Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəfəqli
Şəfəqli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şəfqət
Şəfqət — lüğətlərdə "acıyaraq və ya qoruyaraq sevmə, mehribanlıq" olaraq qeyd olunur. Kökündə sevgi, mərhəmət və kömək duyğularının olduğu şəfqət müxtəlif fəlsəfi görüşlərdə və inanc sistemlərində fərqli anlayışlarla dilə gətirilsə də hamısında da müsbət bir duyğu və davranış forması olaraq dilə gətirilmişdir.
Əfətli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur. == Toponomik izahı == XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.
Cəfər Şəfqət
Cəfər Şəfqət (1915-2000) — İranın müdafiə naziri. == Həyatı == Cəfər Şəfqət 1915-ci ildə Təbriz şəhərində anadan olmuşdu. 1933-cü ildə ali hərbi təhsil almışdı. Urmiya və Təbriz şəhərlərində hərbi hissəyə başçılıq etmişdi. Şapur Bəxtiyarın baş nazirliyi dönəmində İranın müdafiə naziri olmuşdu. Cəfər Şəfqət Şərqi Azərbaycan ostanının ostandarı vəzifəsində çalışmışdı. Cəfər Şəfqət 2000-ci ildə vəfat edib.
Əfətli bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səfərli
Səfərli — soyad. Amil Səfərli (1994—2020) — Vətən müharibəsi şəhidi. Cavid Səfərli (1993—2020) — Vətən müharibəsi şəhidi. Elçin Səfərli (d. 1984) — Yazıçı. Eltac Səfərli (d. 1992) — Azərbaycan şahmatçısı, qrossmeyster (2008). Əliyar Səfərli (1937—2017) — Ədəbiyyatşünas, mətnşünas, maarif xadimi. Əmrah Səfərli (1998—2020) — Vətən müharibəsi şəhidi. Hacıfəxrəddin Səfərli (d.
Səadətli (Həştrud)
Səadətli (fars. سعادتلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 648 nəfər yaşayır (120 ailə).
Əli Səngərli
Əli Məmməd oğlu Məmmədov (1930, Faxralı, Bolnisi bələdiyyəsi – 2009, Faxralı, Kvemo-Kartli) — müəllim, şair, tərcüməçi. == Həyatı == Əli Məmməd oğlu Məmmədov 1930-cu ildə Gürcüstanın Türklər toplu yaşayan Borçalı bölgəsinin Faxralı kəndində doğulmuşdu. Bu bölgədə aşıqlar çox yaşadığından əlinə qələm alıb bədii yaradıçılıqla məşğul olmaq istəyən də, sinəsinə sazı qaldırıb aşıqlıq həvəsinə düşən də heca vəznində şeirlər yazır. Əli Məmməd oğlu da yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Orta məktəbi bitirdikdən sonra üç il məcburi əsgərlik xidmətini başa vurub. Sonra Bakıdakı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub. 1952-1957-ci illərdə Universitetdə oxuyarkən xarici ölkələr ədəbiyyatı fənnindən dərs deyən müəllimləri Əli Sultanlı ona Roma və Yunan poeziyasından seçmələri tərcümə etməyi tapşırıb. Müəlliminin tapşırığını uğurla yerinə yetirdiyinə görə Əli Sultanlı onun tərcümələrini hazırladığı Roma və Yunan ədəbiyyatı antologiyasına daxil edib. Universiteti bitirdikdən sonra Faxralıya qayıdan Əli Məmməd oğlu məktəbdə müəllimlik etmiş, kəndlərinin başı üzərində ucalan Səngərli dağının adını özünə ləqəb götürmüşdür. Səngərli ləqəbilə yazdığı şeirlərini Bolnisi rayonundakı “Qələbə bayrağı”, Tbilisidəki “Şərqin şəfəqi”, “Sovet Gürcüstanı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi” qəzetlərində nəşr etdirmişdi.
Amil Səfərli
Amil Nizami oğlu Səfərli (29 sentyabr 1994, İmişli rayonu – 5 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amil Səfərli 1994-cü il sentyabrın 29-da İmişli rayonunun Çahar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amil Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Səfərli noyabrın 5-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Səfərli
Cavid Xaliq oğlu Səfərli (31 may 1993, Əliqullar, İmişli rayonu – 21 oktyabr 2020, Düdükçü, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Səfərli 1993-cü il mayın 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1999-2001-ci illərdə R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbində, 2001-2007-ci illərdə İmişli şəhərində N. Şirinov adına 5 nömrəli tam orta məktəbdə, 2007-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Cavid Səfərli 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə və zabit kimi xidmət edirdi. 2016-2018-cı illərdə Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Motoatıcı Briqadanın Bölüyünün Komandiri, 2018-2020-ci illərdə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə Bölüyün Komandiri, 2020-ci ildən isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə Taborun Komandiri vəzifələrində xidmət edib. 2017-ci ildən "baş leytenant" rütbəsində xidmət edirdi. === Aprel döyüşləri === 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Cavid Səfərli Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olaraq vuruşurdu. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Eltac Səfərli
Eltac Səfərli (18 may 1992, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). == Naliyyətləri == 2002-ci ildə İspaniyada keçirilmiş 10 yaşa qədər uşaqlar arasında şahmat üzrə Avropa Çempionudur. 2003-cü ildə Serbiyada keçirilən Gənclər arasında Avropa çempionudur. 2008-ci ildə Türkiyədə 20 yaşa qədər gənclər arasında dünya çempionatının bürünc medalını qalibi olmuşdur. 2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin qalibi olmuşdur. 2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır 2015-ci ildə Naxçıvan Open turnirinin qalibi olmuşdur. 2010 və 2016-cı illərdə şahmat üzrə Azərbaycan çempionudur. SOCAR komandasının tərkibində Şahmat üzrə klub komandalarının Avropa Kubokunu qazanmışdır. == Xarici keçidlər == Eltaj Safarli. Chess-DB.com (ing.) Eltaj Safarli.
Elçin Səfərli
Elçin Səfərli (12 mart 1984, Bakı) — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Elçin Səfərli Bakı şəhərində 1984-cü il mart ayının 12-də anadan olub. 16 yaşında Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə daxil olmağı ilə mətbuatda öz peşəkar fəaliyyətinə başlayıb. "Exo" qəzetində çalışıb. Uzun illər İstanbulda yaşayıb və bu da onun erkən yaradıcılığına təsir edib: onun ilk romanlarının məzmunu Türkiyə ilə bağlıdır. Yazıçı rus dilində yazır. "İkinci Orxan Pamuk" adını "Bosforun şirin duzu" (rus. «Сладкая соль Босфора») adlı ilk kitabı işıq üzü görəndən sonra qazanmışdır. 2011-ci ildə Elçin Səfərli haqqında rejissor Sergey Saraxanov tərəfindən qısametrajlı film çəkilmişdir. == Əsərləri == 2008 — rus.
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Hacıfəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. == Həyatı == Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. == Pedaqoji faəliyyəti == 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. == Elmi fəaliyyəti == 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
Hidayət Səfərli
Hidayət Əhməd oğlu Səfərli (5 fevral 1932, Naxçıvan rayonu, Naxçıvan MSSR – 16 yanvar 2013, Bakı) — Ssenari müəllifi, səsləndirici, aktyor. == Həyatı == Hidayət Səfərli 5 fevral 1932-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Anası Hökümə xanım məşhur Ordubad xanı Mirzə Mehdiqulu xanın qızıdır. Hidayət Səfərlinin ailəsi Dünya şöhrətli alim Nəsirəddin Tusi nəslinə aiddir. Atası isə Naxçıvanın tanınmış xanı olan Səfər xanın oğludur. Hidayət Səfərli orta təhsilini Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi (indi həmin məktəb qardaşı şair-dramaturq İslam Səfərlinin adını daşıyır) sonra 1954-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmusdur. 1959-cu ildə Ali məktəbi bitirdikdən sonra Azərbaycan Radiosunda fəaliyyətə başlamışdır. Hidayət Səfərli 48 il Azərbaycan Radiosunun əməkdaşı kimi Respublikamızın bütün rayonlarını qarış-qarış gəzmiş, zəhmətkeş insanların uğurlarından reportajlar, radio-oçerklər, müsahibələr hazırlamışdır. "Radio mənim həyatımdır" deyən Hidayət Səfərli ömrünün radioda, mikrafon önündə keçməsinə, saçlarının bu yolda ağarmasına heyfslənməmişdir. Silsilə müsahibələr "Yaz dumanı qar gətirər, qız dumanı qar gətirər", "Arazla Kür görüşəndə", "Doqquz iqlim qurşaqlı Vətənim", "Xəzər tükənməz sərvətimizdir" və s.
Həsən Səfərli
Həsən Səfər oğlu Səfərli (15 aprel 1898, Naxçıvan – 2 iyun 1960, Naxçıvan) — aktyor, rejissor, müəllim, Naxçıvan MSSR əməkdar müəllimi (1960). == Həyatı == Həsən Səfərli Naxçıvan şəhərində anadan olub. Yerli ibtidai məktəbi bitirib, 1909-cu ildə ilk dəfə səhnəyə Hüseyn Ərəblinskinin tamaşaya qoyduğu "Nadir şah" pyesindəki rolu ilə qədəm qoyub. 1913–1917-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyadakı dram dərnəyinin fəal üzvlərindən olub. İrəvanın teatr truppasında da epizod rollarda səhnəyə çıxıb. Seminariyanı 1917-ci ildə bitirərək Naxçıvana qayıdıb. Həmin ildən müəllimlik fəaliyyəti ilə yanaşı, həvəskarların truppasında, 1931-ci ilə qədər Naxçıvan Dövlət Dram Teatrında aktyor, rejissor, baş rejissor kimi çalışıb. "Rüşdiyyə", "Məktəbi-xeyriyyə" məktəblərində, Müəllimlər Seminariyasında, Pambıqçılıq texnikumunda, ikiillik Müəllimlər İnstitutunda dərs deyib. 18 may 1960-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb.
Mais Səfərli
Mais İsmayıl oğlu Səfərli (23 may 1958, Məlikəhmədli, Qubadlı rayonu – 7 dekabr 2020) — Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı == Həyatı == 1958-ci il mayın 5-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıda orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Təhsilini bitirdikdən sonra fəhlə kimi çalışmağa başlamışdır.Mais Səfərli 1975-ci ildən Azərbaycan Televiziya və Radio Şirkətində çalışmağa başlamışdır. Mais Səfərli evli olmuşdur, 3 uşağı var. 7 dekabr 2020-ci il tarixində koronavirusdan vəfat edib. == İctimai-siyasi fəaliyyəti == Mais Səfərli "Yurddaş" və "Vışka" qəzetlərində çalışmışdır. O, 1988–1992-ci illərdə "Yurddaş" Cəmiyyətinin sədri, 1993-cü ildən ölümünədək isə Azərbaycan Yurddaş Partiyasının sədri olmuşdur.Mais Səfərli 2001-ci il yanvarın 7-də 9 saylı Xətai birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur.
Nazilə Səfərli
Nazilə Səfərli-Cəlilova (25 yanvar 1979, Dmanisi) — Azərbaycan şairəsi, AYİ-nın üzvü, == Həyatı == Nazilə Cəfərova (Səfərli) 1979-cu il 25 yanvar Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Orta məktəbə Bolnisi rayon Kazreti qəsəbəsi 2№-li orta məktəbdə qədəm qoyub. 1993-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşüb. Suraxanı rayonunda məskunlaşıb. 9-cu sinfi 270№-li orta məktəbdə davam etdirib. 10-11-ci sinifləri isə Xətai rayonunda 269 saylı orta məktəbdə başa vurub. Ali məktəbi Rusiyada oxuyub. Vladimir şəhər Aviamexanika institutunun hüqüq fakültəsini bitirib. Evlidir. 2 oğlu var (Nurlan və Turan).
Səfərli (Ağdam)
Səfərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Səfərli qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Yol == 7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədi ilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.
Səfərli (Başkeçid)
Səfərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Səfərli kəndi rayon mərkəzindən 16 km. cənub-şərqdə, paytaxt Tiflisdən təqribən 80 km. cənub-qərbdə dəniz səviyyəsindən 950-980 metr yüksəklikdə yerləşir. Qonşu kəndləri Məmişli, Hamamlı və Əngirəvan kəndləridir. == Əhalisi == Kənd əhalisinin sayı 738 nəfərdir (2002-ci il siyahıyaalması). Sakinlərin 45,7%-i kişilər, 54,3%-i isə qadınlardır. Əhalinin cinsi tərkibində belə disbalans sosial vəziyyətin çətinliyi və yüksək işsizlik nəticəsində getdikcə dramatik xarakter alan əmək axını ilə əlaqədardır. Sakinlərin 99%-i etnik azərbaycanlılardır. == İqtisadiyyatı == Səfərli kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır.
Səfərli (Borçalı)
Səfərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Səfərli kəndi rayon mərkəzindən 16 km. cənub-şərqdə, paytaxt Tiflisdən təqribən 80 km. cənub-qərbdə dəniz səviyyəsindən 950-980 metr yüksəklikdə yerləşir. Qonşu kəndləri Məmişli, Hamamlı və Əngirəvan kəndləridir. == Əhalisi == Kənd əhalisinin sayı 738 nəfərdir (2002-ci il siyahıyaalması). Sakinlərin 45,7%-i kişilər, 54,3%-i isə qadınlardır. Əhalinin cinsi tərkibində belə disbalans sosial vəziyyətin çətinliyi və yüksək işsizlik nəticəsində getdikcə dramatik xarakter alan əmək axını ilə əlaqədardır. Sakinlərin 99%-i etnik azərbaycanlılardır. == İqtisadiyyatı == Səfərli kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır.
Səfərli (Tovuz)
Səfərli — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd səfərli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. 1933-cü ildə Əli Bayramlı rayonunda da eyniadlı kənd qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Səfərli kənd kitabxana filialı, Səfərli kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Səfərli kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Səfərli (Xudafərin)
Səfərli (fars. صفرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (72 ailə).
Vüqar Səfərli
Səfərli Vüqar Müzəffər oğlu (19 mart 1958, Tivi, Ordubad rayonu) — Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru (2009–2020); Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi". == Həyatı == 1958-ci il martın 19-da Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Ordubad rayonunun Tivi kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1975-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni bitirib. 1977-ci ilin iyul ayından sentyabr ayınadək Culfa Üzümçülük Sovxozunda fəhlə işləyib. 1977-ci ilin sentyabr ayında Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə qəbul olub. 1980-cı ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilib. 1981-ci ildə Bakı poçtamptının "Oneqa" elektron maşınlarının təmir qrupuna mühəndis vəzifəsinə keçirilib. 1985-ci ildə Moskva Rabitə İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu bitirib. 06.02.2006–27.06.2006-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kurslarını bitirib.
Xəqani Səfərli
Xəqani İlqar oğlu Səfərli (14 oktyabr 1991; Bakı, Xətai rayonu, Azərbaycan – 4 oktyabr 2020; Murovdağ, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İtkin. == Həyatı == Xəqani Səfərli 1991-ci il oktyabrın 14-də Bakının Xətai rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəqani Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xəqani Səfərli oktyabrın 4-də Murovdağ döyüşləri zamanı itgin düşüb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Xəqani Səfərliyə "şəhid" statusu verilmişdir.
İslam Səfərli
Səfərli İslam Əhməd oğlu (12 fevral 1923, Şəkərabad, Naxçıvan MSSR – 6 noyabr 1974, Bakı) — şair-dramaturq, tərcüməçi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). == Həyatı == İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s.
Əliyar Səfərli
Səfərli Əliyar Qurbanəli oğlu (28 dekabr 1937, Anabad, Ordubad rayonu – 4 yanvar 2017, Bakı) — ədəbiyyatşünas, mətnşünas, maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru (1983), professor (1998), AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1943–1947-ci illərdə Anabad kənd məktəbində ibtidai təhsilini alan Əliyar Səfərli 1947–1951-ci illərdə Gənzə kənd yediillik məkətbində və Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Daha sonra 1955–1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Əliyar Səfərli 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində dərs demişdir. 1971–1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yenidən Bakı Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatşünas 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonra 1992–1994-cü illərdə Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq bölməsinin sədri vəzifəsini icra etmişdir.Əliyar Səfərli 1998–2002-ci illərdə Bakı Dövlət Universitetində, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir.
Şəfqət Təpə (teleserial, 2010)
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.