SEVİNC, FƏRƏH Hamının üzündə bir sevinc, şənlik, fərəh hiss olunurdu (S.Vəliyev); NƏŞƏ Muxtar qatı açılmamış xəbərlər söyləyib Cavadın nəşəsini artırdı (Ə.Vəliyev); VƏCD (həddən artıq sevinc) Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim (M.F.Axundzadə); BƏHCƏT Sürücünün şərqisində vətən səsi dinlənir; Gah ruhuma bəhcət verir, gah qəlbimə qəm gəlir (A.Səhhət); MÜSƏRRƏM (kl.əd.) [Şeyx Sənan:] Kədər, işkəncə var; Müsərrəm yox (H.Cavid); SÜRUR (köhn.) Sitarə: Fikrimin, qəlbimin süruru, həmşirəm Rəmziyyə! (A.Şaiq); DİLŞADLIQ Mən bu dudmanı həmişə abad və içində dilşadlıq görmüşəm (Ə.Haqverdiyev); SEVİNMƏ, ŞADLIQ (bax).