Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şeylanlı
Şeylanlı — Azərbaycan Respublikasının Laçın rayonu Şeylanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şeylanlı oykonimi XIX əsrin ortalarında Azərbaycanda yaşayan kürd mənşəli şeylanlı tayfasının adını əks etdirir. Qaraçorlu tayfa ittifaqına daxil olan şeylanlılar hələ XVII əsrin əvvəllərindən İrandan gələrək Azərbaycanda məskunlaşmışlar. === İşğal dövrü === Bu ərazi işğal dövründə ermənilər tərəfindən Shrvakan icması adlandırılmışdır.Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kəndə suriyadan gətirilmə 21 ailə yaşayıb.Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi.[4] Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdi. == Mədəniyyəti == 1932-ci ildə kənddə 4 illik ibtidai məktəb fəaliyyətə başlamışdır. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilmiş İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur.[mənbə göstərin] == Əhalisi == Erməni işğalınadək kənd əhalisi etnik kürdlərdən ibarət idi.[mənbə göstərin] Kəndin hazırkı məcburi köçkünlük həyatı yaşayan və əslən kürd olan əhalisinin Şeylanlı tayfası ilə əlaqəsi yoxdur.[mənbə göstərin]2006-cı ilin statstikasına görə kəndin əhali sayı 670 nəfər olmuşdur. 2021-ci ilin statiskasına görə kəndin əhali sayı 1321 nəfər Ailə sayı 393 05.10.2021 === Şəxsiyyətləri === Rüfət Güləliyev — İdmançı; İdman ustası, Dünya və Avropa çempionu, IV İslam həmrəyliyi oyunlarının qızıl mükafatçısı, çempionu. Adil Cəfakeş — aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Mavi Şeytanlar
Mavi Şeytanlar (ing. Blue Devils) — Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronu. 4 may 1949-cu ildə qurulmuşdur. 2-ci Dünya Müharibəsindən sonra Kanadada yaradılan il aerobatika komandasıdır. Uçuşlar üçün de Havilland Vampire təyyarləri istifadə olunurdu. 19 avqust 1951-cu ildə son avianümayişini həyata keçirmişdir. Mövcud olduğu üç il ərzində Mavi Şeytanlar Kanada və ABŞ-də 45 hava şousunda çıxış etmişdirlər.
İçimizdəki şeytanlar
İçimizdəki şeytanlar — Hüseyn Nihal Atsızın 1940-cı ildə nəşr etdirdiyi 16 səhifəlik əsəridir. == Haqqında == Atsız, Səbahəddin Əlinin İçimizdəki şeytan əsərinə cavab olaraq İçimizdəki şeytanlar adındakı bu əsəri hazırlamışdır.Atsıza görə Səbahəddin Əli, bu romanı ilə vətənpərvərliyi pisləməyə və türkçüləri pis göstərməyə çalışmışdır. Əsərin I və III səhifələri arasında Səbahəddin Əlinin romanının xülasəsi yer almaqdadır. Atsız, kitabın xülasəsindəki bəzi yerlərdə Səbahəddin Əlinin yazıçılıq qabiliyyətini pisləmişdir.Bundan əlavə Atsız, bu əsərində Səbahəddin Əlinin rum kökənli ailədən gəldiyini iddia etmişdir.
Şeylanlı (tayfa)
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.. Bu camaat I Şah Abbas dönəmində İrandan Qarabağa gələn 24 tayfadan biridir..
Şeylanlı qəbiləsi
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.. Bu camaat I Şah Abbas dönəmində İrandan Qarabağa gələn 24 tayfadan biridir..
Şeylanlı tayfası
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.. Bu camaat I Şah Abbas dönəmində İrandan Qarabağa gələn 24 tayfadan biridir..
Şeytanın ulduzu
Şeytanın ulduzu və ya orijinal adı ilə Qarabasma xaçı (norv. Marekors) – Norveç yazıçısı Yu Nesbö tərəfindən yazılmış cinayət romanı. Harri Hole seriyasının beşinci romanıdır. Kitab Sabir Sadıqov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və Qanun nəşriyyatı tərəfindən nəşr olunmuşdur. == Hekayə == Gənc qadın öz mənzilində qətlə yetirilir və onun göz qapaqlarının altında beşguşəli ulduz şəklində qırmızı brilyant aşkar edilir. Detektiv Harri Hole əzəli rəqibi Tom Völerlə birlikdə hadisənin istintaqına cəlb edilir və başlanğıcda o iştirak etmək istəmir. Lakin Harri artıq son inzibati xəbərdarlığı alıb və alternativi azdır. Osloda qatil seriya cinayətlər törədir, kələfi açmaq üçün səfərbər olunmuş komandada ondan, alkoqol aludəçisi olan Harri Holedən peşəkar kimsə yoxdur.
Darvinin şeytanı
Darvinin şeytanı - əgər təkamül heç nə ilə məhdudlaşmasaydı, uyğunlaşmanın bütün aspektlərini maksimum istifadə edən və eyni vaxtda mövcud olan hipotetik orqanizm haqqında fikir eksperimentidir. Belə orqanizmlər doğuşdan dərhal sonra istənilən yerdə və istənilən zaman cütləşmək üçün yoldaş tapa və nəsillərini sonsuz dəfə artıra bilərdilər. “Bizə sadəcə mutasiyalar arasında birini ötürərək və digərlərinin yolunu bağlayaraq seçim edə bilən şeytanı çağırmaq qalır. (Maksvell etdiyi kimi)”. Bu cür orqanizmlərin mövcud olmamasına baxmayaraq bioloqlar, müxtəlif növlərin inkişaf tarixindəki həyat strategiyalarını anlamaq üçün, orqanizmlərin ətraf mühitə adaptasiya olması üçün kompromisslərə getdiklərini göstərmək üçün Darvinin şeytanından fikir eksperimentlərində istifadə edirlər... Darvinin şeytanı təkamül nəzəriyyəsinin banisi olan ingilis təbiətşünas Çarlz Darvinin şərəfinə adlandırılıb. Fikir eksperimenti və Darvin şeytanının konsepsiyası 1963-cü ildə amerikalı biokimyaçı, elm populyarlaşdırıcısı və fantastik yazıçı Ayzek Azimov tərəfindən - “Yüksəklikdən görüntü” əsərində təklif edilmişdi. Eksperiment üçün ad məşhur Maksvell iblisinə bənzətmə yolu ilə seçilmişdi.: “Belə şeytan həqiqətən də mövcuddur, amma mən bildiyim qədər, ona bu adı təkcə mən vermişəm və Maksvell şeytanına bənzətmişəm. Onu kəşf edən isə ingilis təbiətşünas Çarlz Robert Darvindir və buna görə də biz onu “Darvinin şeytanı” adlandıracayıq. Darvin özü isə ona təbii seçim adı vermişdi”.
Dəniz şeytanı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.
Laplasın şeytanı
Laplas şeytanı — Pyer Simon Laplas tərəfindən 1814-ci ildə yayımlanan bir məqalədə yazıldığı kimi kainatdakı hər atomun yerini və hərəkətini bilən və bunun sayəsində kosmosun və kainatın bütün bir keçmiş və gələcəyini bilən virtual bir varlığın mövcud olduğunu iddia edən bir düşüncə təcrübəsidir. Laplasın məqaləsində səbəb determinizmi qavramsallaşdırdığı ifadəsinin özünəməxsus halı bu şəkildədir: "Kosmosun indiki halını keçmişin nəticəsi və gələcəyin səbəbi olaraq düşünə bilərik.
Maksvell şeytanı
Maksvellin Cini (ya da Maksvellin Şeytanı), İsveç fizii James Clerk Maxwellin termodinamikanın ikinci qanununun həqiqiliyini yoxlamaq üçün 1867-ci ildə ortaya atmış olduğu "nəzəri eksperiment"dir == Sınaq == Maxwell bu qanunu sınamaq üçün, aralarındakı qapı istisna olmaq şərti ilə, bir-birindən tamamilə təcrid olunmuş olan A və B otaqlarını fərz edir. Bu otaqların hər ikisi eyni növ qaz ilə doldurulmuşdur və qazın istiliyi hər iki otaqda da, eyni dərəcədədir. Termodinamikanın ikinci qanununa görə, aradakı qapını istədiyiniz qədər açıq-bağlasaq da, eyni istilikdə olan otaqların arasında bir istilik axını olmayacaqdır. Maxwell, qapının başında duran ağıllı bir "cin" fərz edir. Bu cin, hər iki tərəfdəki qaz molekullarına da nəzarət etməyi bacarır. A otağından qapı istiqamətində orta sürətdən daha yüksək bir sürət ilə gələn molekul görəndə, qapını açır və molekulun B otağına keçməsinə şərait yaradır. Oxşar şəkildə, B otağından da, orta sürətdən aşağı sürətdə hərəkət edən bir molekul görəndə həmin molekulun da, A otağına keçməsinə şərait yaradır. Beləliklə, bir müddət sonra B otağındakı molekulların orta sürəti artanda, A otağında olan molekulların orta sürəti azalır. Orta sürət də, istilik deməkdir. Beləliklə də, A otağının istiliyi aşağı düşür və bu da termodinamikanın ikinci qanunu ilə tərs mütənasibdir.
Məmmədşərif sultan Şeylanlı
Məmmədşərif sultan Şeylanlı (1803-?)-sərkərdə, oba başçısı == Həyatı == Məhəmmədşərif sultan Şərəf sultan oglu 1803-cü ildə Qaraçorlu mahalının Şeylanlı camaatının Bozlu obasında anadan olmuşdu. Mollayanında oxumuşdu. Atasından sonra Şеylanlı icmasına başçılıq еtmişdi. II Rus-Iran savaşlında bir çox igidliкlər göstərmişdi. == Ailəsi == Məhəmmədşərif sultanın Ağaxan bəy, Musa bəy, Mеhdi bəy və Balaxan bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şeylanlı camaatı: Tarixin son üçyüz illiyi, "Soy" dərgisi, 2(35), 2010.
Qırmızı Şeytanlar (aerobatika eskadronu)
Qırmızı Şeytanlar (ing. Red Devils) Belçika Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Əsası 1957-ci ildə qoyulmuşdur. Uçuşlar üçün SIAI-Marchetti SF.260 təyyarələri istifadə olunur. == Tarixi == İlk komanda 1957-ci ildə yaradılmışdır. 1959-cu ildə komanda 16 təyyarədən ibarət komanda ilə çıxış edirdi. Daha sonra təhlükələr nəzərə alınaraq təyyarə sayı 5-ə endirilmişdir. 1963-cü ildə bu komanda ləğv olunmuşdur. 1965-ci ildə komanda yenidən quruldu və 1977-ci ilə qədər Avropada uçuşlar həyata keçirdi. 2011-ci ildə "Hardship Red" aerobatika komandası adını dəyişib, Qırmızı Şeytanlar adlanmağa başladı.
Şeytanla savaşan Müqəddəs Mikayıl (Rafael)
Şeytanla savaşan Müqəddəs Mikayıl (it. San Michele sconfigge Satana) - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Şeytanla savaşan Müqəddəs Mikayıl əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
Şeytanın şəhəri (serb. Bovola baroş)
Davola baroş — Serbiyanın cənubunda Radan dağının zirvəsində yerləşən təbiət mənzərəsi. Bura hündürlüyü 2 metrdən 15 metrədək olan 202 daş sütundan ibarət bir yerdir. Dağın hündürlüyündə 100 kq çəkili daş sütunlar yerləşir. Bu sütunlar təbii bioloji aşınma nəticəsində yaranmışlar. Bu ərazidə iki su hövzəsi var ki, bunları da “Şeytan suyu” və ”Şeytan quyusu” adlandırmışlar. Hər iki su hövzəsində minerallaşma yüksək olduğu üçün burada yaşıllıq demək olar ki yoxdur. Bu yer qəribəliyinə görə yerli sakinlər tərəfindən qorxulu əfsanələrin yaranmasına səbəb olub və buna görə də “Şeytanın şəhəri” adlandırılıb. Bura gələn turistlərə ekskursiya yalnız gecələr keçirilir. 1959-cu ildən ”Şeytan şəhəri”nin ərazisi qoruq statusu alir. 1995-ci ildə Serbiya hökuməti bura təbiət abidəsi statusu verir.
Sultanlıq
Sultanlıq — Azərbaycanda xandan asılı olan və sultanın idarə etdiyi xırda mülk.
Sultanlıq soydan gəlir (kitab)
== Kitabın mövzusu == Yazıçı-jurnalist Ənvər Çingizoğlunun “Sultanlıq soydan gəlir” adlı yeni kitabı işıq üzü görüb. Kitab tariximizdə, o cümlədən Qarabağ və Zəngəzur bölgələrinin tarixində özünəməxsus yeri olan Sultan bəy və Sultanovların həyatından bəhs edir. Nəşrin elmi redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, redaktoru Fəxrəddin Şahsuvarov, məsləhətçisi Əməkdar mühəndis (Sultan bəyin nəvəsi) Elburus Muradovdur. Kitabda Sultanovlar səcərəsindən söz açılır, Zəngəzur qəzasının tarixindən, İran, Türkiyədən bu yerlərə ermənilərin kütləvi şəkildə köçürülməsindən, Sultan bəy və Sultanovların erməni tör-töküntülərinə qarşı apardığı mübarizədən bəhs edilir. Nəşrdə “Təzkirət əl-mülük” (1725), Mirzə Adıgözəl bəy tərəfindən (1845) qələmə alınan “Qarabağnamə”, “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri” və digər mənbələrdən istifadə olunub. Nəticə olaraq Sultan bəyin əsli və kökü olan Qaraçorlu elinin tam mənzərəsi yaradılıb.