SİMVOLİ́ZM

[ fr. symbolisme, əsli yun. ] XIX əsrin axırlarında və XX əsrin əvvəllərində incəsənət və ədəbiyyatda burjuazadəgan əhvali-ruhiyyəsini ifadə edən cərəyan (simvolizm tərəfdarları öz fikirlərini eyhamlarla, kinayə və işarələrlə ifadə edir, siyasətə qarışmamağı və “sənət sənət üçündür” şüarını təbliğ edirdilər).
SİMVOLİ́ST
SİN
OBASTAN VİKİ
Simvolizm
Simvolizm (fr. symbolisme, yun.-symbolon-işarə, rəmz) — XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan. Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu (ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. Sözlə təsvir olunmuş həyat faktı da simvola çevrilir. Lakin o zaman bu cəhətə əhəmiyyət vermirdilər, çünki semiotika hələ kifayət qədər yayılmamışdı. Simvolizm deyəndə həyat həqiqətlərini simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövrdə aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur. Simvolizm bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme və Artur Rembo, Belçikada – Emil Verxarn, Almaniyada – Q.Qauptman, İngiltərədə Oskar Vayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir.
Xristian simvolizmi
Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir. === Balıq, gəmi, lövbər, quş === Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər. === Xaç (çarmıx) === === Labarum === Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi.
Kommunist simvolizmi
Kommunist simvolizmi — kommunizmin istifadə etdiyi simvolların və ümumiyyətlə kommunizmi təmsil etdiyi düşünülən elementlərin cəminə verilən addır. Kommunist simvolizmi tez-tez ölkənin sənaye işçilərini və ya fermerlərini təmsil edən simvolları ehtiva edir. Tez-tez bu simvollar beşguşəli ulduz (Pentaqramma) ilə birlikdə sarı rəngdə, inqilabı təmsil edən qırmızı fonda yerləşirlər. Məsələn, Sovet İttifaqının bayrağında qırmızı üzərində sarı xətlərlə çəkilmiş qırmızı ulduz, sarı oraq və çəkic var idi. Oxşar simvollar kommunist hakimiyyəti dövründə Vyetnam, Çin, Anqola və Konqo Respublikasının bayraqlarında istifadə edilmişdir. Oraq və çəkic bir növ pankommunist simvoluna çevrilib, dünyanın əksər kommunist partiyalarının bayraqlarında əks olunmuşdur. Digər kommunist partiyalarından bir qədər fərqli olan Koreya İşçi Partiyasının bayrağında sənaye işçilərini təmsil edən çəkic, eləcə də kənd təsərrüfatı işçilərini təmsil edən çapa və ziyalıları təmsil edən fırça (oraq, çəkic və yazı fırçası) var. Sovet İttifaqının qurucusu Vladimir Leninin portretindən də simvol kimi geniş istifadə olunurdu.

Значение слова в других словарях

бара́хтаться зали́вщик масляни́сто младе́нствовать муа́р-анти́к обвева́ться схорони́ть уеда́ть усла́дный цокоту́ха обдава́ться оделя́ться очаро́ванный поло́гий ре́зче завражье шагистика -grapher dolce vita hydrotherapy suggestive trogon turning-point бдеть пунктуация