Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şöllü Mehmandar
Şöllü Mehmandar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km qərbdə, Zəngi çayının yanında yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Mehmandari-Şollu, Qafqazın 5 verstlik xəritəsində Şorlu Mehmandar formasında qeyd edilmişdir. Toponim -lı mənsubluq şəkilçisi qəbul etmiş çol etnonimindən və Mehmandar şəxs adından əmələ gəlib «çol > şol tayfasından olan Mehmandara məxsus kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Hovtaşad qoyulmuşdur.
Şövqi Bektörə
Şövqi Bektörə (d. 1888, Rumıniya – v. 18 dekabr 1961, İstanbul Türkiyə) — Krım tatarı əsilli şair, maarifçi, akademik və siyasi aktivist. == Həyatı == Şövqi Bektörə 1888-ci ildə Rumıniyada anadan olmuşdur. 5 yaşında olarkən ailəsi Türkiyənin Əskişəhər şəhərinə köç etmişdir. Əskişehərdə ibtidai məktəbi bitirdikdən sonra gəldiyi İstanbulda bir çox Krım tatarı ilə tanış oldu. Təhsilini İstanbul universiteti İlahiyyat fakültəsində davam etdirdi. Burada tanıdığı Krım tatarları vasitəsilə qatıldığı Krım Tatar Tələbə cəmiyyətinin fəal üzvü oldu.1918-ci ilin əvvəlində Şövqi İstanbulda Krım mənşəli Türklərdən ibarət Aktiv Gənclər Cəmiyyətinin baş katibi olaraq vəzifə yerinə yetirirdi. Mart ayında, müharibə başa çatdıqda, məhbus mübadiləsində ittiham olunan Qızıl Aypara heyəti ilə Sevastopol və Feodosiyaya yola düşdü. Orada olarkən Krımdan kənarda bilinməyən xəbərləri Bolşevik İnqilabının nələr yaratdığını anladı.
Şövqi Göyçaylı
Şövqi Göyçaylı — Azərbaycanda ekoloji təhsilin əsas yaradıcılarından biri, Coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Göyçaylı Şövqi Yusifziya oğlu 1935-ci ildə Göy­çay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ADU-nin Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini bitirmişdir. 1960-cı ildə "İqtisadi coğrafiya" ixtisasında Unversitetin aspiranturasına qəbul edilmişdir. 1965-ci ildə namizədlik, 1987-ci ildə isə Sankt-Peterburq Unversitetində «Kənd əhalisinin məskunlaşması və onun yenidən qurulması» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən professordur. == İş fəaliyyəti == 1982-ci ildən BDU-də "Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasının müdiridir (2015-ci ildən bu kafedra Coğrafi ekologiya kafedrası adlanır). Ş.Y.Göyçaylının elmi yaradıcılığı əhali məskunlaşmasının nəzəri və tətbiqi problemlərinə, təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin coğrafi məsələlərinə, coğrafi ekologiyanın inkişafına və tədrisinin təkmilləşdirilməsinə yönəldilmişdir. O, 130-dan çox əsərin, o cümlədən monoqrafiyaların, dərsliyin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycanın irimiqyaslı İqtisadi və Əhali xəritələrinin həmmüəllifi və müəllifi olmuş­ dur.
Şövqi Hüseynov
Hüseynov Şövqi Ərəstun oğlu (9 avqust 1972, Cəlilabad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının (2002) və Kalmıkiyanın RF (2016) Əməkdar artisti, "Qızıl Dərviş"(2006) və "Zirvə" (2015) mükafatları laureatı , "Stanislavski" medalı laureatı (2015). == Həyatı == Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən həm də dublyaj fəaliyyəti ilə məşğuldur. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrın aktyorudur. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. == Mükafatları == İranda, Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada, Belarusiyada, Şri-Lankada, Makedoniyada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şövqi Novruzov
Şövqi Novruzov(tam adı:Novruzov Şövqi Heydər oğlu; 3 may 1937, Bakı) — ədəbiyyatşünas və jurnalist. == Həyatı == Novruzov Şövqi Heydər oğlu 3 may 1937-ci ildə Bakı şəhərində anadan olub. === Vəfatı === 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini, 1966-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun(indiki Ədəbiyyat İn-tu) aspiranturasını bitirmişdir. == Fəaliyyəti == == Elmi fəaliyyəti == 1969-cu ildə filologiya elmləri namizədi olub. === Əmək fəaliyyəti === Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında (indiki “Azərbaycan Milli Ensikolpediyası” Nəşriyyatı) böyük elmi redaktor, redaksiya müdiri (1966-70), Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent əvəzi (1970-74), “Azərbaycan kommunist” jurnalının baş redaktor müavini (1981-1991). “”Dirçəliş” jurnalının, “Ana vətən” qəzetinin (1992-93) baş redaktoru (1991-93), Baş Sosial İdarəetmə və Politologiya İnstitunun baş müəllimi (1993-99) olmuşdur. Mətbuat tarixinə dair tədqiqatı, elmi-publisistik məqalələri var. == Təltifləri == Azərbaycan SSR— “Qızıl qələm” mükafatı laureatı (1979).Azərbaycan SSR— əməkdar jurnalisti (1988). == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Şövqi İsmayılzadə
Şövqi Raqub oğlu İsmayılzadə (23 fevral 1996; Bərdə rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şövqi İsmayılzadə 1996-cı il fevralın 23-də Bərdə rayonunun Bəcirəvan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şövqi İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şövqi İsmayılzadə oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şövqi İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şövqi Əfəndi
Şövqi Əfəndi Rəbbani — bəhailər onu yeni İlahi dinin Mühafizi olaraq qəbul edirlər. Əbdül-Bəha Abbasdan sonra dinin Vəlisi (Vəliyyi Əmrullah), Mühafizi təyin olunmuşdur. == Dinin Mühafizi kimi == Əbdül-Bəhanın süudu ilə Bəhai Erasının Qəhrəmanlıq və ya Həvvarilik dövrü sona yetdi. Şövqi Əfəndinin "Allah yaxından keçir" kitabında "Allahın məst etdiyi qəhrəmanlar Qalaktikası" adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək "öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatına əlavə təkan" vermişdilər. Əbdül-Bəhanın yazılı olaraq qoyduğu Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Şövqi Əfəndi Rəbbani Bəhai dininin Mühafizi təyin edilirdi. Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır.
Əhməd Şövqi
Əhməd Şövqi (ərəb. أحمد شوقي‎; 1868[…], Qahirə – 23 oktyabr 1932 və ya 13 dekabr 1932, Qahirə) — Ərəb əsilli Misir şairi. == Həyatı == Qarışıq bir türk, ərəb, çərkəz, kürd və yunan köklərindən ibarət kübar bir ailədə anadan olub .Şair əslən Misirli olmayıb. Babası Əhməd Şövqi Məhəmməd Əli dövründə Misirə gəlmişdir və Səid Paşanın dövründə gömrük katibi vəzifəsinə qədər yüksəlmişdir. Ondan sonra ana tərəfdən babası Əhməd Həlim İbrahim Paşanın dövründə Anadoludan Misirə köçmüşdür. İbrahim Paşa onu sarayındakı yunan əsilli “Temzar” xanım ilə evləndirmişdir. Əhməd Həlim xədiv İsmayılın xüsusi vəkili olmuş və öləndən sonra xədiv bu vəzifəni onun dul qadınına ötürmüşdür. Şairin tərbiyəsi ilə yunan nənəsi məşğul olmuşdur. Hələ İbrahim paşanın dövründən Əhməd Şövqinin saray ilə əlaqəsi olmuşdur. Xədiv İsmayılın dövründə o, üç yaşında idi.
Böyük Şöllü Dəmirçi
Böyük Şöllü Dəmirçi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 1969 - cu ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonun tərkibində olmuşdur. Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çol etnonimindən və dəmirçi türk etnonimindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «böyük» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 338 nəfər, 1886-cı ildə 1318 nəfər, 1922-ci ildə 238 nəfər, 1926-cı ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Kiçik Şöllü Dəmirçi
Kiçik Şöllü Dəmirçi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda yerləşən kənd. == Etimologiyası == Toponim üç komponentdən: fərqləndirici əlamət bildirən kiçik sözündən, şollu və dəmirçi etnonimlərindən ibarətdir. Toponimdəki Şollu mənsubluq bildirən -Iu şəkilçisi qəbul etmiş türk mənşəli çol etnonimini, dəmirçi isə şahsevən türk tayfasından olan dəmirçi etnonimini əks etdirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Tarixi == Kəndin digər adı rəsmi sənədlərdə Şorlu Dəmirçi kimi qeyd edilir. Rayon mərkəzindən 5 km şimal-qərbdə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəmirçiliye-Şollu formasında, Qafqazın 5 verstlik xəritəsində Kiçik Şorlu Dəmirçi kimi qeyd edilmişdir. Zəngibasar rayonu təşkil edilənədək, 1969-cu ilədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Dəmirçi, Ermənistanın prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbnik qoyulmuşdur.
Evoğlu
== Kəndlər == Evoğlu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Evoğlu (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Evoğlu (Xoy) — Cənubi Azərbaycanın Xoy vilayətində kənd. == Təxəllüsü bu ad olan şəxslər == Heydər bəy Evoğlu — XVII əsrdə yaşamış şair, xəttat, tarixçi. Əbülqasim bəy Evoğlu — XVII əsrdə, şair, xəttat, diplomat.
Sofulu
Sofulu (Qarakilsə) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisiyan rayonunda kənd. Sofulu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Sofulu (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Sofulu (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd.
Novlu
Novlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. ‎Novlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Sovla
Sovla — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sovla oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəzi tədqiqatçılar oykonimi ərəb dilindəki sofla (asağı) sözü ilə əlaqələndirir və ehtimal edirlər ki, kənd coğrafi mövqeyinə, Kür çayının asağı axarına yaxın olan ərazidə yerləşdiyinə görə bələ adlandırılmışdlr. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1113 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xovlu
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. == Tarixçə == Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Evoğlu (Ağdam)
Evoğlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. == Toponomik izahı == Evoğlu - Ağdam rayonunda kənd adı. Əsl adı İvəoğlu. Səlcuq oğuzlarının İvə tayfasının adından və “oğlu“, “övladı“ sözündəndir. İvəoğlu Qarabağda Kəngərlərin Qaraxanbəyli tayfasının qollarından biri idi. Bu kənd İbrahim xanın bacısı Gövhər ağaya mənsub 14 ailənin məskunlaşmasından yaranmışdır. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. Əhalisinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğul olur. == Evoğlu kəndində == Şəhid Əsgər Əliyev adına tam orta məktəb Uşaq bağçası [1] kənd ambulator xəstəxanası mədəniyyət evi polis məntəqəsi vardır.
Evoğlu (Tərtər)
Evoğlu — Azərbaycan Respublikasının Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Qarabağ düzündədir. Etnotoponimdir. Səlcuq oğuzlarının ivə/yivə tayfa adından və etnonim yaradıcılığında iştirak edən oğlu (nəsli) komponentindən ibarətdir. 1823-cu ilə aid bir sənəddə yalnız Ağdam rayonundakı Evoğlu kəndinin adı çəkilir və bildirilir ki, bu nəsil Qaradağlı tayfasına mənsubdur. Qaradağlılar isə kəngərlilərin qaraxanlı tayfasının bir qoludur. Bu sənədə əsasən məlum olur ki, Tərtər rayonundakı Evoğlu kəndini sonralar Ağdamın eyniadlı kəndindən köçmüş ailələr salmışlar. Vaxtilə qızılbaşlar, sonralar isə Şahsevən tayfa birləşməsinə daxil olan evoğlular Səfəvilər dövlətinin siyasi və ictimai həyatında müəyyən rol oynamışlar. Odur ki, hazırda Cənubi Azərbaycanın Xoy Şəhristanında 32 kəndi əhatə edən Evoğlu dehistanı mövcuddur.. Evoğlu adının yaranması barədə müxtəlif fərziyələr var.
Evoğlu (Xoy)
Evoğlu (fars. ایواوغلی‎)— İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanının Evoğlu bəxşindən şəhər və bu bəxşin paytaxtı. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,282 nəfər və 887 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Qovuqlu itburnu
Qovuqlu itburnu (lat. Rosa pulverulenta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Narzan), Rusiyanın Avropa hissəsində, İranda və Kiçik Asiyada təbii areallarına rast gəlinir. == Azərbaycanda yayılması == Naxçıvan MR və Lənkəran rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə, daşlı-qayalı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 50-90 sm-dən çox olmayan, alçaqboy kolcuqdur. Qopartikanı müxtəlifdir. Yarpaqları 3-6 sm uzunluğunda olub, 5-7 yarpaqcıqdan ibarətdir.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır.
Qovuqlu çay
Qovuqlu çay (digər adları: qovuq çay, şarcıq çay, inci çay və ya babl çay) — qovuqlu içkilər növündən çay. 1980-ci illər əsnasında Tayvanın Tayçunq şəhərinin çay mağazalarında ilk dəfə servis edildi. Ən çox qovuqlu çay reseptləri meyvə və ya süd ilə qarışıq bir çay döşəməni ehtiva edir. Qovuqlu çayların ümumiyyətlə, iki fərqli növü var: meyvə dadlı çaylar və süd çayları. Qovuqlu çay ən çox çeynənən tapioka topları'ndan ("boba") ibarətdir, lakin o, çəmən jeli, aloe vera, qırmızı lobya və partlayan boba kimi digər əlavələrlə də hazırlana bilər. Qovuqlu çayları iki kateqoriyaya bölünür: südsüz çaylar və südlü çaylar. Hər iki növ əsas olaraq qara çay, yaşıl çay və ya oolong çay seçimi ilə gəlir. Südlü çaylara adətən toz və ya təzə süd daxildir, lakin qatılaşdırılmış süd, badam südü, soya südü və ya kokos südündən də istifadə edilə bilər.
Sofulu (Ağdam)
Sofulu — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Haqqında == Sofulu kəndi Xaçınçayın sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsinin adı azərbaycanlıların kəngərli elinin sofulu tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Heyvandarlıqla məşğul olan sofulular keçmişdə yayı Ermənistanın Sisyan (Qarakilsə) rayonunda, qışı isə Qarabağda keçirirdilər. Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild.
Sofulu (Cəbrayıl)
Sofulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Sofulu kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Sofulu (Qarakilsə)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. == Tarixi == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir.Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – “başçı”, “knyaz”, “şahzadə” (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi “Si” və “Sakan” hissələrindən ibarətdir və “Si sakları” mənasını verir. “Sakan” komponenti Sak etnoniminə və - an şəkilçisinə ayrılır.Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!). Sofulu toponiminin bu kəndlərlə əlaqəsi olmasa da bu toponim türk tayfasının adı (329, s.ll) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Sofulu (Qazax)
Sofulu – Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.. == Toponimikası == Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulular keçmişdə yayı indiki Ermənistanın Sisyan rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onlann oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 182 nəfər əhali yaşayır. Əhalinin 80 nəfəri kişilər, 102 nəfəri qadınlardan ibarətdir. === Tanınmış şəxsləri === Vilayət Hacıyev (1950) - Azərbaycan filoloqu, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti.
Sofulu (Sisian)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. == Tarixi == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir.Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – “başçı”, “knyaz”, “şahzadə” (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi “Si” və “Sakan” hissələrindən ibarətdir və “Si sakları” mənasını verir. “Sakan” komponenti Sak etnoniminə və - an şəkilçisinə ayrılır.Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!). Sofulu toponiminin bu kəndlərlə əlaqəsi olmasa da bu toponim türk tayfasının adı (329, s.ll) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Sofulu məhəlləsi
Sofulu məhəlləsi - Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır. Məhəllə sakinlərinin böyük əksəriyyətini Hacı Qədimlilər və Şeyxzamanovlar təşkil edir. == Haqqında == Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi. Tanınmış etnoqraf Qəhrəman Qaraqaşlı, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünya şöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.
Sofulu məscidi
Sofulu məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Səfərabad məscidi — Azərbaycanın Sofulu məhəlləsində Gəncə şəhərində tarixi tikili.
Soluqlu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).
Somuqlu (Miyanə)
Somuqlu (fars. سمكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (8 ailə).
Soviru (Sərdəşt)
Soviru (fars. ‎سويرو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 284 nəfər yaşayır (47 ailə).
Sovqat (1942)
== Məzmun == Filmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir. == Film haqqında == Filmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir. 1942-ci ildə iki film birləşdirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov Ssenari müəllifi: İmran Qasımov, Ənvər Məmmədxanlı Quruluşçu operator: Əsgər İsmayılov, Seyfulla Bədəlov Quruluşçu rəssam: Əlisəttar Atakişiyev Səs operatoru: İlya Ozerski Rejissor assistenti: Məmməd Əlili Filmin direktoru: Teymur Hüseynov === Rollarda === Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski Rəşid Atamalıbəyov Mirmahmud Kazımovski Möhsün Sənani İsmayıl Əfəndiyev == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Şovu
Şovu — Azərbaycan Respublikasının Lənkəran rayonunda inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1158 nəfərdir. == Toponimiyası == Oykonim 1917—ci ildə Şout, 1933-cü ildə Şüvid variantında qeydə alınmışdır. XDC əsrə aid məlumata görə, kəndin digər adı Culut olmuşdur. Culut monqol işğallarında (XIII əsr) iştirak etmiş sunnit tayfasının adının təhrifə uğramış formasıdır. Şovut toponimi talış dilində müxtəlif variantlarda “şadlıq bəxş edən yer”, “pöhrələnən yer”, “geniş ön” kimi izah edilir. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Kənd təsərrüfatı, maldarlıq, sitrusçuluq. == Din == Kənddə Şovu kənd məscidi dini icması fəaliyyət göstərir.
Hüseyn Sözlü
Hüseyn Sözlü — "Tərəqqi" medalı laueratı == Həyatı və fəaliyyəti == Hüseyn Sözlü 1965-ci ildə Ceyhan şəhərində anadan olmuşdur. 1990-cı ildə DSİACO şirkətində çalışmışdır.1992-ci ildə Ceyhan Ülkü Ocağının sədri olmuşdur. Türkiyənin Milliyyətci Hərəkat Partiyasının fəal üzvlərindəndir. 1999-cu ildə Ceyhan Bələdiyyəsinin sədri secilmişdir. Bələdiyyəyə rəhbərlik etdiyi dövrlərdə həyata kecirdiyi layihələrə görə yerli əhalinin rəğbətini qazanmışdır 2005-ci ildə İsgəndərun, Payas, Ceyhan Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başcılarını və bu ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibindəAzərbaycanda səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident Sarayında nümayəndə heyətini qəbul etmişdir.Məhz onun dəstəyi ilə 2006-cı il iyulun 13-də Ceyhanda Heydər Əliyevin adını daşıyan "Türkiyə-Azərbaycan qardaşlığı parkı" acılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan parkın təntənəli açılışında iştirak etmişlər.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Kujuqet Şoyqu
Kujuqet Seree oğlu Şoyqu (tıva Күжүгет Серээ оглу Шойгу, 24 sentyabr Qara-Xol kəndi, Tuva Xalq Respublikası — 1 dekabr 2010-cu il Moskva, Rusiya Federasiyası) Sovet partiya və dövlət xadimi, Sov.İKP Tıva vilayət komitəsinin katibi, Tıva Muxtar Sovet Sosialist Respublikası Nazirlər Şurası sədrinin birinci müavini, altı il ərzində Tıvada "Şın" respublika ictimai-siyasi qəzetinin redaktoru. == Həyatı == Kujuqet Seree oğlu Şoyqu 1921-ci ilin avqust ayında Asiyanın mərkəzində Çindən ayrılaraq müstəqil dövlətin — Tannu-Tuvanın yaradılmasını elan edən Tuva xalqının qurultayından bir ay sonra, 24 sentyabr 1921-ci ildə Tannu-Tuva Xalq Respublikasında anadan olub. Doğulanda Şoyqu adə, Kujuqet isə soyad olmuşdur. Lakin doğum şəhadətnaməsi alanda qeydiyyatçı məmurunun səhvi səbəbindən Şoyqu soyad, Kujuqet isə ad kimi yazılmışdır. Beləliklə özü də bilmədən qeydiyyat şöbəsinin işçisi Şoyqu soyadında yeni nəslin təməlini qoymuşdur.Kujuqet Şoyqu köçəri maldar ailəsində böyümüşdür. Savadsızlıqla mübarizə aparan Tıva Xalq Respublikasının İnqilab Şurasının işində fəal iştirak etmişdir. Kujuqet Şoyqu gənc yaşlarından Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. Sov. İKP üzv olması ona Tıva Muxtar Sovet Sosialist Respublikası dövründə müxtəlif dövlət vəzifələri tutmağa şərait yaratmışdır. O, həmçinin Sovet İttifaqı Kommunist Partiyasının Tuva vilayət komitəsinin katibi vəzifəsini də icra etmişdir.