Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Virqasiya (şaxələnmə)
Virqasiya (şaxə­lənmə) (rus. виргация, ing. svirgation) (lat. virga- budaq, qol, qədəm) – dağlıq ölkənin yelpikvari ayrılan silsilələr və qırışıqlar dəsti ilə parçalnması.
Şaxələnmiş dovşanalması
Şaxələnmiş dovşanalması (lat. Cotoneaster divaricatus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Yarpaqlı koldur. Çində yayılmışdır. == Botaniki təsviri == Düz dayanan, çox sıx çətirşəkilli, enli, hündürlüyü 2-2,5 m, çətirinin diametri 4-5 m-dək olan bitkidir. Budaqları qırmızımtıl-qonur, zoğları çoxsaylı, enli, şaxələnmiş, nazikdir. Yarpaqların uzunluğu 0,8-2 sm, yumurtavari və ya ellipsvari, əsasən ucu biz, üstü parlaq tünd yaşıl, çılpaq, alt tərəfi göyümtül, payızda tünd narıncı və ya narıncı-qırmızı-qonurdur. Maydan iyunadək çiçəkləyir. Çiçəkləri xırda, ağ, çəhrayı çalarlı, ətirli, çox vaxt 3 ədəd qalxanvari dəstələrdə yerləşir. Ləçəkləri düz dayanan, xırda, əks yumurtavaridir.
Yüksək şaxələnmiş polimer
YÜKSƏK ŞAXƏLƏNMIŞ POLIMERLƏR Elnarə Т. Аslanova, Тelman А. Аslanov, Bəxtiyar Ə. Мəmmədov, Akif H. Əzizov Məqalə yeni arxitekturaya malik - yüksək şaxələnmiş polimerlərə həsr olunmuşdur. Onların alınma üsulları, quruluşu, xassələri və tədbiq sahələri, eynı zamanda nano- və informasiya texnologiyalarında tədbiqi üzrə ümümləşdirilmiş məlumatlar verilmişdir. Açar sözlər: dendrimer, hiper şaxələnmiş polimer Yüksək şaxələnmiş polimerlər - üç ölçülü dendrit quruluşa malik çoxşaxəli makromolekullardır. Dendrit quruluşlu yüksəkmolekullu birləşmələrin strukturu [1] altı sinifdən ibarətdir: (a) dendron və dendrimerlər; (b) hibrid dendritə oxşar polimerlər; (c) dendrit olunmuş, yaxud calaq polimerlər; (ç) hiper şaxələnmiş polimerlər; (d) ulduzvari polimerlər; (e) daraq tipli polimerlər (şək.1). İlk üç sinif şaxələnmə dərəcəsi 1.0 olan mükəmməl quruluşa malikdirlər, qalan üçü isə təsadüfi olan şaxələnmiş strukturu göstərir [2]. == Yüksək şaxələnmiş polimerlərin sintez üsulları == Klassik dendrimerlərin və hiper şaxələnmiş polimerlərin arasındakı prinsipial fərqlənmə - onların sintez üsüllarıdır [3]. Ədəbiyyatdan məlumdur ki, birinciləri yalnız seçilmiş ardıcıllıqla bir neçə dəfə təkrar olunan reaksiyalarla alırlar ki, bu da elementar fraqmentlərin nəsillərinin yeni qatlarının molekulun başlanğıc nüvə adlandırılan mərkəzi atom (yaxud molekul) ətrafında mərhələli artmasına imkan verir, (divergent sxem) və yaxud isə əks üsuldan istifadə olunur: molekulun formalaşması onun periferiyasından başlayır və şərti konus formalı olan intermediant-dendronların hər bir mərhələdə böyüməsi ilə gedir. Yalnız sonuncu mərhələdə dendronlar nüvəyə birləşir, bu da tam dendrit molekulun formalaşmasina gətirib çıxarır (kovergent sxem). Hiper şaxələnmiş polimerlər bir mərhələli üsulla alınır [4]. === 1. ===