SENTYABR

I
сущ. сентябрь (девятый месяц календарного года). Sentyabr ayında в сентябре месяце
II
прил. сентябрьский. Sentyabr günləri сентябрьские дни
SENTROSOM
SENYOR
OBASTAN VİKİ
Sentyabr
Qriqorian təqviminə görə ilin 9-cu ayı olub 30 gündən ibarətdir. Qədim Romada il mart ayından başladığından sentyabr sözü latıncadan "septem", yəni yeddi, yeddinci ay mənasını verir. Ərəbcə Sentyabr ayı, Süryani dilində "üzüm" mənasında olan Sentyabr sözu (üzüm ayı) bu günümüzə qədər gəlmişdir. Xristianlar bu aya "istavroz ayı", "heç ayı" ya da Qaradənizdə dəyişdirirərək "istavrit ayı"da deyilir.
10 sentyabr
10 sentyabr — Qriqorian təqvimində ilin 253-cü günü. (uzun ildə 254-cü) Bu tarixdə ilin sonuna 112 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 avqust tarixinə uyğun gəlir. 1846 — Elias Hou tikiş maşını üçün patent alıb. 1977 — İşgəncə və qətldə təqsirli bilinən Həmidə Candubi Fransada gilyotinlə edam edilən sonuncu şəxs olmuşdur. 2013 — Şəmkirdə Excelsior Hotel Shamkir hotelinin açılışı olub.
11 sentyabr
11 sentyabr — Qriqorian təqvimində ilin 254-cü günü. (uzun ildə 255-ci) Bu tarixdə ilin sonuna 111 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 avqust tarixinə uyğun gəlir. 1941 — Pentaqonda tikinti işləri başlayıb. 2001 — ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində terror aktları törədilib. 2015 — Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbə yaxınlığında tikinti işlərinin getdiyi Matəf adlı sahədə qaldırıcı kranın aşması nəticəsində 111 nəfər ölüb. 1992 — Azərbaycan və Qana arasında diplomatik əlaqələr qurulmuşdur.
13 sentyabr
13 sentyabr — Qriqorian təqvimində ilin 256-cı günü. (uzun ildə 257-ci) Bu tarixdə ilin sonuna 109 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 avqust tarixinə uyğun gəlir. 1899 — Henri Bliss ABŞ-də avtomobil qəzasında ölən ilk insan olmuşdur. 1992 — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təsis edilib. 1993 — Azərbaycan və İordaniya arasında diplomatik əlaqələr qurulmuşdur.
Qara Sentyabr
Qara Sentyabr (ərəb. أيلول الأسود‎) və ya İordaniya vətəndaş müharibəsi - İordaniya Haşimi Krallığında Kral Hüseynin rəhbərliyindəki İordaniya Silahlı Qüvvələri ilə Yasir Arafatın rəhbərliyindəki Fələstin Azadlıq Təşkilatı arasında 1970-ci il 16 sentyabrdan 27 sentyabra qədər pik həddini yaşamış və müəyyən aspektləri ilə 17 iyul 1971-ci ilə qədər davam etmiş silahlı münaqişə. İordaniya 1967-ci ildə İordan çayının qərb sahilindəki ərazilərin nəzarətini İsrailə uduzduqdan sonra fədailər olaraq bilinən fələstinli döyüşçülər öz bazalarını İordaniyaya köçürdü və İsrailə və onun işğal etdiyi ərazilərə olan hücumları artırdı. İsrailin İordan çayının qərb sahili boyunca yerləşən Kəraməh şəhərindəki Fələstin Azadlıq Təşkilatı bazasına etdiyi hücum böyük miqyaslı döyüşə gətirib çıxardı. İordaniya-Fələstin birləşmiş qüvvələrinin 1968-ci ildəki Kəraməh döyüşündə İsrailə qarşı qazandığı qələbə İordaniyadakı fədailərə ərəblərin həm resurs, həm də maliyyə dəstəyini artırdı. FAT-ın İordaniyadakı gücü artdı və 1970-ci illərin əvvəlində qruplar açıq şəkildə Haşimi monarxiyasını devirmək çağırışı etməyə başladılar. Dövlət içində dövlət kimi davranan fədailər yerli qanun-qaydalara məhəl qoymurdular və hətta Kral Hüseynə iki dəfə sui-qəsd cəhdi etdilər-bu cəhdlər 1970-ci ilin iyununda İordaniya ordusu və onlar arasında qanlı toqquşmalara səbəb olmuşdu. Hüseyn onları ölkədən qovmaq istəsə də, o, düşmənlərinin fədailəri fələstinli sivillərlə eyni tutaraq bundan ona qarşı istifadə ediləcəyini düşünərək fədailərə hücum etməyə tərəddüd edirdi. FAT-ın İordaniyadakı fəaliyyəti 6 sentyabrda Davson sahəsindəki 3 sivil təyyarəni qaçırması və fərqli millətlərdən olan sərnişinləri əsir kimi götürərək təyyarələri Zarqaya enməyə məcbur etməsi və daha sonra beynəlxalq medianın qarşısında təyyarələri partlatması ilə kulminasiya nöqtəsinə çatdı. Hüseyn bunu son damla kimi gördü və orduya hərəkətə keçməyi əmr etdi.
Sentyabr döyüşləri
Sentyabr döyüşləri və ya Azərbaycan–Ermənistan sərhəd toqquşması, həmçinin İkigünlük müharibə — 2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma. 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. 2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır. Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır.
12 sentyabr
12 sentyabr — Qriqorian təqvimində ilin 255-ci günü. (uzun ildə 256-cı) Bu tarixdə ilin sonuna 110 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 avqust tarixinə uyğun gəlir. 2013 — NASA təsdiq edib ki, onun Voyacer 1 zondu ulduzlararası kosmosa daxil olan ilk süni obyekt olub. 1909 — Ərdəhan kanoner qayığı dənizə salınmışdır. 2017 — "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında ilk oyununu keçirmişdir.
14 sentyabr
14 sentyabr — Qriqorian təqvimində ilin 257-ci günü. (uzun ildə 258-ci) Bu tarixdə ilin sonuna 108 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 sentyabr tarixinə uyğun gəlir. 2008 — Permdə Boeing 737 qəzası nəticəsində 88 nəfər həlak olub. 2012 — Bakıda Bakcell Arena stadionunun açılışı olub.
15 sentyabr
15 sentyabr — Qriqorian təqvimində ilin 258-ci günü. (uzun ildə 259-cu) Bu tarixdə ilin sonuna 107 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 sentyabr tarixinə uyğun gəlir. 1762 — Yeddiillik müharibə: Siqnal Hill döyüşü 1935 — Nürnberq qanunları Almaniya yəhudilərini vətəndaşlıqdan məhrum edib. 1956 — Cənubi Koreya milli futbol komandası Asiya Kubokunu qazanıb. 2000 — XXVII Yay Olimpiya Oyunları Sidneydə keçirilib. 1918 "Azərbaycan" qəzeti ilk dəfə nəşr olunub. Bakı döyüşündən sonra Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. 2006 — Böyük Britaniyada azərbaycan dilində nəşr edilən ilk qəzet olan "Araz" dərc edilmişdir. 2011 — Moskva şəhərində Azərbaycan müğənnisi Müslüm Maqomayevin abidəsiin açılışı olmuşdur.
16 sentyabr
16 sentyabr — Qriqorian təqvimində ilin 259-cu günü. (uzun ildə 260-cı) Bu tarixdə ilin sonuna 106 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 sentyabr tarixinə uyğun gəlir. 1908 — General Motors təsis edilib. 1951 — Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunun açılışı olub. 2021 — "Qarabağ" futbol klubu UEFA Konfrans Liqasında ilk oyununu keçirmişdir.
17 sentyabr
17 sentyabr — Qriqorian təqvimində ilin 260-cı günü. (uzun ildə 261-ci) Bu tarixdə ilin sonuna 105 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 sentyabr tarixinə uyğun gəlir. 1978 — İsrail və Misir arasında Kemp-Devid müqaviləsi imzalanmışdır. 1988 — XXIV Yay Olimpiya Oyunları Seulda keçirilib. 2015 — "Qəbələ" futbol klubu UEFA Avropa Liqasında ilk oyununu keçirmişdir.
18 sentyabr
18 sentyabr — Qriqorian təqvimində ilin 261-ci günü. (uzun ildə 262-ci) Bu tarixdə ilin sonuna 104 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 sentyabr tarixinə uyğun gəlir. 1934 — Sovet İttifaqı Millətlər İttifaqına qəbul edilib. 1947 — ABŞ-də Mərkəzi Kəşfiyyat İdarəsi təsis edilib. 2014 — Şotlandiyada ölkənin müstəqilliyi haqqında referendum keçirilmişdir. 1992 — Azərbaycan və Livan arasında diplomatik əlaqələr qurulmuşdur. 2014 — "Qarabağ" futbol klubu UEFA Avropa Liqasında ilk oyununu keçirmişdir.
19 sentyabr
19 sentyabr — Qriqorian təqvimində ilin 262-ci günü. (uzun ildə 263-cü) Bu tarixdə ilin sonuna 103 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 sentyabr tarixinə uyğun gəlir. 1944 — İkinci Dünya müharibəsi: Finlandiya və Sovet İttifaqı arasında davam edən müharibəni rəsmi olaraq başa vuran Moskva Atəşkəs Müqaviləsi imzalanıb. 1983 — Sent-Kits və Nevis müstəqilliyini elan edib.
1 sentyabr
1 sentyabr — Qriqorian təqvimində ilin 244-cü günü. (uzun ildə 245-ci) Bu tarixdə ilin sonuna 121 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 avqust tarixinə uyğun gəlir. 1923 — Yaponiyada Böyük Kanto zəlzələsi baş verib. 1952 — Ernest Heminqueyin "Qoca və dəniz" povesti ilk dəfə nəşr olunub. 1969 — Muəmmər Qəddafinin başçılıq etdiyi "Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı" adlı gizli ordu təşkilatı Liviyada inqilab edib. 1985 — Amerika-Fransa birgə ekspedisiyası RMS Titanic buxar gəmisinin qalıqlarını tapıb. 2004 — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən Beslan şəhərində terror aktı törədilib. 1919 — Bakı Dövlət Universiteti təsis edilib. 1992 — Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Sırxavənd kəndini azad edir və Dağlıq Qarabağın təxminən yarısına nəzarəti qaytarmışdır.
20 sentyabr
20 sentyabr — Qriqorian təqvimində ilin 263-cü günü. (uzun ildə 264-cü) Bu tarixdə ilin sonuna 102 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 sentyabr tarixinə uyğun gəlir. 1977 — Vyetnam Birləşmiş Millətlər Təşkilatının üzvü olub. 1990 — Cənubi Osetiya Gürcüstandan müstəqilliyini elan edib. 1994 — Bakıda dünyanın 11 ən böyük neft şirkəti Əsrin müqaviləsini imzalayıblar. 2012 — "Neftçi" futbol klubu UEFA Avropa Liqasında ilk oyununu keçirmişdir.
21 sentyabr
21 sentyabr — Qriqorian təqvimində ilin 264-cü günü. (uzun ildə 265-ci) Bu tarixdə ilin sonuna 101 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 sentyabr tarixinə uyğun gəlir. 1942 — Boeing B-29 Superfortress ilk uçuşunu həyata keçirib. 1964 — Malta Birləşmiş Krallıqdan müstəqillik qazanır, lakin Millətlər Birliyində qalır. 2000 — Sidneydə keçən 2000 Yay Olimpiya Oyunlarında stend atıcısı Zemfira Meftahətdinova qızıl medal qazanıb. 1411 — Yorklu Riçard, İngiltərə maqnatı 1840 — V Murad, Osmanlı sultanı 1842 — II Əbdülhəmid, Osmanlı sultanı 1866 — Herbert Uells, İngiltərə yazıçısı 1872 — Henri Vayld, Böyük Britaniya dəniz zabiti 1909 — Kvame Nkruma, Qana prezidenti 1934 — Leonard Koen, Kanada müğənnisi 1936 — Yuri Lujkov, Rusiya siyasətçisi 1938 — Nurəngiz Gün, Azərbaycan şairəsi 1947 — Stiven Kinq, ABŞ yazıçısı 1950 — Bill Mürrey, ABŞ aktyoru 1951 — Aslan Masxadov, İçkeriya prezidenti 1954 — Şinzo Abe, Yaponiya baş naziri 1986 — Çumbinyo, Braziliya futbolçusu 1990 — Fibi Rayan, ABŞ müğənnisi 1993 Ante Rebiç, Xorvatiya futbolçusu Vüsal Salamov, Azərbaycan əsgəri E.ə.
22 sentyabr
22 sentyabr — Qriqorian təqvimində ilin 265-ci günü. (uzun ildə 266-cı) Bu tarixdə ilin sonuna 100 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 9 sentyabr tarixinə uyğun gəlir. 1980 — İraqın İranı işğal etməsi təxminən səkkiz illik İran-İraq müharibəsinə səbəb olub. 2010 — Bakıda FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-in açılışı olmuşdur. 2011 — Bakıda 2011 Boks üzrə dünya çempionatının açılışı olmuşdur.
23 sentyabr
23 sentyabr — Qriqorian təqvimində ilin 266-cı günü. (uzun ildə 267-ci) Bu tarixdə ilin sonuna 99 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 sentyabr tarixinə uyğun gəlir. 1899 — Nintendo Koppai (daha sonra Nintendo Company) hanafuda oyun kartlarını istehsal etmək və satmaq üçün Fusaciro Yamauçi tərəfindən təsis edilmişdir. 1932 — Səudiyyə Ərəbistanının birləşməsi başa çatıb. 1973 — M. F. Axundov adına Azərbaycan Dövlət Adademik Opera və Balet teatrında Fikrət Əmirovun "Nəsimi dastanı" baletinin premyerası keçirilmişdir. 1991 — Qarabağ müharibəsi: Azərbaycan, Ermənistan, Qazaxıstan və Rusiya arasında Jeleznovodsk Kommünikesi imzalanmışdır. 1992 — Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələr qurulmuşdur. 1993 — Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr qurulmuşdur. 2011 — Azərbaycan və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulmuşdur.
24 sentyabr
24 sentyabr — Qriqorian təqvimində ilin 267-ci günü. (uzun ildə 268-ci) Bu tarixdə ilin sonuna 98 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 sentyabr tarixinə uyğun gəlir. 1948 — Honda təsis olunub. 1973 — Qvineya-Bisau Portuqaliyadan müstəqilliyini elan edib. 2015 — Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticəsində 2000-dən çox zəvvar həlak olmuşdur. 1992 — Azərbaycan və İndoneziya arasında diplomatik əlaqələr qurulmuşdur. 1993 — Azərbaycan Müstəqil Dövlətlər Birliyinə qoşulub.
25 sentyabr
25 sentyabr — Qriqorian təqvimində ilin 268-ci günü. (uzun ildə 269-cu) Bu tarixdə ilin sonuna 97 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 sentyabr tarixinə uyğun gəlir. 1890 — ABŞ Konqresi Sekvoya Milli Parkını təsis edib. 1970 — Bakıda Bakmil metrostansiyasının açılışı olmuşdur. 1989 — Azərbaycan Ali Soveti suverenlik bəyannaməsini qəbul etmişdir. 2018 Azərbaycanın ikinci rabitə peyki Azerspace-2 Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə orbitə buraxılıb. Azərbaycan və San-Tome və Prinsipi arasında diplomatik əlaqələr qurulmuşdur.
26 sentyabr
26 sentyabr — Qriqorian təqvimində ilin 269-cu günü. (uzun ildə 270-ci) Bu tarixdə ilin sonuna 96 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 13 sentyabr tarixinə uyğun gəlir. 1920 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 2016 — Azərbaycanda Konstitusiya Referendumu keçirilib. 2018 — Qızılağac Milli Parkı yaradılıb.
27 sentyabr
27 sentyabr — Qriqorian təqvimində ilin 270-ci günü. (uzun ildə 271-ci) Bu tarixdə ilin sonuna 95 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 14 sentyabr tarixinə uyğun gəlir. 1940 — İkinci Dünya müharibəsi: Üçlər paktı Almaniya, İtaliya və Yaponiya tərəfindən Berlində imzalanıb. 2020 — Anım Günü: Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başlamışdır. 1601 — XIII Lüdovik, Fransa kralı 1849 — İvan Pavlov, Rusiya fizioloqu 1855 — Pol Appel, Fransa riyaziyyatçısı 1878 — Seyid Həsən Tağızadə, İran siyasətçisi 1884 — Vensan Oriol, Fransa prezidenti 1914 — Sadıq Rəhimov, Azərbaycan dövlət xadimi 1932 — Oliver Vilyamson, ABŞ iqtisadşçısı 1937 — Valentin Pavlov, Sovet baş naziri 1958 Elbrus Allahverdiyev, Azərbaycan leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Azərbaycan dövlət xadimi, Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Fərzəliyev, Azərbaycan baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı 1975 — Bronislav Çervenka, Çexiya futbolçusu və baş məşqçisi 1976 — Françesko Totti, İtaliya futbolçusu 1978 — Ani Lorak, Ukrayna müğənnisi 1979 — Şinci Ono, Yaponiya futbolçusu 1981 — Murad Arif, Azərbaycan müğənnisi 1984 — Avril Lavin, Kanada müğənnisi 1990 — Mitski, ABŞ müğənnisi 1995 — İlkin Muradlı, Azərbaycan baş leytenantı 2001 — Nurlan Dadaşov, Azərbaycan əsgəri 1917 — Edqar Deqa, Fransa boyakarı 1953 — Qara bəy Qarabəyov, Azərbaycan deputatı və həkimi 2009 — Rene Bliyar, Fransa futbolçusu 2017 — Hyu Hefner, ABŞ naşiri 2020 Aqil Məlikov, Azərbaycan hərbçisi, Vətən müharibəsi iştirakçısı.
28 sentyabr
28 sentyabr — Qriqorian təqvimində ilin 271-ci günü. (uzun ildə 272-ci) Bu tarixdə ilin sonuna 94 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 sentyabr tarixinə uyğun gəlir. 1961 — Dəməşqdə hərbi çevriliş Misir və Suriya arasında birlik olan Birləşmiş Ərəb Respublikasına faktiki olaraq son qoymuşdur. 2012 — Azərbaycan və Lesoto arasında diplomatik əlaqələr qurulmuşdur. 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Xankəndi şəhərini atəşə tutmuşdur. 616 — Cavanşir, Qafqaz Albaniyası hökmdarı 1803 — Prosper Merime, Fransa yazıçısı 1897 — Muxtar Əvəzov, Qazaxıstan yazıçısı 1903 — Aleksey Kapler, Sovet kinodramaturqu 1905 — Maks Şmelinq, Almaniya boksçusu 1906 — Aleksandr Şteyn, Rusiya dramaturqu 1913 — Osman Həbibullayev, Azərbaycan arxeoloqu 1917 — Semyon Sviqun, Sovet dövlət xadimi 1924 — Marçello Mastroyanni, İtaliya aktyoru 1929 — Lata Mangeşkar, Hindistan müğənnisi 1944 — Miloş Zeman, Çexiya prezidenti 1953 — Əjdər Həmidov, Azərbaycan aktyoru 1968 Mika Hakkinen, Finlandiya Formula-1 pilotu Naomi Uotts, Böyük Britaniya aktrisası 1972 — Dita fon Tiz, ABŞ rəqqası 1976 — Fyodor Yemelyanenko, Rusiya MMA döyüşçüsü 1987 — Hilari Daff, ABŞ aktrisası E.ə.
29 sentyabr
29 sentyabr — Qriqorian təqvimində ilin 272-ci günü. (uzun ildə 273-cü) Bu tarixdə ilin sonuna 93 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 sentyabr tarixinə uyğun gəlir. 1941 — İkinci Dünya Müharibəsi: Almaniya qüvvələri yerli ukraynalı əməkdaşların köməyi ilə iki günlük Babi Yar qırğınına başlayıb. 1954 — CERN (Avropa Nüvə Tədqiqatları Təşkilatı) yaradılması haqqında konvensiya imzalanıb. 1994 Bakıda Azərbaycan dövlət xadimi Afiyəddin Cəlilov yaşadığı binanın blokunda qətlə yetirilib. Bakıda Azərbaycan polkovniki Şəmsi Rəhimov yaşadığı binaya girərkən qətlə yetirilib. E.ə.
2 sentyabr
2 sentyabr — Qriqorian təqvimində ilin 245-ci günü. (uzun ildə 246-cı) Bu tarixdə ilin sonuna 120 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 20 avqust tarixinə uyğun gəlir. 1666 — Böyük London yanğını 3 gün olmuşdur və Köhnə Müqəddəs Pol Kafedralı də daxil olmaqla 10.000 binanı məhv etmişdir. 1789 — ABŞ Xəzinədarlıq Departamenti təsis olunub. 1959 — Oğuz rayonunda 7 ball gücündə zəlzələ olmuşdur.
Doqquz Sentyabr Universiteti
Dokuz Eylül Universiteti (türk. Dokuz Eylül Üniversitesi) və ya qısaca DEÜ — İzmirdə dövlət universiteti. 20 iyul 1982-ci ildə təsis edilmişdir. Universitetdə 10 institut, 18 fakültə, 3 kollec, 1 konservatoriya, 6 peşə məktəbi, 1 təcrübə və tədqiqat xəstəxanası, 60 təcrübə və tədqiqat mərkəzi fəaliyyət göstərir. 2019-2020 tədris ilində universitetdə 70 158 tələbə təhsil almışdır. Bu tələbələrdən 1 352 nəfəri 115 ölkədən olan beynəlxalq tələbələrdir. Beynəlxalq tələbələr arasında azərbaycanlı, ukraynalı və bolqar tələbələr üstünlük təşkil edir. Qurumun akademik heyəti 3.343 nəfər təşkil edir və heyətdə azərbaycanlılara da rast gəlmək mümkündür. Qurulma mərhələsində, Ege Universitetindən; İncəsənət fakültəsi, Hüquq fakültəsi, İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsi, Mühəndislik və Memarlıq fakültəsi, Tibb fakültəsi, Dəniz Elmləri və Texnologiyaları İnstitutu, Hüquq məktəbi, Turizm İdarəetmə və Otelçilik Məktəbi, Milli Təhsil Nazirliyi, Gənclər və İdman; Buca Təhsil Fakültəsindən, Dənizli Mühəndislik Fakültəsi, İlahiyyat Fakültəsi, Dəmirçi Təhsil Məktəbi, Dənizli Təhsil Məktəbi, İzmir Peşə Liseyi, Mədəniyyət və Turizm Nazirliyi, İzmir Dövlət Konservatoriyası, Ankara İqtisadiyyat və Ticarət Elmlər Akademiyası; Muğla İş Məktəbi Doqquz Sentyabr Universitetinin tabeliyinə keçdi. 1983-cü ildə Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutu quruldu və İncəsənət Təhsili Məktəbi ləğv edildi.
Mühasirə günü: 11 sentyabr 1683-cü il
Mühasirə günü: 11 sentyabr 1683-cü il (ing: The Day of the Siege: September Eleven 1683, pol: Bitwa pod Wiedniem, it: 11 settembre 1683) — polyak-italyan müştərək istehsalı olan tarixi-dram janrında çəkilmiş olan filmdir. Film 2012-ci ildə ingilis dilində çəkilmişdir. Filmin rejissoru Renço Martinellidir. Film 1683-cü il sentyabrın 11-də Yan Sobieskinin komandanlığı altında olan Müqəddəs Liqa ordusunun Osmanlı İmperiyasının Avstriyanın paytaxtı Vyananı və oradan da Avropanın digər ərazilərini işğal etməsi planlarını pozduğu Vyana döyüşünü və bu döyüş zamanı Avropada baş verən hadisələri göstərir. Eyni zamanda bu hadisələr zamanı Xristian Avropasında rahib Marko d'Avianonun oynadığı rola da diqqət yetirilir.
Sentyabr döyüşləri (2020)
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
Suriyanın bombalanması (Sentyabr 2018)
Suriyanın 2018-ci il 17 sentyabrda bombalanması - İsrail Hava Qüvvələri tərəfindən Suriyadakı bir neçə obyektə endirilmiş raket və bomba zərbələridir. Suriyanın Latakiya şəhərinə dəniz istiqamətindən İsrail HHQ-nin F-16 qırıcıları raket hücumu həyata keçirib. Suriya rəsmiləri zərbə nəticəsində Sakubadakı məişət kimya istehsalı müəssisəsinə, alminium zavoduna və elektrik stansiyalarına zərər verildiyini açıqlayıb. Bu zərbələr nəticəsində Sakubanın elektrik təchizatı tamamilə dayanıb. Lakin, Londondakı "Syrian Observatory for Human Rights" (Suriya İnsan Hüquqları Təşkilatı) raket zərbəsi nəticəsində Suriyanın hərbi dəniz qüvvələrinə məxsus bazanın ərazisində iki silah anbarının məhv edildiyini bildirir. Sentyabr 17-də gecə saat 23:00 radələrində Suriyanın Hmeymim aviabazasına qayıdan Rusiya Hərbi Kosmik Qüvvələrinə (HKQ) məxsus İL-20 təyyarəsi ilə əlaqə itib. Hərbi təyyarənin Aralıq dənizi üzərində dəniz sahilindən 35 kilometr aralıda uçuş həyata keçirərkən radarlardan itdiyi məlum olub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarəni Suriyanın S-200 hava hücumundan müdafiə sisteminin raketləri vurub. İsrailin F-16 qırıcılarının manevrləri nəticəsində Suriya raketləri Rusiya təyyarəsini vurub. Təyyarədə olan 15 hərbçi həlak olub.
Yaroslavlda təyyarə qəzası (7 sentyabr 2011)
2011-ci il sentyabrın 7-də Rusiyanın "Lokomotiv" (Yaroslavl) hokkey komandasını Belarus paytaxtı Minskə aparan YAK-42 sərnişin təyyarəsi Yaroslavlın "Tunoşna" aeroportundan qalxdıqdan az sonra yerə çırpılıb. Təyyarədəki 37 nəfərin 4-ü heyət üzvü idi.
İran etirazları (sentyabr, 2022)
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar. Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqez, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb. 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.
Vətən müharibəsi şəhidləri (sentyabr, 2020)
2022-ci il sentyabr ayında vəfat edənlər
2022-ci il sentyabr ayında vəfat edənlərin siyahısı. Rəhim Rəhimli — 45 yaşında vəfat edib. Coolio — 59 yaşında vəfat edib. Fərqanə Quliyeva — 65 yaşında vəfat edib. Arye Qut — 47 yaşında vəfat edib. Məhsa Əmini — 22 yaşında vəfat edib. Jan-Lük Qodar — 91 yaşında vəfat edib. II Elizabet — 96 yaşında vəfat edib. Marşa Hant — 104 yaşında vəfat edib. Asif Azərelli — 76 yaşında vəfat edib.
Antiterror əməliyyatı (sentyabr, 2023)
Qarabağda döyüşlər — 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. Azərbaycanın Müdafiə Nazirliyinin Antiterror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu Azərbaycanın ermənilərə qarşı təcavüzü adlandırdı. 24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir. Həmçinin sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüşün baş tutacağı da qeyd edildi. Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı. Erməni silahlı dəstələrinin ölüləri barədə dəqiq say açıqlamasa da, qondarma rejimin "ombudsmanı" Geğam Stepanyan 200-dən çox hərbçinin öldüyünü bildirdi.
Qarabağda Azərbaycan və erməni qüvvələri arasında döyüşlər (sentyabr, 2023)

Qarabağda Azərbaycan və erməni qüvvələri döyüşlər (sentyabr, 2023)

Qarabağda döyüşlər (sentyabr, 2023)

Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı

11 sentyabr hücumlarının itkiləri
2001-ci ilin 11 sentyabr hücumları zamanı ümumən 2977 insan tələf olmuşdur. Bunlardan 19-u təyyarə qaçırmaqla özünə sui-qəsd edən terrorçu və 2996 nəfər dinc əhali idi. Hücumlar nəticəsində minlərlə insan yaralandı və onların uzunmüddətli bərpa-sağlamlıq prosedurlarlına ehtiyacı yarandı. Aşağı Manhettendə yerləşən Dünya Ticarət Mərkəzi kompleksinin Əkiz Qüllələri hücuma məruz qaldıqda, ölənlərin sayının ən çoxu Nyu-York şəhərində oldu. Şimal qülləsindən təxminən 1600, Cənub qülləsindən isə minə yaxın insan tələf oldu. Virciniya ştatının Arlington qraflığında iki yüz mil cənub-qərbdə, Pentaqonda daha 125 nəfər öldürüldü. Qalan 265 nəfərin ölümünə American Airlines 11 saylı Uçuşun doxsan iki sərnişini və ekipajı, United Airlines 175 saylı Uçuşun göyərtəsində olan altmış beş nəfər, American Airlines 77 Uçuşunda olan altmış dörd nəfər və United Airlines 93 saylı uçuşa minən qırx dörd nəfər daxildir. Dünya Ticarət Mərkəzinin təkcə Şimal Qülləsinə hucum bəşər tarixində ən çox insan tələfatı olan terrorizm aktı oldu. Dünya Ticarət Mərkəzində və Nyu Yorkda yerdə həlak olan Nyu-York Yanğınsöndürmə İdarəsinin 343 üzvü və 71 hüquq-mühafizə orqanının əməkdaşı istisna olmaqla, həlak olanların əksəriyyəti mülki şəxslərdir. Bundan başqa, mülki şəxslərə aid olmayan United Airlines 93 reysi Pensilvaniya ştatının Şenksvill yaxınlığındakı tarlaya çırpılması nəticəsində həlak olan Amerika Birləşmiş Ştatlarının Hüquq-mühafizə orqanlarının Balıq və Vəhşi Təbiət Xidməti Ofisinin əməkdaşı; Virciniya ştatının Arlinqton qraflığında Pentaqonda həlak olan 55 hərbçi və dörd təyyarənin göyərtəsində həlak olan 19 terrorçu həlak olmuşdu.
10 sentyabr (siyasi qrup)
10 Sentyabr (türk. 10 Eylül) — Türkiyədə kommunist qruplaşma. Qruplaşma 1988-ci ildə partiyanın Türkiyə Birləşmiş Kommunist Partiyasına (TBKP) birləşməsini bəyənməyən bir qrup Türkiyə Kommunist Partiyasının (TKP) yaraqlıları tərəfindən təsis edilmişdir. "10 Sentyabr" özünü TKP-nin siyasi irsinin əsl varisi hesab edirdi. Qruplaşma "10 Eylül" adlı bir jurnal nəşr etdirirdi. 1996-cı ildə qruplaşma digərləri ilə birləşərək "Ürün"ü təsis etmişdir.
11 sentyabr hücumları
11 sentyabr hücumları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları. Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir.
2022-ci il Sentyabr döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
6–7 sentyabr hadisələri
6–7 sentyabr hadisələri (türk. 6-7 Eylül Olayları), Sentyabr hadisələri (yun. Σεπτεμβριανά) və ya İstanbul talanı — 1955-ci il sentyabrın 6–7-də İstanbulda yaşayan Türkiyə yunanlarına qarşı təşkil edilmiş kütləvi hücumdur. Gladio-nun Səfərbərlik Təftiş Şurasının Türkiyə qolu, eləcə də Kontrgerilla və bugünkü Milli Kəşfiyyat Təşkilatının sələfi olan Milli Təhlükəsizlik Xidməti tərəfindən planlaşdırıldığı və dəstəkləndiyi iddia edildi.. Bir gün əvvəl Türkiyə mətbuatında çıxan Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün Yunanıstanın Saloniki şəhərində doğulduğu evin bombalandığı iddiası ilə bağlı yalan xəbərlər hadisələrə səbəb olub. Daha sonra ələ keçirilən Türkiyə konsulluğu rəsmisi, bombanı hadisələri qızışdırmaq üçün hazırladıqlarını etiraf etsə də, Türkiyə mətbuatı buna göz yumaraq bombanın yunanlar tərəfindən atıldığını iddia etdi. 1955-ci ildən başlayaraq Demokrat Partiyası hökuməti getdikcə çətinləşən iqtisadi vəziyyətlə üzləşdi və xüsusilə yüksək inflyasiya səbəbindən həyat səviyyəsi aşağı düşən təbəqənin etibarını itirdi. Şübhəli üsullarla müxalifəti susdurmaq cəhdləri mətbuatın, ziyalıların, tələbələrin də Demokrat Partiyasından uzaqlaşmasına səbəb oldu. Məsələn, Almaniya Xarici İşlər Nazirliyinin bir hesabatında, hadisələrdən 15 gün əvvəl müxalifəti nəzarətdə saxlamaq üçün 7 sentyabr 1955-ci ildə İstanbul, Ankara və İzmirdə hərbi vəziyyət elan edilməsinə qərar verildiyi bildirilir. 1956-cı ildə müxalifəti basqı altında saxlamaq üçün "Mətbuat və toplantılar haqqında" qanuna qoyulan məhdudiyyətlər də 6–7 sentyabr hadisələrini əsaslandırıldı.

Значение слова в других словарях