SƏYYARƏ
SFERİK
OBASTAN VİKİ
Sfera
Sfera və ya kürə — Fəzanın verilmiş nöqtəsindən (sferanın mərkəzi) müsbət r məsafədə olan nöqtələr çoxluğuna deyilir. Sfera həmçinin yarımçevrənin öz diametri ətrafında fırlanmasından alınan fiqurdur. Üçölçülü Evklid fəzasında verilmiş nöqtədən verilmiş müsbət məsafədə olan nöqtələr çoxluğu. Verilmiş nöqtə sferanın mərkəzi adlanır. Əgər nöqtəsi sfera mərkəzi, onun ixtiyari nöqtəsidirsə, parçası və ya onun uzunluğu sfera radiusu adlanır. Sfera iki ixtiyari nöqtəsini birləşdirən parçaya (yaxud onun uzunluğuna) sfera vətəri deyilir. Sfera mərkəzindən keçən vətərə onun diametri deyilir. Sferanın sahəsi (S) aşağıdakı düsturlarla hesablanır: S = 4 π r 2 {\displaystyle S=4\pi r^{2}} S = π d 2 {\displaystyle S=\pi d^{2}} , burada r sferanın radiusu, d isə diametridir. == İkiölçülü sfera (üçölçülü fəzada) == Sferanın tənliyi ( x − x 0 ) 2 + ( y − y 0 ) 2 + ( z − z 0 ) 2 = R 2 {\displaystyle (x-x_{0})^{2}+(y-y_{0})^{2}+(z-z_{0})^{2}=R^{2}} burada ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} — sferanın mərkəzinin koordinatı, R {\displaystyle R} — onun radiusudur. Mərkəzi ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} nöqtəsində olan sferanın parametrik tənliyi aşağıdakı kimidir: { x = x 0 + R ⋅ sin ⁡ θ ⋅ cos ⁡ ϕ , y = y 0 + R ⋅ sin ⁡ θ ⋅ sin ⁡ ϕ , z = z 0 + R ⋅ cos ⁡ θ , {\displaystyle {\begin{cases}x=x_{0}+R\cdot \sin \theta \cdot \cos \phi ,\\y=y_{0}+R\cdot \sin \theta \cdot \sin \phi ,\\z=z_{0}+R\cdot \cos \theta ,\\\end{cases}}} burada ϕ ∈ [ 0 , 2 π ) {\displaystyle \phi \in [0,2\pi )} , θ ∈ [ 0 , π ] .
İctimai sfera
İctimai sfera - müasir cəmiyyət nəzəriyyələrində cəmiyyətin ortaq faydasını təyin etmək və reallaşdırmaq yönündə fikir, ifadə və hərəkətlərin ortaya qoyulduğu və inkişaf etdirildiyi ortaq ictimai fəaliyyət sahəsi kimi izah edilir . == Ümumi izahı == İctimai sferalar mədəniyyətdən, dildən və ictimai statusdan asılı olmadan, hər kəsə təqdim edilən və ya açıq sferalardır. 1950-1960-cı illərdə “ortaq sahələr” və ya “vətəndaşlara aid sahələr” şəklində xarakterizə edilmiş, 1970-ci illərdə “ictimai sfera” anlayışına çevrilmişdir. Beləliklə ictimai sferanı, şəxsi yaşayış yerləri xaric, əhalinin qarşılaşdığı məkan, iqtisadi aspektdən ortaq şəkildə iqtisadiyyatın mərkəzi elementi, sosial aspektdən ortaq bir dünyanın vasitəçisi, demokratiyanın qanunlaşdırıldığı sfera kimi təyin etmək mümkündür. == Konsepsiyanın yaranma tarixi == Müasir vətəndaş cəmiyyətinin inkişafını izah edən mövcud nəzəriyyə görkəmli alman filosofu, sosioloqu və politoloqu Jurgen Habermasın “İctimai sfera” konsepsiyasıdır. Onun “İctimai sferanın struktur çevrilişi” kitabında (1962) bəhs edilən “ictimai sfera”, sadələşdirilmiş mənasıyla "ictimai həyatımız içində, ictimaiyyətə bənzər bir şeyin formalaşdığı bir sfera" kimi izah edilir. Çap mətbuatının meydana gəlməsi və inkişafı ilə ictimai sfera qədim yunan variantı Aqoradan fərqli olaraq, sosial problemləri yeni səviyyədə müzakirə edən fiziki şəxslərin “virtual” icması kimi ortaya çıxır. Məhz bu sosial mühit, mövcud hökuməti özünəməxsus tənqid ilə yaranmaqda olan müxalifətin potensial bazasına çevrilmiş, müasir tipli Qərb demokratiyasının formalaşmasında əsas amil olmuşdur. Antik Yunan dövründən bu günədək ictimai sferada hər zaman istisnalar olmuşdur. Antik Yunanıstanda ictimai sfera vətəndaşlıq üçün lazım olan praktik fəaliyyəti ehtiva etdiyi halda, xüsusi sahə fərdin yalnız özünü maraqlandıran, ailə həyatına aid təcrübəsini bildirirdi.
Landşaft sferası
Landşaft sfe­rası (rus. ландшафтная сфера; ing. landscape sphere) coğrafi təbəqənin sino­nimi; coğrafi örtüyün bir his­səsi — litosfer, atmosfer və hidrosferin qarşılıqlı təsir zonası; cəmiy­yət də daxil olmaqla təbii və antropogen landşaft.

Digər lüğətlərdə

в свою́ о́чередь доплыва́ние избира́емость легализа́ция насуту́лить дуду́к живмя́ жить несу́етно Но́вый Завет полуно́чница приумно́жить уда́вка мускарадный ash-grey clear out fancy dan hypogeum infringe Jackobian Nubian trinity ненатуральный обжиг распечатывать скотник