Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yümnü Ürəsin
Həsən Yümnü Ürəsin (1898, Elazığ – 30 may 1961, İstanbul) — Türk əsgər və siyasətçi. == Həyatı == Yümnü Ürəsin 1898-ci ildə Divriklioğullarından Zülfüqar Əfəndi və Müqəddəs Xanımın uşağı olaraq dünyaya gəldi. 1911-ci ildə Hərb Məktəbinə girdi. 1914-cü ildə məzun oldu və Təkirdağdakı 19. Alaya, 7. Diviziyaya təyin edildi. Birinci Dünya Müharibəsində Çanaqqala, Qafqaz və Sina cəbhələrində vuruşdu. 1918-ci ildə kapitan rütbəsinə yüksəldi. 1919-cu ildə Hərbi Akademiyaya daxil oldu. Ancaq 1920-ci ildə Anadoluya köçdükdə ayrıldı.
Böyük ürəkli (film, 2015)
Böyük ürəkli (hind: दिलवाले, Rom: Dilwale) — 18 dekabr 2015-ci ildə ekranlara çıxan Rohit Shetty tərəfindən çəkilmiş hind filmidir. Baş rollarda Şah Rukh Khan, Kajol, Varun Dhavan və Kriti Sanon iştirak edirlər. Vinod Xannanın sağlığında iştirak etdiyi son filmidir. == Süjet xətti == Rac mafiya üzvüdür. Bir gün düşmən dəstəsindən biri onu izləyərkən onların dəstəsindən Meera adlı bir qızla tanış olur. Onlar bir-birlərinə aşiq olurlar. Rac Meeranın rəqib dəstənin liderinin qızı olduğunu biləndə işlər daha da pisləşir. Bir-birini çox sevən iki cütlüyün sevgisi indi rəqib dəstələrdə olduqları üçün çox çətin vəziyyətdədir. Hər şeyə rəğmən onlar bir-birlərinə olan sevgilərini mühafizə edə biləcəklərmi?
Şir ürəkli (film, 1990)
Şir ürəkli (ing. Lionheart) — 1990-cı ildə rejissor Şeldon Lettiç tərəfindən döyüş filmi janrında çəkilən ABŞ filmidir. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır. == Məzmun == Lion Qotye (Jan-Klod Van Damm), Afrikanın Cibuti ərazisində yerləşən Fransız xarici legionunun 13-cü yarımbriqadasına məxsus əsgərlərdən biridir. Los-Ancelesdə yaşayan qardaşı qeyri-qanuni işlərlə məşğul olan zaman narkotik satıcıları tərəfindən döyülərək yandırılmış və xəstəxanada ağır şəraitdə yaşamağa davam edir. Günlərin birində qardaşı Fransuanın həyat yoldaşı Helen Lion üçün məktub göndərir. Lion qardaşını görmək üçün komandirindən icazə almaq istəyir. Lakin ona icazə verilmədiyindən, bölmədən fərarilik edir və yük daşıyan gəmi ilə qaçaq olaraq Nyu-York şəhərinə çatır. Lakin Los Ancelesə getmək üçün onun pula ehtiyacı vardır. Bu müddətdə küçələrdə və digər yerlərdə kiçik bəhslərlə döyüş hazırlayan Coşua ilə tanış olur.
Ureki
Ureki (gürc. ურეკი) — Gürcüstanın Quriya diyarının Ozurgeti bələdiyyəsində olan şəhər tipli qəsəbə. Ureki Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Maqnit qumlu çimərlikləri ilə məşhurdur. == Adlanması == Bir vaxtlar bütün Ureki ərazisi meşə ilə örtülü idi və orada ov etmək mümkün deyildi. Ona görə də bu yer Ureki adlanır. Gürcü dilində "sıx meşə" deməkdir. == Coğrafiyası == Şəhər Qara dəniz sahilindən keçən "Samtredia — Batumi" dəmir yol xəttindəki stansiya ərazisindədir. Urekinin dəniz sahilində olan kurort ərazisi Maqnetiti adlanır. Məhs bu zona qara maqnit qumu ilə zəngindir.
Zinnur Uraksin
Zinnur Uraksin (başq. Ураҡсин Зиннур Ғәзиз улы; 5 noyabr 1935 – 3 mart 2007, Ufa, Başqırdıstan, Rusiya) — Sovet və rus dilçi-türkoloq, yazıçı, ictimai xadim. Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki (1991), filologiya elmləri doktoru (1976), professor (1983). == Bioqrafiya == 1956-cı ildən Fedorovski rayonunun Saitovskaya kəndində ibtidai məktəbində, 1957-ci ildən Orenburq vilayətinin Allaberdin 7 illik məktəbində dərs demişdir. 1958-1959-cu illərdə Zarya Kommunizma qəzetinin (Orenburq vilayətinin Tyulqan kəndində) şöbə müdiri idi. 1963-cü ildə Başqırd Dövlət Universitetini bitirdikdən sonra Rusiya Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləyir. 1968-ci ilin iyulundan baş elmi işçi, dekabrdan sektor müdiri, 1977-ci ildən direktor müavini, 1988-ci ildən direktor, 2002-ci ildən şöbə müdiri, 2005-ci ildən baş elmi işçi işləyir. 1966-cı ildə Talmas Qaripovun rəhbərliyi altında "Müasir başqırd ədəbi dilində frazeoloji sinonimlər" namizədlik dissertasiyasını, 1975-ci ildə "Başqırd dilinin frazeologiyası" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda 1992-ci ildən Humanitar Elmlər Bölməsinin akademik-katibi, 1996-2005-ci illərdə Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti olur. 1993-1998-ci illərdə Elmi Redaksiya Şurasının sədri və Başqırd Ensiklopediyasının baş redaktoru, 1994-2004-cü illərdə Başqırdıstan Respublikası Prezident Şurasının üzvü, 1995-2002-ci illərdə Başqırdların Ümumdünya Qurultayının (Konqresinin) İcraiyyə Komitəsinin sədr müavini.
Avropa uleksi
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.