SEMAHİ
SEPİD
OBASTAN VİKİ
Avropada separatçılıq
Avropada separatçılıq — Avropada yerləşən seperatçı hərəkatların siyahısı. Avropanın hər bir dövlətində çoxlu xalqlar yaşamaqdadır. Lakin Avropada yaşayan bəzi xalqarın özlərinə aid dövləti yoxdur. Başqa dövlətlərin əsarəti altındadırlar. Bu xalqlar öz Mədəniyyəti, Tarixi, Dili, Musiqisi, Adət ənənəsi, Rəqsi, Ədəbiyyatı üzərində qurulmuş müstəqil dövlətdə yaşamaq istəyirlər. Bunlardan Bəziləri: Kataloniya, Şotlandiya, Şimali İrlandiya, Siciliya, Bask, Korsika, Padaniya və s. == Şotlandiya == Şotlandiya — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniyanın şimal hissəsində yerləşir. 1707-ci ildən bəri Böyük Britaniyadan asılı inzibati ərazidir. Şotlandiyanı müstəqillik referendumuna daşıyan ilk konkret addım, 1978-ildə Şotlandiya və Uels üçün ayrı-ayrı nəzərdə tutulan qanunlar çərçivəsində səlahiyyət verilməsi üçün, 1 mart 1979-cu ildə referendum təşkil olundu.
Chanteius separatus
Chanteius separatus (lat. Chanteius separatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chanteius cinsinə aid heyvan növü.
Darfur separatçılarının bayrağı
Darfur bayrağı — Darfurun müstəqilliyi uğurunda mübarizə aparan Sudan Azadlıq Hərəkatı/Ordu, (ərəbcə: حركة تحرير السودان, Ḥarakat Taḥrīr Al-Sūdān) (abbreviatura SLM və ya SLA) təşkilatının bayrağı. Panafrika rəngələrindən ibarətdir və aypara rəsmi əlavə edilib. Aypara rəsmi əhalinin islam dininə sitayiş etməsinə işarədir.
Dağlıq Qarabağ separatçıları
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն; — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991-2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə, qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Qarabağda erməni separatçı rejim

Məhəmmədəli Sepanlı
Məhəmmədəli Sepanlı (20 noyabr 1940, Tehran – 11 may 2015, Tehran) — İranlı şair və ədəbiyyatşünas.
Məhəmmədəli xan (sepahsalar)
Məhəmmədəli xan — ləzgi əsilli Səfəvi dövlət məmuru və hərbi komandir. O, şah Sultan Hüseynin (1694-1722) dövründə ordunun baş komandanı (sepahsalar) və İrəvan vilayətinin (Çuxursəəd kimi də tanınır) bəylərbəyi kimi xidmət etmişdir. Baş vəzir Fətəli xan Dağıstaninin (1716-1720) qardaşı oğlu Məhəmmədəli xan Səfəvi dövlətinin dağıldığı və ağır tənəzzülə uğradığı xaotik illərdə xidmət etmişdir. O, 1716-cı ildə əyalət əhalisinin üsyanından sonra öldürüldü və yerinə onun on iki yaşlı (adı açıqlanmayan) oğlu keçdi, o da Gürcüstan və Təbriz bəylərbəyi (vəli) təyin edildi. == İstinadlar == == Mənbə == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. səh. 173. ISBN 978-1933823232.
No Degree of Separation
No Degree of Separation (azərb. Ayrılıq yox dərəcəsində‎) — İtaliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Françeska Mikyelin "No Degree of Separation" mahnısının tamamilə italyan dilində səslənən versiyası Nessun grado di separazione ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında iştirak etmiş və ikinci yerə layiq görülmüşdür. Mahnı Avroviziya üçün seçildikdən sonra müsabiqə qaydalarına əsasən mahnı bir qədər qısaldılmış və eyni zamanda Mikyelinin və İtaliyanın RAI telekanalının birlikdə qərarı ilə mahnının kiçik bir hissə ingilis dilinə tərcümə edilmişdir. "No Degree of Separation" mahnısının musiqisi Keope, Fabio Qarqiulo və Federika Abbate, sözləri isə ifaçı Françeska Mikyelin və eyni zamanda Federika Abbate və Norma Cin Martineyə aiddir.
Rosa separabilis
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
SEPAH
İran İnqilab keşikçiləri Ordusu və ya qısaca "SEPAH" (Farsca: سپاه پاسداران انقلاب اسلامی Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslāmi) İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu. Xalq içində və xüsusilə İran diasporunda orduya mənsub insanlara təşkilata olan heyranlıqlarını bildirmək üçün farsca keşikçi mənasını verən "Pasdaran" deyilir.5 may 1979-cu ildə İslam inqilabının ilk günlərində dini lider Ayətullah Xomeyni tərəfındən yaradılmışdır. İran konstitusiyasına uyğun olaraq daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və "azğınlığın" qarşısının alınması üzrə vəzifələri həyata keçirir. İnqilab keşikçilərinin quru, hava və dəniz qoşunlarında ümumilikdə 125,000 şəxsi heyət xidmət edir. İnqilab keşikçilərinin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşundur. Son illərdə "milyardlarla dollarlıq iş imperiyası"na çevrilmişdir və bildirilənlərə görə İran Milli Neft Şirkəti ve İmam Rza (ə) Fondu'ndan sonra "İranın üçüncü ən varlı təşkilatıdır. İdeoloji yönümlü milis ordusu olan İnqilab keşikçiləri İran cəmiyyətinin demək olar ki, hər sahəsində daha böyük rol oynamağa başlamışdır. Prezident Mahmud Ahmedinejad'ın dövründə genişləndirilmiş sosial, siyasi, hərbi və iqtisadi rolu 2009-cu il prezident seçkiləri ve seçki sonrası ixtişaşların yatırılması zamanı daha aydın görülmüşdür.İnqilab keşikçilərinin media təşkilatı Sepah News'dur.İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Məhəmməd Əli Cəfəridir. 2 sentyabr 2007-ci ildə dini lider Seyyid Əli Xameneyi tərəfindən "İslam İnqilabı Keşikçiləri Korpusu"nun komandiri təyin edilib == Quruluşu == === Bəsic === 1979-cu ildə Ayatulla Xomeyninin əmri ilə qurulan paramilitarist könüllü milis təşkilatıdır. Bu təşkilat birbaşa dini liderdən əmr alır.
Sepahan FK
Sepahan — İranın futbol klubu.
Sepanlı
Sepanlı və ya Sepanlu- Qacar elinin oymaqlarındandır ki, Astrabada köçürülüblər.
Sepanlı oymağı
Sepanlı və ya Sepanlu- Qacar elinin oymaqlarındandır ki, Astrabada köçürülüblər.
Separadi
Kəndlər Separadi (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. Separadi (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd.Digər Separadi bələdiyyəsi — Azərbaycan Respublikasının Lənkəran rayonunda bələdiyyə.
Separadi (Lənkəran)
Separadi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Separadi sözü talış dilində mənası "üç para kənd" (talış: se pa di ) mənasını verir. Kənd Lənkəran rayonunun mərkəzi olan Lənkəran şəhərindən təx. 18–20 km məsafədə yerləşir. Qonşu kəndləri: Tükəvilə, Zövlə və Şağlaser kəndləridir.
Separadi (Yardımlı)
Separadi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Separadi bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Separate
Separate (alm. Sebastian Faisst‎) — Alman reperidir. İfaçı Sebastian Faisst ABŞ-nin məşhur rep ifaçılarından biri olan Tupak Şakurdan (1971-1996) ilhamlanmış və "Separate" adlı musiqi qrupunu yaratmışdır. == Diskoqrafiya == === Albomlar === 2000: Was auch immer Du sagst (Freestyle Tape) 2003: Nichts zu verlieren (EP) 2003: ÜberlegDirWasDuSagst 2004: Rap Art War (als Kinder Des Zorns) 2004: 1.
Separatizm
Separatizm, hər hansı bir mədəni, etnik, qəbilə, dini, irqi qrupun ümumi sərhədlərindən ayrı olan muxtariyyət və ya muxtariyyət tələbini ehtiva edən bir termin. Separatizm — istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir.
Separatçı

Separatçı kababçılar
Separatçı kababçılar (türk. Bölücü kebapçılar) — Dövlət Baxçalının çıxışlarının birində kabab satıcıları və məhsullarına yüksək qiymətlər qoyaraq "terrora dəstək verən" digər satıcıları təsvir etmək üçün istifadə etdiyi ifadə. Bu çıxış sosial şəbəkə istifadəçiləri tərəfindən lağa qoyulmuşdur. == Çıxış == Dövlət Baxçalı çıxışında Türkiyədə bahalaşmanı və işsizliyi tənqid etmiş və məsuliyyəti satıcıların üzərinə atmışdır. Çıxış belədir: == Reaksiyalar == Gələcək Partiyasının sədri Əhməd Davudoğlu çıxışına "simit və avtomobil satıcıları Baxçalının növbəti hədəfinin kimin olacağı ilə bağlı narahatdırlar" demişdir. CHP-dən olan millət vəkili Çingiz Göyçəl çıxışı tənqid edərək demişdir ki ki, "valyutanın alıcılıq qabiliyyətinin azalmasına və işsizliyin artmasına səbəb olanlar əsl terrorçulardır". Bu çıxış "Twitter"də də geniş reaksiyaya səbəb olmuşdur.
Separatçılıq
Separatizm, hər hansı bir mədəni, etnik, qəbilə, dini, irqi qrupun ümumi sərhədlərindən ayrı olan muxtariyyət və ya muxtariyyət tələbini ehtiva edən bir termin. Separatizm — istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir.
Separotheca
Tradeskansiya (lat. Tradescantia) — kommelinakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == == İstinadlar == Tradeskansiya:The Plant List saytında takson barədə məlumat.
Six Degrees of Separation (mahnı)
"Six Degrees of Separation" mahnısı The Script rok qrupunun #3 albomundan 2-ci trekidir. Mahnının ərsəyə gəlməsində, yəni yazılmasında bu şəxslər iştirak etmişdir: Qrupun solisti — Danny O'Donoghue , qrupun elektro gitaristi — Mark Sheehan və digər köməkçi şəxslər Steve Kipner, Andrew Frampton. Mahnının klipi 5 noyabr 2012-ci ildə çəkilib bitmişdir və Beynəlxalq video portalı olan "YouTube"a yerləşdirilmişdir. Həmçinin qrup bu mahnının akustik versiyasını da çıxarmışdır. Mahnının ilk dəfə akustik versiyasını Billboard səhnəsində səsləndirmiş və geniş kütlənin marağına səbəb olmuşdur.
Sərdar (SEPAH)
Sərdar (fars. سردار‎) – təxminən generala bərabər tutulan, İkinci Briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunda yüksək hərbi rütbəli zabitlər, İran İslam Respublikasının Hüquq-mühafizə Qüvvələrinin komandanları, köhnə hərbi və ya İslam İnqilabı Komitələrində, eləcə də İran İnqilabı Təşkilatı komandirləri üçün istifadə edilən yüksək hərbi fəxri ad. Sərdarların əksəriyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Komanda və Qərargah Universitetinin məzunlarıdır.İran İslam Respublikası Ordusunda istifadə olunan Əmir (və yaxud Timsar) rütbəsinə bərabər hesab olunur.
зафрахто́вывание Ко́мпас ма́менька металло... понаписа́ть трёхсте́нный авиа́ция вскло́чить выу́чивание задненёбный консульти́роваться блеять казнить air-rifle appassionato bank-book chyme groupthink literarism Metonic cycle reckon off valetudinarianism несоразмерность струнка шаман