SETARƏ
SEYD
OBASTAN VİKİ
Sevda
Sevda — qadın adı və təxəllüs. Sevda Abdullayeva — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Sevda Ağazadə — azərbaycanlı televiziya aparıcısı, ssenarist, diktor, redaktor. Sevda Cəfərova — azərbaycanlı həkim-pediatr, reanimatoloq, neontaloq, tibb elmləri üzrə fəlsəfə doktoru. Sevda Dəmirəl — türkiyəli model və kinoaktrisa. Sevda Həsənova — azərbaycanlı jurnalist. Sevda Mikayılova — azərbaycanlı filoloq, şairə. Sevda Məmmədəliyeva — azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü. Sevda Qarayeva — azərbaycanlı güləşçi. Sevda Qurbanəliyeva — azərbaycanlı alim, sənətşünaslıq doktoru, professor.
Sevda Abdullayeva
== Həyatı == Sevda Həsən qızı Abdullayeva 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1975-ci ildə Bakıda fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür. 1982-1996-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində professor vəzifəsində, 1994-1997-ci illərdə İndiana Universitetində (ABŞ) professor vəzifəsində çalışmışdır. 1997-ci ildən indiyədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Bionanostrukturlar fizikası" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. 2009-cu ildən indiyədək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi nəzdində Yüksək Texnologiyalar Üzrə Tədqiqat Mərkəzinin direktoru vəzifəsini icra edir. J.Alfyorov adına Beynəlxalq təhsil və elm fondunun Azərbaycan filialının rəhbəridir. "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə 10 fəlsəfə doktoruna rəhbərlik etmişdir və 1 elmlər doktorunun məsləhətçisi olmuşdur. Beynəlxalq və respublika elmi jurnallarında 200-dən artıq məqaləsi (133-ü xaricdə) və bir kitabı nəşr olunmuşdur. Onlardan 65-i impakt faktorlu jurnallarda çap olunub.
Sevda Axundova
Sevda Ağazadə
Sevda Ağazadə (6 sentyabr 1958, Bakı) — Televiziya aparıcısı. Ssenari müəllifi, AzTV-nin keçmiş diktoru, hazırda bu telekanalın "Telefilm" yaradıcılıq birliyində aparıcı redaktor. == Həyatı == 1958-ci ilin sentyabr ayının 6-da Bakıda anadan olmuşdur. 7 yaşına qədər Balaxanıda yaşamışdır. Sonra təhsilini Xətai rayonu 56 nömrəli məktəbdə davam etdirmişdir. Orta məktəbi 1975-ci ildə qızıl medalla bitirib indiki Dövlət Neft Akademiyasına daxil olmuşdur. Anası, dayısı, qardaşı, bacısı və oğlu da oranı bitirmişlər. Ali məktəbi bitirəndən sonra Milli Elmlər Akademiyasının Energetika İnstitutuna mühəndis-proqramçı kimi işə götürülmüşdür. Orada 5 il işləmişdir. Sonra eşidir ki, AzTV-də müsabiqə var, müsabiqədə iştirak edir və radioda işə düzəlir.
Sevda Cəfərova
Sevda Dəmirəl
Sevda Dəmirəl (türk. Sevda Demirel) — məşhur Türkiyəli model və kino aktrisa. == Həyatı == == Filmoqrafiya == Hiç Bana Sordun mu? (1997) Altın Vuruş (1998) Tutku Suçları (2000) Otostop (1996) Tatlı Kaçıklar (1996) Bay E (1995) === TV Serialları === == Xarici keçidlər == "Emniyet'te 'Sevda' soruşturması" (türk). sabah.com.tr. 1997-07-08. 2018-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30. "Emniyette `Sevda' depremi" (türk). milliyet.com.tr.
Sevda Hüseynova
Sevda Həsənova
Sevda Həsənova — ANS-ÇM Yayım və Media Şirkətinin Baş direktoru. == Həyatı == Sevda Həsənova 8 avqust 1970-ci ildə Mingəçevir şəhərində anadan olub. 1988-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunu, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, daha sonra Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1994-2006-cı illərdə ANS-ÇM Radiosu və ANS TV-də müxtəlif vəzifələrdə çalışıb. 2006-ci ildə ANS-Press Nəşriyyat Evinin "Hesabat" jurnalında xüsusi icmalçısı, 2007-ci ildə www.anspress.com internet portalında Azərbaycan bölməsinin redaktoru olub. 2007-2009-cu illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olub. 2008-ci ilin sentyabr ayından 2009-cu ilin iyun ayınadək ANS Müstəqil Yayım və Media Şirkətində (ANS-TV) "Daha Doğrusu" verilişinin aparıcısı işləyibdir. 2009-cu ilin oktyabr ayından ANS-ÇM Yayım və Media Şirkətinin Baş Direktoru olub. 2011-ci ilin yanvarından ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Baş direktoru olub. 2012-ci ilin noyabrından ANS TV-nin Proqram Departamentinin rəhbəri olub.
Sevda Mikayılova
Sevda Məmmədəliyeva
Sevda Yusif qızı Məmmədəliyeva (14 noyabr 1946, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini(1999-2023), alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Sevda Yusif qızı Məmmədəliyeva 1946-cı il noyabrın 14-də Bakı şəhərində akademik ailəsində anadan olmuşdur. 1962-ci ildə Bakı şəhər 6 saylı orta məktəbi eksternat qaydası ilə və Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1967-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Azərbaycan Respublikası Elmlər Akademiyasının aspiranturasına daxil olaraq elmi fəaliyyətə başlamışdır. Namizədlik disertasiyasını müdafiə etdikdən sonra 1970–1983-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışmışdır. Bu illər S.Məmmədəliyeva böyük elmi işçi (1974) və dosent (1983) elmi adlarını alır. S.Məmmədəliyeva 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyir. 1987-ci ildə S.Məmmədəliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda bir illik stajirovka keçir. 1994-cü ilin yanvar ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun İxtisaslaşdırılmış elmi şurasında 090011 – "Sosial fəlsəfə" ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edir və fəlsəfə elmləri doktoru elmi dərəcəsi alır (1994). 1996-cı ildə elm, mədəniyyət və təhsil sahəsində xidmətlərinə görə S.Məmmədəliyeva "Bilik" Azərbaycan Maarif Cəmiyyətinin medalı ilə təltif olunaraq akademik Yusuf Məmmədəliyev adına mükafatın laureatı olur.
Sevda Qurbanəliyeva
Qurbanəliyeva Sevda Firudin qızı (d. 13.11.1960, Gəncə) — Azərbaycan alimi, sənətşünaslıq doktoru (1995), professor (1996). == Həyatı == Sevda Qurbanəliyeva 1960-cı ilin noyabrında Gəncədə anadan olub. 1979-cu ildə Q.Hüseynli adına orta ixtisas məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib. O, 1989-cu ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən, dünya miqyasında tanınmış alimlərdən ibarət ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ona 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib. 1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik edib. 1984-cü ildən Gəncə Dövlət Universitetində müəllim, dosent, onun təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə yaradılmış musiqi fənləri kafedrasının müdiri, 1996-cı ildə professor vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya və ictimai əsaslarla GDU-nun tələbə yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edir, universitet Elmi Şurasının üzvüdür. 2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür. 2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərlik edir.
Sevda Süleymanova
Sevda Süleymanova (tam adı: Sevda Yunis qızı Süleymanova) — tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetində elmi işlər üzrə dekan müavini. == Həyatı == Sevda Süleymanova 1954-cü il yanvarın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 199 saylı orta məktəbi bitirdikdən (1961-1971) sonra Azərbaycan Dövlət Universitetində (1971-1976) təhsil almışdır. == Elmi fəaliyyəti == Sevda Süleymanovanın elmi fəaliyyəti kommunist partiyası və sovet totalitar rejimindən müstəqil Azərbaycana keçid zamanı tarixçi alimlərin qarşılaşdığı kəskin kontrastı əks etdirir. Belə ki, o, “Azərbaycan Kommunist Partiyasının ilk partiya təşkilatlarının rolunu artırmaq sahəsində fəaliyyəti (1976-1980-cı illər)”mövzusunda namizədlik disertasiyasını 1990-cı ildə müdafiə etmişdir. Burada Sevda xanım mümkün olduğu dərəcədə obyektiv olmağa çalışmışdır.Artıq müstəqil Azərbaycan şəraitində Sevda Süleymanova “Azərbaycanda ictimai-siyasi hərəkatın yaranması və inkişafı (XIX əsrin sonu ХХ əsrin əvvəli)”, mövzusunda doktorluq disertasiyasını 2003-ci ildə müdafiə etmişdir. Həmin ildə Bakıda “Azərbaycan Xalq Cumhuriyyəti tarixinin aktual problemləri” mövzusunda beynəlxalq Elmi Sessiyada “Bakının azad edilməsinə dair” məruzə ilə çıxış etmişdir. Yenə 2003-ci ildə “Vektor” beynəlxalq elmi mərkəzi tərəfindən “XXI əsrin tanınmış xanımı”, 2006-cı ildə isə “XXI əsrin Azərbaycan ziyalıları” beynəlxalq diplomları ilə təltif olunmuşdur. 2007-ci ildən Azərbaycan kütləvi informasiya işçilərinin həmkarlar ittifaqının “Qızıl qələm” fəxri media mükafatı laureatıdır. 17-21 iyun 2008-ci ildə “Qadınlar və İctimai sfera” mövzusunda beynəlxalq konfransda, 13-14 sentyabrda isə “Azərbaycan dövlətçilik ənənələrinin tarixi” mövzusunda Azərbaycan xalq Cumhuriyyətinin qurulması və bakının azad edilməsinin 90 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak etmişdir.
Sevda Tahirli
Sevda Tahirli (tam adı: Tahirli Sevda Məmmədsəlim qızı) — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. == Təhsili və elmi fəaliyyəti == 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1984–1987-ci illərdə botanika inistutunda doktorantura təhsili almışdır. 1987–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda çalışmışdır. 1989-cu ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Sevda Tahirli Mirzə Ələkbər Sabirin nəvəsidir, 2 övladı var.
Sevda Vəliyeva
Sevda Rasim qızı Vəliyeva (27 dekabr 1997; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Sevda Vəliyeva 1997-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. == Karyerası == Sevda Vəliyeva 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Final görüşündə Afaq Sultanovaya məğlub olan Sevda Vəliyeva, turniri gümüş medalla başa vurdu. Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında Sevda Vəliyeva, bütün rəqibləri üzərində qələbə qazandı və turnirin qalibi oldu. Sevda Vəliyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə uğursuz mübarizə apardı. Komanda turnirini isə Sevda Vəliyeva bürünc medalla başa vurdu. 2019-cu ildə Qran-Prinin qalibi olan Sevda Vəliyeva, Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. 2021-ci ildə növbəti dəfə Qran-Pri turnirinin qalibi olan Sevda Vəliyeva, il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.Sevda Vəliyevanın XVI Yay Paralimpiya Oyunlarınınn 1/4 final mərhələsi çərçivəsində rəqibi Qazaxıstan nümayəndəsi Dayana Fedossova oldu.
Sevda Yahyayeva
Sevda Eldar qızı Yahyayeva (28 dekabr 1985, Konstantinov rayonu[d], Amur vilayəti) — azərbaycanlı estrada müğənnisi. == Həyatı == Sevda Yahyayeva 1985-ci il dekabrın 28-də Rusiyanın Amur vilayətinin Konstantinov rayonunda hərbçi ailəsində anadan olmuşdur. Orta təhsilini Azərbaycanın Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır. Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə daxil olmuşdur. Ali təhsil almaq üçün Azərbaycan Milli Konservatoriyasının solo və xanəndəlik (muğam) fakültəsinə daxil olmuş və hazırda təhsilini davam etdirir. === Şəxsi həyatı === Müğənni 2020-ci ildə Zakir Bayramov adlı şəxslə ailə həyatı qurmuşdur. == Karyerası == 1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasında yayımlanan "İstedad sorağı" verilişində çıxmışdır. 2002-ci ildə Lalə qızlar ansamblına daxil olmuş və ilk müəlliməsi Azərbaycan Respublikasının xalq artisti Ceyran Haşımova olmuşdur. 2005-ci ildə Azad Azərbaycan telekanalında yayımlanan "Yeni ulduz" müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdur. 2007-ci ildə ilk bəstəkar mahnısı - sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan "O zaman" adlı mahnısıyla gündəmə gəlmişdir.
Sevda Yəhyayeva
Sevda Eldar qızı Yahyayeva (28 dekabr 1985, Konstantinov rayonu[d], Amur vilayəti) — azərbaycanlı estrada müğənnisi. == Həyatı == Sevda Yahyayeva 1985-ci il dekabrın 28-də Rusiyanın Amur vilayətinin Konstantinov rayonunda hərbçi ailəsində anadan olmuşdur. Orta təhsilini Azərbaycanın Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır. Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə daxil olmuşdur. Ali təhsil almaq üçün Azərbaycan Milli Konservatoriyasının solo və xanəndəlik (muğam) fakültəsinə daxil olmuş və hazırda təhsilini davam etdirir. === Şəxsi həyatı === Müğənni 2020-ci ildə Zakir Bayramov adlı şəxslə ailə həyatı qurmuşdur. == Karyerası == 1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasında yayımlanan "İstedad sorağı" verilişində çıxmışdır. 2002-ci ildə Lalə qızlar ansamblına daxil olmuş və ilk müəlliməsi Azərbaycan Respublikasının xalq artisti Ceyran Haşımova olmuşdur. 2005-ci ildə Azad Azərbaycan telekanalında yayımlanan "Yeni ulduz" müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdur. 2007-ci ildə ilk bəstəkar mahnısı - sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan "O zaman" adlı mahnısıyla gündəmə gəlmişdir.
Sevda İbrahimova
Sevda Mirzə qızı İbrahimova (28 noyabr 1939, Bakı – 17 iyul 2022) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor (1994). == Həyatı == Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının piano (prof. M.R.Brennerin sinfi) və bəstəkarlıq (Q. Qarayevin sinfi) fakültələrini bitirib. S.İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifi olmuşdur. Sevda İbrahimova 17 iyul 2022-ci ildə 82 yaşında vəfat etmişdir. Görkəmli tarzən Qurban Primovun nəvəsidir. Görkəmli yazıçı,dramaturq Mirzə İbrahimovun qızıdır. == Əsərləri == OperalarNənəmin nağılları (opera) (1982) — qədim hind dastanı əsasında, libretto Hikmət Ziyanındır Biri vardı (opera)Vokal əsərlərisolistlər və qarışıq tərkibli orkestr üçün "Vətən şəhidləri" kantatası (1990) — M.Dilbazi və M.İbrahimovun sözlərinə səs və piano üçün "Sevirəm" vokal silsiləsi (1997) — H.Ziyanın sözlərinə "Əbədi yurdum" vokal silsiləsi (1999) — B.Vahabzadə, S.Vurğun, M.Araz, M.İbrahim, H.Billuri, N.Həsənzadənin sözlərinə mahnı və romanslar (1990 – 2001) — Nizami, Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, Y.Həsən, M.Dilbazi, H.Bülluri və b. şairlərin sözlərinəİnstrumental əsərləriOrqan və simli orkestr üçün Konsert (1990) Hoboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi (1991) Skripka və kamera orkestri üçün musiqi (1992) Piano və kamera orkestri üçün 3 saylı Konsert (1993) 2 piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi (1994) "Gənc pianoçuya" pyeslər silsiləsi (1994) Piano üçün pyeslər (1995) 2 piano üçün pyeslər (1996) 2 piano üçün silsilə pyeslər (1997) Tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) Səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım" Elegiya-xatirə (2000) Piano üçün pyeslər (1999 – 2001) Simli orkestr üçün "Vətən düşüncələri" (2001) == Filmoqrafiya == Əzim Əzimzadə (film, 1967) Yazıçının bir günü (film, 1971) Peşimançılıq (film, 1974) Min bir xəzinə (film, 1976) Nar (film, 1981) Odlu ürək (film, 1981) Bəstəkar Sevda İbrahimova (film) == İstinadlar == == Xarici keçidlər == Nadir Bədəlov.
Sevda Ələkbərzadə
Sevda Ələkbərzadə (4 iyul 1977, Bakı, Azərbaycan SSR) — Azərbaycan müğənnisi, caz, xalq musiqisi və muğam janrlarında ifa edir. == Həyatı == Sevda Ələkbərzadə 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1991-ci ildə o, "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlamış, bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olmuşdur. 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlamışdır. Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S.Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri almışdır. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış etmişdir. Yazıçı Əbülhəsən Ələkbərzadənin nəvəsidir. Yazıçı Çingiz Ələkbərzadənin qızıdır. Müğənni Elmira Ələkbərzadənin bacısıdır.
Sevda Salayeva
Sevda Salayeva (tam adı: Sevda Məmmədağa qızı Salayeva; 5 iyun 1968; Azərbaycan SSR — 20 yanvar 1990; Bakı, Azərbaycan SSR) — Qanlı Yanvar şəhidi. == Həyatı == Sevda Salayeva 5 iyun 1968-ci ildə Məmmədağa Salayevin ailəsində anadan olmuşdur. 1975-1985-ci illərdə Bakı şəhər 150 saylı tam orta məktəbdə orta təhsil almışdır. Orta təhsilini aldıqdan sonra 90 saylı texniki peşə məktəbinə daxil olmuş, peşə təhsilini tamamlamışdır. 1988-ci ilin 4 may tarixindən Bakı Şəhərlərarası Telefon Stansiyasında (BŞTS) telefonçu olaraq çalışırdı. === Qanlı Yanvar faciəsi === 1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə Qırmızı Ordunun Bakıya hücumu və təcavüzü zamanı qətlə yetirilmişdir. Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Sevda Altunoluk
Sevda Altunoluk (türk. Sevda Altunoluk) — O, türkiyəli paralimpiya qolbolçusudur. O, qolbola dünyanın ən yaxşı oyunçuları arasında göstərilir. İdmançı 2016 Yay Paralimpiya Oyunlarında və 2020 Yay Paralimpiya Oyunlarında Türkiyə millisinin heyətində iştirak edib və Türkiyənin ardıcıl iki qızıl medal qazanmasında böyük rol oynayıb. 2021-ci ildə BBC-nin 100 Qadın siyahısına daxil edilib. == Həyatı == 1994-cü ildə Tokatda anadan olub. O, beş bacının ən böyüyüdür. İbtidai məktəbin üçüncü sinfində oxuyarkən görmə qabiliyyətini itirməyə başlayıb. Retinitis pigmentosa (gecə korluğu) diaqnozu qoyulub. İbtidai məktəbi bitirdikdən sonra Ankaradakı gözdən əlillər məktəbində internat şagirdi olaraq təhsilini davam etdirib.
Sevda binti Zəma
Sevda binti Zəma (ərəb. سودة بنت زمعة‎; 589, Məkkə – 1 sentyabr 674, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Məhəmməd peyğəmbər Xədicənin vəfatından və Mədinəyə köçməsindən sonra 53 yaşında Sevda ilə evlənir. O, ilk müsəlmanlardan olan Səkran ibn Amrın dul arvadı olur. Onun atası Qureyş qəbiləsindən idi. Sevda binti Zəma Efiopiyaya hicrət edən ilk müsəlman qadınlardan biridir. Onun birinci əri Məkkə müşrikləri tərəfindən zülmə məruz qalan əmisi oğlu Səkran ibn Amr idi. Məkkəyə qayıtdıqdan sonra Səkran vəfat edir. Sevda və Səkranın 637-ci ildə Cəlulə döyüşündə şəhid olan bir oğulları var idi. Məhəmməd peyğəmbər Xədicənin vəfatından bir neçə gün sonra peyğəmbərliyinin onuncu ilinin Şəvval ayında Sevda ilə evlənir.
Sevda Haqverdiyeva
Sevda Haqverdiyeva (9 aprel 1977, Bakı) — Qırmızı Ürəklər Fondunun prezidenti. == Həyatı == Sevda Haqverdiyeva 9 aprel 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. == Təhsili == 1984–1994-cü illər ərzində 53 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi fərqlənmə ilə bitirib. 1994-cü ildə Bakı dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olub. 1998-ci ildə bakalavr pilləsini bitirib, elə həmin ildə həmin fakültənin magistr pilləsinə daxil olub. 2000-ci ildə BDU-nun magistr pilləsini qırmızı diplomla bitirib. == Fəaliyyəti == 1998-ci ildə UTAS neft şirkətində menecer kimi əmək fəaliyyətinə başlamışdır. 2000-ci ilin oktyabr ayında keçirilən parlament seçkiləri zamanı ATƏT-in dəvəti ilə ölkəyə gəlmiş müşahidəçilər üçün tərcüməçi kimi fəaliyyət göstərib. 2000–2003-cü illərdə Azercell Telecom MMC-nin Müştəri Xidmətləri Departamentində təmsilçi vəzifəsində çalışıb.
Sevda Qasımova
Qasımova Sevda Rasim qızı (rus. Касимова Севда Расим кызы; ing. Kasimova (Gasimova) Sevda Rasim kizi) – Azərbaycan Alimi, Texnika Elmləri Doktoru, Professor. == Həyatı == Qasımova Sevda Rasim qızı 8 avqust 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1989-cu ildə 6 saylı musiqi məktəbinin fortepiano şöbəsini, 1992-ci ildə 6 saylı orta məktəbi bitirmişdir. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin "Avtomatika və Hesablama Texnikası" fakültəsini bitirmişdir. 1998-ci ildən Azərbaycan EA Fotoelektronika (MEAFizika) İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur və həmin ildə istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuşdur. S.R.Qasımova 2001-ci ildə “Optik və dielektrik ölçmələrin həssaslığını və dəqiqliyini artırmaq üçün elektromaqnit şualarının əks olunmadan udulma effektinin tətbiqi” mövzusunda dissertasiya işini müdafiə etmiş və ona 01.04.01 – Fiziki eksperimentin texnikası, cihazların fizikası, fiziki tədqiqatların avtomatlaşdırılması ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi verilmişdir. S. R. Qasımova 2004-cü ildə AMEA Fizika İnstitutunda elmi işçi vəzifəsinə təyin olunmuşdur, 2005-ci ildən böyük elmi işçi vəzifəsində çalışmışdır. 2006-ci ildə ona "Fiziki eksperimentin cihazları və metodları" ixtisası üzrə Dosent elmi adı verilmişdir.
Sevda Erginci
Sevda Erginci (3 oktyabr 1993, İstanbul) — Türk aktrisa. == Kariyerası == Erginci 15 yaşında Semaver şirkətinin "Paki ve Sevgi Çiçekleri" adlı tamaşasında rol alaraq aktyorluğa başlayıb, daha sonra Kenter Teatrında aktyorluq dərsləri alıb. O, 2012-ci ildə Star TV-də yayımlanan Özgü Namal və Ozan Güvenlə birlikdə "Koyu Kırmızı" serialında rol alıb, həmən il "Veda" tarixi dramındada rol alıb. Daha sonra 2013–2014-cü illər arasında "Karagül" serialında Ayşe obrazını canlandırıb. O, kinoda rol almağa ilk 2015-ci ildə Onur Ünlü tərəfindən yazılmış "Uzaklarda Arama" filmində başlayıb. O, "Hayat Bazen Tatlıdır" və "Ver Elini Aşk" seriallarında baş rol oynadıqdan sonra, "Yasak Elma" serialında Zeynep Yılmaz obrazını canlandırıb. 2019-cu ildə "Sevgili Geçmiş" serialında İpek Gencer rolunu canlandırıb. Ardı ilə 2020-ci ildə "Uyanış: Büyük Selçuklu" tarixi serialında rol alıb və Turna Hatun obrazını canlandırıb. O, 2022-ci ildə ekranlara çıxan "Seni Kalbime Sakladım " adlı romantik serialda rol alıb və Zeynep Gören obrazını canlandırıb. Nəhayət, yenidən "Yasak Elma" serialına daxil edildi və finala qədər davam etdi.
Sevdaliza
Sevda Alizadeh (1 sentyabr 1987, Tehran) — professional olaraq Sevdaliza kimi tanınan, İranlı-Holland musiqiçi, musiqi yazıçısı və musiqi prodüsseridir. 2015-ci ildə o, 2 EP (ortalama bir albomdan daha qısa, 4-5 musiqidən ibarət olan qeydlərdir. Underground albomlar da EP sayıla bilər.) yayımlayır – The Suspended Kid və Children of Silk. Musiqiləri adətən ingilis dilində olsa da, 2017-ci ilin əvvəlində ilk farsdilli musiqisi olan "Bebin"i İcra əmrinə (Executive Order 13769) etiraz olaraq yayımladı. Onun debüt albomu olan İSON, 26 aprel 2017-ci il tarixində öz səsyazma studiyasının etiketiylə - Twisted Elegance vasitəsi ilə buraxıldı. == Həyatı və karyerası == Sevda Alizadeh 1 sentyabr 1987-ci ildə Tehranda dünyaya gəlib, o Azərbaycan, rus və fars əsillidir. 5 yaşında ailəsiylə birgə Hollandiyada yaşamağa başlayırlar. 16 yaşında, basketbol təqaüdü aldıqdan sonra evdən ayrıldı, nəhayətində Hollandiya basketbol komandasında oynadı. Universitetə daxil olur və "Biznes əlaqələri" sahəsində magistr dərəcəsini bitirir. Sevdaliza fars, holland, ingilis, fransız və portuqal dillərini səlis bilir.
Sevdanın Son Vuruşu
Sevdanın Son Vuruşu – Tarkanın 2010 – cu ildə çıxardığı Adımı Kalbine Yaz albomundan olan promo sinql.
Ömür-gün sevdası (film, 1976)
== Məzmun == Sənədli-bədii, etnoqrafik-folklor filmi Azərbaycanda uzunömürlü toy ənənələri haqqında söhbət açır. Filmin əsas hissəsi Azərbaycanın ən gözəl guşələrindən olan Kəlbəcərdə çəkilmiş, burada bədii kinonun vasitələrindən, aktyor oyunlarından da istifadə edilmişdir. Filmin başlanğıcında Azərbaycanda "Gəlin havası" olaraq bilinən "Vağzalı"nın çalınır. Filmdə Azərbaycan adət-ənənələrindən, ağsaqqal sözünün keçərli olmasından danışılır və qız istəmə mərasimindəki şirinçaydan bəhs olunur. Şirin çayın açıqlaması olaraq deyilir ki, "evlənəcək olan qız və oğlan bir-biri ilə hər zaman şirin sözlə danışsınlar". Filmdə toy ənələri ilə yanaşı "Kilim arası" və "Toyda maral oynayar" deyilən xalq yaradıcılığı nümunəsi göstərilir. Uzun ömürlü Azərbaycan evliliklərindən danışılır, Azərbaycanda uzun ömürlü evliliklərin səbəbi olaraq isə ər və arvadın bir-birinə olan mehribanlıq və hörmətlə olan münasibəti göstərilir. 1976-cı ildə şəkilən filmdə erməni işğalının daha gəlmədiyi Kəlbəcər şəhərində 129 kənd olduğu qeyd olunur.Filmi izlərkən kənd evlərini, mal-qaranı, geniş otlaq sahələrini, sağlam və firavan yaşayan Azərbaycan xalqını görmək mümkündür.
…balıq sevdası (film, 1979)
== Məzmunu == Filmdə Hacıqabulda balıqyetişdirmə məntəqəsinin tikilib başa çatdırılmaması tənqid edilir. == Film haqqında == "Mozalan" Satirik Kinojurnalı № 47, 3-cü süjet == Səhvlər == Titrlərdə süjetin adı "Balıq sövdası" deyə yazılmışdır. Doğrusu "Balıq sevdası"dır.

Значение слова в других словарях

букле́тный вы́хлест дри́фтерный е́сли б комплекто́вщик корса́жный харчева́ть австрие́ц единоли́чный пла́менность популяцио́нный пролома́ться слове́сный шерешир air-driven anti-G-suit calf's teeth contraception crashout former hempseed press-warrant trigger-happy triplane проще