Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Üst Paleolit
Üst Paleolit və ya Son Paleolit — təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir.Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır.Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə (kinetik dillə — əl, dodaq hərəkətləri ilə və s.
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Üst Dudkinski adası
Üst Dudkinski — Ufa şəhərinin Kirovski rayonu ərazisindən axan Ufa çayının yatağında yerləşən ada. Çayın sağ sahilinə yaxın yerləşir. Adada yaşayış yoxdur. Ufa kanat yolu və bərə ilə adaya yan almaq mümkündür. == Təsviri == Ada meşə ilə örtülüdür. Qərb və şimal-qərb sahilləri dərin, qalan sahilllər isə bataqlıqlaşmışdır. Ərazisində hansısa tikili yoxdur. Ancaq cənub sahilinin daxilinə doğru kiçik çəmənlik vardır. Şimal-qərb hissəsinə yaxın bir allüvial adacık yerləşir. O demək olar ki, kiçik qum dənəciklərindən təşkil edilmişdir və qeyri-rəsmi olaraq Cənnət adası adlanır.
Üst denudasion səviyyə
Üst denudasion səviyyə – (rus. верхний уровень денудации, ing. gipfelflur, summit-level) Yer kürəsində dağ­la­rın ən yüksək zirvəsindən keçməsi mümkün ola bilən xəyali səth. Həmin səviyyədən /8–9 km/ yuxarı heç bir zirvə ola bilməz, beləki dağların daha çox qalxması onların daha intensiv dağılması ilə müşa­yiət olunur. Bu anlayış XIX əsrin sonunda A. Penk tərəfindən təklif edilmişdir.
Üst paleolit mədəniyyəti
Üst Paleolit dövrü — paleolit dövrünün son çağı. Üst paleolit 40 min il bundan əvvəl başlayıb, b.e.ə. XII minilliyə qədər davam etmişdir. Bu dövrdə nəhəng maral və mağara ayılarının nəsli kəsildi, müxtəlif növlü qaşovlar geniş yayıldı, "ağıllı insan"ın (Homo sapiens) yaranması başa çatdı. Paleolit dövründə ibtidai incəsənət yarandı. Bunu buynuzdan yonulmuş heykəllər, sümük üzərindəki təsvirlər və mağara rəsmləri sübut edir. İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə,quş yumurtası toplayır,yeməli bitkilərin köklərini,torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. Yığıcılıqla qadınlar məşğul olurdular. İnsanların ilk əmək alətləri dəyənək,itilənmiş ağac və çapacaqlar olmuşdur.
Üst qabırğaarası damar
Üst qabırğaarası damar (vena) — bədənin hər tərəfində 1 damar olmaqla 2-ci, 3-ci və 4-cü qabırğaarası boşluqları drenaj edən 2 damar. == Sağ üst qabırğaarası damar == Sağ üst qabırğaarası vena bədənin sağ tərəfindəki 2-ci, 3-cü və 4-cü arxa qabırğaarası damara daxil olur. O, qoşalaşmamış venaya axır. == Sol üst qabırğaarası damar == Sol üst qabırğaarası vena bədənin sol tərəfindəki 2-ci və 3-cü arxa qabırğaarası venalara daxil olur. Adətən o sol brakiosefalik venaya axır. O, həmçinin yarımtək vena ilə əlaqə saxlaya bilər.Aorta qövsünün arxasından keçərək dərin frenik siniri və perikardiofrenik damarları, sonra isə səthi olaraq üst azan siniri keçir.
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Baş hərf
Baş hərf — digər hərflərlə müqayisədə daha iri ölçüdə yazılan hərf. O digər qrafika ilə işlənir. Bir çox dillərdə baş hərflər cümlənin başlanğıcında, xüsusi isimlərdə və şeirlərdə hər sətirin əvvəlində yazılır. Bəzi hallarda xüsusi ayırmaq üçün hansısa söz və ya cümlə ancaq baş hərflə yazıla bilər.
Baş kəsmə
Boğazdan və ya boyundan hər hansısa bir soyuq alətlə, gilyotinlə, baltayla başın bədəndən qoparılaraq ayrılmasıdır. Bu cür hallarda 100% ölüm gerçəkləşər. Dünyada edam növü olaraq bu keçmişdə bəzi ölkələr tərəfindən istifadə edilmişdir. Amma sonradan yeni hüquq sisteminin yaranması və guya avropalıların insafa gəlməsi bunu edam növü olaraq tarix səhnəsindən çıxardı. Günümüzdə Səudiyyə Ərəbistanı bunu hələ də istifadə etməkdədir. Bəzi terrorçu qruplaşmalarda, bundan istifadə etməklə insanlar arasında çaşqınlığa və qorxuya yol açmaq istəyir.
Baş leytenant
Baş leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Baş miqyas
== Baş miqyas == Baş miqyas-coğrafiya xəritələrində sıfır təhrifli xətt və nöqtələrin miqyasına deyilir. Xəritənin qalan hissələrində miqyaslar xüsusi miqyas adlanır. Dünya və yarımkürələr xəritəsində baş miqyas ekvator xəttinin miqyasıdır.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Baş müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar. == Müəllimlik işinin xüsusiyyətləri == Müəllimlik işinin xüsusiyyətlərinə aşağıdakılar daxildir: a) müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; b) müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz; c) müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir; ç) müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz.
Baş pontifik
Baş pontifik (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Gratsianın çağrıldığını göstərir. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır. "Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı (Roma Yepiskopu daxil) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır. == Etimologiya == Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Baş qərargah
Baş qərargah; silahlı qüvvələrə nəzarət etmək və onları operativ şəkildə idarə etmək üçün yaradılmış ən ali hərbi təşkilati quruluşdur. Bəzi dövlətlərdə Baş Qərargah Nazirliyi mövcuddur.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
ABŞ-ın baş hakimi
JST
Yaponiya standart vaxtı və ya JST (yap. 日本標準時 Nixon Xyo:dzündzi və ya中央標準時 Tyu:o: Xyo:dzündzi) — Yaponiyanın ümümdünya vaxtı 9 saat qabaqlayan standart saat qurşağı. Məsələn, UTC üzrə gecəyarısı (00:00) olarsa, Yapon standart vaxtı ilə saat 09:00 olur.
Ost
Ost (alm. Est-şərq)-üfüqin şərq cəhətinin qəbul olunmuş beynəlxalq adıdır.
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Ust-Cequta
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı); Rusiyanın Qaraçay-Çərkəz Respublikasında bir şəhərdir. Şəhir, Qafqaz dağlarının ətəyində Kuban çayının sahilində yer almaqdadır. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.
Ust-Kut
Ust-Kut (rus. Усть-Кут) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Ust-Labinsk
Ust-Labinsk — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Ust-İlimsk
Ust-İlimsk (rus. Усть-Илимск) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Ust-Aldan ulusu
Ust-Aldan ulusu (saxa Уус-Алдан улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Boroqontsı kəndidir. == Coğrafiyası == Rayonun ərazisi 18,3 min km²-dir. Mərkəzi Yakutiyada yerləşir. Şərqdə Taatta ulusu, cənub-şərqdə Çurapçı ulusu, cənubda Meqino-Xanqalas ulusu, qərbdə Nam ulusu, şimalda Kobyay ulusu, şimal-şərqdə Tompo ulusu ilə həmsərhəddir. === Təbii şərait === Relyefi düzəndür. Ulusun əksər hissəsi Mərkəzi Yakut ovalığı ərazisindədir. Yanvar ayının orta temperaturu −42 ° C, iyul + 17 ... + 18 ° C olur. illik yağıntının miqdarı 200-250 mm-dir.
Ust-Cequtinski rayonu
Ust-Cequtinski rayonu (abq. Усть-Джьгваты район, kab.-çərk. Усть-Жэгуэтэ район / Усть-Жэгуэтэ куей, qaraç.-balk. Джёгетей Аягъы район, noq. Усть-Джегута район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ust-Cequta şəhəridir. == Coğrafiyası == Qaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:qərbdə Abazin rayonu, cənubda Qaraçay rayonu, şərqdə Maloqaraçayevsk rayonu, şimal-şərqdə Stavropol diyarı, cənub-qərbdə Xabez rayonu, şimalda Prikuban rayonu. Rayonun ərazisi 890,15 km²-dir (2010-cu ildən bəri). == Tarixi == Ust-Cequtinski rayonu 23 yanvar 1935-ci il tarixli Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə təşkil edilir.
Ust-Labinski rayonu
Ust-Labinski rayonu (rus. Усть-Лабинский район) — Rusiya Federasiyası, Krasnodar vilayətinin tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ust-Labinsk şəhəridir. == Coğrafiyası == Ust-Labinski rayonu, Krasnodar diyarının mərkəzi hissəsində, Kuban və Laba çaylarının axdığı yerdə yerləşir. Cənubda Adıgey Respublikası ilə həmsərhəddir. Rayon regional və federal əhəmiyyətli nəqliyyat magistrallarının kəsişməsindədir. Rayonun sahəsi 1511 km²-dir. Əkin sahələrinin sahəsi 116 min hektardır. İqlimi mülayim kontinentaldır. Rayonun əsas çayları: Kuban, Laba, Kirpili, Vtoroy Zelençuk və Srednı Zelençukdur.
Ust-May ulusu
Ust-May ulusu (saxa Уус-Маайа улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Ust May qəsəbəsidir. Qəsəbə Yakutsktan 380 km məsafədə yerləşir. == Coğrafiyası == Ulus respublikanın şərqində yerləşir və Şimali qütb dairəsindən 200 km məsafədə yerləşir. İqlimi sərt, kəskin kontinentaldır. Çayları: Aldan və onun qolları May, Cunekyan və Allax-Yun. Rayonun ərazisi 95.32 min km²-dir. Relyefi dağlıqdır. Yanvar ayının orta temperaturu şimal-şərqdə -40 ° C-dən cənub-qərbdə -42 ° C-dək; dağlarda iyul +14 ° C-dən çay vadilərində +16 ° C-ə qədər olur. İllik yağıntının miqdarı 250-300 mm-dən 400-500 mm-ə qədər olur.
Ust-Yana ulusu
Ust-Yana ulusu (saxa Усуйаана улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Deputatski qəsəbəsidir. == Coğrafiyası == Ulus Saxanın şimalında yerləşir. Sahəsi - 120,3 min km²-dir. Ulus ərazisindən Yana, Omoloy, Çondon və digər çaylar axır. Ən böyük gölləri: Bustax, Orotko. Ulus Laptevlər dənizinin sahilində yerləşir. Bununla əlaqədar olaraq, bölgədə balıqçılığın yaxşı inkişaf etdiyini təxmin etmək çətin deyil. Bölgəni nəinki dəniz təmin edir. Ulusdan axan Yana çayında müxtəlif növ balıq növləri daşıyır.
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Must
Must - tam yetişmiş üzümdən alınan təzə sıxılmış təbii üzüm şirəsidir. == Hazırlanma qaydası == Must Üzüm Avropa və hibrid sortlarından hazırlanır. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib, izotermiki çənlərə tökülür. Ev şəraitində tutumu 3-5 l olan termoslara tökmək olar. Uzun müddət saxlanılmır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Kütləyə görə quru maddədən 14%-dən az, turşuluğu 1,0%-dən çox olmalıdır.
Sust
Sust: Sust — Niderlandda şəhər Sust — Pakistanda şəhər Sust — Əfqanıstanda qışlaq Sust yaşayış yeri — Naxçıvan MR-da yaşayış yeri Sust — Naxçıvan MR-da kənd.
USA
Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
USB
USB (Universal Serial Bus) — ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB verilənlərin fərdi kompüter ilə orta sürətli periferiya qurğuları arasında mübadiləsi üçün standart 1994-ci ildə yeddi aparıcı kompüter və telekommunikasiya firması (Compaq, IBM, Intel, NEC, Microsoft, Digital, Northern Telecom) tərəfindən təklif olunub. Qurğunun qoşulmasından sonra kompüteri yenidən yükləməyə, sistemin konfiqurasiyasını dəyişməyə, yaxud interfeys kartını quraşdırmağa gərək yoxdur. Qurğunun tanınması və uyğun drayverin quraşdırılması insan müdaxiləsi olmadan avtomatik yerinə yetirilir. Bir USB portuna ardıcıl olaraq 127-dək qurğu qoşmaq olar, kabelin uzunluğu isə 5 metrədək ola bilər. USB-kabeli dörd naqildən ibarətdir: iki sarınmış cütlük, 5V qida və ümumi naqil. Beləliklə, bu kabellə gücü az olan qurğuları qidalandırmaq da olar. 1999-cu ildə Intel tərəfindən işlənib hazırlanmış USB 2.0 standartı verilənləri 480 Kbayt/san-dək sürətlə ötürməyə imkan verir.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Bat
Bat (İngiltərə)