SİKL

[yun.] сущ. цикл (1. са тайин вахтунда кьил-кьилел атана тамам жедай кӀвалахрин, крарин, процессрин вири кӀватӀал; элкъвер; 2. сад-садахъ галаз алакъалу яз тамам тир са гьаларин, илимрин группа; мес. лекцийрин цикл).
SİKKƏSİZ
SİKLON
OBASTAN VİKİ
Sikl terrası
Sikl terrası (rus. цикловая терраса, ing. cyclic terrace) — tektonik hərəkətlərin təsiri nəticəsində çay dərəsinin meyilliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlənməsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.
Epik sikl
Epik sikl (yun. Ἐπικὸς Κύκλος) və ya Troya siklı — daktil heksametrdə yazılmış və Troya müharibəsi hekayəsi ilə bağlı qədim yunan epik şeirlərinin toplusu. Buraya "Kipriya", "Efiopida", "Kiçik İliada", "İlionun məhvi", "Qayıdışlar" və "Teleqoniya" adlanan əsərlər daxildir. Alimlər bəzən iki Homer dastanını, yəni "İliada" və "Odissey"i epik siklın poemaları sırasına daxil edirlər, lakin bu termin daha çox homerik poemalardan ayrı olaraq qeyri-homerik poemaları təyin etmək üçün istifadə olunur. Müasir elmdə Homer dastanları ilə epik sikl arasında tarixi və ədəbi əlaqələrin öyrənilməsinə neoanaliz deyilir. "İliada" və "Odisseya"dan fərqli olaraq, epik dövrün əsərləri yalnız son antik dövr və Bizans dövrünün mənbələrində fraqmentlər və qısa xülasə şəklində qorunub saxlanılmışdır. Epik sikl qədim yunanların qaranlıq əsrlərində inkişaf etmiş və qismən yerli qəhrəman kultlarına əsaslanan şifahi ənənənin ədəbi formada ifadəsi idi. Ədəbi dastanların götürüldüyü ənənəvi material Dəmir dövrü və qədim Yunanıstan tarixinin sonrakı dövrləri nöqteyi-nəzərindən Tunc dövrünün Mikena mədəniyyətini əks etdirirdi. == Sübutu == Herodot e.ə. V əsrin ortalarında "Tarix"ini yazarkən "Kipriya" və "Epiqonlar" haqqında bilirdi.
Oroqrafiyanın siklon və antisiklonlara təsiri
İlk dəfə dağların təzyiqin lokal dəyişməsinə təsirini Kibel vermişdir. Daha sonra bu sahəd Petrenkonun araşdırmaları olmuşdur. Oroqrafik siklogenezə tez-tez cəbhə xəttinin dağ yamacında deformasiyasını misal gətirirlər. Dağların siklonların yaranmasına təsiri ilə yanaşı siklogenez üçün əlverişli tarmobarik sahə olmalıdır. Oroqrafik sikonlar: Skaqerraks siklonu Genua siklonu Karpat siklonu Qara dəniz siklonu Oroqrafik siklonlar Orta və Mərkəzi Asiya, Sibir və Uzaq Şərq üçün xarakterikdir. Oroqrafiyanın təsiri ilə siklonlarda seqmentləşmə müşahidə olunur. Burda 2 variant mümkündür: I variant – siklon yamaca perpendikulyar istiqamətdə hərəkət edir. Küləkdöyən yamacda yeni siklonik mərkəz yaranır. Bu zaman köhnə siklon mərkəz əks yamacda saxlanır. Küləkdöyən yamacda təzyiq qalxır və siklon zamanla dolur.
Relyef əmələgəlmənin siklliyi
Relyef əmələgəlmənin siklliyi (rus. цикличность рельефообразования, ing. cycle relief development) — geoloji proseslərin /əsasən tektonik hərəkətlərin\ dövrlüyü və iqlim tərəddüdü ilə əlaqədar olaraq relyefəmələgətirici proseslərin qanunauyğun növbələşməsi. Nəticədə müxtəlif relyef tiplərinin dövrü əmələ gəlməsi müşahidə edilir /əvvəlcə tektonik, təzadlı, sonra isə denudasion, hamarlanmış/. Eyni zamanda həmin generasiyaların korrelyativ şöküntüləri əmələ gəlir. Relyefin inkişafının siklliyi, eyni formaların təkrar olunması yox, yer səthinin qanunauyğun, ancaq təkrar olunmayan geoloji-geomorfoloji inkişafı deməkdir. Relyef əmələgəlmənin siklliyinin çoxluğunda relyefin inkişafının mürəkkəbliyi təzahür olunur.
Sikloforalar
Siklomorfoz
Bütün su hövzələrinin bu və ya digər növə aid olan yaşlı formaları ilin müxtəlif vaxtlarında müxtəlif formada və ölçülərdə olurlar. Siklomorfoz mülayim qurşaq zonasının su hövzələrində yaşayan bütün plankton orqanizimlər üçn xarakterikdir. O, rotatorilər, xərçəgkimilər arasında daha çox müşahidə olunur. Yay fəslində bu orqanizimlərin ölçüləri kiçik, bədən ətrafında isə çıxıntıları olur. Lakin bəzi hallarda əlavə çıxıntılara yayda yox, ilin başqa fəsillərində də rast gəlinir. Məsələn rotatorilərdən Keratella cochlearis növündə uzun çıxıntılar əsasən qış fəslində, Brachionus calyciflorus növündə isə yazda və payızda müşahidə olunur. Ömumiyyətlə, orqanizmin formasında olan dəyişikliklər-siklomorfoz tədricən əmələ gəlir. Bu isə ətraf mühitin kompleks faktorlarının təsiri altında baş verir. Bunların içərisində ən mühümü temperatur və qida şəraiti hesab olunur. Məlumdur ki, Brachionus calyciflorus növündə arxa çıxıntıların əmələ gəlməsi suda temperaturun artması nəticəsində (yazda) baş verir.
Siklon
Siklon (q.yun. κυκλῶν - "fırlanan") — mərkəzində alçaq atmosfer təzyiqi olub, kənarlarına doğru getdikcə təzyiqin artması müşahidə edilən atmosferin qapalı təzyiq sahəsinə deyilir. Siklon zamanı alçaq, yaxud minimum təzyiq mərkəzdə olur. Yerin öz oxu ətrafında fırlanması nəticəsində siklonlar şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edir. Siklon zamanı hava soyuyur, göy üzü buludlu olur, yağış yağır. Mülayim qurşaqda siklonun diametri 2000–3000 km-ə çatır.Siklonlar 2 tipə-tropikdən kənar və tropik siklonlara bölünür.Tropikdənkənar siklonlar əsasən şimal və cənub yarımkürələrin mülayim qurşaqlarının qərb axını zonasında əmələ gəlirlər.Siklonların inkişaf tsikli 4-7 gün davam edir və sonra yox olur.Yerdə hər il orta hesabla 15000-ə qədər siklon yaranır.Siklonların hərəkət sürəti 30–40 km/saat və ya 700–900 km/sutka təşkil edir.Tropikdəkənar siklonlar tək-tək deyil adətən dalbadal hərəkət edir.Siklonda atmosfer təzyiqi alçaq olduğundan hava asanlıqla yuxarı qalxır,bulud əmələ gətirir,yayıldığı ərazilərdə küləkli,rütubətli və yağmurlu hava müşahidə edilir. Tropik sahələrin siklonları kiçik ölçüdə olsalar da,çox böyük dağıdıcı qüvvəyə malik olur və onlar okeanlarda ilin yay aylarında tropik hava kütləsinin ekvatordan ən çox uzaqlara irəlilədiyi zamanlarda baş verir.Tropik siklonlar əsasən 5-20° şm.və cən.enlikləri arasında yaranaraq şimal yarıkürəsində şimal-qərb,cənub yarımkürəsində isə cənub-qərb istiqmətində hərəkət edirlər.Tropik siklonların diametri cəmi 100–300 km olur.Barik qradiyentin xeyli böyük olması ilə əlaqədar küləyin sürəti 70–75 m/saniyəyə çatır ki,bu da siklonun keçdiyi ərazilərdə dəhşətli dağıntılara səbəb olur.Tropik siklonlar göy guruldaması,ildırım çaxması və gur leysan yağışların yağması ilə fərqlənir.Maraqlıdır ki,tropik siklonun mərkəzi hissəsində diametri 20–50 km-ə çatan küləksiz buludsuz hava yaranır ki,həmin sahəyə "fırtına gözü" deyilir. Tropik siklon suda güclü dalğalanma,quruda böyük dağıntı əmələ gətirir. Tayfun və tornado da tropik siklondur.Tropik siklonlar ildə 70-80 dəfə müşahidə edilir. Tropik siklonlar Filippin adaları və Cənubi Çin dənizində, Benqal körfəzində, Ərəbistan dənizində, Karib dənizində, Böyük Antil adalarında, Hind okeanında - Maskaren adalarında, Sakit okeanda - Yeni Hibrid və Samoa adalarında müşahidə edilir.
Siklop (Marvel Comics)
Skott Sammers (ing. Scott Summers) və ya Siklop (ing. Cyclops) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Siklop qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, gözlərindən güclü, yandırıcı enerji şüaları yayır. Xüsusi qoruyucu eynəkləri olmadan Siklop həmin şüaları idarə edə bilmir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir. 2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Marvelin ən məşhur personajlarından biri olan Siklop birinci yerə layiq görülmüşdür. 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 39-cu göstərilmişdir.
Siklop tikililər
Kiklop (Siklop, Təpəgöz) tikililər — tunc dövründə yaşamış ibtidai insanların yaşadığı süni mağaralardır. Bəşər övladı özünün fiziki imkanlarına bələd olduqca yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etməyə başlayıb. İnsanı ilk düşündürən hər cür kənar təsirlərdən özlərini daimi muhafizə edə biləcəkləri yerin seçilməsi və ya özləri tərəfindən yaradılması idi. Bu məqsədlədə insanlar təbi mağaralarla yanaşı süni yaşayış yerləridə inşa etməyə başlamışlar. İlkin çağlarda bəsit inşat işlərinə başlayan əcdadlarımız sonrakı bəşəri sivilizasyaya səbəb ola biləcək addımlar atmışdır. Bu baxımdan antiq yaşayış sahələrinin öyrənilməsi strateji istiqamət kimi Arxiyoloqları, eləcə də etnoqrafları maraqlandırmalıdır. Kiklop (Siklop, Təpəgöz) tikililəri son tunc və ilk dəmir dövrünə aid edirlər. Kəlbəcər rayonu Ağcakənd kəndinin 13–14 km də Balxıdüzü adlanan ərazidə geniş bir sahəni əhatə edən nəhəg qaya parcalarında, böyük daş buloklardan inşa edilən bu tikilinin Azərbaycanda analoqu yoxdur. Ölkəmizdə olan Siklop qalacalar mövcuddur lakin bu qalacalardan fəriqli olaraq Balxıdüzü siklopu daha yüksək və daha mötəşəmdir. Ehtimalki bu Siklop tiklilər düşmən hucumundan müdafiə olunmaq məqsədilə inşa edilib.
Sikloplar
Kikloplar, Sikloplar, Təpəgözlər (yun. κύκλος girdə, όψις göz) yunan mifologiyasında personajlar. Kikloplar Geya tərəfindən doğulmuş Arq (yun. Ἄργης, "parıltı"), Bront (yun. Βρόντης, "şımşək") və Sterop (yun. Στερόπης, "gurultu") adlı üç təpəğözdür. Hesiod teoqoniyasına görə Geya Uranla nigaha girərək dağları, nimfaları, Pontu, altı kişi və altı qadın cinsli titanları, kiklopları, yüzqollu yüzgolluları, nəhəngləri, Eriniləri dünyaya gətirmişdir. Uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın - yerin bətnində - zülmət Tartarda gizlətmişdir. Uran devrildikdən sonra azad olunsalar da Kron malik olduqları əzəmət və gücündən hakimiyyətinə təhlükə ola biləcəyindən ehtiyyatlanaraq onları təzədən Tartara saldırmış olur.
Siklotron
Siklotron — bir növ hissəcik sürətləndiricisidir. Siklotronlar yüklü hissəcikləri yüksək tezlikli alternativ gərginlik istifadə edərək sürətləndirir. Siklotrona tətbiq olunan gərginlik elektromaqnetik sahə meydana gətirərək hissəciklərin dövri hərəkətini təmin edir. 1929-cu ildə Kaliforniyanın Berkli Universitetində Ernest O. Lourens tərəfindən yaradılmışdır. Çox tanınmamasına baxmayaraq əslində eyni dövrlərdə macar Sandor Qaal siklotronun iş prinsiplərini təsvir etmişdir. Ancaq beynəlxalq qaynaqlar tərəfindən Lourens ilk olaraq bu cihazı düzəldən və yaradan adam kimi göstərilir. J. App. Phy. 65 (1), 196-200 -1989 J. App. Phys.
Subtropik siklon
Subtropik siklon — həm tropik, həm də ekstropropik siklon xüsusiyyətlərinə malik bir hava sistemi. Hələ XX əsrin ortalarında belə siklonların xüsusiyyətləri və təsnifatı ilə bağlı müxtəlif fikirlər mövcud idi. ABŞ-nin Milli qasırğa mərkəzi onları 1972-ci ildə tanımağa başladı, eyni zamanda subtropik siklonlar Atlantik və Cənub-Şərqi Hindistan Okeanlarındakı tropik siklonların rəsmi siyahılarından ad almağa başladı. Subtropik siklonun bir az fərqli iki rəsmi tərifi var. Atlantik və Hind okeanında mərkəzə nisbətən yaxın bir mərkəzi konveksiya zonası olmalı və orta troposferdə isti bir nüvəni təşkil etməlidirlər. Şimali Sakit Okeanda bir siklon qərb küləyinin əsas kəmərindən ayrıla bilər və səthdə nisbətən zəif dövriyyəyə malikdir. Subtropik siklonlar ümumiyyətlə geniş bir ərazidə güclü küləklərə sahibdir, maksimum sürət küləkləri tropik siklonlardan mərkəzdən daha uzaqda yerləşir və mərkəzi zona ilə əlaqəli atmosfer cəbhələri yoxdur. Subtropik siklonlar, tropiklər üçün tipik olmayan soyuq bir nüvəyə sahib olan ekstraktropiklərdən yaranır, buna görə də temperatur onları saxlamaq üçün kifayətdir, tropik siklonlara nisbətən təxminən 3 °C, yəni təxminən 23 °C subtropik siklonlar daha çox normal qasırğa mövsümü xaricində meydana gəlir. Тропические циклоны Раздел ЧаВо на noaa.gov. (ing.) Субтропический циклон.
Siklioforlar
Siklioforlar (lat. Cycliophora) — heyvanlar aləminə aid heyvan tipi.
Siklofillidlər
Siklofillidlər (lat. Cyclophyllidea) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinə aid heyvan dəstəsi.
Siklik təqvimlər
Günəş dövrü həftəyə aid Julian təqviminin 28 illik dövrüdür. Bu, sıçrayış ili hər 4 ildə baş verdiyindən və 28 illik ardıcıllıqla bir sıçrayış ili başlamaq üçün 7 mümkün gündən ibarətdir. Bu dövr də Gregoryen təqvimində baş verir, ancaq 1800, 1900, 2100, 2200, 2300 və 2500 kimi dörd il ilə bölünür, ancaq ümumi illərdir. Bu fasilə günəş dövrünün 16 ilini 28 fevral və 1 mart tarixləri arasında keçirməyin təsirinə malikdir. 400 il qriqorian dövrü tam 146.097 gündür, yəni tam 20.871 həftədir ki, günəş enerjisinə görə sözü edilən günəş dövrü 400 illərdir. Təqvim ili, ilk növbədə, yeni ildəki ilk bazar günü göstərən Dominical məktubları ilə qeyd olunur, beləliklə, günəş dövrü dövrü də Dominik məktubların təkrarlanan ardıcıllığına istinad edə bilər. Bir il, Gregoryen istisnaları səbəbiylə bir sıçrayış ili olmadığı təqdirdə, takvimlerin bir ardıcıllığı hər 28 ildə yenidən istifadə olunur. Adı günəş dövrü həftənin ənənəvi ilk günü bazar günü gəlir. == Julian təqvimi == Dominik məktub Julian təqvimində dominik məktub yalnız 28-ci ilin qalan hissəsindən asılıdır. ==== Qiyamət günü ==== ==== Cümə günü 13-cü ==== === Gregoryen təqvimi === === 1700, 1800 və 1900-cü illər ilkin dövr deyil (Julian təqvimindən fərqli olaraq) və aşağıdakı Dominik məktubların cədvəllərinə uyğun gəlmir. ===
Sikloalkanlar
Sikloalkanlar (alitsiklik karbohidrogenlər və ya naftenlər) - həlqəvi quruluşlu karbohidrogenlər sinfinə daxildir. İlk dəfə 1883-cü ildə Vladimir Markovnikov tərəfindən Bakı neftinin tərkibində tapılmışdır. Sikloalkanlar suda pis həll olur. Ümumi formulu: CnH2n (n ≥ 3) Neft sənayesində katalitik riforminq yolu Aromatik karbohidrogenləri əmələ gətirmək üçün əsas mənbə olaraq istifadə olunur. Sikloalkanlar neftin tərkibində olduğu üçün bəzən "Naftenlər" termini ilə adlandırılır. == Fiziki xassələri == Sikloalkanlar su ilə reaksiyaya girmir və molekulunda bütün karbon atomu sp³ hibridləşmə halındadır. Lakin siklobutan, əsasən də siklopropan hibrid orbitalları arasında ölçü 109°28'-dən aşağıdır. Bu səbəbdən onların molekulları arasındakı gərginlik artır və bir çox nümayəndələr reaksiyaya girmə qabiliyyətini itirir. Sikloalkanların yan zənciri olmayan ilk 4 nümayəndələrində molyar kütlə artdıqca, ərimə, qaynama temperaturu, sıxlığı, izomerlərin sayı artır. Lakin burada C və H-in kütlə payı atomların sayı sabitdir.
Siklobutan
Siklobutan (tetrametilen), C4H8 — alitsiklik birləşmədir.. == Fiziki xassəsi == 12,6oS-də qaynayan, rəngsiz qazdır. Suda həll olmur, üzvi birləşmələrdə həll olur.. == Tsiklobutanın törəmələri == Siklobuten, sikloolefinlərdən olub, asanlıqla birləşmə reaksiyalarına girir, 2,4oS-də mayeləşən qazdır.
Sikloheksan
Tsikloheksan — tsikloalkanlar sinfindən üzvi birləşmədir.. Kimyəvi formulu — C6H12. == Alınması == Benzoldan alınması: C 6 H 6 + 3 H 2 ⟶ C 6 H 12 {\displaystyle C_{6}H_{6}+3H_{2}\longrightarrow C_{6}H_{12}} Tsikloheksan və onun homoloqlarından bir çoxu müxtəlif neftlərin tərkibində, xüsusən Bakı neftlərində rast gəlinir. Son zamanlar tsikloheksanı neftin benzin fraksiyasından ayırmağı öyrənmişlər.Bakı neftlərindən alınan benzinlərdə 8%-ə qədər tsikloheksan olur. Onu ayırmaq üçün benzini dəqiq distillə kalonlarında distillə edib, 80-81oC qaynayan hissəsini toplayırlar.Əlbəttə, 80-81oC-də qaynayan benzin fraksiyasından ayrılaqn bu hissə xalis tsikloheksan deyildir. Ondan ancaq texniki məqsədlər üçün istifadə etmək olar. Tsikloheksanı azot turşusu və ya permanqanat, yaxud başqa oksidləşdiricilərlə oksidləşdirdikdə ondan adipin turşusu alınır. == Tətbiqi == Tsikloheksanı azot turşusu və ya permanqanat, yaxud başqa oksidləşdiricilərlə oksidləşdirdikdə ondan adipin turşusu alınır. Tsikloheksanı 300oS temperaturda platin katalizatoru üzərindən buraxmaqla onu dehidrogenləşdirərək tamamilə benzola çevirmək olur (H.D.Zelinski). == Üzvi molekulların konformasiyası == O.Xassel (1941-ci ildə) infraqırmızı spektr, kombinasion səpələnmə spektri və elektron difraksiyası vasitəsilə, otaq temperaturunda tsikloheksan molekullarının yalnız kreslo formasında olduğunu sübut etmişdir.
Sikloheksanon
Tsikloheksanon (С6Н10О) – üzvü birləşmə, alisiklik keton == Fiziki xassələri == Tsikloheksanon – aseton və nanə iyli rənqsiz yağlı mayedir. == Alınması == Sənayedə tsikloheksanon naftenat və ya stearat kobaltın iştiraki ilə sikloheksanın oksigenlə (temperatur 140—165 °С, təziq 0,9—1,6 МПа) oksidləşməsindən alınır C 6 H 12 + O 2 → 140 − 165 o C , p , k a t : C o ( C 17 H 35 C O O ) 2 C 6 H 10 O + H 2 O {\displaystyle {\mathsf {C_{6}H_{12}+O_{2}{\xrightarrow {140-165^{o}C,p,kat:Co(C_{17}H_{35}COO)_{2}}}C_{6}H_{10}O+H_{2}O}}} . Tsikloheksanon həmçinin fenolun katalitik hidrogenləşdirilməsi reaksiyası zama- nı tsikloheksanolla birgə alınır 2 C 6 H 5 O H + 5 H 2 → t , p , k a t : P d / A l 2 O 3 C 6 H 11 O H + C 6 H 10 O {\displaystyle {\mathsf {2C_{6}H_{5}OH+5H_{2}{\xrightarrow {t,p,kat:Pd/Al_{2}O_{3}}}C_{6}H_{11}OH+C_{6}H_{10}O}}} == Kimyəvi xassələri == Tsikloheksanonun katalitik dehidrogenləşmə- sindən fenol alınır == Toksikliyi == Tsikloheksanonun insan orqanizmı üçün ölümcül dozası 50q – dır. Atmosferdə onun miqdarı 300mq/m³ olduqda selikli qışanın qıcıqlanması baş verir. == Tətbiqi == Tsikloheksanonun əsas hissəsi sənayedə sintetik poliamidlərin istehsal prossesində aralıq məhsulun – adipin turşusunun alınmasında istifadə olunur. Tsikloheksanon həmçinin nitratların, piylərin, sellüloza asetatın, təbii qətranların həlledici- si kimi istifadə olunur. == Mənbə == Лупанов П. А. Циклогексанон // Химическая энциклопедия: в 5 т / Зефиров Н. С. (гл. ред.). — М.: Большая Российская энциклопедия, 1998. — Т. 5: Триптофан—Ятрохимия.
Sikloheksilxlorid
Tsikloheksilxlorid(xlortsikloheksan)-C6H11Cl formulu olan alitsiklik xlorüzvi birləşmədir. == Fiziki xassələri == Kəskin iyi olan rəngsiz tez alışan mayedir. == Optik xassələri == Şua sındırma əmsalı 1,4626 (20°C) == Alınması == C6H12 + PCl5 → C6H11Cl C6H12 + SO2Cl2 → C6H11Cl + SO2 + HCl == Kimyəvi xassələri == Suda az həll olur, xloroformda asanlıqla həll olunur, aseton, benzol, etanol və dietil efirlə qarışır. == Toksikliyi == Tsikloheksilxloridin buxarı ilə nəfəs aldıqda heyvanlarda kəskin zəhərlənmə baş verir. Bu zaman həyəcanlı vəziyyət yaranır, selikli qişanın qıcıqlanması, titrəmə, nəfəs darlığı və ölüm baş verir. Ağ siçanlar üçün iki saat tənəffüs edildikdə, 100% öldürücü konsentrasiya ÖK 100 = 78 mq/l, ağ siçovullar üçün - 40-75 mq/l. Siçovullarda xroniki zəhərlənmə zamanı (gündə 0,5 mq / l gündə 5 saat inhalyasiya) - bir aydan sonra qan təzyiqinin azalması, 4-5 aydan sonra mərkəzi sinir sistemində funksional dəyişikliklər yaranır. == Tətbiqi == Tsikloheksilxlorid yağlarda, qətranlarda həlledici kimi, üzvi sintezdə tsiklohekseni almaq üçün, kaprolaktamın, pestisidlərin istehsalında istifadə olunur. == İstinadlar == Məhərrəmov A.M., Məhərrəmov M.M. Üzvi kimya, BDU,Bakı,2007. V.M. Abbasov, R.Ə. Cəfərova, L.M. Əfəndiyeva, N.Ş. Rzayeva, F.Ə. Əmirov, M.M. Abbasov, A.M. Tağıyeva, İ.H. Əyyubov.
Sikloheptan
Tsikloheptan — Kimyəvi formulu C7H14 olan, halqasında altıdan çox karbon olan alitsiklik birləşmədir. == Törəmələri == Tsikloheptanon, 180oS-də qaynayan, nanə iyi verən mayedir. Tsikloheptanol və ya suberil spirti 185oS-də qaynayan mayedir. Tsiklohepten, tsikloheptanın doymamış törəmələrindən olub, +177oS-də qaynayan mayedir. Onu 236oS temperaturda nikel metalının katalizatorluğu ilə hidrogenləşdirdikdə, metilsikloheksana və dimetiltsiklopentana çevrilir. == Konformasiyası == == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966.
Siklononan
Tsiklononan (Cyclononane) — tsikloalkanlar sinfinin bir üzvüdür. Kimyəvi formulu — C9H18. Təbiətdə neftin tərkibində rast gəlinir. == Fiziki xassələri == Rəngsiz mayedir. Ərimə temperaturu 9,7 -dən 11°С-yədək. Qaynama temperaturu 170–178,44°С. == Kimyəvi xassələri == 20 °С-də tsiklononan xlorid alüminiumun təsirindən propiltsikloheksanla, 50 °С — də trimetiltsikloheksanla izomerləri alınır.. == Konformasiya == == Mənbə == Бартон Д., Оллис У. Общая органическая химия, — М.: Химия, 1981, с. 74. Реутов O. А., Курц А. Л., Бутин К. П.. Органическая химия, с.
Siklooktan
Tsiklooktan (oktametilen) — tsikloalkanlar sinfinə aiddir. Kimyəvi formulu — C8H16 == Fiziki xassələri == Tsiklooktan — rəngsiz, kamfora iyli mayedir. == Kimyəvi xassələri == Vilştetter nar ağacı qabığında olan alkaloid psevdopelletriyerindən tsiklooktatetraen almışdır. Tsiklooktatatetraen asanlıqla birləşmə və oksidləşmə reaksiyalarına girir; o, otaq temperaturunda katalizatorun iştirakı ilə hidrogenlə birləşərək, tsiklooktana çevrilir. Tsiklooktan 150oS-də qaynayır. Halqasinda 8-dən artıq (34-ə qədər) karbon olan birləşmələrdən, böyükhalqalı ketonlar, Rujiçkanın və qismən Tsiqlerin tədqiqatı nəticəsində alınmış və öyrənilmişdir. == Konformasiyası == == Törəmələri == Böyükhalqalı tsiklik ketonların bəzisi təbiətdə tapılır. Onlardan sibeton və muskonu göstərmək olar. Sibeton İranda və Həbəşistanda rast gələn viverra heyvanının vəzilərindən alınır, müşk iyi verir, 32,5oS-də əriyir. 158–160oS-də qaynayır.
Siklopentan
Tsiklopentan (pentametilenin), C5H10 — alitsiklik karbohidrogendir. Neftin tərkibində olur.. == Fiziki xassələri == Rəngsiz, özünəməxsus kerosin iyli mayedir.+49,3 °С qaynayan mayedir, -93,9 °С əriyir, suda həll olmur. == Üzvi molekulların konformasiyası == == Tsiklopentanın törəmələri == Onları birinci dəfə V.V. Markovnikov və V.N. Olqoblin (1881-ci il) Bakı neftində taparaq naftenlər adlandırmışlar. Tsiklopenten 44,20C-də qaynayır, şüasındırma əmsalı - 1,4065-dir. Olefinlərin xasələrinə malikdir. Tsiklopentadien = Daş kömürün quru distilləsində neftin pirolizindən alınır. Bu karbohidrogeni almaq üçün N.D. Zelinski tsiklopentenə brom birləşdirərək 1,2-diasetat və asetat turşusu ilə qızdırmaqla həmin bromiddən iki molekul HBr ayırmışdır. Tsiklopentadien 42,50C-də qaynayır şüasındırma əmsalı - 1,4404 - dür. Tərkibindəki konyukə olunmuş ikiqat rabitlər tsiklopentadienin davamlı birləşmə olmasına mane olur.
Siklopropan
Siklopropan (trimetilen) — kimyəvi formulu C3H6, tsikloalkanlar sırasına aiddir. == Fiziki xassələri == Rəngsiz −32,9oS-də qaynayan qazdır. Özünəməxsus petroleyin efiri iyli qazdır. Permanqanatla adi temperaturda oksidləşmir, bununla da siklopropan propilendən fərqlənir. == Tibbdə == Siklopropan, narkotik təsiri olduğu üçün cərrahiyyə əməliyyatında işlədilir. Siklopropan, qüvvətli anesteziyaedici qaz olub, hətta çox az miqdarı belə öz təsirini göstərir. Başqa narkotik maddələrdən fərqli olaraq onun təsirindən insan huşunu itirmir. == Törəmələri == Siklopropan və onun törəmələri təbiətdə tapılmamışdır. Siklopropen — 36oS-də mayeləşən iyli qazdır, asan polimerləşir, bromla birləşdikdə yanır. Siklopropen, tərkibində ikiqat rabitə olan polimetilen karbohidrogenlərdəndir.

Digər lüğətlərdə