Simvol
1. Ardıcıl tərcümədə: 1) anlayışların əlamətlərinə görə qənaətli və əyani şəkildə göstərilməsi. Simvol yalnız öz təyinatını yerinə yetirərkən simvoldur. O, qənaətcilliyi, əyaniliyi və universallığı ilə seçilməlidir. Mənbə dilindən asılı olmadan simvollar leksik mənanın daşıyıcısı olur. Yazı zamanı bəzi zəruri qrammatik informasiyanın verilməsində, sözlərin ardıcıllığında şərti işarələrdən istifadə olunur; 2) simvollar üçün şərti işarələr, hərflər, yaxud ixtisarlardan istifadə olunur ki, onlar anlayışların hərfi, assosiativ və törəmə simvollarına bölünür; 3) öz başlıca təyinatına görə simvollar predikativ simvollara, zaman simvoluna, modal simvollara və keyfiyyət simvollarına bölünür; bütün digər simvollar isə ümumi təyinatlı predmet simvolunun geniş qrupunu təşkil edir. 2. Sürətli tərcümə yazısı zamanı predmet və hadisələrin qrupunu işarə etmək üçün istifadə olunan şərti işarələr. 3. Konkret, verilmiş referentlə motivasiyası olan əlaqə işarəsi. Adətən, ümumi anlayış qrupu üçün simvol əlamət bildirir. Əyanilikdən başqa, simvol həm də qənaətcillik və universallıqla seçilir, xarakterizə olunur. Simvolların əyaniliyi nəinki Sözün hərfi ifadələrindən görmə qavrayışı üçün asandır, həm də simvol üçün seçilmiş əlamət anlayışla bağlı olan assosiasiyalara səbəb olur. 4. Ardıcıl tərcümədə yazı zamanı istifadə olunan şərti informasiya işarəsidir; simvollar işarə üsuluna görə tərcümədə assosiativ, hərfi və törəmələrə bölünür.