Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şaxtalı (Marağa)
Şaxtalı (fars. شخته لو‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (6 ailə).
Şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. == Tarixi == Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Adi şaftalı
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Taxtalı məscid
Taxtalı məscid (rus. Тахталы-Джами, ukr. Тахтали Джамі, krımtat. Tahtalı Cami, türk. Tahtalı Cami) — Ukraynada, Krımın Bağçasaray şəhərində XVIII əsrə aid məscid. 1707-ci ildə I Səlim Girayın qızı Bəyxan Sultanxani tərəfindən tikilmişdir. İsmayıl Qaspıralı küçəsində yerləşir. == Memarlıq == Məscidin memarlığında şəhərin köhnə üslubu dominantdır. Bu üslubu köhnə Bağçasarayın demək olar ki, hər yerindən görmək olar. Məscid taxta lövhələrdən tikilmişdir, sonra divarları çəkərkən daş bloklarla örtülmüşdür.
Şaftalı mənənəsi
Şaftalı mənənəsi (lat. Myzodes persicae Sulz.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Köçəri mənənədir. İri, bozumtul-qonur rəngdədir. Arxasında uzununa qara ziyil cərgəsi vardır. Zərərverici şaftalı, badam, ərik və alça ağaclarının gövdə qabıqlarında və budaqların aşağı səthlərində çoxlu sayda topalarla yaşayırlar. == Həyat tərzi == Sürfələrin inkişafı martın sonu və aprelin birinci ongünlüyündə havanın orta günlük temperaturu 15-16o C olduqda başa çatır. Onların yaşlı fərdlər mərhələsinə keçməsi üçün 16-30 gün tələb olunur. İlk diri doğan qanadlı dişilər may ayında inkişaf edərək, yay fəsli müddətində artırlar. Onlara sentyabrın sonu və hətta oktyabrın əvvəllərində də rast gəlmək olur.
Şaftalı povidlosu
Şaftalı povidlosu - şaftalı püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Şaftalı yastıcası
Saxalin
Saxalin adası (rus. Сахалин) ya da Karafuto adası (yap. 樺太) — Asiyanın şərq sahillərində ada. Rusiya Federasiyasını Saxalin vilayətinə daxildir. Saxalin adasının adı anlaşılmazlıqdan yaranıb. Bu regionun xəritəsini tərtib edən fransız alimləri Saxalinin qərb sahillərinə "Saxalin anqaxata" qeyd ediblər ki, bu da monqol dilindən tərcümədə "Qara dənizin ağzında qayalar" deməkdir. Anton Pavloviç Çexov Saxalin haqqında öz yol qeydlərində bu barədə yazırdı: "Bu ada daha dəqiq Amur ağzı və ya hər hansı sıldırım qaya və ya burun (coğrafi) adı ola bilərdi. Fransız coğrafiyaçıları isə səhvən bunu adanın özünə aid ediblər". Axırda bu ad bütün xəritələrdə möhkəmlənərək özünü təsdiqləyib. == Coğrafiyası == Rusiyanın ən böyük adası olan Saxalin adası Sakit okeanın şimalında yerləşir.
Radio Saxalin
Radio Saxalin — İlk Saxalin radiosu olub "Saxalin" Dövlət Televiziya və Radio Yayımları Şirkətinə aiddir. == Tarixi == 1946-cı ildə sınaq yayımına başladı.1960-cı ildə Yuzhno-Saxal telekanalının açılışı başladı. 1989-cu ildə video istehsalında videonun tətbiqi başladı. 1992-ci ildə Televiziya və Radio Yayımları Komitəsi Sakhalin Dövlət Teleradio Şirkətinə dəyişdirildi. 2004-cü ildə Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin filialına çevrildi.
Saxalin adası
Saxalin adası (rus. Сахалин) ya da Karafuto adası (yap. 樺太) — Asiyanın şərq sahillərində ada. Rusiya Federasiyasını Saxalin vilayətinə daxildir. Saxalin adasının adı anlaşılmazlıqdan yaranıb. Bu regionun xəritəsini tərtib edən fransız alimləri Saxalinin qərb sahillərinə "Saxalin anqaxata" qeyd ediblər ki, bu da monqol dilindən tərcümədə "Qara dənizin ağzında qayalar" deməkdir. Anton Pavloviç Çexov Saxalin haqqında öz yol qeydlərində bu barədə yazırdı: "Bu ada daha dəqiq Amur ağzı və ya hər hansı sıldırım qaya və ya burun (coğrafi) adı ola bilərdi. Fransız coğrafiyaçıları isə səhvən bunu adanın özünə aid ediblər". Axırda bu ad bütün xəritələrdə möhkəmlənərək özünü təsdiqləyib. == Coğrafiyası == Rusiyanın ən böyük adası olan Saxalin adası Sakit okeanın şimalında yerləşir.
Saxalin moruğu
Saxalin moruğu (lat. Rubus sachalinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Saxalin nərəsi
Saxalin nərəsi (lat. Acipenser mikadoi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Saxalin söyüdü
Saxalin söyüdü (lat. Salix udensis) – söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Saxalin tuneli
Saxalin tuneli — Tikintisi tam olaraq başa çatdırılmamış tunel kompleksi. Tunel Nevelskoy boğazının altı ilə materikdə yerləşən Lazarev burnu ilə Saxalin adasında yerləşən Poqibi burnu arasından çəkilmişdir. == Tarixi == Saxalini materikə birləşdirəcək tunelin inşası fikiri hələ XIX əsrin sonlarında meydana gəmişdir. Ancaq maliyyə çatışmamazlığı səbəbindən inşa edilməmişdir. Tikinti işlərinə ilk cəhd 1929–1930-cu illərdə başlanılmışdır. 1950-ci ildə Saxalini materikə birləşdirən dəmiryolu xəttinin çəkilişi fikrini İosif Stalin bildirir. Burada bərə, körpü və ya tunel tikintisi fikri ortaya atılır. Bir müddət sonra rəsmi səviyyədə tunel və bərə ilə əlaqə yaradılması qərara alınır. Tunelin tikintisi SSRİ Daxili İşlər Nazirliyinə həvalə olunur. == Layihə == İlkin olaraq dəmir yol nəqliyyatını təmin etmək məqsədi ilə xətlər inşa edilməyə başlanılmışdır.
Saxalin vilayəti
Saxalin vilayəti (rus. Сахалинская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Santali dili
Santalice, Santalca və ya Santali dili əsasən Assam, Bihar, Carkhand, Mizoram, Orissa, Tripura və Qərbi Benqalda danışılan Ho və Mundari dilləri ilə qohum bir Avstriya-Asiya dili . Bu dil ailəsinin Munda qrupuna aid olan və qrupun ən çox danışılan üzvü olan Santali dili Hindistan Konstitusiyasına uyğun olaraq Hindistanın rəsmi tanınmış regional dillərindən biridir. Təxminən 7,6 milyon danışan sayı ilə dil Hindistan, Banqladeş, Butan və Nepalada geniş yayılmışdır. Bu dil həm də Vyetnam dili və Kxmer dillərindən sonra sayca üçüncü ən böyük Avstroasiya dilidir. Santali dili Avstroasiya kökənli etnik Santalların ana dilidir. Ol Chiki yazı sistemi 1925-ci ildə Pandit Raghunath Murmu tərəfindən işlənib hazırlanana qədər Santalice yazısı mövcud deyildi, və bu dil sadecə danışıq dili idi. Tək səsli hərf əlifbası ilə yazılan Ol Çiki sistemi digər heca əsaslı hind yazı sistemlərindən fərqlənir və müasir Hindistanda Santali dilində yazmaq üçün geniş istifadə olunur.
100 saatlıq müharibə
Futbol müharibəsi və ya 100 saatlıq müharibə — 1969-cu ildə Salvador və Honduras arasında baş verib və 5 gün davam edib. Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və immiqrasiya problemləri ilə bağlı idi. Konflikt 1970-ci ildə FİFA Dünya Kubokunun Şimali Amerika ikinci seçmə mərhələsi zamanı başlamışdı. 1969-cu ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsində pley-off zamanı Hondurasın Salvador tərəfindən məğlub edilməsi iki ölkə arasında 6 günlük müharibəyə səbəb olmuşdu. İki ölkə arasında miqrasiya və siyasi konfliktlərin olması müharibənin əsas səbəbi olsa da, Honduras kimi güclü heyətin tarixində ilk dəfə dünya çempionatına çıxacaq Salvadora uduzması vəziyyəti daha da qızışdırdı. El-Salvador ordusu 1969-cu ilin iyulun 14-də Honduras üzərinə hücuma keçib. Digər Amerika dövlətlərinin - Amerika Dövlətləri Təşkilatının səyi ilə iyulun 20-də iki ölkə arasında sülhün bərqərar olmasına nail olunub.
Qornozavodsk (Saxalin vilayəti)
Qornozavodsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Şərqi Saxalin cərəyanı
Şərqi Saxalin cərəyanı (rus. Восточно-Сахалинское течение) — Oxot dənizinin cənub şərq hissəsindən keçən soyuq dəniz cərəyanı.. Oxot dənizinin ən əsas cərəyanlarından biridir. Saxalin adasının şərqi ilə şimaldan cənuba doğru istiqamətlənir. Cərəyanın soyuq olmasına səbəb buzların şimaldan cənuba istiqamətlənməsidir. Oxot dənizinin vəziyyəti sayəsində yay və payız ayları isti cərəyanla soyuq cərəyanın kontraksı təşkil olunur. == Coğrafiyası == Cərəyanın özü şelf zonasının yüngül suları ilə sıx suların təsirindən meydana gəlir. Digər cərəyanlar kimi bu cərəyanda mövsümdən asılı olaraq güçlənir və zəifləyir. Yay ayları onun ən zəif dövrüdür. Terpeniya burnu yaxınlığından cərəyan şərqə istiqamətlənir.