SEYİDXAN
SEYİDYƏHYA
OBASTAN VİKİ
Seyidrza Mirkərim oğlu
Seyid-Rza Mir Kərim oğlu (12 yanvar 1925, Bakı – 27 iyul 1995, Bakı) — 1963-cü ildə Azərbaycan SSR əməkdar ixtiraçısı, 1989-cu ildə isə SSRİ-nin əməkdar ixtiraçısı, iki dəfə Şərəf nişanı ordeni, Əməkdə fərqlənməyə görə, Fədakar əməyə görə medalları, Fəxri neftçi, neftçıxarma əlaçısı. == Həyatı == Seyid-Rza Mir Kərim oğlu 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Bakıda orta məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirib Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) neft-mədən fakültəsinə daxil olmuş, 1946-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, dağ-mədən mühəndisi ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonra Şərqi Abşeron neft-qaz yataqlarında quyularını turbin və maili qazma üsullarının tətbiqi və genişləndirilməsi ilə məşğul olan Turbin Qazma Trestində mühəndis, sahə rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis vəzifələrində çalışmışdır. == Fəaliyyəti == Seyid-Rzanın rəhbərliyi ilə bu idarə köhnə Bilgəh burnunda 2550 metr dərinliyi və 800 metrdən artıq inhirafı olan bir quyu qazmışdır. Bu o zaman dünya rekordu hesab edilirdi və gənc mütəxəssisin böyük uğuru kimi qiymətləndirilmişdir. 1949-1950-ci illərdə Seyid-Rza idarənin baş mühəndisi kimi yeni açılmış Gürgan dəniz yatağında istismar qazmasına rəhbərlik etmişdir. Sonralar Neft Daşlan yatağı kəşfedilmiş və burada istismar quyularının qazıl¬ması təşkil olunanda Şeyid-Rza 1950-1954-cü illərdə Neft Daşlan Qazma kontorunda baş mühəndis kimi məsul vəzifədə işləmişdir. Neft Daşları qazma kontorunda baş mühəndis vəzifəsində çalışarkən maili quyuların turbin üsulu ilə qazmanın təkmilləşdirilməsində böyük işlər görmüşdür. Onun bu sahədə apardığı nəzəri tədqiqatları mürəkkəb şəraitdə bir sahədən quyulann topa qazılmasına imkan vermişdir.
Seyidnisə Seyidrzayeva
Seyid-Nisə Seyid-Rzayeva (15 noyabr 1947, Bakı – 6 avqust 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (2015). == Həyatı == Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhər 31 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almışdır. Seyid-Nisə xanım təyinatla 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləməyə başlamışdır. O, 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi,2015-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. "Yarımkeçiricilər fizikası" üzrə dosent elmi adına layiq görülən Seyid-Nisə Seyid-Rzayeva ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.Seyidnisə Seyidrzayeva 2015-ci il avqustun 6-da avtomobil qəzasında dünyasını dəyişmişdir. Elmi əsərlərinin sayı-73 Xaricdə dərc olunan əsərlərinin sayı-32 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-21 Dil bilikləri- Azərbaycan, Rus və İngilis == Əsas elmi nəticələri == 1. Qadağan zonası olmayan HgTe və CdxHg1-xTe yarımkeçiricilərində kinetik effektlərin nəzəriyyəsini qurmuşdur. Bu nəzəriyyə HgTe və CdxHg1-xTe –un (x<0.16) keçiriciliyinin və termoelektrik hərəkət qüvvəsinin temperatur asılılığında 30 K temperatur ətrafında minimumun yaranmasına aid eksperimenti izah edir.
бирма́нцы доку́ка зипу́нчик ка́мер-колле́гия не́сколько башля́ть всея́дный капита́льность обу́ченность отпасова́ть простати́т ортьма acoumeter microbicide self-justification spin triage womanish young-old кинопанорама незашифрованный обед промачивать смушка юго-восточный