SENZOR

İdarəetmənin ən əsas elementlərindən biri vergi yığımıdır: o, səmərəli və mümkün qədər ədalətli olmalıdır. Pullar dövlətin (və onu idarə edənlərin) mövcudluğunu qoruyub saxlaya bilməsi üçün lazımdır.

E.ə. 443-cü ildə hələ də kiçik bir şəhəri və onun ətraf ərazilərini idarə edən romalılar vergi yığımına nəzarət eləmək üçün xüsusi bir məmur təyin etdilər. Latın sözü vergi toplamağa “censere” deyirdilər, bu səbəbdən də həmin məmuru senzor adlandırmağa başladılar.

Vergi məbləğinin məntiqə uyğun və əsaslandırılmış olması üçün informasiya lazım idi. Senzor özünə lazım olan məlumatları toplayarkən insanlarla tanış olur və belə bir qənaətə gəlir ki, onların səciyyəvi davranışlarını öyrənib, sonra bu davranışdan yayınma hallarını üzə çıxarmaq daha asandır. Buna görə də mənəviyyatı qəbul olunmuş qaydalardan kənara çıxmağa qoymayaraq qorumaq onun vəzifəsinə çevrildi. Senzorun əxlaqsız vətəndaşın ictimai statusunu azaltmaq, hətta onu vətəndaşlıqdan məhrum etmək hüququ var idi.

Bu səbəbdən də insanların davranışına, həmçinin incəsənət və ədəbiyyat nümunələrinə əxlaq nöqteyi-nəzərindən qiymət verən, bu zaman onları qınayaraq dəyişikliklərə məcbur etmək hüququ olan adama senzor deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)

 

SENSASİYAÇILIQ
SEPİOLİT
OBASTAN VİKİ
Senzor
Senzor (lat. censor, censere — "qiymətləndirmə", "nəzarət") — Qədim Romada e.ə. 443-cü ildə, əvvəl 5 il, sonralar 18 aya qədər, sonralar isə ömürlük müddətə təsis edilmiş vəzifə. Senzorlar keçmiş konsullardan seçilirdilər və heç kim vəzifəni ikinci dəfə tuta bilməzdi. == Vəzifələr == inventarlaşdırma, siyahıyaalma; ədəb-ərkana, davranışa nəzarət (lat. censura morum) və cəzalandırmaq: senatdan kənarlaşdırma (lat. senatu movere), rütbənin kiçildilməsi (lat. tribu movere) və ya alınması (lat. tribubus omnibus movere), bu zaman günahkar erari (lat. aerarius) adlandırılırdı.

Digər lüğətlərdə

археоло́гия джо́кер ди́зель- космети́чка не осо́бенный отшлифо́вывать репетицио́нный сростночелюстно́й твердоло́бость цеса́рка шагре́нь перечи́нивать прихлёстывать сторо́нний тайфу́н deconsecration grain-dryer injector jowl pig-swill thumb-nut watch committee агробиология западногерманский позлить