Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əndazədən çıxanda (film, 1988)
== Məzmun == Süjetlərin müəllifləri belə hesab edirlər ki, ədəb-ərkan qaydalarına riayət olunmayanda insanlar arasında qarşılıqlı münasibətlər pozulur. Film qayda-qanunu gözləməyən adamların gülməli vəziyyətə düşmələrini incə yumorla açıb göstərir. == Film haqqında == Kinoalmanax üç süjetdən ibarətdir: "Əndazədən çıxanda", "Məclis" və "Divar dibində" == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Dinarə Seyidova Kinorejissor: Rauf Dadaşov, Elçin Axundov, Yelena Dontsova Quruluşçu rəssam: Teymur Məmmədov (T. Məmmədov kimi), Elçin Axundov, Yelena Dontsova Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Eldar Mansurov, İlyas Mirzəyev Səs operatoru: Miroslava İsgəndərova Montaj edən: Nisə Hacıyeva Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Gülşən Quliyeva, Rauf Dadaşov Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Rafiq İsmayılzadə (R. İsmayılzadə kimi) Rəssam: Tamilla Əsgərova, Mehriban Əfəndiyeva, Zəkiyyə Mahmudova (Z. Mahmudova kimi), S. Səfərova, S. Ağayeva, E. Popova Redaktor: Aydın Dadaşov Filmin direktoru: Q. Nəzərova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 316–317.
Əndizə (Piranşəhr)
Əndizə (fars. انديزه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 876 nəfər yaşayır (139 ailə).
Əndişə
Əndişə(fars. انديشه‎) — İranın Tehran ostanının Şəhriyar şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 75,596 nəfər və 19,945 ailədən ibarət idi.
Ənnabə
Ənnabə (ərəb. عنّابة‎ ʿAnnāba; fransız müstəmləkəçiliyi dövründə: Bon) — Əlcəzairin şərqində şəhər. Aralıq dənizinin sahilində yerləşir. Ənnabə vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 257.359 nəfərdən ibarət olmuşdur. == Tarixi == Ənnabə 1200-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. Bir müddət Roma imperiyasından asılı olmuşdu; şəhər Hippon Regi adlanırdı.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. == Yeri == Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.
Cənazə evi
Cənazə evi (ing. Funeral home) - Vəfat etmiş şəxsin dəfn edilməzdən əvvəl saxlanılması üçün nəzərdə tutulmuş fərdi və inzibati evlər. Cənazə evləri XIX əsrdə Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. XIX əsrdə cənazə evləri ölüm elanlarının hazırlanması, vəfat etmiş şəxslərin saxanılması, onlara xüsusi tibb baxımın həyata keçirilməsi və vəfat etmiş şəxs barədə müxtəlif sənədləşmə işlərinin həyata keçilməsi kimi xidmətlər göstərirdilər. Müasir dövrdə də cənazə evlərinin xidmət sahələri arasında ciddi bir dəyişiklik olmamışdır.
Əndəzəq (Meşkinşəhr)
Əndəzəq (fars. اندزق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 642 nəfər yaşayır (131 ailə).
Ənnabə vilayəti
Ənnabə vilayəti (ərəb. ولاية عنّابة‎) — Əlcəzairin 58 vilayətindən biri. İnzibati mərkəzi Ənnabə şəhəridir. == Ərazisi == Ənnabə vilayətinin ərazisi 1 439 km2-dır. Ənnabə vilayətinə 6 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Ənnabə vilayətinin əhalisi 609 499 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Şopenin Cənazə marşı
Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.
Əndab-i Cədid (Əhər)
Əndab-i Cədid (fars. انداب جديد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (14 ailə).
Əndab-i Qədim (Əhər)
Əndab-i Qədim (fars. انداب قديم‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 282 nəfər yaşayır (65 ailə).
Encase
Encase — sübutların toplanması və analizi üçün ABŞ Maliyyə Nazirliyinin gizli xidməti. FTB və MTA-nin işlərinə yardım üçün yaradılmışdır. Hazırda açıq satışda olan kommersiya alətidir. İnformasiyanın müxtəlif fayl sistemlərində, müxtəlif əməliyyat sistemlərində, informasiya daşıyıcılarının tipindən asılı olmayaraq axtarışını həyata keçirir.
Endre Adi
Endre Adi (mac. Ady András Endre; 22 noyabr 1877[…] – 27 yanvar 1919[…], Budapeşt) — Macar şairi və jurnalisti. Bir çoxları tərəfindən 20-ci əsr Macarıstan poeziyanın dahilərindən hesab olunan Endre Adi sosial tərəqqiyə və inkişafa olan inamına, eləcə də, müasir Avropa təcrübəsinin fundamental dəyərlərini öz poeziyasında geniş şəkildə tətbiq etməsinə görə tanınır: sevgi, müvəqqətilik, iman, fərdi və vətənpərvərlik. == Həyatı == Endre Adi 1877-ci ildə Silaq medyesinin Keyaş rayonunda (o dövrdə Avstriya-Macarıstanın bir hissəsi idi; indi macar dilində Keyaş və rumın dilində Adi Endre adlanan və Rumıniyanın Satu-Mare medyesində yerləşən kənddir) anadan olmuşdur. Yoxsul kalvinist ailəsinə mənsub idi. Ailənin ikinci övladı idi. İlona adlı böyük bacısı gənc yaşlarında vəfat etmişdi. Yazıçı və şair olan Marişka Adi onun bacısı qızı idi. 1892-1896-cı illərdə Zaleuda Kalvinist kollecində oxudu. 1896-cı ilin 22 martında Szilágy qəzetində ilk poeması olan Zaleu əsərini nəşr etdirdi.
Sultаn Rəşаtın cənаzə mərаsimi
Sultаn Rəşаtın cənаzə mərаsimi — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. == Filmin heyəti == Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Endau-Rompin Milli Parkı
Endau-Rompin Milli Parkı (malay Taman Negara Endau-Rompin) — Malayziyanın Tenasserin təpələrinin cənubunda yerləşən və tropik meşələrin qorunduğu milli park. Milli park Malayziyanın Pahanq ştatının cənubunu və Cohor ştatının şimal-şərqini əhatə edir, ümumi sahəsi 870 km2-dir. Milli park Qərbi Malayziyada Taman Neqara Milli Parkından sonra ikinci ən böyük milli parkdır. Burada həmçinin 26 km uzunluğunda cığır var. Endau-Rompin Malayziya hökuməti tərəfindən əsası qoyulmuş ikinci milli parkdır. Milli parkda dünyanın ən qədim tropik meşə kompleksi yerləşir və buradakı qaya quruluşlarının yaşı 248 milyon ildir. Malay yarımadasında nəsli kəsilmək üzrə olan şimal Sumatra kərgadanının ən böyük populyasiyası bu milli parkdadır. Cohor ştatının ən hündür ikinci nöqtəsi olan Qununq Besar dağı milli park ərazisində yerləşir. Musson dövründə — noyabr-mart aylarında milli park ictimaiyyətə bağlı olur. Bundan əlavə, sentyabr-oktyabr ayları balıqların cütləşmə dövrü olduğundan bu dövrdə milli parkda balıqçılıq qadağan edilir.
Enae Volare Mezzo
Enae Volare Mezzo – Era musiqi layihəsi adından 1996 – cı ildə çıxarılan Era albomundan olan sinql. Mahnı Era albomundan çıxarılan ikinci və sonuncu sinqldır. Mahn latın dilində ifa edilib. Mahnının bəstəkarı Eric Levidir. Eranın debüt albomundan çıxarılan bu ikinci sinql layihənin daha da yaddaqalan olmasına və sevilməsinə təkan vermişdir. Mahnının məzmunu və mövznun daim Avropada gündəmdə olan, maraqlı mövzulardan biri olduğunu nəzərə aldıqda mahnının böyük uğur qazanmasının təsadüf olmadığını görürük. Belə ki, mahnıda Avropada çox məşhur olan Müqəddəs Kuzə əfsanəsindən bəhs edilir. Mahnının klipində də məhz əfsanədən götürülən motivlər canlandırılmışdır.
Sultаn Rəşаtın cənаzə mərаsimi (film, 1915)
Sultаn Rəşаtın cənаzə mərаsimi — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. == Filmin heyəti == Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.