separatizm
servant
OBASTAN VİKİ
Sertifikat
Depozit sertifikatı — üzərində göstərilən məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən qiymətli kağızdır.Rəqəmsal sertifikat — imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi elektron sənəddir.
Rəqəmsal sertifikat
Sertifikat — imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəd.
Sertifikat siyasəti
Sertifikat siyasəti — sertifikatın idarə edilməsi ərzində yerinə yetirilən elektron tranzaksiyalara köklənmiş inzibati siyasətin xüsusi formasıdır. Bu sənəd ictimai əsas struktur (İƏS) sərhədində dərc olunur. == İş prinsipi == Sertifikat siyasəti rəqəmsal sertifikatların yaradılması, istehsalı, paylanması, uçotu, nüfuzdan düşmüşlərin ləğvi ilə əlaqədar bütün aspektləri nəzərə alır. Sertifikat siyasəti həmçinin sertifikatlara əsaslanan təhlükəsizlik sistemi vasitəsilə qorunan kommunikasiya sistemindən istifadə edən tranzaksiyaları da idarə edə bilər. Kritik sertifikat genişlənmələrinə nəzarət etməklə belə siyasətlər və əlaqədar məcburiyyət texnologiyaları xüsusi tətbiqlər üçün tələb edilən təhlükəsizlik servislərinin təmin edilməsini dəstəkləyə bilərlər. == Ədəbiyyat == İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Milli sertifikat xidmətləri mərkəzi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılmış Milli Sertifikasiya Xidmətləri Mərkəzi (SXM) tərəfindən vətəndaşlara, dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına, biznes strukturlarında işləyən hüquqi və fiziki şəxslərə elektron sənədi təsdiq edən elektron imza verilir. Elektron imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. E-imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. E-imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən ədədi koddur. == Yaranma tarixi == Elektron imzanın və elektron sənədin istifadəsi, elektron sənəd dövriyyəsinin tətbiqi, əlaqədar subyektlərin hüquqlarının müəyyənləşdirilməsi və onlar arasındakı münasibətlərın hüquqi əsasları "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mövcud qanunvericiliyə müvafiq olaraq, Azərbaycan Respublikasında elektron imzadan istifadənin təmin edilməsi məqsədilə Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması həyata keçirilir. Belə bir infrastruktur ölkənin sosial-iqtisadi sahələrində, vətəndaşların əlaqələrində elektron imzadan istifadə edilməsinə şərait yaradır və yeni İKT layihələrində istifadəçilərin identikləşdirilməsi, göndərişlərin təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə xidmət edir. Yaradılan Milli Sertifikat Xidmətləri Mərkəzi (SXM) ölkədə digər sertifikasiya xidmətləri mərkəzlərinin fəaliyyətini təmin edir.
Milli Sertifikat Xidmətləri Mərkəzi (Azərbaycan)

Depozit sertifikatı
Depozit sertifikatı (ing. deposit certification) — üzərində göstərilən məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən adsız qiymətli kağızdır. Depozit sertifikatı qiymətli kağızların hüquqi şəxslər tərəfindən əldə olunan formasıdır. Bu sertifikatlar pul vəsaitlərinin bank tərəfindən depozitə qəbul edilməsini yazılı sübut edən, sahibinə müəyyən müddətdə tam məbləğdə depoziti və hesablanmış faizi almaq hüququ verir. Bu sertifikatın nominal qiyməti yüksək olur. Depozit əmanət müqaviləsindən fərqli olaraq, müvafiq hüquqları təslim etməklə sertifikat bir şəxsdən digərinə keçə bilər ki, bu da onu qiymətli kağız edir. Depozit sertifikatı üzrə hüquqların təslim edilməsi haqqında razılaşmanı hər tərəfdən iki şəxs imzalayır və tsedentlə tsessionari möhürləyir. Sertifikatlar aşağıdakı mütləq rekvizitlərə malik olmalıdır ki, bunların birinin olmaması sertifikatı yararsız edir: depozit və ya əmanət sertifikatının adı Sertifikatın verilmə səbəbinin göstərilməsi Sertifikatla təsdiqlənmiş vəsait qoyuluşunun məbləği (rəqəm və yazı ilə) bankın əmanət qoyulmuş vəsaiti kreditora mütləq qaytarılması haqda şərtsiz öhdəliyi depozitin və ya əmanətin qoyulduğu tarix Sertifikat üzrə əmanətçinin məbləği tələb etdiyi tarix depozitin və ya əmanətdən istifadə edildiyi üçün (faizlə) gəlir dərəcəsi nəzərdə tutulan gəlir dərəcəsinin pul vahidi ilə göstərilməsi depozit Sertifikatı üçün emitent-bankın adı və ünvanı, əmanət bankı üçün yatırımçının ünvanı 2 nəfər bank müvəkkillərinin imzası bankın möhürü. == İstinadlar == == Mənbə == Kənan Aslanlı. Dövlət Maliyyəsi Terminləri Lügəti.
ISO sertifikatı
Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (ing. International Organization for Standardization) — beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır. == Tarixi haqqında == XX əsrin əvvəlində maşıntəmiri tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşıntəmiri yeni mərhələyə qədəm qoyur.
RIAA sertifikatı
RIAA sertifikatı (ing. The Recording Industry Association of America, azərb. Amerika Səsyazma Sənayesi Birliyi) ABŞ-də musiqiçilərin satdığı albom və sinql sayına görə verilən müükafatdır. ABŞ-dən başqa digər dövlətlərdə də bu cür sertifikat sistemləri də mövcuddur. == Sertifikat növləri == 500.000 nüsxə: Qızıl albom. 1.000.000 nüsxə: Platin albom. 2.000.000 nüsxə: Multi-Platin albüm. 10.000.000 nüsxə: Almaz albüm.
Sertifikatlı etik haker
Sertifikatlı etik haker — mütəxəssislərə EC-Council tərəfindən informasiya təhlükəsizliyi üzrə verilən sertifikatdır. ABŞ Müdafiə Nazirliyi tərəfindən tanınır. Şəbəkə təhlükəsizliyi sahəsində müvafiq səviyyədə biliklərin olmasını təsdiq edir. Etik hakerlər, adətən təşkilatlar tərəfindən istifadə olunurlar, informasiya təhlükəsizliyi boşluqlarını aşkar etmək və aradan qaldırmaq məqsədilə hakerlərin istifadə etdikləri eyni metodlardan istifadə edərək şəbəkələrə və ya kompüter sistemlərinə daxil olmağa cəhdlər edirlər.CEH sertifikat imtahanı şəbəkə protokollarının, əməliyyat sistemlərinin və tətbiqi proqramların boşluqları, troyanlar, viruslar, rutkitlər, informasiyanın toplanması, şəbəkənin daranması və resursların inventarlaşdırılması, veb-serverlərin və simsiz şəbəkələrin sındırılması, informasiya təhlükəsizliyi vasitələrinin aldadılması, nüfuzetmə testləri, DoS hücumların, SQL-inyeksiya hücumlarının həyata keçirilməsi, seansların ələ keçirilməsi və s. kimi sahələri əhatə edir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 160 səh.
İnvestisiya sertifikatı
Əmanət sertifikatı
Əmanət sertifikatı (ing. savings certificate) — fiziki şəxs tərəfindən banka qoyulmuş əmanətin məbləğini və əmanətçinin (sertifikat sahibinin) sertifikatı vermiş bankda və ya hər hansı filialda əmanət məbləğini və sertifikatda nəzərdə tutulmuş müəyyən edilmiş müddət bitdikdən sonra bank faizləri almaq hüququnu təsdiq edən qiymətli kağız. Əmanət sertifikatının başqa adı — əmanət sertifikatı - bankın orada saxlanılan əmanəti və faizləri ödəmək öhdəliyini ifadə edir. Əmanət sertifikatı hesablaşma və ya ödəniş sənədi kimi xidmət edə bilməz.

Digər lüğətlərdə

выштукату́ривать десанти́роваться корсе́т не без оди́н окоём тетереви́ный тугопла́вкий венесуэ́лец водонапо́рная башня гектографи́рование зябь насле́дничек нача́льник приукраша́ться фасо́нить absentation debunk inestimable of palatable shrill-voiced Sri Lanka stromata злосчастный