Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darvin çıxıntısı
Darvin çıxıntısı — insan qulağının heliks adlandırılan üst qığırdağında olan, anadangəlmə çıxıntıdır. Təkamül olaraq primatlardan qaldığı deyilir. Darvin çıxıntısı məməlilərin çoxunda var və insanlar da bunun xaricində deyil. Heyvanlarda səslərə diqqət yetirmək üçün (əsasən təhlükə səslərinə) istifadə edilməkdədir, lakin insanlarda artıq hər hansı bir funksiyası yoxdur. İnsanların yalnız 10%-da keçmişimizə aid olan bu qalıq gözə çarpan vəziyyətdədir, lakin ehtimalla insanların daha çoxunda bu qalıq mövcuddur, sadəcə daha diqqətə çarpan olmağını təmin etməyən geni daşıdıqları səbəbindən qalıq gözə çarpmır. Bu nöqtə (fotoşəkildə gördüyünüz) kiçik qalın bir çıxıntıdır və qulağın yuxarı və orta hissələrinin birləşdiyi yerdədir.
Çıxıntısız şrift
Çıxıntısız şrift (ing. sans-serif, rus. рубленный шрифт) — simvollarının aşağı, yaxud yuxarı uclarında qısa ştrixləri, yaxud naxışları olmayan şrift. Çıxıntısız şrift, adətən, çıxıntılı şriftə nisbətən daha düz həndəsi xarici görünüşə, eləcə də qalın və nazik cizgiləri arasında daha az kontrastlığa malık olur. Çıxıntısız şriftlərdən, adətən, adi mətndə deyil, başlıqlarda istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 744 s.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.
May sıxıntısı (film, 1999)
May sıxıntısı — 1999-cu ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi. == Film haqqında == Rejissorun ilk rəngli filmi və avtobioqrafik seriyanın ardı kimi yadda qalır. Bu filmdə də "Qəsəbə"də olduğu kimi rejissorun valideynləri, əmioğlusu Emin Toprak və dostu Müzəffər Özdəmir çəkilir. Film Nurinin böyüdüyü Yenicədə çəkilir. Yenə sırf bir mövzu yoxdu. Rejissor görüntülərlə və tamaşaçı düşüncələri ilə uyğunlaşdırılmış film çəkir. Bu dəfə xronometraj 2 saatdan da çox olur. Amma bu dəfə də filmin büdcəsi çox az olduğundan açıqlanmağa ehtiyac duyulmur. "May buludları" "Siyad mükafatları"nda, "Antalya", "İstanbul", "Ankara", "Buenos Ayres" və "İsgəndəriyyə" film festivallarında bolluca mükafatlar qazanır və rejissorun ildən ilə daha iddialı olduğunu sübuta yetirir.
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.