SİBO

сущ. сибо (Чинда яшамиш жезвай халкь).
SİAN
SİCİLLƏMƏ
OBASTAN VİKİ
Elis Sibold
Elis Sibold (ing. Alice Sebold; 6 sentyabr 1963, Madison) — amerikalı yazıçı. == Həyatı == 6 sentyabr 1963-cü ildə doğulub. == Yaradıcılığı == O, üç kitab nəşr edib: Uğurlu (memuar) (1999), Sevimli sümüklər (2002) və Təqribən ay (2007).
Qlenn Teodor Siborq
Qlenn Teodor Siborq (19 aprel 1912[…], İşpeminq[d], Miçiqan – 25 fevral 1999[…]) — Amerikalı kimyaçı,Nobel mükafatı laureatı. == Həyatı == Qlenn Teodor Siborq 1912-ci ildə aprelin 19-da Miçiqan ştatında İşpeminq şəhərində anadan olmuşdur. 1934-cü ildə Los-Ancelesdə Kaliforniya universitetini bitirmişdir. 1934–1942, 1946–1961-ci illərdə və 1971-ci ildən Berklidə Kaliforniya universitetində işləmiş, 1958–1961-ci illərdə universitetin prezidenti olmuş, 1942–1946-cı illərdə Çikaqo metallurgiya laboratoriyasında, 1961–1971-ci illərdə ABŞ-nin atom enerjisi üzrə komisiyasının sədri olmuşdur. 1959–1961-ci illərdə elmi məsləhət komitəsinin prezidenti olmuşdur. 1966-cı ildən elmi bilikləri gənclər arasında populyarlaşdırma üzrə Elmi xidmətin prezidenti olmuşdur. 1959–1974-cü illərdə ABŞ-də kimya təhsilinin yeni proqramını hazırlamaq üzrə Komitənin sədri olmuşdur. == Tədqiqatları == Siborqun əsas tədqiqatları transuran elementlərinin sintezinə və təbii filizlərdən ayrılmasına həsr olunmuşdur. 1940-cı ildə E.M. Makmillan, C. Kennedi və Val ilə birlikdə 94 nömrəli elementin izotopu olan plutonium −238-i, 1941-ci ildə C. Kennedi, A. Val və E. Seqre ilə birlikdə plutonium −239-u sintez etmişdir. Göstərmişdir ki, plutonium −239 səmərəli nüvə yanacağıdır.
Sibolar
Sibolar — Altay xalqları tunqus-mancur qrupunun mancur qoluna mənsub xalq. == Haqqında == Sibolar Çin Xalq Respublikasında (əsasən ölkənin şimal-qərbindəki — Sinszyan-Uyğur muxtar rayonunda, qismən Lyaonin və Qirin əyalətlərində) yaşayırlar. Onlar özlərini sibo mançju adlandırırlar. Sibolar Altay dil ailəsinin tunqus-mancur qoluna daxil olan mancur dilinin sibo ləhcəsində danışırlar. Antropoloji cəhətdən sarı (monqol) irqin şimali Asiya tipinə aiddirlər. Şamançıdırlar. Sayları 89 min nəfərdir (1987). Siboların soykökündə əsasən mancur tayfaları iştirak etmişlər. Siboların əsas məşğuliyyəti əkinçilikdir. Balıqçılıq və heyvandarlıq köməkçi təsərrüfat sahələridir.
Sibon nebulata
Sibon nebulata — suilanıkimilər fəsiləsindən olan ilan növü. Ümumi uzunluğu 80 sm. Başı genişdir, böyürlərdən bir az sıxılmış və gövdəsindən yaxşı ayırılıb. Gözləri böyükdür. Gövdəsi incədir və hamar pulla örtülüb. Çənəsi molyuskları qovuqdan çıxardılmasına uyğunlaşıb. Əlvan boyanmaya sahibdir: əsas qəhvəyi fonda çoxlu açıq rəngli ləkə və ya zolaq olur. Leysan meşələrini sevir. Ağaclarda, səhləb və hava bitkilərdə rast gəlinir. Gecələr aktiv həyat yaşayır.
Siboneylər
Siboneylər — Xristofor Kolumbdan əvvəlki dövrdə Karib dənizinin Böyük Antil adalarında yaşayan xalq. Onlar tainonun qərbində yaşayırdılar və onlarla düşmənçilik edirdilər, lakin onlarla əlaqəli bir dildə danışırdılar. Əvvəllər tarixçilər siboneyləri mədəniyyət baxımından taino və siboneylərdən fərqli olan, Antil adalarının ifrat qərbində yaşayan quanahatabeylər ilə qarışdırırdılar. Siboneylərin mənşəyi müəyyən edilməmişdir. Bəzi alimlər onların indiki Kolumbiya və Venesueladan olan aravakadilli miqrantlar dalğasının bir hissəsi olduğunu təklif edirlər. Burada Mərkəzi Amerika mədəniyyətlərinin təsiri də istisna edilmir. == İstinadlar == == Əlavə ədəbiyyat == Encyclopædia Britannica, vol. 3, p.313: «Ciboney» and p. 773: «Cuba (History)». Chicago, 1989.
Siborgium
Siborgium (Sg) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 106-cı element. Element SSRİ-də, 1974-cü ildə, Q.N.Flerov və əməkdaşları və praktiki olaraq eyni zamanda ABŞ-də Siborq əməkdaşları tərəfindən alınmışdır. 1997-ci ildə İUPAK bu element üçün siborgium adını təsdiq etdi. Siborq plutonium, amerisium, kürium, berklium, kalifornium, eynşteynium, fermium, mendeleeviumun kəşfində iştirak etmişdir; siborgium kəşf olunanda onun 85 yaşı var idi. Siborq 1999-cu ilin fevralın 25-də vəfat etmişdir.
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Sibot döyüşü
Sibot adaları döyüşü — Korinf və Kerkira arasında Epidamn münaqişəsi çərçivəsində E.ə. 433-cü ildə baş vermiş dəniz döyüşüdür. Bu o vaxtadək yunan polisləri arasında baş vermiş ən böyük dəniz döyüşü idi == Döyüşdən əvvəlki hadisələr == Kerkira və Korinfin birgə koloniyası olan, zəngin və çoxlu əhali yaşayan Epidamn (Roma dövründə Dirraxi, indi isə Albaniyanın Durres şəhəri) şəhərində e.ə. 436-cı ildə demokrat və oliqarxlar arasında toqquşma baş verdi. Məğlub olmuş oliqarxlar köməyə qonşu İlliriya tayfalarını çağırdı və onlar şəhəri talan etdi. Buna qarşılıq olaraq oliqarxik Kerkiradan kömək almayan demokratlar Delf kahinin yanına səfirlik yolladılar. Bu səfirliyin məqsədi şəhər üzərində bütün hüquqları Korinfə vermək məsələsinin mümkünlüyünü araşdırmalı idi. Delfdə Epidamn demokratlarının bu qərarını alqışladılar. Bununla razılaşmayan kerkiralılar Korinfə bu məsələni üçüncü tərəfin hakimliyi ilə həll edilməsini tələb etdi. Korinf müəyyən bir cavab vermədi və müharibə hazırlıqlarına başladı.

Digər lüğətlərdə

геологи́ческий глоби́н кле́иться пи́кание по-холу́йски переверте́ть полуни́щий праба́бушкин ра́дужница сочини́тель уясне́ние чухать albacore antechamber bitstock Froglander Geiger counter home counties maintenance costs preprocessing solonetz tankard ляжка потник префикс