Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çöhrəq (Sərab)
Çöhrəq (fars. چهرق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Mahmudəli Çöhrəganlı
Mahmudəli Çöhrəqanlı - publisist, dilşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Mahmudəli Çöhrəqanlı 1958-ci ilin baharında İranda, Cənubi Azərbaycanın Şəbistər şəhristanının Çöhrəqan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Təbriz Universiteti Xarici dillər fakültəsinin dekan müavini işləmişdir. Dissertasiya müdafıə edib PhD elmi dərəcəsini almışdır. Milli azadlıq hərəkatına qoşulduğuna görə işdən çıxarılmış, Təbrizə "sürgün" olunmuşdur. Təbrizdə Tərbiyyət Universitetində ümumi dilçilikdən mühazirələr oxumuş, eyni zamanda elmi məqalələr, monoqrafıyalar üzərində işləmişdir. "Fars dilində türk sözləri" (1994) kitabı ona şöhrət qazandırmışdır. Bu kitabda türk mənşəli sözlər açıqlanmışdır. Onun "Fars dilində türk adları", "Azərbaycan türkcəsi fonetikasının fars və ərəb dilləri ilə müqayisəsi"{Ctn}}, "Azərbaycan türkcəsinin feli quruluşu" və s. elmi əsərləri çapdan çıxmışdır.
Mahmudəli Çöhrəqani
Mahmudəli Çöhrəqanlı - publisist, dilşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Mahmudəli Çöhrəqanlı 1958-ci ilin baharında İranda, Cənubi Azərbaycanın Şəbistər şəhristanının Çöhrəqan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Təbriz Universiteti Xarici dillər fakültəsinin dekan müavini işləmişdir. Dissertasiya müdafıə edib PhD elmi dərəcəsini almışdır. Milli azadlıq hərəkatına qoşulduğuna görə işdən çıxarılmış, Təbrizə "sürgün" olunmuşdur. Təbrizdə Tərbiyyət Universitetində ümumi dilçilikdən mühazirələr oxumuş, eyni zamanda elmi məqalələr, monoqrafıyalar üzərində işləmişdir. "Fars dilində türk sözləri" (1994) kitabı ona şöhrət qazandırmışdır. Bu kitabda türk mənşəli sözlər açıqlanmışdır. Onun "Fars dilində türk adları", "Azərbaycan türkcəsi fonetikasının fars və ərəb dilləri ilə müqayisəsi"{Ctn}}, "Azərbaycan türkcəsinin feli quruluşu" və s. elmi əsərləri çapdan çıxmışdır.
Mahmudəli Çöhrəqanlı
Mahmudəli Çöhrəqanlı - publisist, dilşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Mahmudəli Çöhrəqanlı 1958-ci ilin baharında İranda, Cənubi Azərbaycanın Şəbistər şəhristanının Çöhrəqan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Təbriz Universiteti Xarici dillər fakültəsinin dekan müavini işləmişdir. Dissertasiya müdafıə edib PhD elmi dərəcəsini almışdır. Milli azadlıq hərəkatına qoşulduğuna görə işdən çıxarılmış, Təbrizə "sürgün" olunmuşdur. Təbrizdə Tərbiyyət Universitetində ümumi dilçilikdən mühazirələr oxumuş, eyni zamanda elmi məqalələr, monoqrafıyalar üzərində işləmişdir. "Fars dilində türk sözləri" (1994) kitabı ona şöhrət qazandırmışdır. Bu kitabda türk mənşəli sözlər açıqlanmışdır. Onun "Fars dilində türk adları", "Azərbaycan türkcəsi fonetikasının fars və ərəb dilləri ilə müqayisəsi"{Ctn}}, "Azərbaycan türkcəsinin feli quruluşu" və s. elmi əsərləri çapdan çıxmışdır.
Çöhrəbərq (Nir)
Çöhrəbərq (fars. چهره برق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 75 nəfər yaşayır (17 ailə).
Çöhrəqan (Şəbüstər)
Çöhrəqan (fars. چهرگان‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,300 nəfər yaşayır (409 ailə).
Çöhrəqanlı
Mahmudəli Babaxan oğlu Çöhrəqanlı (d. 5 mart 1958, Şəbistər, Pəhləvi İranı) Pəhləvi sülaləsi dövründə İran Azərbaycanının Şəbistər bölgəsində dünyaya gəlmiş siyasi fəal, publisist, dilşünas, filologiya elmləri doktoru, professordur. Piruz Dilənçi tərəfindən Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatından qovulduqdan sonra o, Güney Azərbaycan Milli Oyanış Hərəkatının əsasını qoymuşdur. Bu hərəkatın məqsədi İranın say etibarilə ikinci etnosu olan azərbaycanlıların və ya Azərbaycan türklərinin maraqlarını qorumaqdır.Çöhrəqanlı Təbriz Universitetində filologiya üzrə professor olaraq fəaliyyət göstərmişdir.Uilyam O. Beemanın bildirdiyinə görə, Çöhrəqanlə Corc Buş administrasiyası zamanı ABŞ tərəfindən dəstəklənmişdir. == Həyatı == Mahmudəli Çöhrəqanlı 1958-ci ilin baharında İranda, Cənubi Azərbaycanın Şəbistər şəhristanının Çöhrəqan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Təbriz Universiteti Xarici dillər fakültəsinin dekan müavini işləmişdir. "Fars dilində türk sözləri" (1994) kitabı ona şöhrət qazandırmışdır. Bu kitabda türk mənşəli sözlər açıqlanmışdır. Onun "Fars dilində türk adları", "Azərbaycan türkcəsi fonetikasının fars və ərəb dilləri ilə müqayisəsi", "Azərbaycan türkcəsinin feli quruluşu" və s. elmi əsərləri çapdan çıxmışdır.
Çöhrəqoşa (Urmiya)
Çöhrəqoşa (fars. چهره گشا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər. yaşayır (61 ailə).
Möhrə
Möhrə (ev tipi) — Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. Möhrə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Zöhrə
Zöhrə— İranın Xuzistan ostanının Hindican şəhristanının Çəm Xələf İsa bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,282 nəfər və 267 ailədən ibarət idi.
Möhrə (Germi)
Möhrə (fars. مهره‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 323 nəfər yaşayır (66 ailə).
Nəbahat Çehrə
Nəbahat Çehrə (türk. Nebahat Çehre; 15 mart 1944, Samsun) — məşhur Türkiyə aktrisası. == Həyatı və karyerası == Nəbahat Çehrə 15 mart 1944-cü ildə Samsunda dörd uşaqlı bir ailədə dünyaya gəlib. Ailənin yeganə qızı olan Çehrə ana tərəfdən gürcü, ata tərəfdən laz mənşəlidir. Beş yaşında ikən ailəsi İstanbula köçən Çehrə 15 yaşında "Türkiyə gözəli" seçilmişdir. 1961-ci ildə "Yaban gülüm" filmi ilə ilk dəfə səhnəyə qədəm qoydu. 1964-cü ildə Yılmaz Güneylə tanış olub "Kamalı Zeybək" filmində çəkildi və 30 yanvar 1967-ci ildə Yılmaz Güneylə ailə həyatı qurdu. "Ölkə məsələlərindən həyata baxışına qədər hər mövzuda məlumat əldə etməsində Yılmaz Güneyin böyük rolu oldu. O zamanlar ayaqları üzərində dura bilməyən gənc qız, yəni mən işin ciddiyyətini Yılmazdan öyrəndim" deyən Nəbahat Çehrə Güneyin təcrübəsindən çox şey öyrəndiyini bildirmişdir. Bir müddət kinodan uzaq qalan Çehrə, Güneydən boşandıqdan sonra yenidən səhnəyə qayıdır.
Zöhrə Abdullayeva
Zöhrə Abdulla qızı Abdullayeva (18 dekabr 1952, Şuşa, DQMV – 26 may 2021, Bakı) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti (2007). == Həyatı və fəaliyyəti == Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərli kimi sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Peşəkar səhnəyə isə İslam Rzayev gətirib.Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmişdir. Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 1985-ci ildə "İstedadlar axtarılır" konsert müsabiqəsinin qalibi olub.
Zöhrə Ağamirova
Zöhrə Ağamirova (d. 8 avqust 2001; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. Zöhrə Ağamirova IV İslam Həmrəyliyi Oyunlarının çempionudur. == Həyatı == Zöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. 2007-2018-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məjtəbdə təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Subaydır. == Karyerası == Zöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu. Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu. 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.2012-ci ilin fevralında Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında şəhər çempionatını gümüş medalla başa vurdu.
Zöhrə Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. == Həyatı == Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zöhrə Rəhmətullina
Zöhrə Yıhanur qızı Rəhmətullina (doğ. 26 avqust 1961, BMSSR. Aşağı Lemez kəndi) — fəlsəfə elmləri doktoru, professor; Başqırdıstan Respublikası Təhsil Naziri (2004-2006); Rusiya Federasiyasının VI çağırış Dövlət Dumasının (2011-2016-cı illər); Rusiya Federasiyası VII çağırış Dövlət Dumasının deputatı (2016-cı ildən). == Bioqrafiyası == 1985—1986 illər. laborat, baş laborant, Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü mühəndisi. 1986—1991 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü aspiranturasında təhsil almışdır. 1991—1996 illər. Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü kafedrasının asistenti, baş müəllim, dosent. 1996—1999 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü doktoranturasında təhsil almışdır.
Zöhrə ulduzu
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Zöhrə Əsgərova
Zöhrə Əsgərova (tam adı: Zöhrə Qulamhüseyn qızı Əsgərova; 2 aprel 1951, Bakı) — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980). == Həyat və fəaliyyəti == Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə 199 saylı şəhər orta məktəbini bitirmişdir. Bədii yaradıcılığa erkən başlamışdır. M. Ə. Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri – məqalə və mənsur şeirləri "Azərbaycan gəncləri" qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. 1971-ci ildə Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır. 1969–1973-cü illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərdövsulayihə İnstitutunda klub müdiri, 1974–1978-ci illərdə R. Mustafayev adına İncəsənət muzeyinin əməkdaşı olmuşdur. Azərbaycan ədəbi-gənclər birliyi yığıncaqlarında fəal iştirak etmişdir.
Şöhrə Ağdaşlı
Şöhrə Ağdaşlı (ing. Shohreh Aghdashloo, fars. شهره آغداشلو‎, d. 11 may 1952) — İran-ABŞ aktrisası. Soyadını ilk yoldaşı olan Aydın Ağdaşlıdan götürmüşdür.
Möhrə (ev tipi)
Möhrə - Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. == Haqqında == XIX-XX əsrin əvvəllərində Azərbaycanda geniş yayılmış yaşayış evlərinin bir qismini də möhrə tipli evlər təşkil edirdi. Belə evlərin hələ çox qədimdən mövcud olduğunu arxeoloji qazıntılar da təsdiq edir. Etnoqrafik materiallar isə göstərir ki, möhrə tipli yaşayış evləri bəzən 30-40 sm hündürlükdə çay daşından hörülmüş bünövrə üzərində, bəzən də bilavasitə torpaqdan başlayaraq tikilirdi. Möhrə divarların qoyulmasına xalq arasında “möhrə vurmaq” deyilirdi. Möhrə vurmaq üçün “möhrəkeş” adlanan üçbucaq formalı uzun saplı alətdən və şətədən istifadə olunurdu. Bu alətlərin köməyi ilə palçığı kəsib hamarlayır, onu divara vurur və divarı yonub düzəldirdilər. Möhrə divarların vurulması prosesi fasilələrlə davam etdirilirdi. Hər möhrə qatı “kürsü” adlanır, hər kürsünün üstünə isə seysmik məqsədlər üçün nəzərdə tutulan ağac qurşaq (qələmə) verilirdi. Bu qayda ilə möhrə divar 1,8-2,2 metrə qədər ucaldılırdı.
Zöhrə xanım Qovanlı-Qacar
Zəhra Xanım Tacəssəltənə (14 fevral 1883, Tehran – 25 yanvar 1936, Tehran) — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı. == Həyatı == Zəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.
Cəhrə
Cəhrə — yun, pambıq və ipək liflərdən ip əyirmək üçün alətdir. Güman edilir ki, fars dilindən alınma sözdür və mənşəyi cəhrənin çıxartdığı cırıltı səsi ilə bağlıdır. Azərbaycan xalçaçılığında bu alət əvəzedilməzdir. Yun, pambıq və ipək liflərdən eşilməklə (burulmaqla) ip əyrilir. Cəhrə bir neçə hissədən ibarətdir. Top (pərli və ya bütöv ola bilər), ön və arxa qollar, iy, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kiriş (top və iyi birləşdirən ip). Kiriş əsasən qoyun dərisindən hazırlanır.
Ohre çayı
Ohre çayı- 316 km uzunluğunda Elba çayının sol qolu. Çayın uzunluğu Almaniyada 65 km, Çexiyada 251 km-dir. Çayın sutoplayıcı sahəsi Almaniyada 6,255 km2-dir ki, onun da 5,614 km2-i Çexiyada, 641 km2-i isə Almaniyada yerləşir. Ohre çayı Çexiyanın üçüncü böyük çaydır. Almaniya və Çexiyanın bir neçə rayonu Eger/Ohre/Cheb bölgəsində əməkdaşlığı inkişaf etdirmək üçün Euregio Egrensis adlı Euroregion təşəbbüsünü təşkil etmişdir. == Həmçinin bax == Elba çayı Vltava çayı Mulde çayı == Mənbə == Friedrich Umlauft: Geographisches Namenbuch von Österreich-ungarn: Eine Erklärung von Länder-, Völker, Gau-, Fluss und Ortsnamen, A. Hölder, 1886.
Intel Core
Intel Core — Intel şirkəti tərəfindən yaradılan mərkəzi prosessor (ing. CPUs) seriyasıdır. Bu prosessorlar orta təbəqəli istehlakçılar, iş stansiyaları kimi güclü və adi kompüterlər üçün nəzərdə tutulub və Pentium prosessorlarının yerini tutub. Core prosessorlarının eyni və ya daha güclü versiyaları server və iş stansiyaları bazarları üçün Xeon prosessorları adı altında satılır. Core prosessorlarının sırasına Intel Core i3, Intel Core i5, Intel Core i7 və Intel Core i9, X seriyalı Intel Core prosessorları daxildir. Intel 2023-cü ildə prosessorlarından "i" ləqəbini çıxaracağını və onu "Core 3/5/7/9" edəcəyini elan etdi. Şirkət yüksək səviyyəli prosessorlar üçün də "Ultra" brendini təqdim edəcək. == Ümumi baxış == Intel Core heç bir daxili ardıcıllıq və ya davamlılıq vəd etməyən bir marka olsa da, bu ailənin prosessorları, əksər hallarda oxşardır. Mobil cihazlar üçün olan Core Solo və Core Duo Yonah prosessorları ilk məhsullar olub Pentium M dizayn ağacına aiddir. Bu prosessorlar 2006-cı ilin yanvarında 65 nm texnologiyası ilə istehsal olunub və satışa çıxarılıb.
İntel core i ailəsi
Döhnə
Döhnə (fars. دهنه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 92 nəfər yaşayır (31 ailə).
Nehrə
Nehrə — qatıqdan çalxalamaq yolu ilə yağ (çıxarmaq) hasil etmək üçün işlədilən qab. Nehrənin Dəri, ağac və gil növləri olmuşdur. Ağac nehrələr, əsasən, Gəncə–Qazax zonasında, gil nehrələr isə subtropik zonada yayılmışdır. Qazax şəhəri yaxınlığında (Babadərviş), Naxçıvanda (Kültəpə) və b. yerlərdə tapılmış gil nehrələr e.ə. 4–3-cü minilliklərə aid edilir. Azərbaycan məişətində XX əsrin ortalarına qədər çox geniş istifadə olunan nehrəni iki üsulla hazırlayırlar. Taxtadan hazırlamaq üçün palıd ağacından 1,5 və ya 2 metr uzunluğunda tir kəsir. Tirin içərisini nehrəgir vasitəsi ilə oymaqla düzəldirlər. Digər üsul Aran rayonlarında, əsasən meşə zəif olan yerlərdə gildən küpəyə oxşar şəkildə hazırlayırlar.
Çevrə
Çevrə — müstəvidə verilmiş nöqtədən eyni məsafədə olan nöqtələr çoxluğunun əmələ gətirdiyi həndəsi fiqura deyilir. Həmin nöqtəyə isə çevrənin mərkəzi deyilir. Çevrənin elementləri radius, vətər, diametr və qövsdən ibarətdir. Bir həndəsi cismi formalaşdıran kənarların uzunluqlarının cəmlənməsi ilə əldə edilən bir həndəsi termindir. Çevrənin dərəcə ölçüsü 360°-dir. Çevrə elementar həndəsənin tərkib hissəsidir. == Çevrənin elementləri == === Radius === Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasina radius deyilir. Çevrənin radiusu diametrinin yarısına bərabərdir. Çevrənin sonsuz sayda radiusu var. === Vətər === Çevrənin istənilən 2 nöqtəsini birləşdirən parçaya vətər deyilir.
Çökərə
Çökərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 28 nəfərdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindəki Çoqara kəndi Çökərə kəndi adlandırılmışdır.
Çörək
Çörək ― xəmiri bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Çötkə
Çötkə — Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. == Tarixi == İlk "hesablama cihazları" barmaqlar və kiçik daşlar olub. Qədim Misirdə və Yunanıstanda b.e. əvvəl çötkə istifadə edirdilər. Bu çötkələr zolaqlı lövhələr idilər. Və kiçik daşlar zolaqlar üzrə hərəkət edirdilər. Bu cihaz məhz xüsusi olaraq hesablamalar aparmaq üçün nəzərdə tutulan ilk cihaz olub. Zaman ötdükcə çötkə təkmilləşirdi. Çötkə XVIII əsrə qədər istifadə olunub. Daha sonra isə onu yazılı hesablamalar əvəz edib.
3 nömrə, 4 nömrə, 5 nömrə...
3 nömrə, 4 nömrə, 5 nömrə... — 1920-ci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xüsusilə "5 nömrə" və "6 nömrə" indi də məşhurdur. "3 nömrə" və "5 nömrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar.
Möhr
Möhr- İranın Fars ostanının şəhərlərindən və Möhr şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,188 nəfər və 1,316 ailədən ibarət idi.
"Şöhrət" ordeni
Şöhrət ordeni (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər.Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır.
Döhnə (Çəvərzəq)
Döhnə (az.-əbcəd دؤهنه‎, fars. دهنه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 761 nəfər yaşayır (228 ailə).
Pentium Dual-Core mikroprosessorlarının siyahısı və sonrakılar
Bu siyahıda İntel şirkətinin mikroprosessorlarının siyahısı təqdim olunub, Pentium Dual-Core adıyla buraxılanlar və ondan sonrakılar. Hal-hazırda İntel Pentium Dual-Core markasında imtina edib və həmçinin prosessorlar Dual-Core yazısıyla istehsal olunur, ark.intel.com saytıda isə sadəcə olaraq Pentium adlandırılır. Bu siyahıda nə vaxtsa Dual-Core adlandırılmış prosessorlar Pentium Dual-Core göstərilib, başqaları isə sadəcə Pentium. == Stolüstü prosessorlar == === Mikroarxitektura Core === ==== İki nüvəli stolüstü prosessorlar ==== ===== "Allendale", "Conroe" (65 nanometr) ===== Bütün modellər dəstəkləyir: MMX, SSE, SSE2, SSE3, SSSE3, Enhanced Intel SpeedStep Technology (EIST), Intel 64, XD bit (an NX bit implementation) ===== "Wolfdale-3M" (45 nanometr) ===== Bütün modellər dəstəkləyir: MMX, SSE, SSE2, SSE3, SSSE3, Enhanced Intel SpeedStep Technology (EIST), Intel 64, XD bit (an NX bit implementation). E5400 E5300 prosessorlar nişanlanmasından asılı olaraq Intel Virtualization Technology (VT-x) dəstəkləyir. İstənilən E5500 prosessoru Vt-x dəstəkləyir.Əvvəlki E6xx seriyası Conroe seriyasına aiddir, daha aşağı tezlikləri ilə fərqlənirdi və Core Duo 2 kimi adlandırılırdı. E6xxx seriyası 2009-ci ilin mayında yarandı və Е6300 - 2,8 GHs prosessoru təqdim olundu. 2009-ci ilin avqust ayında E6500 - 2.93 Ghs onun yanına artdı.
Cemre
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cemrə
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cohor
Cohor - (malay dilində: Johor, Cavi əlifbası ilə:جوهور) - İnzibati mərkəzi Cohor Baru, federasiyanın tərkibinə daxil olan Malayziya ştatı, Malayziyada sultanlıq. Senay - beynəlxalq aeroportuna malikdir. == Coğrafiyası == Cohor Malayziya ştatları arasında ərazisinə görə beşinci, əhalisinə görə ikinci yeri tutur. Malakka yarımadasının cənub hissəsində yerləşir. Ştatın ən hündür nöqtəsi Qnunq Ledanq (1276 m) dağıdır. Sahil xətlərinin uzunluğu 400 km.-ə yaxındır. İqlimi - evvatorial, müsson. İllik yağıntının müqdarı orta hesabla 1778 mm., orta illik temperatur 26 — 28 °S.-dir. == Tarixi == Cohorun adı ərəb mənşəli olub "qiymətli daş" deməkdir. Sultanlığın əsası XVI əsrin əvvəllərində Portuqaliya işğalçılarından qaçmağa müvəffəq olan sonuncu Malakka hökmdarı sultan Mahmud Şahın oğlu tərəfindən qoyulmuşdur.
Coker
Coker (personaj)
Corel
Corel Korporasiyası (/kəˈrɛl/ , kə-REL; "Cowpland Research Laboratory" abbreviaturasından) - Qrafika üzrə ixtisaslaşmış Ottava, Ontario mərkəzli Kanada proqram təminatı şirkəti. O, CorelDRAW kimi proqram başlıqlarının istehsalı və AfterShot Pro, PaintShop Pro, Painter, Video Studio və WordPerfect-in sahibi kimi məşhurdur. == Məhsullar == Corel Chess - Don Deyli və Larri Kaufman tərəfindən hazırlanmış şahmat mühərriki Corel Designer - Əvvəlki adı Micrografx Designer, peşəkar texniki illüstrasiya proqramı. Corel Digital Studio - dörd proqram dəsti: PaintShop Photo Express (Paint Shop Pro-nun yüngül versiyası), VideoStudio Express (video redaktə proqramı), DVD Factory (DVD yazmaq və konvertasiya üçün proqram), WinDVD (DVD pleyer proqramı). CorelDRAW - Vektor qrafikası redaktoru. Corel Graphics Suite - CorelDRAW, PhotoPaint və Capture proqramlarının birləşməsi. Corel Home Office – Ability Office 5-ə əsaslanan və həmçinin Corel-in WinZip proqram təminatına əsaslanan ofis dəsti. O, Corel-in öz WordPerfect fayl formatlarını dəstəkləmir. Corel KnockOut - Professional şəkil maskalama plaqini. Corel Paint It!
Correa
Correa (lat. Correa) — sədokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Correa:The Plant List saytında takson barədə məlumat.
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir.Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır. Ehram kompleksində aşkarlanmış yazılarda fironun arvadı və qızının adı "Xenti-ta-ceser-nisut" (əlahəzrət hökmdarın ölkəsinin xeyir-duası ilə) kəlməsi ilə başlanır.
Cövhər
Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. == Tarixi == Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
Cəmrə
Cəmrə — Həcc ziyarəti zamanı zəvvarların şeytanı daşlamaq ayinini icra edərkən atdıqları daşlar və ya bu daşların atıldığı yer.