SİFƏT
SİFİLİSLİ
OBASTAN VİKİ
Sifilis
Sifilis - xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales). == Tarixi == Qədimdən sifilis xəstəliyi milli xüsusiyyətinə görə - "alman", "fransız" xəstəliyi kimi tanınırdı. Xəstəlik haqqında ilk yazılı məlumat 1530-c cu ildə Paduan universitetinin həkimi Ciralomo Frakastro (1483—1553) tərəfindən yazılmış "Sifilis və ya Qalliya xəstəliyi" poemasında verilmişdir. Poema mifoloji süjetə malikdir. Sifilis (yun. συς — donuz, yun. φίλος — həvəskar) adlı sadə bir donuzçu tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlər. Göy tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə sifilis adlandırılmışdır.
Qvatemalada sifilis tüğyanı
Qvatemalada sifilis tüğyanı — 1946-1948-ci illərdə Qvatemala hakimiyyəti ABŞ ilə birgə zöhrəvi xəstəliklərin tədqiqi məqsədilə böyük maliyyələşdirilən layihə. Təcrübə altına psixi xəstələri və həbsxana məhkumlarını salmışdılar. Onları bilərəkdən sifilislə yoluxdururdular. Məhkumun yanına artıq xəstələnmiş qadın göndərir, ya da cinsi orqanında cızıq çərtib bilərəkdən həmin yaradan xəstəliyə yoluxdururdular. Bu təcrübənin nəticələri və sonu barədə heç bir məlumat yoxdur. Amma 2010-cu ildə Amerikanın dövlət katibi Hillari Klinton 60 il bundan əvvəl keçirilmiş təcrübəyə görə Qvatemaladan üzr istəmişdir.
Taskiqidə sifilisin tədqiqatı
Taskiqidə sifilisin tədqiqatı — Alabama ştatının Taskiqi şəhərində 1932-1972-ci illərdə aparılmış tibbi eksperiment də tarixə ən utandırıcı təcrübələrdən biri kimi daxil olub. Eksperiment ABŞ-nin İctimai sağlamlıq Xidmətinin himayəsi altında keçirilirdi. 1947-ci ildən penisilin sifilisin ən çox yayılmış dərmanı olan vaxtlarda xəstələrə bunu xəbər verməmişdilər ki, xəstəliyin yayılma sürəti, nəticələri və s. səviyyələri barədə daha ətraflı məlumatlar toplansın. Təcrübə 399 zənci üzərində aparılırdı və onları başqa xəstəxanaya müraciət etmk imkanından da məhrum etmişdilər. Onları aldadır və pis qandan müalicə aldıqlarını deyirdilər. Əslində müalicə heç bir formada getmirdi. Təcrübə altında olanların həyatını və xəstəlik simptomlarını müşahidə edib qeydə alırdılar. Təcrübələr 1972-ci ilə, yəni məlumatın mətbuata sızdığı vaxta qədər davam etdi. Nəticədə çoxlu adam zərər çəkərək evdə həyat yoldaşını, uşaqlarını sifilisə yoluxdurdu.

Digər lüğətlərdə

винова́тость вспа́рить лабири́нтный лапсерда́к очёсочный повеле́ние пролега́ть науди́ть плева́ние подта́шнивание пузыриться старпо́мовский типологи́ческий экстраги́роваться diaspore estivation ganged Hunnish perinatology tromp внакладе наобум ощупь пожелтелый тридцать