SİLAHLANMAQ

f.
1. Özünü silahla təmin etmək, özü üçün silah tədarük etmək, silahlı hala gəlmək; yaraqlanmaq.
[Kəndli Sultan ağaya:] …Əgər bizə mərhəmət eyləsən və izin versən, bu saat atlara minib, silahlanıb karvanın qabağını kəsərik. C.Məmmədquluzadə.
Onun mübarizə apardığı düşmən, təpəsindən dırnağına qədər silahlanmışdır. M.S.Ordubadi.
Geyib əsgər paltarını, silahlandı qəhrəman. S.Vurğun.

2. Hər hansı bir iş üçün lazımi vasitələr, materiallar və s. ilə özünü təmin etmək. Neft sənayesi qabaqcıl texnika ilə silahlanmışdır.
// məc. Hər hansı bir iş üçün lazım olan bilikləri, məlumatı və s. əldə etmək. Qabaqcıl nəzəriyyə ilə silahlanmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİLAHLANMAQ SİLAHLANMAQ Geyib əsgər paltarını silahlandı qəhrəman (S.Vurğun); MÜSƏLLƏHLƏNMƏK Burada proletariatın inqilabi mərkəzində inqilabi cəsurluq – ustadlıq
SİLAHLANMA
SİLAHLI

Digər lüğətlərdə

вогну́ть грядно́й заво́зный злато́й интрига́нствовать исхлопа́тываться насты́рный никониа́нка блокба́стер нагле́ц ну плакси́во подде́латься по́стер само́ чадра́ flattery hack out individualization pinoleum train case бенгалка бессодержательный вспрыскивание маневрировать