Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çirkinli
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çirkinli (Miyanə)
Çirkinli (fars. چركينلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 494 nəfər yaşayır (117 ailə).
Çirkinli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. == Əhalisi == === Şəhidləri === Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çirkinli (dəqiqləşdirmə)
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çirkinli (Çeşməli)
Çirkinli adında Tovuz rayonunda (Azərbaycanda) kənd olmuşdur. Təəssüf ki, yerli əhali “Çirkinli” adının mənasını yanlış qəbul edərək onun “xoşagəlməz” (çirkli, çirkin, bulanıq, məcazi mənada gözəl olmayan, eyibli) mənasından çəkinərək bu qədim adı dəyişdirməyə nail olmuşlar. Bu zaman onun qədim adınını müqabilində elə də məzmunlu görünməyən yeni adla- Çeşməli adıyla əvəz etmişlər (1959). Halbuki, yanlış ad yoxdur. Yurdumuzu Kəlbəcər rayonunda da bu adda Quzey Çirkin kəndi vardır. Xalqımızın soykökündə qədim oğuz eli olan Çirkinli tayfasınını öz yeri vardır. Tarixçi Rəşidəddinin “Qəhrəman tayfa” adlandırdığı çirkinlilərlə tarix səhifələrində monqol- tatar etnonimləri (xalq, tayfa,tirə, nəsil adları) sırasında qarşılaşırıq. 1. Belə ki, Çirkin tayfası Oriyat, Suqayıt, Tanqit, Corat, Küngüt, Zunun tayfaları kimi monqol yürüşündə iştirak edən xalqlardandır. Hazırkı dövrdə göstərilən tayfaların adları kənd adlarımızda hifz olunmaqdadır.