seleksiyaçı

seleksiyaçı
seleksiya
seleksiyaçılıq
OBASTAN VİKİ
Nəcəf Nəcəfov (seleksiyaçı)
Nəcəf Abbas oğlu Nəcəfov (16 may 1930, Məsimli – 19 noyabr 2013, Bakı) — Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis. Nəcəf Nəcəfov 16 may 1930-cu ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Məsimli kəndində anadan olub. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə seleksiyaçı-alim Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşıdır. Kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçidir. Elmi fəaliyyətə 1953-cü ildən başlamışdır. 1971–2007-ci illərdə Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında baş və aparıcı elmi işçi, "Qala-Abşeron" cinsli qoyunçuluq mövzusunun elmi rəhbəri və məhsul icraçısı olmuşdur Yarımqaba yunlu "Abşeron" qoyun cinsinin müəllifidir. Bu cinsin yaradılması mərhələlərinin aşağıdakı ardıcıllıqla elmi rəhbəri və icraçısı olmuşdur. Qala qoyununun bərpası və çoxaldılması (1971–1975-ci illər) Qala qoyunu bazasında ("Güzdək" və "Qobu" qoyunçuluq təsərrüfatları) zərif, yarımzərif, yarımqabayunlu mələzlərin və qabayunlu ana qoyun və şişəklərin tipik məhsuldar "Qala" qoçlarla geriyə çarpazlaşdırılması və yarımqabayunlu, yağlı quyruq istiqamətində seleksiya-damazlıq işi aparmaq üçün tipik heyvanlar qrupu yaradıldı (1976–1980-ci illər); Yarımqabayunlu Qala-Abşeron cinsli qoyunların damazlıq təsərrüfatı yaradıldı (1984-cü ildə Abşeron rayonunun "Güzdək, 1987-ci ildə isə "Qobu" damazlıq qoyunçuluq təsərrüfatlarında) Cinsin yaradılması sxemində nəzərdə tutulmuş işlər aparılmış, nəticələr tədqiq və təhlil edilmişdir. 1985–1990-cı illər üzrə "Güzdək" damazlıq təsərrüfatında Qala-Abşeron cinsli qoyunların perspektiv seleksiya-damazlıq planı təsdiq edildi. Müvəqqəti bonitirə təlimatı hazırlandı.
Rəhim Hüseynov (seleksiyaçı)
Rəhim Məşədi Allahverdi oğlu Hüseynov (23 dekabr 1914, Yelizavetpol – 25 may 1971) — görkəmli ipəkçi alim və seleksiyaçı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, biologiya elmləri doktoru, professor. Rəhim Məşədi Allahverdi oğlu Hüseynov 1914-cü ildə qədim Gəncənin Zərrabi məhəlləsində anadan olmuşdur. Atası Məşədi Allahverdi Kərbəlayi Hüseyn oğlunun (1855–1929) Gəncədə dabbaqxanası olmuş, İran, Gürcüstan və Türkiyədə dabbaqlıq ticarəti ilə məşğul olmuşdur. Rəhim Hüseynov 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ipəkçilik şöbəsini bitirdikdən sonra Tiflis şəhərində ipəkçilik üzrə dövrün ən sanballı elm ocağı olan Zaqafqaziya İpəkçilik İnstitutunun aspiranturasına daxil olmuş və biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1951-ci ildən ömrününü sonuna qədər ixtisası üzrə rəhbər vəzifələrdə işləmişdir. Rəhim Məşədi Allahverdi oğlu Hüseynov 1971-ci ildə 57 yaşında vəfat etmişdir. 1939-cu ildə "Tut ipəkqurdunda inbridinq çoxaldılması" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almış və Azərbaycan ipəkçilik stansiyasında elmi fəaliyyətə başlamışdır. Lakin Böyük Vətən müharibəsinin odlu-alovlu illəri hamı kimi bu gənc alimə də elmi yaradıcılığını davam etdirməyə mane olmuşdur. SSRİ Kənd Təsərrüfatı Nazirliyi Rəhim Hüseynovu hərbi xidmətdən qayıtdıqdan sonra doğma kollektivə, indiki İpəkçilik İnstitutuna göndərmişdir. Rəhim Hüseynov seleksiya elminin banilərindən biri, akademik H.İ.Vavilovun "Seleksiya insan iradəsilə nizamlanan təkamüldür" tezisini tut ipəkqurdu üzərində birinci olaraq sübuta yetirmişdir.

Digər lüğətlərdə