silahlı-əliyalın 2021

silahlı-əliyalın
silahlı
silahlılıq
OBASTAN VİKİ
Silahlı Qüvvələr
Silahlı qüvvələr — dövlətin hərbi təşkilatı. Dövlətin suverenliyini və ərazi bütövlüyünü hücumlardan və müharibədən daima qorumaq üçün mövcud olan zəruri dövlət təsisatı. Dövlətin dayaq sütunlarından biri sayılır. Müxtəlif qoşun növlərinə aid olaraq həqiqi və ehtiyat hərbi hissələrdən ibarət olur.
ABŞ Silahlı Qüvvələri
ABŞ Silahlı Qüvvələri (ing. United States Armed Forces) — Amerika Birləşmiş Ştatlarını qorumaq məsuliyyəti daşıyan ordu. == Tarixi == ABŞ Ordusu ilk dəfə, yeni qurulan Amerika dövlətini Müstəqillik Müharibəsində Böyük Britaniyaya qarşı müdafiə etmək üçün 13 ştatın təşkil etdiyi Konqres rəhbərliyi tərəfindən 1775-ci ildə quruldu. ABŞ-nin qurulmasından qabaq və müstəqilliyin ilk illərində ordu üçün əsgərlər ştatlarda yaşayan təhsilsiz insanlar arasından təmin edilirdi. Ancaq qısa bir müddət sonra nizamlı bir quru ordusu və dəniz donanmasına ehtiyac olduğu meydana çıxdı. ABŞ Donanması 1794-cü ildə bir neçə dənə esmines alınmasıyla qurulmuş oldu və bu vaxt həm də nizamlı quru ordusu quruldu. Ancaq ordu yenə də çox kiçik və əsasən döyüş zamanı əyalətlərdəki silah istifadə edə bilən kəslərin qatqısına möhtac idi. Müstəqillikdən vətəndaş müharibəsinə qədər olan dövrdə Amerikan ordusu Osmanlı dövlətinə kağız üzərində bağlı olan Əlcəzairli Bərbər piratları ilə döyüşdü və qələbə qazandı. Bundan başqa 1812-ci ildə Böyük Britaniya ilə yeni savaşa girərək onu məğlub etdi və ABŞ-Meksika müharibəsində qalib gələrək Meksika ərazisinin yarıdan çoxunu işğal etdi. == Orduda din xadimlərinin xidməti == ABŞ-də Müdafiə Nazirliyi nəzdində Silahlı Qüvvələrin Keşişlər İdarəsi tərəfindən təşkil edilir.
Ermənistan Silahlı Qüvvələri
Ermənistan Silahlı Qüvvələri (ermənicə Հայաստանի Հանրապետության զինված ուժեր) — Ermənistanı qorumaq məsuliyyəti daşıyan ordu. 1992-ci ildə Ermənistan dövlət müstəqilliyini qazandıqdan həmən sonra yaradılmışdır. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edir. == Səfərbərlik == Əsgərlik yaşı: 18 Xidmət müddəti: 24 ay Əsgərliyə alınması mümkün vətəndaş sayı:[mənbə göstərin] 722.836 kişi, 15–49 yaş arası 795.084 qadın, 15–49 yaş arası Əsgərliyə yararlı vətəndaş sayı:[mənbə göstərin] 551.938 kişi, 15–49 yaş arası 656.493 qadın, 15–49 yaş arası Ermənistanda hərbi çağırış 27 yaşa qədər aparılır.
Fransa Silahlı Qüvvələri
Fransa Silahlı Qüvvələri — Fransa Respublikasının hərbi gücünü təşkil edir. Əhalisinin, ərazisinin və milli maraqların müdafiəsinə cavabdehdir. Fransa Silahlı Qüvvələrinə əsasən bunlar daxildir: Quru Qoşunları, Milli Dəniz Qüvvələri, Hava və Kosmik Qüvvələri, Milli Jandarma, dəstək xidmətləri və birgə təşkilatlar (qərargahlar daxil olmaqla) Fransa Ordusu peşəkar aktiv əsgərlər, ehtiyatda olan əsgərlər (keçmiş həqiqi hərbi xidmət əsgərləri və ya mülki könüllülər) və mülki şəxslərdən ibarət peşəkar orduya çevrilmişdir. Təqribən 270.000 hərbi və mülki personaldan ibarət ümumi işçi qüvvəsini təmsil edir.. Fransa, Böyük Britaniya və Almaniya mütləq mənada ən böyük hərbi büdcəyə malik üç Qərbi Avropa dövlətidir. 1990 və 2000-ci illərdən sonra sürətlə azalan hərbi xərclər 2017-ci ildən Almaniyada və 2018-ci ildən Fransada artmaqdadır. 2010-cu ilin əvvəlindən Rusiyanın hərbi xərcləri Fransa, Böyük Britaniya və Almaniyanın hərbi xərclərini ötüb. Fransa, Böyük Britaniya və Rusiya Avropada nüvə qarşısının alınmasına malik olan yeganə üç dövlətdir. 2017-ci ildə Fransa ordusu Avropada Rusiyadan sonra ikinci, dünya miqyasında isə beşinci yerdə idi. Amerika araşdırmasına görə, Fransa 2030-cu ildə Avropanın əsas hərbi gücü (Rusiya istisna olmaqla) və dünyada ilk beşlikdə qalacaq..
Gizli Silahlı Təşkilat
Gizli Silahlı Təşkilat və ya OAS (fr. Organisation Armée Secrète) — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması. == Tarixi == Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989 (ing.). Henissart, Paul.
Gürcüstan Silahlı Qüvvələri
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. == Tarixi == Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Hindistan Silahlı Qüvvələri
Hindistan Silahlı Qüvvələri (Hindi (in IAST): Bhāratīya Saśastra Senāeṃ) Bu üç peşəkar güc strukturlarının ibarətdir: Hindistan Ordusu, Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri.Bundan əlavə, Hindistan Silahlı Qüvvələri Hindistan Sahil Mühafizəsi və Paramilitariya Təşkilatları tərəfindən dəstəklənir
Kanada Silahlı Qüvvələri
Kanada Silahlı Qüvvələri (fr. Forces armées canadiennes, FAC) — Kanadanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq funksiyasını yerinə yetirən hərbi təşkilat. Kanada Silahlı Qüvvələrinin fəaliyyəti, "Müdafiə haqqında qanun" ilə tənzimlənir. Təşkilat, Quru Qoşunları, Hərbi Hava Qüvvələri (RCAF) və Hərbi Dəniz Qüvvələrindən (RCN) ibarətdir. == Təşkilatın strukturu == Kanada Silahlı Qüvvələrində aşağıdakı iyerarxiya var: Ali Baş Komandan — Kraliça II Elizabet, 2010-cu ildən Kanada general-qubernatoru David Lloyd Conston tərəfindən təmsil olunur; Qərargah rəisi — Tomas Louson, 27 avqust 2012-ci ildən Qərargah rəisinin müavini, general-leytenant Qay Tibo Kanada kral hərbi donanma komandiri, vitse-admiral Mark Norman Kanada Ordusunun komandiri general-leytenant Paul Vinnik Kanada Kral Hava Qüvvələrinin komandanı, general-leytenant İvan Blonden Hərbi xidmət şöbəsinin müdiri general-mayor David Millar Kanada xüsusi qüvvələrinin komandiri, general Tuğgeneral William Tompson Kanada Silahlı Qüvvələrinin Kəşfiyyat komandiri, general-mayor Kristian Rousseau Kanadada birgə əməliyyat komandanlığı, General-leytenant Stüart Bir == Ədəbiyyat == Black, Jeremy. Fighting for America: The Struggle for Mastery in North America, 1519-1871. Indiana University Press. 2011. ISBN 978-0-253-35660-4. Conrad, John.
Misir Silahlı Qüvvələri
Misir Silahlı Qüvvələri — Afrikada ən böyük və Yaxın Şərqi əhatə edir. Bu Misir Ordusu, Misir Dənizi, Misir Hava Qüvvələri və Misir Hava Hücumundan Müdafiə Qüvvələrinin ibarətdir və 1922-ci ildə yaradılmışdı. 138 ölkənin ordusu arasında 9-cu yeri tutan Misir Silahlı Qüvvələri Yaxın Şərq və Afrikanın ən güclü ordusu hesab edilib. Bu, 2019-cu ildə olan göstəricidən üç pillə yüksəkdir. Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin personalı 920 min nəfərdir. Təkcə Hərbi Hava Qüvvələrinin malik olduğu texnikanın sayı 1,054 ədəddir. Quru qoşunlarında isə 4,295 ədəd tank, 11,700 hərbi maşın, 1,084 raket əleyhinə qurğu mövcuddur. Reytinq cədvəlində dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir.
Pakistan Silahlı Qüvvələri
Pakistan Silahlı Qüvvələri (urduca:پاک مُسَلّح افواج‎, Musallah Afwaj-e-Pakistan) — Pakistanı qorumaq məsuliyyəti daşıyan ordu. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir. Silahlı Qüvvələr üç əsas hissəyə ayrılır- Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri. 1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır. Hesablamalara əsasən Pakistan Silahlı Qüvvələri şəxsi heyətinin 60-70%-i Hindistan-Pakistan sərhədi boyunca yerləşmişdir. ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra 150,000 nəfər şəxsi heyət isə "Qəbilə əraziləri"ndə yerləşmişdir.
Polşa Silahlı Qüvvələri
Polşa Silahlı Qüvvələri — Polşanı qorumaq məsuliyyəti daşıyan ordu. Roma Katolik Kilsəsi tərəfindən təşkil olunur. 1989-cu ildə qanuniləşdirilmişdir. Xidmət kilsə keşişləri və imamları tərəfindən aparılır.
Qazaxıstan Silahlı Qüvvələri
Qazaxıstan Silahlı Qüvvələri (qaz. Қазақстан Республикасының Қарулы Күштері) Qazaxıstan Respublikasını istənilən növ təhdidlərdən mühafizə etmək vəzifəsi daşıyan qüvvədir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, həmçinin Respublika Qvardiyasından ibarətdir. Milli müdafiə siyasəti məqsədləri ölkənin konstitusiyasına əsaslanır. Qazaxıstan Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və suverenliyinin, həmçinin onun ərazi bütövlüyünün, hava məkanının və konstitusional hüququnun mühafizəçisidir. Ölkənin silahlı qüvvələri Müdafiə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. 7 may 1992-ci ildə Qazaxıstan prezidenti "Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin təsis olunması" haqqında sərəncam imzaladı. Beləliklə, Qazaxıstan Respublikası Dövlət Müdafiə Komitəsinin Müdafiə Nazirliyinə transformasiyası baş verdi və general-polkovnik Saqadat Nurmaqambetov ölkənin ilk müdafiə naziri təyin olundu. Muxtar Altınbayev Qazaxıstanın ən uzun müddət bu vəzifədə xidmət etmiş müdafiə naziridir. Belə ki, o, 2001-ci ilin dekabrından 10 yanvar 2017-ci il tarixinə qədər bu vəzifədə xidmət etmişdir.
Qırğızıstan Silahlı Qüvvələri
Qırğızıstan Silahlı Qüvvələri — Silahlı Qüvvələrin Baş Qərargahının (QR SQBQ), Müdafiə İşləri üzrə Dövlət Komitəsinin (keçmiş Müdafiə Nazirliyi), Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmələri, bölmələri və bölmələri və Milli Qvardiya. Silahlı Qüvvələrin Baş Qərargahının və GKDO KR-nin birləşmələri, bölmələri və alt birliklərinin sayı təxminən 12,000 nəfər, SQ QR — 3000 nəfərdir və DSX — 6800 nəfər. Bundan əlavə, respublikanın hərbi doktrinasına uyğun olaraq Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Müdafiə Nazirliyinin tam tərkibli səyyar xüsusi təyinatlı bölmələrini özündə cəmləşdirən Dərhal Reaksiya Qüvvələri (DRQ) mövcuddur. Mühafizəçi. Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə görə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovdur. Qırğızıstan Respublikasının Müdafiə Naziri general-mayor Taalaibek Baryktabasoviç Omuralievdir (4 fevral 2021-ci ildən). Qırğızıstan Respublikasının silahlı qüvvələri 29 may 1992-ci ildə Qırğızıstan Prezidenti Askar Akaevin fərmanı ilə respublika ərazisində yerləşən Sovet Ordusunun Orta Asiya Hərbi Dairə birləşmələri və birləşmələri onun əlinə keçirildiyi zaman quruldu. yurisdiksiya. 15 may 1992-ci ildən bu günə qədər KTMT üzvüdür 1993-cü ildə Qırğızıstan Respublikasının Müdafiə İşləri üzrə Dövlət Komitəsi Qırğızıstan Respublikasının Müdafiə Nazirliyinə çevrildi. 1993-cü ilin yanvarından 1998-ci ilədək Qırğızıstan Silahlı Qüvvələrinin ayrı bir dağ tüfəng taburu, "Tacikistanın Əfqanıstanla dövlət sərhədinin hissəsində vəziyyəti sabitləşdirmək üçün tədbirlər" ilə əlaqədar olaraq Tacikistanın 100 kilometrlik hissəsini qorudu.
Rusiya Silahlı Qüvvələri
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
SSRİ Silahlı Qüvvələri
SSRİ Silahlı Qüvvələri — SSRİ-nin ərazi bütövlüyünü qorumaq məsuliyyəti daşıyan ordu.
Silahlı münaqişələr hüququ
Silahlı İslam Qrupu
Silahlı İslam Qrupu (الجماعة الإسلامية المسلّحة; fr. Groupe Islamique Armé) — Əlcəzairdə islam rejiminin bərqərar olunması uğrunda mübarizə aparan silahlı təşkilat. Lideri Həsən Xəttabdır. Təşkilat 1992-ci ildə İslam Xilas Cəbhəsinin qalib gəldiyi seçkilərin nəticələrinin ləğv edilməsindən sonra terror fəaliyyətinə başlamışdır. Əsasən təhlükəsizlik orqanlarının əməkdaşlarına dövlət rəsmilərinə mülki rejimin tərəfdarı olan jurnalistlərə müəllimlərə və əcnəbi turistlərə qarşı terror aktları həyata keçirir. Qeyd etmək lazımdır ki 1993-cü ilin sentyabr ayında əcnəbilərə qarşı başlamış terror kompaniyası nəticəsində 100-dən çox adam ölmüüşdür. Təşkilatın ümumi iyerarxiya strukturu yoxdur və kiçik qruplar formasında fəaliyyət göstərir. Keçirilən terror aktlarının əksəriyyəti Fransa maraqlarına qarşı yönəlmişdir. Təşkilatın terrorçuları 1994-cü ilin dekabr ayında Air France aviaşirkətinə məxsus təyyarəni qaçırmış. 1995-ci ildə isə Fransa ərazisində silsilə partlayışlar təşkil etmişlər.
Suriya Silahlı Qüvvələri
Suriya Silahlı Qüvvələri (ərəb. القوات المسلحة العربية السورية ) – Suriya Ərəb Respublikasının silahlı qüvvələri. 4 qoşun növündən ibarətdir: quru, donanma, hava və hava hücumundan müdafiə qüvvələri. Suriya prezidenti Suriya Silahlı Qüvvələrinin ali baş komandadır.
Dnestryanı Silahlı Qüvvələri
Dnestryanı Silahlı Qüvvələri — Dnestryanı Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu.
Malta Silahlı Qüvvələri
Malta Silahlı Qüvvələri — Onlar Maltanı xaricdən gələn hərbi təhdidlərdən qorumaq vəzifəsi daşıyan silahlı qüvvələrdir. Kiçik hava və dəniz qüvvələri, qərargah və üç ayrı batalyondan ibarət briqada ölçüsündə bölmədir. Silahlı qüvvələr sərhəd nəzarətinə cavabdehdir. == Quru qoşunları == Malta Quru Qoşunları üç batalyondan ibarət tam hüquqlu piyada briqadasını təşkil edir. Dəstənin əsgər və zabitləri italyan Beretta 92 tapançaları, Alman Xekler & Kox MP5 avtomatları, Belçika FN FAL avtomatları və FN Minimi yüngül pulemyotları ilə silahlanmışdır. Malta artilleriyası yalnız kiçik çaplı zenit silahları ilə təmsil olunur. Bu ölkənin zenit atıcıları 40 mm-lik İsveç Bofors 40 toplarından, eləcə də Sovet ZPU-4 qurğularından istifadə edirlər. Malta quru qoşunlarının da xidmətində bir T-34 var.
Silahlı İslam Hərəkatı
İslam Silahlı Hərəkatı, həmçinin Əlcəzair İslam Silahlı Hərəkatı və ya Silahlı İslam Hərəkatı (fr. Mouvement Islamique Armé; ərəb. الحركة الإسلامية المسلحة‎, Harakat El Islamiyyat El Musallaha) — 1980–1990-cı illərdə Əlcəzairin şimalında fəaliyyət göstərmiş islamçı gerilla qrup və terror təşkilatı. Qrup Əlcəzairdə 1980-ci illərin ən böyük və ən geniş əsaslı islamçı ekstremist təşkilatı idi. Qruplaşma 1981-ci ildə, 1982-ci ilin aprelində və ya 1982-ci ilin iyulunda təhlükəsizlik xidmətləri ilə qarşıdurmadan sonra Mustafa Buyalı tərəfindən yaradılmışdır. Lərba rayonunda hökumətə qarşı hücumlar həyata keçirən qruplaşma kiçik qrupların ittifaqı kimi çıxış etmiş, Buyali isə özünü əmir elan etmişdi. Onlar İkinci Dünya müharibəsinin makilərinə bənzər gerilla müharibəsi ilə məşğul idi və ekstremist qruplar üçün ideal ərazini təmin etdiyinə görə Atlas dağları və Blida vilayətinin şəhərətrafı sahəsində yerləşirdi.
Vyetnam Silahlı Qüvvələri
Vyetnam Xalq Ordusu (VXO; vyet. Quân Đội Nhân Dân Việt Nam, hərf. Vyetnam xalqının ordusu, QĐNDVN) — Vyetnam Sosialist Respublikasının silahlı qüvvələrinin rəsmi adı. 22 dekabr 1944-cü il Vyetnam Xalq Ordusunun (VXO) yaranma tarixi hesab olunur. Bu gün nizami qüvvələrin ilk dəstəsi yaradılmış və Vo Nquyen Zyap tərəfindən idarə edilmişdir. Bu zaman dəstə 1 yüngül pulemyot, 17 tüfəng, 2 tapança və 14 çaxmaqlı tüfənglə silahlanmış 34 döyüşçüdən ibarət idi. 1944-cü il dekabrın 24 və 25-də dəstə ilk döyüş əməliyyatlarını həyata keçirmişdir. Burada Fransa müstəmləkə qoşunlarının iki postu hücuma məruz qalmış və ələ keçirilmişdir. Daha sonra Vo Nquyen Zyap VXO-nun ilk Baş Komandanı olmuşdur. 1945-ci ilin aprelində Vyetnamın Fransa və Yaponiyadan müstəqilliyi uğrunda mübarizə aparmaq üçün Ho Şi Min tərəfindən yaradılmış hərbi-siyasi təşkilat olan Vyetmin dəstələrində vuruşan döyüşçülərin sayı minə çatmışdır. O zaman əsas hərbi komandanlıq yaradılmış və ilk komandir heyətinin hazırlanması üçün məktəblər açılmışdır.
İslam Silahlı Hərəkatı
İslam Silahlı Hərəkatı, həmçinin Əlcəzair İslam Silahlı Hərəkatı və ya Silahlı İslam Hərəkatı (fr. Mouvement Islamique Armé; ərəb. الحركة الإسلامية المسلحة‎, Harakat El Islamiyyat El Musallaha) — 1980–1990-cı illərdə Əlcəzairin şimalında fəaliyyət göstərmiş islamçı gerilla qrup və terror təşkilatı. Qrup Əlcəzairdə 1980-ci illərin ən böyük və ən geniş əsaslı islamçı ekstremist təşkilatı idi. Qruplaşma 1981-ci ildə, 1982-ci ilin aprelində və ya 1982-ci ilin iyulunda təhlükəsizlik xidmətləri ilə qarşıdurmadan sonra Mustafa Buyalı tərəfindən yaradılmışdır. Lərba rayonunda hökumətə qarşı hücumlar həyata keçirən qruplaşma kiçik qrupların ittifaqı kimi çıxış etmiş, Buyali isə özünü əmir elan etmişdi. Onlar İkinci Dünya müharibəsinin makilərinə bənzər gerilla müharibəsi ilə məşğul idi və ekstremist qruplar üçün ideal ərazini təmin etdiyinə görə Atlas dağları və Blida vilayətinin şəhərətrafı sahəsində yerləşirdi.
Finlandiya Silahlı Qüvvələri
Finlandiya Silahlı Qüvvələri (fin. Puolustusvoimat, isv. Försvarsmakten), Finlandiya Respublikasının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaqla vəzifələndirilmiş hərbi təşkilatdır. FDF, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hava Qüvvələrindən ibarətdir. 1918-ci ildə Finlandiya Vətəndaş Müharibəsindən sonra təsis edilən FDF, ölkənin təhlükəsizliyinin təmin olunmasında və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etməklə mühüm rol oynayır. == Tarix == === Finlandiya Vətəndaş Müharibəsi və Silahlı Qüvvələrin təsis edilməsi (1918) === 1918-ci ilin yanvarında başlayan Finlandiya Vətəndaş Müharibəsi, ölkənin müstəqilliyinin ilk illərində baş verən və Ağ Qvardiya ilə Qırmızı Qvardiya arasında gedən qanlı bir mübarizə idi. Ağ Qvardiya, Alman İmperiyasının dəstəyi ilə qalib gəldi və nəticədə Finlandiya Silahlı Qüvvələri (FDF) təsis edildi. General Carl Gustaf Emil Mannerheim, FDF-nin ilk baş komandanı təyin edildi və ordunun təşkilatlanması və modernləşdirilməsində mühüm rol oynadı. === İkinci Dünya Müharibəsi və Finlandiyanın rolu (1939-1945) === İkinci Dünya Müharibəsi zamanı Finlandiya, Sovet İttifaqı ilə iki dəfə müharibə apardı. Qış müharibəsi (1939-1940) zamanı Finlandiya, Sovet işğalına qarşı qəhrəmancasına müqavimət göstərdi, lakin nəticədə ərazi güzəştlərinə məcbur oldu.
İsveç Silahlı Qüvvələri
İsveç Silahlı Qüvvələri (Försvarsmakten), İsveçin milli müdafiə qüvvəsidir və İsveç Ordusu, İsveç Hərbi Hava Qüvvələri və İsveç Dəniz Qüvvələrindən ibarətdir. Qərargahı Stokholmda yerləşir və əsas missiyası ölkənin suverenliyini qorumaq, sülh və təhlükəsizliyi təmin etməkdir. == Tarix == İsveç Silahlı Qüvvələrinin tarixi XVI əsrə qədər uzanır. 1521-ci ildə Kral I Gustav Vasa tərəfindən qurulmuşdur. İsveç uzun müddət neytrallığını qoruyaraq hərbi müdaxilələrdən uzaq durmağa çalışsa da, XX əsrin ortalarından etibarən ölkənin müdafiə qabiliyyətini artırmaq üçün ciddi islahatlar həyata keçirilmişdir. === 20-ci Əsr === İkinci Dünya müharibəsi zamanı İsveç neytral ölkə olsa da, müdafiə qüvvələrini gücləndirmək üçün ciddi addımlar atdı. Müharibədən sonra isə NATO-ya qoşulmasa da, İsveç müdafiə siyasətini inkişaf etdirməyə davam etdi. == Təşkilat == İsveç Silahlı Qüvvələri üç əsas qoldan ibarətdir: İsveç Ordusu (Armén): Quru qoşunları təşkil edir və əsasən ölkə ərazisinin müdafiəsi ilə məşğuldur. İsveç Hərbi Hava Qüvvələri (Flygvapnet): Hava məkanının qorunmasını təmin edir. İsveç Dəniz Qüvvələri (Marinen): Dəniz sərhədlərini və suları qoruyur.