SEYİDBALA
SEYİDƏHMƏD
OBASTAN VİKİ
Seyidcəfər Pişəvəri
Seyid Cəfər Pişəvəri (tam adı: Seyid Cəfər Mircavad oğlu Pişəvəri, az.-əbcəd سئیید جعفر پیشه‌وری‎, fars. سید جعفر پیشه‌وری‎; 26 avqust 1892, Xalxal - 11 iyun 1947, Bakı) İran və Azərbaycan-sovet siyasətçisi, publisisti, jurnalisti, İran kommunist partiyasının təsisçilərindən biri, Azərbaycan Demokrat Firqəsinin sədri, Azərbaycan Milli Hökumətinin prezidenti (1945–1946). == Həyatı == === Uşaqlıq illəri === Seyid Cəfər Mircavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da (hicri tarixlə 1313-cü il səfər ayının 13-də) Cənubi Azərbaycanda, Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində dünyaya göz açmışdır. O zaman Zeyvə kəndinin sakinləri əsasən seyidlərdən ibarət olduğundan bu kəndə xalq arasında "Seyidlər Zeyvəsi" deyilir. Həm də Xalxaldakı digər Zeyvə kəndindən onu fərqləndirmək üçün bu kənd "Seyidlər Zeyvəsi" adlandırılmış və hal-hazırda kənd bu adı daşımaqdadır. Seyidlər Zeyvəsi Ərdəbil tərəfdən Təbrizin 334, Miyana tərəfdən 271, Xalxalın isə 30 km. də yerləşir və hazırda Ərdəbil əyalətinə daxildir.Pişəvərinin doğulduğu Zeyvə kəndi Xalxal şəhərinin cənubunda, Alışma kəndi ilə Dəvə ölən dərəsi qonşuluğundadır. XIX əsrin axırında 550 ailədən ibarət olan bu kənddə hazırda 1000-dək ailə yaşayır ki, onların da əksəriyyəti seyidlərdir. ata babası Kəlbəlai Miryəhya və onun oğlu (Pişəvərinin atası) Mircavad ağa mahalda yaxşı tanınan Seyid Mirəzizli tayfasındandır ki, bu tayfanın bir qolu da Pişəvərinin anası Seyid Səkinə xanımın nəsil şəcərəsi — məşhur Təbatəbailər nəsli ilə əlaqələnir. Pişəvərinin atası Mircavad Kəlbəlai Miryəhya ağanın ikinci arvadından olduğundan o, qardaşları ilə ögey atabir, ana ayrı idilər.
Seyidcəfər Yaqubov
Seyidcəfər Yaqub oğlu Yaqubov (1875, Qribanovo[d], Nijeqorod quberniyası[d] – 1942) — Azərbaycan inqilabçısı və dövlət xadimi, ZSFSR xalq əmək komissarı, ZSFSR Həmkarlar İttifaqları Şurasının sədri, Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Əmək qəhrəmanı (1936). == Həyatı == === Erkən həyatı və inqilabi fəaliyyəti === Seyidcəfər Yaqub oğlu Yaqubov 1875-ci ildə Nijeqorod quberniyasının Serqaç qəzasının Qribanovo kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 16 yaşında olarkən pul qazanmaq üçün yaşadığı kəndi tərk edərək Novorossiyskə getmiş, 1901-ci ildə isə Bakıya gələrək zavodlardan birində çilingər işləmişdir. Burada o, inqilabi hərəkata qoşulmuş, 1904-cü ilin fevral ayında qeyri-leqal sosial-demokrat dərnəyinə daxil olmuşdur. Seyidcəfər Yaqubov bu zamandan etibarən Bakı bolşevik təşkilatının fəal işçilərindən birinə çevrilmişdir. Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin tapşırığı ilə Sabunçu rayonunda qanunsuz dərnəklər təşkil etmiş, fəhlələr arasında inqilabi təşviqat aparmışdır.Seyidcəfər Yaqubov Bakı proletarlarının 1904-cü il dekabr tətilində, Birinci rus inqilabında fəhlə tətillərinin təşkilində, döyüş drujinalarının yaradılmasında yaxından iştirak etmişdir. O, Neft Sənayesi Fəhlələri İttifaqının yaradılmasında əhəmiyyətli rol oynamış və ittifaqın təşkil edildiyi ilk gündən (1906-cı ilin oktyabr ayından) 1909-cu ilədək onun idarə heyətinin üzvü və xəzinədarı olmuşdur. 1907–1908-ci illərdə o, RSDF(b)P Balaxanı Rayon Komitəsinin və Bakı Komitəsinin üzvü olmuş və geniş partiya fəaliyyəti göstərmişdir. Birinci Dünya müharibəsi illərində bolşeviklərin kütlələrlə əlaqəni möhkəmlətmək və militarizm əleyhinə təbliğat aparmaq üçün istifadə etdikləri kooperativlərdə işləmişdir. === Oktyabr inqilabından sonrakı dövrdə === 1917-ci ildə çarizmin devrilməsindən sonra Seyidcəfər Yaqubov kütlələri inqilabi səfərbərliyə almaq üçün bolşeviklərin apardığı hərtərəfli işdə iştirak etmişdir.
вла́стно многополя́рность обессо́лить сейсмоме́трия вьюно́к дати́рование запоя́сывать капита́н-лейтенант но́та поскуча́ть чади́ть густой chrestomathy extensor look-see palpus Sacramento Mountains scribbling-diary sleeken visile антиколониальный воздушность кожанка морзянка перемочься