SEVGİLADƏ
SEVGİLİM
OBASTAN VİKİ
Sevgili canan
Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. == Yazılma tarixi == Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır. Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Mənim sevgilim dəlidir (film, 2012)
Mənim sevgilim dəlidir (ing. Silver Linings Playbook) — David Rasselin rejissorluğu və ssenarisi ilə çəkilmiş 2012-ci il romantik, komediya-dram filmi. Film Matthew Quick-in 2008-ci ildə nəşr etdirdiyi eyniadlı kitab əsasına çəkilib. Filmin ilk nümayişi 2012-ci il 8 sentyabrda Toronto Beynəlxalq Film Festivalında keçirilmişdir. Kritiklər tərəfindən müsbət qarşılanılan film 8 nominasiya üzrə "Oskar" mükafatına namizəd olmuş, və ən yaxşı qadın roluna görə Cennifer Lourens qələbə qazanmışdır. == Süjet == 8 ay psixatriya mərkəzində keçirmiş köhnə məktəb müəllimi Pet valideynlərinin yanına gələrək, həyat yoldaşıyla əlaqəsini bərpa etməyə çalışır. Hər şey onun bir qədər qəribə olan Tiffani adlı qızla qarşılaşmasından sonra daha da çətinləşir.
Sevgililər günü
Sevgililər günü kimi də tanınır. Başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən Katolik xristianların inancına görə bayram edilən tarixi gün. == 14 Fevral tarixi == Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.
Sevgilim, süz (mahnı)
Sevgilim, süz — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı "Badə nəbadə" adı ilə də məşhurdur. Mahnının sözləri şair Teymur Məmmədova , musiqisi bəstəkar Vaqif Gərayzadəyə aiddir. Mahnı caz janırındadır. Mahnı ilk öncə "Gəncə Şərab”ın istehsal etdiyi “Sevgilim” şərabının reklam çarxı üçün bəstələnmişdir. Mahnıya klipi rejissor Aqil M. Quliyev çəkmişdir. Klipdə Aygün Kazımovanın stili üzərində azərbaycanlı modelyer Aslan Əhmədov çalışmışdır. 2006-cı ildə mahnını Zülfiyyə Xanbabayeva Sual qrupu ilə birlikdə Aygün Kazımovanın ad günü üçün hazırlamışdılar.
Valdaro sevgililəri
Valdaro sevgililəri – 2007-ci ildə İtaliyanın Mantuya şəhəri yaxınlığındakı San-Corco ərazisindəki neolit dövrü məzarlığından aşkarlanmış, 6.000 il yaşı olan qoşa insan skeletlərinə verilmiş addır. Hər iki insan eyni vaxtda ölmüş və ya dəfn edilmişdir, onlar üzü bir-birinə istiqamətlənmiş, ətrafına silahlar yerləşdirilmiş şəkildə torpağa qoyulmuşdur ki, bu da sevgililərin qucaqlaşmasını xatırladır. == Tədqiqi == Tədqiqat işlərinə arxeoloq Yelena Mariya Menotti rəhbərlik etmişdir. Alimlərin fikrincə dəfn edilmiş cütlüyün 20-dən çox yaşı olmamış, boyları isə 157 sm olmuşdur. Tapıntının "Daş dövrü Romeo və Cülyettası" adı ilə mətbuatda işıqlandırılmasından sonra ərazinin maraqlanan şəxslər və potensial qarətçilərdən mühafizə edilməsi üçün iyirmi dörd saatlıq mühafizə təyin edilmişdir. Ərazinin sahibi olan mülkədarın orada anbar inşa etmək istəyi məzarın birdəfəlik oradan köçürülməsinə səbəb olmudur. Skeletlərin dəfn edildiyi formada saxlanması üçün onlar dəfn edildiyi torpaq hissəsi ilə birlikdə kəsilərək götürülmüşdür. Daha sonra məzar xüsusi qutuya yerləşdirilərək sonrakı tədqiqatlar üçün Komodakı Paolo Ciovio Arxeologiya Muzeyinə aparılmışdır. Kişi skeletinin (qucaqlaşanlardan sol tərəfdə olan) boynunun yaxınlığında çaxmaqdaşından hazırlanmış ox ucluğu aşkarlanmışdır. Qadın skeletin budunda bir, arxasında isə iki çaxmaqdaşından bıçaq aşkarlanmışdır.

Digər lüğətlərdə

-вн-(ой) висмути́н вышу́чиваться засыха́ть лимфодрена́ж переяри́ться плащ романти́чно скака́ние формо... чести́ться а́рия вразря́дку отграни́чить отсверка́ть отуре́читься револьве́рщица сжиди́ться су́хенький валентир amphitheater scan usucapt zygomorphism уснащать