neklinnovski rayonu Sambek qəsəbəsindən bir qədər aralıda yerləşən memorial abidə kompleksi. Kompleks 130 və 416 atıcı diviziyalarının Taqanroqun alınmasındakı xidmətlərinə görə qoyulmuşdur. Bu diviziyalar fəxri "Taqanroq diviziyası" adın layiq görülmüşlər. == Abidə == Abidə kompleksinin müəllifi bakılı heykəltaraş Elcan Seyfulla oğlu Şamilov və rostovlu V. İ. və İ. V. Qriqor. Abidə kəndin ətrafında ən hündür nöqtədə, vaxtı mövcid olan səngərlərin yerində, pulemyotların yerləşdirildiyi ərazidə ucaldılmışdır. Abidə iki beton lövhədən ibarətdir. Mərkəzdə ayrılmış abidə iki hissədən ibarətdir. Bu isə Taqanroqun azad olunmasında iştirak etmiş iki atıcı diviziyanı tərənnüm edir. Bu abidə bütün Rostov vilayəti ərazisində ən böyük memorial abidədir. == Tarix == Abidə 7 may 1980-ci ildə Azərbaycan SSR MK baş katibi Heydər Əliyev başda olmaqla Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə açılmışdır.
Osmanlı Dövləti yüksəliş dövrü
Osmanlı Dövləti Yüksəlmə Dövrü — II Muradın (1421–1444, 1446–1451) ölümündən sonra yerinə oğlu Fateh Sultan Məmməd (II. Məmməd) (1444–1446, 1451–1481) padşah olduğunda, artıq Osmanlı Dövləti, Pasinler müharibəsinin bütün sarsıntılarını sovuşdurmuş və quruluş dövrünü tamamlamış bir imperiya olaraq dünya Thumbnail yerini almağa hazır idi. 1451'de II. Məmməd, atalarının bir çox dəfə girişip də bilmədikləri İstanbulu almaq işini düşünə biləcək və bunu reallaşdıra qədər özünü güclü hiss edirdi. == Mənbə == [en:wikipe] Finkel, Caroline, Osman's Dream, Basic Books, 2004. Culture de l'Empire ottoman : la vie dans l'Empire ottoman et son influence sur l'Occident, l'Afrique et l'Asie.
Yüksəliş dönəmi Osmanlı sədrəzəmləri
Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453-1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir.
Yüksəliş dövrü Osmanlı sədrəzəmləri
Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453-1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir.
Drakula 2: Yüksəliş (film, 2003)
Drakula 2: Yüksəliş (ing. Dracula II: Ascension) — 2003-cü ildə istehsal olunmuş filmdir. == Xarici keçidlər == Drakula 2: Yüksəliş — Internet Movie Database saytında.
Yüksəliş kilsəsi (Rostov-na-Donu)
Rəbbin yüksəlişi kilsəsi (rus. Храм Вознесения Господня ) — Rusiyanın Rostov-na-Donu şəhərindəki Qardaşlar qəbiristanlığı ərazisində 1910-1913-cü illərdə tikilmiş pravoslav kilsəsi. Məbədin tikintisi tacirlər Qerasimov, Myasnikov və Safonovun hesabına həyata keçirilmişdir. Layihə memar Qriqori Vasilyev tərəfindən hazırlanmışdır. Baş qurbangah Rəbbin yüksəlişi şərəfinə təqdis edildi. Kilsə regional əhəmiyyətli mədəni irs obyekti statusuna malikdir. == Tarixi == 1892-ci ildə, şəhər xaricində epidemiya başlandıqdan sonra, Qardaşlar (rus. Братское) qəbiristanlığı adlanan bir qəbiristanlıq quruldu. O vaxt bura Rostov-na-Donudakı ən böyük qəbiristanlıq idi.1891-1908-ci illərdə Yeni Bazar Meydanında Aleksandr Nevskinin kafedralı tikildi. Bu dövrdə Sergey Zaqoskinin layihəsi əsasında müvəqqəti bir daş kilsə tikildi.
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları
Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya (ing. Saint Helena, Ascension and Tristan da Cunha) — Böyük Britaniyanın Müqəddəs Yelena və Yüksəliş adalarından, eləcə də Tristan-da-Kunya arxipelaqından ibarət olan, Afrika sahillərindən qərbdə, Cənubi Atlantikada yerləşən dəniz əraziləri. 2009-cu il sentyabrın 1-nə - hər bir ada qrupunun bərabər statusunu müəyyənləşdirən yeni konstitusiya qüvvəyə minənə qədər Müqəddəs Yelena adası və Ərazilər (ing. Saint Helena and Dependencies) adını daşıyıb.