sevməli 2021
seydgah 2021
OBASTAN VİKİ
Amin Seydiyev
Amin Seydiyev (15 noyabr 1998, Azərbaycan) Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah"ın futbolçusu. == Karyerası == === Qəbələ === "Qəbələ"də ilk matçına 29 noyabr 2017-ci ildə keçirilən "Qəbələ"-"Mil Muğan" matçının 59-cu dəqiqəsində çıxıb. Matç "Qəbələ"nin 8–0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin heyətində ilk qolunu isə 7 mart 2020-ci ildə keçirilən "Qəbələ"-"Sumqayıt" matçının 37-ci dəqiqəsində fərqlənib. Matç "Qəbələ"nin 5–0 hesablı qələbəsi ilə başa çatıb.1 iyul 2020-ci ildə "Qəbələ" ayrıldı. === Sabah === 1 iyul 2020-ci ildə "Sabah" müqavilə imzaladı. "Sabah" heyətində ilk matçına 22 avqust 2020-ci ildə keçirilən "Qarabağ"-"Sabah" matçında keçirib. Matç "Qarabağ"ın 2–0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"da ilk dəfə 23 noyabr 2020-ci ildə Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunu "Sabah"-"Səbail" matçının 33-cü dəqiqəsində fərqlənib. Matç "Sabah"ın 2–1 hesablı qələbəsi ilə başa çatıb.
Lea Seydu
Lea Seydu (fr. Léa Seydoux; 1 iyul 1985) — Fransa kino aktrisası və modeli.
Mussa Seydi
Mussa Seydi (21 avqust 1996-cı ildə anadan olub) — Lüksemburq Milli Diviziya təmsilçilərindən olan Fola Eş klubunda hücumçu kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. Seydi 2014-cü ildə Seneqalın Genereyşn Fut akademiyasından Metz klubuna transfer olmuşdur. O, Liqa 1-də debütünü 21 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Metz Bordoya 3-0 hesabı ilə məğlub olmuşdur. Seydi Seneqalın gənclər millilərində çıxış etmişdir. O, Seneqal U-23 millisi ilə 2015 Afrika Oyunlarında iştirak etmiş və turnirdə qələbə qolunun müəllifi olmuşdur.
Seydan (Urmiya)
Seydan (fars. سيدان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.220 nəfər yaşayır (217 ailə).
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Seydi Mahmud Heyrani türbəsi
Seydi Mahmud Heyrani türbəsi Akşehirdəki tarixi bir türbədir. Türbəyə adı verilən Seydi Mahmud Heyrani Mövlana Cəlaləddin Ruminin tələbəsidir. Harranda anadan olmuş, Konyada Mövlana Cəlaləddin Rumidən dərs almış və Akşehirə gəlmişdir. 1268-ci ildə Akşehirdə ölmüşdür. Türbə Konya ili Akşehir ilçəsində, Sultan dağlarının şimal yamacında yerləşir. Türbənin yerləşdiyi ərazidə Ferruhşah məscidi kimi tanınan məscid də yerləşir. Türbə Seydi Mahmud Heyrani adlı sufinin türbəsidir. Seydi Mahmudun ölüm tarixini nəzərə alsaq, türbənin 13-cü əsrdə inşa olunmuş türbə olduğu aydın olur. Binanın tikilmə tarixi barədə heç bir qeyd olmasa da, tabutdakı 667 (yəni miladi təqvim ilə 1268) binanın inşaa tarixi olma ehtimalı var. Bir kitabəyə görə memar Asilzadə Əhməd Abdullah oğludur.
Seydi Əhməd Paşa
Seydi Əhməd Paşa (ö. 12 dekabr 1656) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi məlum deyil. Qara Əhməd Paşanın çərkəz kölələrindəndir. At minməkdə mahir olub, bir dəfə saray ağalarından birinin ölümünə səbəb olmuş, bu səbəblə saraydan qovulmuşdur. Ardından bağışlanaraq Maraş bəylərbəyi, 1655-ci ildə vəzir rütbəsiylə Anadolu bəylərbəyi təyin edildi. Ancaq həmin ilin aprelində vəzifədən alındı və öncə Hələb, ardından aprel ayında Sivas, 1656-cı ildə isə Silistirəyə təyin olundu. 13 iyul 1656-cı ildə kaptan-ı dərya oldu ancaq bilinməyən səbəblə 12 dekabr 1656-cı ildə edam edildi. Oğullarından Mehmed Paşa da özü kimi kaptan-ı dərya olmuş, vəzirliyə qədər yüksəlmişdir. Sicill-i Osmani I, səh.
Seydi Əli Rəis
Seydi Əli Rəis (türk. Seydi Ali Reis osmanlıca:غلطلى سيدى على ريِّس 1498 – 28 dekabr 1562, Konstantinopol) — Osmanlı imperiyası donanmasının admiralı (rəis). 1538-ci ildə Preveze dəniz döyüşündə Osmanlı donanmasının sol cinahına komandanlıq etmişdir. Hind Okeanındakı Osmanlı donanmasının komandanı olaraq 1554-cü ildə Hindistan Qoasında Portuqaliyalılarla döyüşmüşdür. Quru yolu ilə Hindistandan Türkiyəyə dönmüşdür. Sonra İstanbula yerləşmiş və naviqasiya, coğrafiya, riyaziyyat və astronomiyaya dair əsərlər yazmışdır. Əli Rəis elmi əsərlərlə yanaşı, şeirlərdə yazmışdır. İlk növbədə gəmi qəzasindan sonra Hindistandan İstanbula quru yolla səyahətini təsvir etdiyi "Ölkələrin aynası" və "Dənizlər kitabı" (Kitab ul-Muhit) kimi müxtəlif dillərə tərcümə olunmuş kitablar müəllifi kimi də məşhurdur. Kitablarında o, burada naviqasiya sənətini və Osmanlı imperiyasının limanlarını təsvir edir. Seydi Əli Rəis İstanbulun Haliç limanın şimal tərəfində Qalatada Türkiyənin Qara dəniz sahilindəki Sinop mənşəli bir türk ailəsində anadan olmuşdur.
Seydimli
Seydimli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Seydizadə Mehmed Paşa
Seydizadə Mehmed Paşa (ö. 1684) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi məlum deyil. IV Mehmed səltənətinin kaptan-ı dəryalarından Seydi Əhməd Paşanın oğludur. Bu səbəblə bir çox tarixi mənbədə Seydizadə olaraq anılır. Sürətlə yüksələrək sancaqbəyi, ardından 1671-ci ildə vəzir rütbəsiylə Rumeli bəylərbəyi oldu. Bir neçə il bu vəzifədə qaldıqdan sonra 1676-cı ilin yanvarında kaptan-ı dərya oldu. Ardından 13 noyabr 1677-ci ildə vəzifədən alınaraq Niğdə sancaqbəyi oldu. 1678-ci ildə ikinci dəfə Rumeli bəylərbəyliyinə yüksəldi. Daha sonra Timeşvar, 1681-ci ildə Yanova, 1682-ci ildə Kanije, 1683-cü ildə isə yenidən Yanova qalasının mühafizəsi ilə vəzifələndirildi.
Seydu Keyta
Seydu Keyta (fr. Seydou Keita; 16 yanvar 1980[…], Bamako) — keçmiş Mali futbolçusu.
Seydu Su
Seydu Su (12 dekabr 1995-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda qapıçı kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. Su Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Su əsas komanda ilə debütünü 20 may 2017-ci ildə çempion olduğu 2016-17 mövsümünün final görüşündə Renn klubuna qarşı oyunda etmişdir. O, 45 dəqiqə meydanda mübarizə aparmış və ikinci hissədə Loik Badiaşil ilə əvəz olunmuşdur.
Seydun
Seydun— İranın Xuzistan ostanının Bağ Məlik şəhristanının Seydun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,439 nəfər və 962 ailədən ibarət idi.
Seydəli xan Dərgəzi
Seydəli xan Çavuşlu (1856 – 1914) — Çavuşlu oymağının ədib, xan və şairlərindən idi. O, Süleyman xan Çavuşlu Dərgəzin hakiminin oğlu və Məhəmmədəli xan Mənsurülmük və briqadir-general Allahyar xan bəylərbəyinin qardaşı idi. Mirzə Mehdi Gilaninin(Xədiv təxəllüslü) yanında dərs almışdır.Şeirlərinin birində Çavuşlu oymağının 400 illik tarixçəsinə işarə edir. Onun, yaxşı yaddaşı var idi və 50000 beyt farsca, ərəbcə və türkcə şeiri əzbər idi.
Şövkət Seydamətov
Şövkət Seydamətov (ukr. Zofia Albinowska-Minkiewiczow; 19 aprel 1954, Buxara vilayəti) — Krım tatar əsilli sovet və ukraynalı teatr, kino və incəsənət və sənətkarlıq rəssamı. Özbəkistanın Buxara vilayətinin Narpay kəndində deportasiya olunmuş Krım tatarlarının ailəsində anadan olub. 1957-ci ildə ailəsi ilə birlikdə Tacikistan SSR-in Leninabad vilayətinə köçüb. 1972-ci ildə Düşənbə (Tacikistan) M. Olimov adına Respublika Rəssamlıq Texnikumuna daxil olmuş və 1976-cı ildə oranı bitirmişdir. O, Leninabad İncəsənət Fonduna göndərilib, burada dizayn işləri ilə məşğul olub, keramika sənətinə yiyələnib, monumental rəngkarlıq işləri aparıb. Həmin 1976-cı ildən rayon və respublika sərgilərində iştirak etmişdir. 1992-ci ildə SSRİ-nin dağılmasından sonra Krıma qayıdıb, Simferopol vilayətinin Dubki kəndində məskunlaşıb. 1993-cü ildən Krım Tatar Musiqili Dram Teatrında çalışır, 1994-cü ildən teatrın baş rəssamıdır. 1993-2004-cü illərdə teatrın səhnələşdirdiyi tamaşaların əksəriyyətini Şövkət Seydamətov hazırlayıb.
Seyidnəzər Seydi
Seyidnəzər Seydi (1775, Lebap vilayəti – 1836) — Türkmənistan şairi. 1768-ci ildə Türkmənistanın Qarabəkirli rayonunun Lebab-Lamma kəndində dünyaya göz açıb. Onun ailəsi o bölgədə geniş tanınan Ensarilər tayfasındandır. S.Seydi Həbib xocanın açdığı molla məktəbində oxuyub, Qurani Kərimi mükəmməl öyrənib. Sədi Şirazinin “Gülüstan”, “Büstan” kitablarını mütaliə edib. Şair Xivə xanlığının qədim Mərv (indiki Marı) bölgəsinə köçür. Dostu şair Zəlilinin yaşadığı Qaraqala kəndində məskunlaşır. Ancaq onun bu kənddə də günü xoş keçmir. Maddi cəhətdən güzəranı gündən-günə ağırlaşır. Ona himayədarlıq edən şair Zəlili Xivə xanı Məhəmmədrəhim tərəfindən 7 illik həbs cəzasına məhkum edilir.
Aysun Seydiyeva
Aysun Seydiyeva (19 iyul 1997, Bakı) — azərbaycanlı peşəkar qadın futbolçu. "Neftçi" klubunun hazırki, Azərbaycanın qadınlardan ibarət milli yığmasının isə keçmiş kapitanı. Aysun Seydiyeva futbol ictimaiyyətində həmçinin Aysun Əliyeva olaraq tanınır. == İlk illəri == Aysun Seydiyevanın futbola marağı uşaq yaşlarından etibarən yarandı. O, artıq 13 yaşında "Neftçi" klubunda futbolun sirlərini öyrənməyə başladı. == Peşəkar Karyerası == Peşəkar karyerasına 2010-cu ildə "Səbail" klubunda başladı. Orda 6 il çıxış etdikdən sonra, Türkiyənin "1207 Antalyaspor Döşəməaltı" klubunda çıxış edib. 2017-ci ildə "Samsun Yabancılar Pazarı" kıubunda çıxış edib. Bir il sonra yəni 2018-ci ildə Sumqayıtın "Uğur" klubunda çıxış edib, Azərbaycan Yüksək Liqasının çempionu olub. 2019-cu ildə legioner həyatında Qazaxıstanda davam edib.
Rasim Seydimov
Rasim Seydimov — Azərbaycan əsilli ukraynalı rəssam, bir sıra bədii layihələrin kuratoru. 2008-ci ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. == Bioqrafiya == O, 1975-ci ildə Azərbaycanda, qədim Şəki şəhərində anadan olub. Hal-hazırda Kiyevdə yaşayır. == Nailiyyətləri == Fərdi sərgi, “Niyə gəlmisən?” layihəsi. ("Soviart" qalereyası, Kiyev, 2008-2009); Fərdi sərgi, "Xocalı üçün rekviyem" layihəsi (İncəsənətin İnkişafına Yardım Fondunun qalereyası, həmçinin Ukrayna şəhərlərinə sərgi turu - Xarkov, Dnepropetrovsk, Donetsk, 2009); Ukrayna gənc nəsil rəssamlarının “2000-ci illərdə gələnlər” kollektiv sərgisində iştirak (CSM M17, Kiyev, 2010); Şəxsi sərgi, "RASİMİR" layihəsi, Ukrayna Müasir İncəsənət Muzeyi, Kiyev, 2010); Fərdi sərgi, "Xocalıya Rekviyem" layihəsi (ArtHall qalereyası, İncəsənətin İnkişafı Fondu, 2011); Azərbaycan İncəsənət Günləri çərçivəsində “Müasir Azərbaycan Rəssamları” sərgisində iştirak (Müasir İncəsənət Muzeyi, 2011); "Yay" fərdi sərgisi (ArtHall qalereyası, İncəsənətin İnkişafı Fondu, 2012); Krım Plenerinin nəticələrinə əsasən Ukrayna rəssamlarının kollektiv sərgisində iştirak (Müasir İncəsənət Muzeyi, 2012). "MAGMA" beynəlxalq incəsənət layihəsinin iştirakçısı və kuratoru, Kiyev, Kiyev Qala Muzeyi, 2013 “Mənim natürmort” beynəlxalq incəsənət layihəsinin iştirakçısı və kuratoru, Kiyev, Kiyev Qala Muzeyi, 2014 Maydana ithaf "Sevgi atəşi" bədii layihəsinin iştirakçısı (CSM M17, 2014); İdeyanın müəllifi, “Rezidents of Good”un iştirakçısı və həm kuratoru, Art Kyiv Contemporary IX, Mystetskii Arsenal, 2014; Birgə layihə “Sülh. dostluq. Bilik” R. Seydimov və M. Markin, Planetarium/Dnepr, F-Art Gallery/Kryvyi Roh, 2015; "Desert əvəzinə" fərdi sərgisi (Volodimir Vısotski Muzeyi), Kiyev, 2015 "Özünlə" şəxsi layihə (Kiyev Tarix Muzeyi), Kiyev, 2017.

Значение слова в других словарях