Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekstremal ütüləmə
Ekstremal ütüləmə və ya qısaca EÜ – insanların ekstremal yerlərdə paltar ütüləməyə çalışdıqları ekstremal idman növü. Ekstremal Ütüləmə Bürosuna görə bu idman növü dünyada ən təhlükəli idman növlərindən biridir.Medianın ekstremal ütüləməyə olan marağının səbəblərindən biri də ekstremal ütüləmənin həqiqətən idman növü olub-olmadığı məsələsidir.Ekstremal ütüləmə dağlıq ərazilərdə, meşədə, heykəllərin üstündə, küçənin ortasında, magistral yolda, suyun dibində, donmuş gölün buz təbəqəsinin altında kimi yerlərdə yerinə yetirilə bilər. Hətta paraşütlə tullanaraq və xizək sürərək ekstremal ütüləmə edən şəxslər də var. == Tarix == Ekstremal ütüləmə Tom Hayam tərəfindən 1980-ci ildə İngiltərədə yerləşən Yorkşir Deyls Milli Parkında ixtira edilmişdir. O, bacanağı Con Sleyterin düşərgə çadırında ütüləməyə davam etməsindən ilhamlanmışdır. 1990-cı ilə kimi Toni ütü və ütü stolunu özü ilə daşıyaraq qəribə yerlərdə ütüləmə ilə məşğul olmuşdur. İdman növü ilə məşğul olanların çoxu isə hesab edir ki, ekstremal ütüləmə ilk dəfə 1997-ci ildə İngiltərənin Lester şəhərində Fil Şou tərəfindən başladılmışdır. Şou həmin dövrdə Lesterdə bir fabrikdə işləyirdi və ev işlərinə vaxt ayırmaqda çətinlik çəkirdi. Bir gün alpinizmlə məşğul olmağa gedən Şounun ağlına bu iki fəaliyyəti birləşdirmək gəlmiş və yeni idman növü yaratmışdır. 1999-cu ildə o, beynəlxalq səfər çıxaraq yeni idman növünü tanıtmışdır.
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
İtələmə
İtələmə — İsaak Nyutonun ikinci və üçüncü qanunları tərəfindən tanınan reaksiya qüvvədir. Bir sistem kütləni bir istiqamətdə hərəkət etdirdikdə ya da təcilləndirəndə, təcillənən qüvvəni bərabər böyüklükdə, ancaq əks istiqamətdə bir qüvvə formalaşdırır. Nümunə olaraq stabil qanadlı hava texnikaları, pərvanə və ya reaktiv mühərriklər havayı uçuş istiqamətinin əksi istiqamətində itələməsi sayəsində irəliyə doğru hərəkətlərini təmin edirlər.
Üfləmə kanalı
Üfləmə kanalı – (rus. канал продувания, ing. blowhole, puffing hole, buller) göl və dənizlərin abrazion sahilini təşkil edən süxurlarda bir qurta­racağı klifin aşağı hissəsinə, digər ucu isə sahilyanı platonun səthinə açılan maili kanal. Klif çıxıntısına dalğanın zərbəsi zamanı, intensiv hava axınının təsiri altında süxur­lardakı çatlarda əmələ gəlir. Güclü dalğalanma zamanı kanalın yuxarı dəliyindən su fontanı atıla bilər.
İtiləmə (film, 2009)
"İtiləmə" (ing. Shank) — 2009-cu ilin, cavan britaniyalı rejissor Saymon Pirsin gənclər arasında zorakılıq və homoseksuallıq haqqında film. == Süjet == Kel adlı 18 yaşlı oğlan gənc bandanın üzvüdür. Özünün boş həyatında narkotik, seks, günahsız insanlara zorakılıqdan başqa heç nə bilmir. Amma onun balaca bir gizli sirri var. Bu sirri banda üzvlərindən ehtiyatla gizlətmək lazımdır: o gizli gay'dir və onun kişilərdən xoşu gəlir. O gizli olaraq bandanın başçısı Connoya aşiqdir, filmin gedişi ilə bilinir ki, o da Kelə biganə deyil. Ancaq açıq şəkildə bu hissləri etiraf etməkdən söhbət belə gedə bilməz: bandada homofobiyaya pərəstiş edilir, elə yaxınlıqda yaşayanlar da «mavisayağı» göründükləri üçün döyülürlər. Başqa bir hücumun qurbanı Olivye adlı fransalı tələbə olur. Hadisələr elə cərəyan edir ki, Keli onun əvvəlki "banda-dostları" izləməyə başlayır və o Olivyenin evində özünə sığınacaq tapır.
Ukulele
Ukulele — Havay gitarası kimi tanınan bu alət 4 simli mizrablı gitara növüdür, bəzən cüt simli, yəni 8 simli də olur. == Alətin adının mənşəyi == Ukulelenin adı bəzi versiyalarda "hoppanan bit" mənasını verir, çünki ifa zamanı simlər üzərində barmaqların hərəkəti hoppanan biti xatırladır.Digər versiyaya görə, alətin adı "buralara gəlmiş hədiyyə" mənasını verir. == Tarixi == Ukulele 1880-ci illərdə braginya (Madeyra adasından gələn miniatür gitara, portuqal kavakinyo (cavaquinho) alətinə qohumdur) alətinin bir növü kimi inkişaf edib. Ukuleleni icad edən Manuel Nunyes sayılır. Ukulele Sakit okean sahilləri adalarında yayılıb, lakin bu aləti gördükdə, ilk növbədə, insanın ağlına Havay musiqisi gəlir, çünki bu gitaranı ilk dəfə məşhurlaşdıranlar 1925-ci ildə San-Fransisko şəhərindəki Sakit okean sərgisinə qastrola gəlmiş Havay musiqiçiləri olmuşlar. == Quruluşu == Ukulele gitarasının çanaq hissəsi müxtəlif formalarda olur. Standart-gitarayabənzər, "ananas" formalı, avarşəkilli, üçkünc, dördkünc (çox zaman onları bahalı siqar qablarından düzəldirlər) və s. Ukulelenin düzəldilməsində hər şey ustanın təxəyyülündən asılıdır. == Növləri == Havay gitarasının 5 növü var: 1. Soprano Ukulele (53 sm) ilk və daha çox yayılmış növ 2.