Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salamlaşma
Salamlaşma insanlar arasındakı ünsiyyətin bir hissəsidir. Salamlaşma forması və dili ölkədən ölkəyə və regiondan regiona görə fərqlənir. Bu jest və ya jestlər bir və ya daha çox yaxınlıq, sülh, dostluq, yaxınlıq, sevgi və hörmət ifadələrini ehtiva edə bilər. “Salam”, “sabahınız xeyir”, “salam aleykum”, “gününüz xeyir”, “axşamınız xeyir”, “gecəniz xeyir” kimi sözlər və ifadələr Azərbaycan dilində mövcud olan şifahi salamlaşma formalarıdır. Bu nümunələrin demək olar ki hamısı başqa dillərdə də mövcuddur. Bu formalardan əlavə gülümsəmək, əl yelləmək, əyilmək, göz qırpmaq şəklində jest və mimiki hərəkətlər də salamlaşma forması kimi qəbul edilir. Rəsmi uniforma daxilində salamlamalar tənzimlənsə də, qarşılıqlı əlaqə mövcuddur. Həm də salamlaşma bir ünsiyyət və əlaqənin başlanğıcı sayılır. Salamlaşmada qarşılıqlı tanınma və məlum olma təmin edilir.
Cilalama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı)Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05-50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.