SİM

1. струна; 2. провод, проволока; 3. мед. заражение крови (от воспаления раны);
SİLSİLƏVİ
SİMA
OBASTAN VİKİ
Sim nəzəriyyəsi
Sim nəzəriyyəsi, hissəcik fizikasında, kvant mexanikası ilə Eynşteynin ümumi nisbilik nəzəriyyəsini birləşdirən bir nəzəriyyədir. "Sim" adı, klassik yanaşmada "sıfır ölçülü nöqtələr" formasında təsvir edilən atom altı zərrəciklərin, əslində "bir ölçülü varlıqlar və tezlik tipli varlıqlar" ola biləcəyi fərziyyəsinə dayanır. Sim nəzəriyyəsi, müəyyən bir şəkildə titrəşən tezliklərin, kütlə və yük kimi xüsusiyyətlərə sahib hissəciklər kimi davrana biləcəyini deyir. 1980-ci illərdə fiziklər, sim nəzəriyyəsinin təbiətdəki başlıca dörd qüvvə (cazibə, elektromaqnetizm, güclü qarşılıqlı təsir [qüvvətli nüvə enerjisi] və zəif qarşılıqlı təsir [zəif nüvə enerjisi]) ilə maddənin bütün növlərini bir kvant mexaniki modelində (uzun müddətdir gözlənilən "birləşmiş sahə nəzəriyyəsi") birləşdirmə potensialına sahib olduğunu fərqinə vardılar. Sim nəzəriyyəsi sürətlə inkişaf edən və üzərində çox çalışılan bir sahə olmaqdan əlavə, hələ təcrübə etmək kimi müşahidəsi mümkün olmamış, riyazi bir modeldir. Nəzəriyyədəki əsas fikir, həqiqətin əsas komponentlərinin rezonans tezliklərində titrəşən və plank uzunluğunda olan (10-35 mm təxmini) simlər olduğudur. Sim nəzəriyyəsi 6 yeni ölçü daha tövsiyə edir, lakin bu ölçüləri standart mənadakı məkan və zaman ölçüləri deyil, bunlara bağlı alt ölçülər. kimi anlayışlar (bildiyimiz 3 kosmos və 1 zaman ölçüsü üzərində dairəvi olaraq bükülmüş əlavə ölçülər.) Nümunə olaraq bu ölçülərdən biri 5 ölçü olan paralel kainat və ya zamanda qırılma baş verən ölçüdür. Bilindiyi kimi hər hansı bir atomdakı hər hansı bir elektron belə lay dəyişdirsə yeni bir paralel kainat meydana gələ bilər. Yenə nümunə olaraq çox incə bir tel düşünək 2 mm qalınlığında, bu tel uzaqdan baxanda bizim üçün tək ölçülü bir doğrudur, digər ölçüləri bizim üçün yox kimidir.
SİM kart
SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu. SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s). 1G şəbəkələrinin istifadəsi zamanı şəbəkədə abunəçinin eyniləşdirməsini mobil telefonun zavod nömrəsi (ESN (Electronic Serial Number)) üzrə həyata keçirirdilər. Beləliklə, mobil telefon kimi, həm də abunəçi vahid kodla eyniləşir. Belə yanaşma abunəçinin nömrəsinin və ona verilən telefonun konkret nüsxəsindən xidmətlər paketinin tam asılılığını doğururdu. Abunəçi mobil telefonu (sındırıldıqda və telefonun oğurluğu baş verdikdə) dəyişdikdə, müştəri xidmətinə müraciət etməyə məcbur idi ki, telefon yenidən proqramlaşdırılsın və telefonun seriya nömrəsi operatorun məlumat bazasına daxil edilsin. Görünür ki, telefondan müstəqil abunəçinin eyniləşdirməsi daha rahatdır. GSM standartında abunəçinin (SIM-kartın köməyi ilə) və avadanlığın (IMEI (International Mobile Equipment Identifier — mobil avadanlığın beynəlxalq identifikatoru) istifadə olunur) ayrı-ayrılıqda eyniləşdirməsini təklif edilmişdi.
Kim Mi-Sim
Kim Mi-Sim (d. 6 noyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Mi-Sim Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Sim Ha-İn
Sim Ha-İn (d. 1 noyabr 1987) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Sim Ha-İn Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Sim Ha-İn Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Euro Truck Simulator 2
Euro Truck Simulator 2 — Yük avtomobili sürücüsü avtosimulyator janrında kompüter oyunu. 2012-ci ildə Çex SCS Software şirkəti tərəfindən hazırlanmışdır. Euro Truck Simulator oyun seriyasının ikinci buraxılışıdır. == Virtual sürücülər == Proqramçılar yollarda süni intellektin hərəkətlərini reallığa maksimum köçürməyə çalışıblar. Yolda hərəkət edən avtomobillər bir çox hallarda gözlənilmədən davranır. Oyun, yol hərəkəti zamanı yol qaydalarını, həm də real həyatdan götürülmüş bir sıra digər üsulları həyata keçirir. Məsələn, bir oyunçu ikinci dərəcəli yol ilə digər avtomobili ötmək istərsə, digər avtomobil sürəti azaldaraq, sizə ötməsinə icazə verər. == Sürət rejimi == Avtomobilinizin surətini seçmək üçün yol kənarlarındaki işarələrə və ya xəritədəki sürət nişanının üzərinə baxa bilərsiniz. Oyundakı bütün yük maşınlarının maksimum sürəti 90 km/saatdır (Oyun parametrlərində, surət məhdudlaşdırıcısı ləğv edilə bilər). Bəzi istisna hallarda, enişlərdə hərəkət edərkən sürət arta və yoxuşları qalxarkən surət daha çox azala bilər, lakin düz yolda sürət maksimum 90 km/saatdır.
Euseius similiovalis
Euseius similiovalis (lat. Euseius similiovalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Eva Simons
Eva Simons (27 aprel 1982, Amsterdam) holland müğənni. LMFAO, Afrocek və Will.i.am kimi müğənnilərlə oxuduğu mahnılar ilə tanınmışdır.
Firmiana simplex
Sadə firmiana (lat. Firmiana simplex) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin firmiana cinsinə aid bitki növü.
Gürcüstanın Simon Canaşia Muzeyi
Simon Canaşia Gürcüstan Muzeyi (gürc. სიმონ ჯანაშიას სახელობის საქართველოს მუზეუმი) əvvəllər Gürcüstanın Dövlət Tarixi Muzeyi kimi tanınan, ölkənin əsas arxeoloji tapıntılarını nümayiş etdirən Gürcüstanın paytaxtı Tiflisdəki əsas tarix muzeylərindən biridir. Muzey Rusiya İmperiya Coğrafiya Cəmiyyətinin Qafqaz Bölməsinin Muzeyindən yaranaraq, 10 may 1852-ci ildə qurulmuş və 1865-ci ildə Alman tədqiqatçısı Qustav Raddenin təşəbbüsü ilə Qafqaz Muzeyinə çevrilmişdir. Gürcüstan Rusiyadan müstəqillik qazandıqdan sonra (1918), muzeyin adı 1919-cu ildə Gürcüstan Muzeyi olaraq dəyişdirildi. Noe Kipiani muzeyin ilk direktoru idi. Kolleksiyanın böyük bir hissəsi 1921-ci ildə Bolşeviklərin ölkəni ələ keçirilməsindən sonra Gürcüstan hökuməti tərəfindən Avropaya təxliyə edildi və 1945-ci ildə gürcü mühacir alimi Ekvtime Takaishvilinin səyləri ilə Sovet Gürcüstanına qaytarıldı. 1947-ci ildə muzeyə mərhum gürcü tarixçisi Simon Canaşianın adı verildi. 1990-cı illərin əvvəllərində Gürcüstanda postsovet qarışıqlıqları dövründə muzey xeyli zərər gördü. Əvvəlcə 1991-1992-ci illərdə baş verən hərbi çevriliş zamanı döyüşlərdə ziyan gördü və sonra kolleksiyasının bir hissəsi atəşlə məhv edildi. 2004-cü ildə Canaşiya Muzeyi Gürcüstan Milli Muzeyinin birgə idarəetmə sistemi altında digər aparıcı gürcü muzeyləri ilə birləşdirildi.
Henri Sen-Simon
Henri Sen-Simon (fr. Claude Henri de Rouvroy, Comte de Saint-Simon, 17 oktyabr 1760[…], Paris – 19 may 1825[…] və ya 19 may 1826, Paris) — Fransa sosioloqu, utopik sosializm məktəbinin banisi. == Təlimi == Son utopizmin nümayəndələri içərisində fransız sosialist-utopisti Sen-Simonun təlimi özünün təkamüllü və tarixi yanaşması ilə fərqlənir. Onun nəzəriyyəsinə görə bəşəriyyət öz inkişafında quldarlıq, feodal, kapitalizm və industrializm /sosializm/ epoxalarından keçir. Sosializmdə dövlət məhv olacaq, hamı işləməyə öhdəli məruz qalacaq, bölgü əməyə görə təyin ediləcək və "hər kəsin qabiliyyətinə, işinə görə" prinsipi cəmiyyətə hakim kəsiləcəkdir.
Herpes simpleks virus
Herpes simplex virusu
Sadə herpes virusu (HSV, ing. herpes simplex virus) — Herpesviridae fəsiləsinə aid, insanda herpes xəstəliyini törədən viruslar. Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə dərc olunmuş məlumatlarına əsasən bütün dünyada yaşayan 3,7 milyard insanda herpes virusu var. Bu, dünyada yaşayan insanların 67%-ni təşkil edir. [daha etibarlı mənbəyə ehtiyac var]Sinir hüceyrələrində yerləşən Herpes Simpleks virusunun 8 tipi var.Tibbi olaraq isə ən çox 3 tipinə rastlanmaqdadır: HSV-1, HSV-2, HSV-3. HSV-1 ümumilikdə ağız və burun çevrəsində muşahidə olunarkən, HSV-2 genital bölgədə yerləşməkdədir. HSV-3 isə Zona adlandırılan xəstəliyə yol açan, varisella zorter virusunun səbəb olduğu tipdir.[mənbə göstərin] Bizim eradan əvvəl Heredot tərəfindən təsvir olunub. Yunanca “Herpeine” sözundən olub mənası “ sürünən, sürünmək” deməkdir. Bu viruslar ailəsi 90-dan çox insan və heyvan orqanizmi üçün patogen olan növə malikdir. Ömür boyu xroniki formada orqanizmdə qalan və ən qədim infeksiya olan Herpes müasir sivilizasiya xəstəliyidir.[mənbə göstərin] == Simptomları == Əvvəllər suçiçəyi xətəliyinə yoluxmuş insanlarda görülən, vücudun hər hansı bir hissəsində qırmızılıq və iynə batması şəklində hiss edilən Herpes Zoster digər Herpes tiplərindən kəskin ağrıları ilə fərqlənir.
Het Günəş Simvolu Heykəli
Hitit Günəş Simvolu Heykəli (tür. Hitit Güneş Kursu Anıtı) ― heykəltaraş Nüsrət Suman tərəfindən yaradılmış və Günəş hititinə həsr olunmuş heykəl, abidə. 1978-ci ildən bəri Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Sixiya meydanında yerləşən heykəldir. == Tarixçəsi == Abidə Alacahöyükdə qazıntılar zamanı tapılmış Günəş Kursu Hititin abidəsinin nüsxəsidir. 1973-cü ildə Bələdiyyə Başçısı Vədat Dalokay onu şəhərin simvolu kimi saxladı. Ankara Universitetinin simvolu günəşli bir diskdir. Bu simvol adətən Hitit sivilizasiyasına aiddir və Ankara və Anadolunu ifadə edir. 1977-dan 1995-a qədər olan dövrdə Hititin Günəş Simvolu Ankara bələdiyyəsinin simvolu olaraq istifadə edilmişdir. Lakin 29 iyun 1995-ci ildə Ankara Bələdiyyə Məclisinin qərarına uyğun olaraq loqotip dəyişdirilərək müasir vəziyyətini aldı.
Hibiscus simplex
Sadə firmiana (lat. Firmiana simplex) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin firmiana cinsinə aid bitki növü.
I Simeon
I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX imperatoru == Həyatı == Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyil. == Hakimiyyəti == === Bizans və Macarlarla əlaqələr === Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurdu.
I Simon (Kartli çarı)
I Simon (gürc. სიმონ I) və ya Svimon (gürc. სვიმონი) — fasilələr ilə 1556-1569 və 1578-1599 arasında hökm sürən Kartli çarı idi. 1569-cu ildə Səfəvilər tərəfindən əsir alındı və doqquz il həbsdə qaldı. 1578-ci ildə sərbəst buraxılaraq Səfəvilərin müttəfiqi kimi Kartliyə geri qayıtdı və Osmanlılara qarşı mübarizəyə başladı. 1599-cu ildə Osmanlılar tərəfindən əsir alındı və əsirlikdə öldü. == İlk hakimiyyəti dövrü == 1556-cı ildə Səfəvilərə qarşı Qarisi döyüşündə atasının ordusuna komandanlıq etmişdi. Döyüşdən əvvəl atası I Luarsab tərəfindən hakimiyyətin varis elan edildi. I Simon döyüşdə qalib gəlsə də, atası ağır yaralardan vəfat etmişdir. Kartlinin paytaxtı Tiflis Səfəvilərin əlində olduğu üçün Simonun iqamətgahı Qoridə yerləşirdi.
I Want a Little Sugar in My Bowl (Nina Simone)
Fincanım üçün azacıq şəkər istəyirəm (ing. I Want a Little Sugar in My Bowl) — Nina Simonenın Sings the Blues singlına daxil olan mahnılarından biri.
K. 111+120 simfoniya (Motsart)
Volfqanq Amadey Motsart D major qırx səkkiz nömrəli K. 111 + 120 simfoniya 1771-ci ildə bəstələmişdir. İlk iki hərəkət K. 111 Ascanio in Alba,operasının üverturası kimi, son hərəkəti K. 120 isə ayrı qurulmuşdur. Simfoniya iki fleyta, iki qoboy, iki qoboy, iki şeypur, timpani və simmli alətlər üçün nəzərdə tutulub . Surilər və timpani ikinci hərəkət üçün səssizdirlər. Simfoniya aşağıdakı hərəkətlərdən ibarətdir: Allegro molto, 44 Andantino grazioso, 38 Allegro, 38 Alte Motsart-Ausgabe (1879-1882-ci illərdə nəşr edilmişdir) 41 nömrəli simfoniyalarda 1–41 nömrəli ardıcıllıqla verilir. Motsartın Qırx birinci simfoniyasından daha əvvəl yazılmış olmasına baxmayaraq, bəzən 42-56 aralığında nömrələrlə verilir (1788-ci ildə yazılmışdır). K. 111 + 120 simfoniyasına bu nömrələmə sxemində 48 nömrəsi t\qdim edilir.
K. 196+121 simfoniya (Motsart)
Motsartın D majorda 51-ci K. 196+121 simfoniyası 1774-1755-ci illərdə Volfqanq Amadey Motsart tərəfindən tərtib edilmişdir. Uverturadan La Finta giardiniera operasına qədər olan ilk iki hərəkət, K. 196, son hərəkət isə K. 121/207a, şəklində 1775-ci ildə ayrıca qurulmuşdur. (Son hərəkətin tanışlığı Alan Tyson tərəfindən şübhə altına alındı, çünki istifadə edilən kağızı Motsart 1772-ci ilin sonlarında Milandan satın alınmış və 1773-cü ilin əvvəlinə qədər istifadə etmişdi. Mozart yəqin ki, bu kağızın bir hissəsini Zalzburqa geri dönərkən özü ilə aparmış və 1776-cı ildə istifadə etmişdir). </br> Simfoniya iki qoboy, iki buynuz və simli alət üçün yazılıb. Qoboylar və buynuzlar ikinci hərəkətdə səssizdirlər. Simfoniya aşağıdakı hərəkətlərdən ibarətdir: Allegro molto, 44 Andantino grazioso, 24 Allegro, 38 Alte Motsart-Ausgabe (1879-1882-ci illərdə nəşr edilmişdir) 41 simfoniyada 1–41 nömrəli ardıcıllıqla verilir. Köklənməyən simfoniyalara (o cümlədən K. 121 / 207a, 1910-cu ilə qədər Alte-Mozart Ausgabe əlavələrində dərc edilmişdir) Motsartın 41-ci Simfoniyasından daha əvvəl yazılmış olsalar da, bəzən 42-56 aralığında nömrələr verilir. (1788-ci ildə yazılmışdır). K. 196+121 simfoniyası bu nömrələmə sxemində 51-ci yerdə verilir.
Katherine Simonds Dhanani
Katherine Simonds Dhanani — ABŞ-nin Somalidəki səfiri (25 fevral 2015-ci ildən). Dhanani Somalidən əvvəl Hindistan, Meksika, Konqo kimi ölkələrdə müxtəlif vəzifələrdə olmuş, Keniyada ABŞ XİN-in Afrika üzrə bürosunun direktoru kimi çalışmışdır.
Katolikos III Simeon
Katolikos III Simeon - Albanların LXXI katolikosu. == Katolikosluğu == Haqqında tam məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos II Simeon
Katolikos II Simeon — Albanların XXXVIII katolikosu. == Katolikosluğu == Katolikos III İohanndan sonra kürsüyə çıxmış və iyirmi bir il kürsüdə oturmuşdur. Mənbələrdə Ərməniyyədən olan Katolikos II Simeonun saray keşişi olduğu qeyd edilir.
Katolikos IV Simeon
Katolikos IV Simeon - Albanların LXXX katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos I Simeon
Katolikos I Simeon — Albaniyanın XX katolikosu. Katolikos Nersesə qarşı gəlmişdi, bu vaxt Amaras yepiskopu idi. == Katolikosluğu == Nersesin öldürülməsindən sonra taxta keçib və çox az müddətdə — il yarım taxtda oturub, lakin bu qısa müddətdə çox böyük işlər görərək, Qafqaz Albaniyasında daxili sabitliyin bərpa olunmasnda və kilsənin əhaliylə münasibətlərinin qaydaya salınmasında mühüm addımlar atıb. Bu məqsədlə o, tarixdə Katolikos Simeonun qanunları kimi bəlli olan və Azərbaycan həmin dövr tarixinin öyrənilməsində mühüm mənbələrdən biri olan yeddi qanunu qəbul edib. Bu qanunlar diofizit məzhəbinə malik keşişlərə torpaq verilməməsi və s. kimi qaydalardan ibarət idi.
Katolikos VII Simeon
Katolikos VII Simeon — Albanların LXXXXIII yaxud LXXXXIV katolikosu. == Katolikosluğu == Ləqəbi "kiçik" idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu. Yeris Mankants monastırı ona verilmişdi.
Katolikos VI Simeon
Katolikos VI Simeon - Albanların LXXXVII yaxud LXXXVIII katolikosu. == Katolikosluğu == Albanların müstəqil katolikosu idi. Erməni Qriqorian Kilsəsi tərəfindən qəbul olunmur. Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. 1676-cı ildə Katolikos IV Yakob Julfalı tərəfindən Katolikos II İyeremiya təsdiqlənmişdi. Lakin bu qərar Səfəvi sarayı tərəfindən diqqətə alınmayaraq yerinə Simeon təyin olundu. Erməni katolikosu Katolikos I Yeliazar Ayntabsi özü şəxsən Gəncəsər monastırına gələrək onu lənətləmişdi. Onun yerinə gələn Katolikos Nahapet də Simeonu təsdiqləmədi. Simeon 1701-ci ildə vəfat etdi.
Katolikos V Simeon
Katolikos V Simeon - Albanların LXXXIII katolikosu. == Katolikosluğu == Haqqında çox məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Kerniq simptomu
Kerniq simptomu — xəstə arxası üstə uzanmış vəziyyətdə həkim düz bucaq altında bud-çanaq və diz oynaqlarında ayağı bükür və sonra diz oynağında açır. Baş beyin və onurğa beyni qişalarının qıcıqlanması zamanı diz oynağında ətrafın açılması əzələlərin tonik gərginləşməsinə görə çətinləşir, bəzən ağrı olur. Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab olunur.
Korali Simmons
Korali Simmons (d. 1 mart 1977) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Korali Simmons, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.

Digər lüğətlərdə