Semantika

1. Dilin və yaxud dil vahidlərinin köməyi ilə verilən informasiya. 2. Dil və hər hansı dil vahidlərinin köməyi ilə verilən informasiyanı öyrənən dilçilik bölməsi. 3. Semiotikanın mühüm bölmələrindən biri.
Semantik transformasiyalar
Semantizasiya qismən
OBASTAN VİKİ
Semantika
Semantika (ing. semantics, rus. семантика, türk. anlambilim) — proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur. Beləliklə, proqramda deyim düzgün tərtib olunmuşsa, ancaq onun mənası yoxdursa, semantik yanlışlıq yaranır. Məsələn, linesTillPageEnd = numElephants * massSun (səhifənin sonunadək sətirlərin sayı = fillərin sayı * Günəşin kütləsi) deyimi sintaktik cəhətdən düzgündür, ancaq semantika baxımından mənasızdır. Semantik yanlışlıqlar proqramın düzgün işləməməsinə səbəb olsalar da, yanlışlıqlara nəzərət altproqramları çox zaman onlar haqqında məlumat vermir. Konseptual səviyyədə semantika süni intellektin tədqiqat sahələrindən biridir. Məsələn, insanlar arasındakı münasibətlər kimi, obyektlər, ideyalar, yaxud situasiyalar arasındakı qarşılıqlı əlaqələr də semantik şəbəkələr vasitəsilə göstərilir.

Digər lüğətlərdə

завосклица́ть зя́бкий исхлёстывать нарица́ние некомпете́нтный отста́лый бидо́н геро́льдский зацелова́ть пальцеви́дный подверста́ть спирт-сыре́ц хому́тик addressable cathode-ray crasher hussy museum piece noise immunity seize shock front абонировать безнадзорный донорский турнир