SFERİK

sif. [ yun. ] Kürəşəkilli, kürəyəbənzər, yuvarlaq.
SFERA
SFİNKS
OBASTAN VİKİ
Sferik həndəsə
Sferik həndəsə - həndəsənin sfera üzərində yerləşən fiqurların xassələrini öyrənən bölməsidir. Sferik həndəsə müəyyən dərəcədə planimetriyaya, yəni həndəsənin müstəvi üzərində yerləşən fiqurların xassələrini öyrənən bölməsinə bənzəyir. Sferanın böyük çevrələri müstəvi üzərində düz xətlərin oynadığı rolu oynayır. Sferanın eyni diametrinin ucları olmayan ixtiyari iki nöqtəsindən bir böyük çevrə keçir. Bu fakt planimetriyada iki müxtəlif nöqtədən yalnız bir düz xətt keçir aksiomuna bənzəyir. Buna baxmayaraq, sferik həndəsə paralel düz xətlər yoxdur. Evklid müstəvisində və Lobaçevski həndəsəsində paralel düz xətlər var. Sferik həndəsə əsas fiqurları sferik üçbucaq, sferik ikibucaqlı, sferik çoxbucaqlıdır (Sferik çoxbucaqlının tərəfləri böyük çevrənin, uzunluqları yarımçevrənin uzunluğundan kiçik olan qövsləridir). == Tətbiqi == Sferik həndəsə geodeziyada, astronomiyada, coğrafiyada, dənizçilikdə və s. tətbiq olunur.
Sferik üçbucaq
Sferik üçbucaq — üç böyük çevrənin kəsişməsiylə sferanın səthində yaranmış həndəsi fiqur. Sfrenanın səthində bir nöqtədə kəsişməyən üç böyük çevrə səkkiz sferik üçbucaq yaradır. Sferik üçbucağın tərəfi ona söykənən mərkəzi bucağın qiyməti ilə hesablanır. Sferik üçbucağın bucağı səthlərin arasında qalan bucağın qiymətinin ikimislinə bərabərdir. Sferik üçbucaqların elementləri arasında münasibətləri riyaziyyatın sferik triqonometriya bölməsi öyrənir. == Xüsusiyyətlər == Üçbucaq bərabərliyinin üç əlamətindən başqa, sferik üçbucaqlar üçün daha bir əlamət doğrudur: iki sferik üçbucaq bərabərdirsə, onların uyğun bucaqları da bərabərdir. Sferik üçbucağın tərəflərini tapmaq üçün üçbucağın bərabərsizliyinin 3 əlamətindən istifadə edilir:hər bir tərəf qalan tərəflərin cəmindən böyük, fərqindən kiçik qiymət almalıdır. a < b + c {\displaystyle a<b+c} a > b − c {\displaystyle a>b-c} Bütün tərəflərin cəmi a + b + c < 2 π {\displaystyle a+b+c<2\pi } olmalıdır. 2 π − ( a + b + c ) {\displaystyle 2\pi -(a+b+c)} hesablanma düsturu sferik defekt adlanır.. Sferik üçbucağın bucaqlarının cəmi π > α + β + γ < 3 π {\displaystyle \pi >\alpha +\beta +\gamma <3\pi } olmalıdır..
Sferiklər
Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları. == Tarix == Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir.Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır. == Təsvir == Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar. Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır. Ato Atmozonanın kralı olan Elektronun oğludur.2002-ci ildə onlara həsr olunmuş "Sferiklər" adlı animasiya serialı yayımlanmışdır.

Digər lüğətlərdə

исправи́тельница недопонима́ние пала́ш присмоли́ть свежезапа́ханный томя́щий брига́да двупе́рстный напринима́ться оказался там, куда́ ворон костей не занесёт распики́ровать снузник aurited buck private capillarity cleveite North America postfix red out special licence tigroid unsuppressed категорически легкоатлетический развилина