SİMVOLİ́K

sif. [ yun. ] Simvoldan ibarət olan, bir şeyin rəmzi olan, hər hansı bir şeyi simvollarla ifadə edən; rəmzi. Simvolik təsvir. Simvolik rəsm.
Sİ́MVOL
SİMVÓLİKA
OBASTAN VİKİ
Simvolik Proqramlaşdırma
Simvolik Proqramlaşdırma (symbolic programming,символическое программирование,sembolik programlama) - proqramın düsturlarla və proqram komponentləri ilə verilənlər kimi manipulyasiya edə bildiyi proqramlaşdırma növü. Simvolik proqramlaşdırma vasitəsilə daha kiçik məntiqi və funksional vahidlər birləşdirilərək mürəkkəb proseslər işlənib hazırlana bilər. Bu səbəbdən proqramlar özlərini dəyişə və “öyrənə” bilər ki, bu da onların istifadəsini süni intellekt (ARTIFICIAL INTELLIGENCE), ekspert sistemləri (EXPERT SYSTEMS), təbii dilin emalı (NATURAL LANGUAGE PROCESSING) və kompüter oyunları (COMPUTER GAMES) kimi sahələrdə daha əlverişli edir. LISP və Prolog simvolik proqramlaşdırma dilləridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Simvolik antropologiya
== Simvolik antropologiyada simvollar anlayışı == Antropologiyada simvolik nəzəriyyə XX əsrin I yarısında fəlsəfədə formalaşan simvolik formalar nəzəriyyəsi ilə bağlı olmuşdur. Yunan dilində simvol — işarə, tanıdıcı xüsusiyyət, fərqləndirici əlamət və s. deməkdir. Simvolik düşüncə tərzi belə bir nöqteyi-nəzərdən çıxış edir ki, real aləmin, gerçəkliyin ayrı-ayrı elementləri və xüsusiyyətləri öz-özlüyündə dərk olunmazdır. İnsan və onun şüuru bu və ya digər gerçəkliyi, xarici aləmin əlamətlərini və s. xüsusi özünəməxsus xüsusiyyətləri ilə kodlaşdıraraq dərk edir. Əslində bu fərziyyəni müdafiə edən tədqiqatçılar insanın insanaqədərki mərhələdən insanolma mərhələsinə keçidini məhz xarici aləmin simvolik kodlaşdırması ilə, gerçəkliyi ikiləşdirməsi ilə əlaqələndirirlər. İbtidai insanların reallığı xüsusi magik ayinlər vasitəsilə xüsusi formada simvollaşdırması, işarələndirməsi məhz belə bir başlanğıc nöqtəsi kimi qəbul edilir. Əslində fəlsəfədə simvolik formalar nəzəriyyəsi alman filosofu Ernest Kassirer tərəfindən irəli sürülmüşdür. "Simvolik formaların fəlsəfəsi" əsərində o göstərirdi ki, əşyalar, real aləmin gerçəklikləri öz-özlüyündə dərk edilmək üçün kifayət etmirlər.
Simvolik süni intellekt
Simvolik süni intellekt — süni intellekt tədqiqatının bütün metodları, vəzifələrin, məntiqlərin və axtarışların yüksək səviyyədə "simvolik" (insan tərəfindən oxunan) təqdimatına əsaslanan bir addır. Simvolik Sİ, 1950-ci illərin ortalarından 1980-ci illərin sonlarına qədər Sİ tədqiqatının dominant paradiqmasının əsasını təşkil edirdi. 1985-ci ildə Con Hoqland, süni intellekt araşdırmalarının nəticələrinin fəlsəfi əks olunmasına həsr olunmuş kitabında simvolik Sİ-ə GOFAI (ing. Good Old-Fashioned Artificial Intelligence Artificial Intelligence: The Very Idea adını verdi. Robot texnikasında oxşar termin GOFAIR ("robototexnika sahəsində köhnə süni intellekt") istifadə olunur. Simvolik AI-nin ən uğurlu forması istehsal qaydaları şəbəkəsini istifadə edən mütəxəssis sistemləridir. İstehsal qaydaları simvolları if-sonra operatoruna bənzər əlaqələrə birləşdirir. Bu qaydaları emal edən ekspert sistemi, məntiqi nəticələr çıxarır və əlavə məlumatların lazım olduğunu, yəni insan tərəfindən oxunan işarələrdən istifadə edərək hansı sualların verilməli olduğunu müəyyənləşdirir. == Tarixi == Süni intellektin yaranmasına simvolik yanaşma simvolların manipulyasiya yolu ilə zəkanın bir çox aspektinin başa düşülə və şərh oluna biləcəyi fərziyyəsinə əsaslanır. Bu fikir Newell-Simon hipotezinin əsasını təşkil etdi.
Bibliya simvolikası
Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir. === Balıq, gəmi, lövbər, quş === Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər. === Xaç (çarmıx) === === Labarum === Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi.
Nasist simvolikası
Nasist simvolikası — XX əsrin əvvəllərində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP) qrafik simvolikadan çox istifadə etməklə diqqət çəkirdi. Xüsusilə əsas simvol olan Hakenkreuz (svastika və ya qamalı xaç) partiyanın əsas simvolu olaraq istifadə edilir və Nasist Almaniyasının bayrağını təşkil edirdi.İstifadə olunan digər Nasist simvolları: Qamalı xaç olan qartal motivi, Nasional Sosialist Alman Fəhlə Partiyasının rəsmi simvolu Dəmir xaç Mühafizə dəstəsinin (SS) simvolu olan yan-yana gəlmiş "S" hərfi (runik "SS") Qara SS forması Qəhvə rəngi Hücum dəstəsi (SA) forması == Nasist bayrağı == Nasistlərin əsas simvollarından birincisi üzərində qamalı xaç olan bayraq idi. Bayraq qara, ağ və qırmızı rənglərdən təşkil olunmuşdu. Bu rənglər Alman imperiyasını rəmzləri idi. I Dünya müharibəsindən sonra qurulan Veymar Respublikasına qarşı olan alman millətçiləri tərəfindən bu 3 rəng istifadə olunurdu. Nasistlər hal-hazırda da istifadə olunan bayrağı qınamış və bir utanc mənbəyi olaraq qəbul edirdilər. Adolf Hitler, Mənim mübarizəm adlı əsərində Nasist bayrağının mənasını belə vermişdir: == Runik hərflər == Runik əlifbanın hərfləri xüsusilə Sigel, Eihvaz, Tyr və Algiz runları nasistlərin alman adətləri ilə özlərini əlaqələndirmək üçün istifadə olunmuşdur. Nasistlərin runları istifadə etmələrinin ardındakı reallıqlar, XIX əsrin sonları və XX əsrin əvvəllərində Alman mistikasının önəmli fiqurlarından olan Guido fon Listin əsərlərində tapıla bilər. Listin 1908-ci ildə yayımladığı Das Geheimnis der Runen (Runların sirrləri) adlı əsəri mpvzuyla əlaqəli nümunələrdən biridir. Nasist afişalarında, yazılarında istifadə olunan S runu Guido fon Listin "Sig" fiqurudur.
Xristian simvolikası
Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir. === Balıq, gəmi, lövbər, quş === Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər. === Xaç (çarmıx) === === Labarum === Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi.

Значение слова в других словарях

авансода́тель золотопромы́шленность насыще́ние слова́ та́ктика трескообра́зный храни́тельница гно́ма голь перека́тная неохва́тный остерега́ть поверте́ть постаре́ть постро́иться слепонемо́й плюче прыгать -ча ink-fish long-lived substructure беспамятность обзор перелицовывать стена