Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəhmətli
Bəhmətli (əvvəlki adları: Verxiyan; Bəhmənli) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Zaqatala rayonunun Verxiyan kəndi Bəhmənli kəndi adlandırılmışdır. == Mədəniyyəti == Kənd 5 obadan ibarətdir. Kənddə 1 orta, 1 əsas məktəb, 3 kitabxana, kənd xəstəxanası, körpələr evi-uşaq baxçası, aptek, məscid, kənd mədəniyyət evi, futbol meydançası və poçt məntəqəsi vardır. Tarixi abidələr: 1 məscid, 1 hücrə vardır. == Coğrafiyası və iqlimi == Bəhmətli kəndi, rayon mərkəzindən 18 km məsafədə yerləşir. Şərq tərəfdən Lahıc, cənub-şərqdən Qındırğa, şimal və qərbdən Əliabad, cənub-qərbdən Mosul kəndləriylə, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd olmaqla iki kəndi (Bəhmətli və Kürdəmir) birləşdirir. Kəndin ərazisi 3697 hektardir. == Əhalisi == Əhalisi 4286 nəfər (Bəhmətli - 4098 və Kürdəmir - 187), əsasən azərbaycanlılardır. Dini mənsubiyyəti müsəlman.
Şahvəlli
Şahvəli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Burada yaşayan şahvəlli nəslinin adı ilə bağlıdır. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Şahvalili Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yerli əhali arasında Şahvəlli kimi işlənir. Yaşayış məntaqəsi şahvəlili nəslinin məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə adlandırılmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəhətli (Urmiya)
Cəhətli — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Rövzəçay kəndistanında, Urmiya şəhərindən 6 km şimal-qərbdədir.
Şöhrətli Azərbaycan (1935)
== Məzmun == Kinoalmanaxda iki mövzu-neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Burada süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətlər verilmişdir. == Film haqqında == Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Pumpyanski Ssenari müəllifləri: Boris Pumpyanski, Vladimir Yeremeyev Operatorlar: Seyfulla Bədəlov, A.Qaryagin Bəstəkar: S.Paniyev Səs operatoru: A.Zapadenski === Filmdə iştirak edənlər === Piri Nuriyev Qüdrət Səmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Şəhərli Biçinçilər (1986)
== Məzmun == Müasir mövzuda çəkilmiş bu film kəndlə şəhərin aktual məsələlərinə həsr olunmuşdur. Film həmçinin kənddən şəhərə köçdükdən sonra el adət-ənənələrini unudanlardan bəhs edir. == Film haqqında == Film rejissor Hüseyn Mehdiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Döyüş Şöhrətli Varislər (1974)
== Məzmun == Film Bakıdakı ixtisaslaşdırılmış Cəmşid Naxçıvanski Adına 2 Saylı Hərbi Məktəbdən, bu məktəbdə təhsil alan gələcək zabitlərin necə hazırlanmalarından danışılır. Filmdə deyilir ki, burada ilk buraxılış 1973-cü il iyulun 12-də olub. Məktəbdə Azərbaycanın hər yerindən şagirdlər oxuyur, onlar hərbi işi öyrənirlər. Burada təcrübəli müəllimlər dərs deyirlər. Tez-tez müharibə veteranları ilə görüşlər keçirilir.
Şöhrətli Azərbaycan (film, 1935)
== Məzmun == Kinoalmanaxda iki mövzu-neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Burada süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətlər verilmişdir. == Film haqqında == Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Pumpyanski Ssenari müəllifləri: Boris Pumpyanski, Vladimir Yeremeyev Operatorlar: Seyfulla Bədəlov, A.Qaryagin Bəstəkar: S.Paniyev Səs operatoru: A.Zapadenski === Filmdə iştirak edənlər === Piri Nuriyev Qüdrət Səmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qışlaq-i Şahvəli (Kəleybər)
Qışlaq-i Şahvəli (fars. قشلاق شاه ولي‎) və ya Şahvəli Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (41 ailə).
Şəhərli biçinçilər (film, 1986)
== Məzmun == Müasir mövzuda çəkilmiş bu film kəndlə şəhərin aktual məsələlərinə həsr olunmuşdur. Film həmçinin kənddən şəhərə köçdükdən sonra el adət-ənənələrini unudanlardan bəhs edir. == Film haqqında == Film rejissor Hüseyn Mehdiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Əhmədov Qədim Şahvəli oğlu
Qədim Şahvəli oğlu Əhmədov (30 yanvar 1929, Mirili, İmişli rayonu – 2015) — Azərbaycanın dövlət və siyasi-ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Qədim Əhmədov 1929-cu ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. Əmək faliyyətinə 1947-ci ildə İmişli rayon İcrayyə Komitəsində başlamış, 1948-1951-ci illərdə İmişli rayon Partiya Komitəsində təlimatçı, 1951-1953-cü illərdə İmişli RİK-də şöbə müdürü, 1953-1955-ci illərdə İmişli rayon Komsomol Komitəsinin 1-ci katibi, 1955-1956-cı illərdə İmişli rayon Partiya Komitəsinin Qaradonlu MTS üzrə katibi işləmişdir. Bacarıqli iş fəaliyyətinə görə Bakı Ali Partiya Məktəbinə təhkim edilmiş, 1956-1960-cı illərdə Ali Partiya Məktəbində oxumuişdur. İmişli rayon Partiya Komitəsində 1960-cı ildə təlimatçı, 1961-1965-ci ilin yanvar ayına kimi 2-ci katib vəzifəsində işləmişdir. İkinci Ali təhsili Azərvaycan Xalq Təsərrüfatı İnstitutunda almışdır. 1965-ci ildən 1969-cu ilə kimi Qasım-İsmayılov rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. 1969-1981-ci ilə kimi Füzuli rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin dalbadal 4 dəfə ( 6, 7, 8 və 9-cu çağırış) deputatı seçilmişdır. 1981-ci ildən Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı Nazirliyində Kadrlar üzrə müavin, 2008-ci ilə kimi Kadrlar İdarəsinin rəisi vəzifəsində işləmiş, 2008-ci ildən Fəxri Təqaudə layiq görülmüşdür.
Sevgi və şəhvət tanrıları
Sevgi tanrısı mifologiyada romantika , sevgi, şəhvət və ya seksuallıq ilə əlaqəli tanrılara verilən addır. Sevgi tanrıları mifologiyalarda geniş yayılmışdır və bir çox politeist dinlərdə mövcuddur. Qadın sevgi ilahələri çox vaxt gözəllik və digər ənənəvi qadın atributları ilə əlaqələndirilir. == Mifologiyalarda == === Alban === Prende, sevgi, gözəllik və bərəkət tanrıçası. === Astek === Teicu, cinsi iştaha ilahəsi. Tiacapan, cinsi aclıq ilahəsi. Tlazolteotl, şəhvət, cismanilik, cinsi pis əməllər ilahəsi. Xocotzin, cinsi istək ilahəsi. Xochiquetzal, seks və gözəllik ilahəsi. Xochipilli, homoseksuallıq, sevgi, sənət, oyunlar, gözəllik, rəqs, çiçəklər, qarğıdalı, məhsuldarlıq və mahnı tanrısı.
Döyüş şöhrətli varislər (film, 1974)
== Məzmun == Film Bakıdakı ixtisaslaşdırılmış Cəmşid Naxçıvanski Adına 2 Saylı Hərbi Məktəbdən, bu məktəbdə təhsil alan gələcək zabitlərin necə hazırlanmalarından danışılır. Filmdə deyilir ki, burada ilk buraxılış 1973-cü il iyulun 12-də olub. Məktəbdə Azərbaycanın hər yerindən şagirdlər oxuyur, onlar hərbi işi öyrənirlər. Burada təcrübəli müəllimlər dərs deyirlər. Tez-tez müharibə veteranları ilə görüşlər keçirilir.
Söhbətli
Söhbətli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 355 nəfər təşkil edir.Əhalisini azərbaycanlılar təşkil edir.
Şekvetili
Şekvetili (gürc. შეკვეთილი ) — Gürcüstanın Quriya inzibati vahidindəki Ozurgeti bələdiyyəsində, Şərqi Qara dəniz sahilində, Natanebi çayının mənsəbində yerləşən kənd və dəniz kurortu. Şekvetili məşhur Tsitsinatela əyləncə parkına, geniş qapalı məkan Qara dəniz arenasına və Gürcü memarlığının əlamətdar nümunələrinin kiçildilmiş modellərindən ibarət açıq hava sərgisi olan Miniatür parka ev sahibliyi edir. == Coğrafiya == Şekvetili dəniz səviyyəsindən 2 m yüksəklikdə yerləşən, iynəyarpaqlı meşələrin üstünlük təşkil etdiyi 5 kilometrlik sahil zolağıdır. Bura Quriyanın əsas şəhəri Ozurgetidən 21 km şərqdə, Ureki və Kobuleti dəniz kurortları arasında yerləşir. Kurortdan S2 magistral yolu ilə keçilir və ərazidə Natanebi dəmir yolu stansiyası da xidmət göstərir. == Tarix == Şekvetili 18-ci əsrdə Gürcüstanın cənub-qərbindəki Quriya knyazlığı daxilində əhəmiyyətli bir ticarət bölgəsi olaraq xidmət edirdi. Ərazi 1723-cü ildə Osmanlı qarnizonu tərəfindən işğal edilmiş və 1812-ci ildə imzalanan Buxarest müqaviləsinə əsasən Rusiya hakimiyyəti altına keçmişdir. Türklər buranı Şefketil, ruslar isə Müqəddəs Nikolay Qalası adı verməyə başlamışdırlar. Çağdaş bir hesabata görə, "Müqəddəs Nikolay üçün gətirilmiş ehtiyat əraziyə bitişik bir torpaq dilinə endirilmiş və kişilərin çiyinlərində oraya nəql edilmişdi." === Limani döyüşü (1829) === Sərhəd qalası olan Şekvetili Rusiya-Osmanlı müharibələri zamanı Rusiya və Osmanlı qüvvələri arasında baş verən hərbi qarşıdurmalara səhnə olmuşdur.
Svetlı
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. == Coğrafiya == Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
Səadətli (Həştrud)
Səadətli (fars. سعادتلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 648 nəfər yaşayır (120 ailə).
Səxavətli bütpərəst
Səxavətli bütpərəst — xristian teologiyasında Məsihi tanımayan, lakin yüksək əxlaqlı həyat sürən, xilas olacaq bütpərəstlər. "Məsihdən əvvəl xristianlar" ideyası erkən xristianlıqda (xüsusən, İsgəndəriyyə Klement və Etirafçı Maksim arasında) müşahidə olunsa da, antik mədəniyyətin müəyyən bir şəkildə yenidən nəzərdən keçirilməsindən sonra orta əsrlərdə formalaşmışdır. == Katolisizmdə == 1545-ci il Trident şurası tərəfindən tərtib edilmiş katexizis, Akvinalı Fomanın fikrinə əsaslanaraq, səxavətli bütpərəstlərin ruhlarının cəhənnəmlə cənnət arasında yerləşdiyini və Məsihin cəhənnəmə enməsi zamanı cəhənnəm əzablarından azad edildiyini iddia etmişdir. == Pravoslavlıq == Səxavətli bütpərəstlər anlayışı təkcə katolik ənənəsi ilə məhdudlaşmır. Yunanıstan, Rusiya və bəzi digər ölkələrdəki pravoslav kilsələrində qədim şairlərin və filosofların əllərində tanrı haqqında fikirlərə və ya Məsih haqqında peyğəmbərliklərə yaxın kəlamlar olan kitabçaların təsvirləri var. Məsələn, Moskva Kremlinin Blaqoveşşeniye kafedralının freskalarında Aristotel, Fukidid, Ptolemey, Zenon, Plutarx, Platon, Sokrat, Vergili və digər qədim mədəniyyət xadimlərinin oxşar təsvirləri var.
Şeverli (Avurğazı)
Şeverli (başq. Шеверле, rus. Шеверли) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Semenkin): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Gədəbəyin sərvəti (film, 1950)
IQ və millətlərin sərvəti
== İstinadlar ==