SENDVİÇ

İngiltərənin ən uzaq cənub-şərq sahillərində Sendviç şəhəri yerləşir. Vaxtilə bura vacib ticarət limanı və hərbi-dəniz bazası olub, amma XVI əsrdə limanı bütünlüklə lil basıb.

1660-cı ildə Edvard Monteqyu ilk Sendviç qrafı olur. Bu titulu ona II Karl sürgündən qayıda bilməsi üçün krala göstərdiyi yardımın əvəzi olaraq verir.

Dördüncü Sendviç qrafı Con Monteqyu bu nəslin ən tanınmış nümayəndəsi idi. 1749–82-ci illərdə o, admirallığın birinci lordu olmuşdu. Dəniz yürüşləri daim onu maraqlandırmış və kapitan Ceyms Kuka bu işdə yardım etmişdi. 1778-ci ildə Kuk Sakit okeanda silsilə adalar kəşf edəndə onları Sendviç adaları adlandırmışdı. Düzdür, sonralar adalara əvvəlki adları qaytarılmış və yenidən Havay adaları deyilməyə başlamışdır.

Sendviç qrafı olduqca pozğun həyat sürür və qumar oynamağı çox sevirmiş. 1762-ci ildə, günlərin birində o, qumar stolu arxasında durmadan 24 saat oturaraq hətta normal qidalanmaq üçün belə özünü oyundan ayıra bilmirmiş. Mədəsi boş qalmasın deyə qraf qulluqçulara arasına soyuq ət tikələri qoyulmuş bir neçə dilim qızardılmış çörək gətirməyi əmr edir. O vaxtdan arasında ət və ya hər hansı başqa bir ərzaq məhsulu olan iki dilim çörəyə sendviç deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)

SENATOR
SENOCOĞRAFİYA
OBASTAN VİKİ
Sendviç
Sendviç — çörək dilimləri üzərində və ya arasında yerləşən bir və ya daha çox qidalardan ibarət qida növüdür. == Tarixi == Sendviç soyuq qəlyanaltıların ən qədim növlərindən biridir, kulinariya tarixçiləri köklərini bayat çörək və mal əti qarışığından hazırlanan orta əsrlərdə məşhur olan sendviçlərə tapırlar. Əvvəlcə adi işçilərin yeməyi olan bu "cüt sendviç" bir vaxtlar zirvəyə qalxdı və gecələrini kart oynamağa sərf edən İngilis aristokratları üçün məşhur bir yemək oldu. Sevimli əyləncəsindən yayındırılmamaq üçün, ancaq aclıq hissini təmin etmək üçün aristokrat və beşik sevən (qumar kartı oyunu) sevən IV Sandviç Qrafı Sandviç John Montague'nin vəaldan gətirməsini tələb etdiyi bir əfsanə var. Oyun tərəfdaşları çəngəldən istifadə etmədən, lakin əllərini çirkləndirmədən yeməyin bu üsulunu bəyəndilər və "Sendviç kimi" yemək sifariş etməyə başladılar. Beləliklə, yeməyin yeni adı ortaya çıxdı. Yüksək cəmiyyətdə olan sendviç daha inkişaf etmiş bir yeməyə çevrildi və yüzlərlə dəyişikliyə sahib oldu. ABŞ-də sendviçin nə olduğunu təsbit etdikləri bir məhkəmə iclası keçirildi. Ali Məhkəmə ən azı iki dilim çörəkdən hazırlanan bir sendviçi belə adlandırıla biləcəyinə qərar verdi. == Şəkillər == == Mənbə == https://az.palatabledishes.com/10736239-what-is-the-difference-between-a-sandwich-and-a-hamburger.

Digər lüğətlərdə

гове́ть карача́евцы мужичи́на соска́кивать я́вор завью́чить зака́т перевооруже́ние погребо́к призёр пропаха́ть носом пыль сатани́нство фли́гель-адъюта́нтский качага aspersoria hypostatic lumbersome mob-cap nitrometer obvallate tramper выстояться крутильный суммарный