Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sulfolaşma reaksiyası
Sulfolaşma reaksiyası – üzvi birləşmələrin molekuluna sulfoqrupun daxil etmə prosesinə deyilir. == Aromatik karbohidrogenlərin sulfolaşması == Aromatik karbohidrogenlərin sulfolaşması reaksiyasında əsasən sulfat turşusu, oleum və SO3 – dən istifadə olunur. Sulfat turşusu ilə sulfolaşma prosesi dönən prosesdir: ArH + H2SO4 → ArSO2OH + H2OAromatik karbohidrogenlərin sulfolaşması aromatik nüvədə tipik elektrofil əvəzetmə reaksiyasına aiddir. Reaksiya həm buxar, həm də maye fazada həyata keçirilir (həlledicilər: SO2, ССl4 və s.). Reaksiya ilkin turşuda olan və sulfolaşma reaksiyası zamanı alınan su ilə tormozlanır. Güman edilir ki, aromatik nüvəyə birbaşa təsir edən agent SO2OH+ ionudur. 2H2SO4 ←→HSO4- + H3SO4+←→HSO4- + SO2OH + H2OSulfat turşusunun iştirakı ilə aparılan sulfolaşma prosesində əlavə məhsulların miqdarı çox az olur və əsasən də onun oksidləşdirici təsiri ilə müəyyən olunur. == Aromatik birləşmələrin oleumla reaksiyası == Aromatik birləşmələrin oleumla reaksiyası iki mərhələdə baş verir. Birinci mərhələ artıq olan sulfat anhidridinin çevrilməsi baş verir. ArH+ H2SO4+SO3 ←→ ArSO2OH+H2SO4Bu reaksiya dönməyən və yüksək ekzotermikdir.