SİNAQOQ

\[yun.\] сущ. синагога (1. чувудрин мябед; 2. чувудри ибадат ийидай чка).
SİN
SİNC
OBASTAN VİKİ
Sinaqoq
Sinaqoq və ya xavra və ya kənisə (yunanca: συναγωγή, transliterasiyada synagogē; ibricə: בית כנסת, transkripsiyada bayt knesset - yığıncaq evi; idişcə: שול, transkripsiyada şul) — iudaizmdə ibadətlər üçün xüsusi bina.
Böyük Sinaqoq (Varşava)
Böyük Sinaqoq (ivr. ‏בית הכנסת טלומצקה‏‎; pol. Wielka Synagoga w Warszawie) - Polşanın paytaxtı Varşava şəhərində yerləşmiş sinaqoq. Məbəd 1875-1878-ci illərdə şəhərdə yaşayan yerli yəhudi icması tərəfindən tikilimişdir. Böyük Sinaqoq olaraq adlandırılan məbəd 1878-ci ilin 26 sentyabr tarixində Roş Haşana bayramı münasibəti ilə istifadəyə verilir. Uzun müddət şəhərin əsas sinaqoqu olaraq fəaliyyət göstərən Böyük sinaqoq 1943-cü ildə Varşava gettosunda saxlanılan yəhudilər tərəfindən başladılmış Varşava gettosu üsyanı zamanı Üçüncü Reyx ordusu tərəfindən dağıdılmışdır.
Böyük sinaqoq (Tbilisi)
Böyük sinaqoq, Sefard sinaqoqu və ya Ahalsıx yəhudilərinin sinaqoqu (gürc. ახალციხელების სინაგოგა) – – Tbilisi yəhudi icmasının əsas ibadət məbədidir. Sinaqoq Qədim şəhər rayonunda, Kote Abxazi küç. 45-47 ünvanında, Yerusəlim meydanınn qarşısında yerləşir. == Tarixi == Sinaqoqun adı, onun baniləri olan yəhudilərin gəldiyi Ahalsıx şəhərinin adından götürülmüşdür. İlkin olaraq sinaqoq, həmin rayonda “Muntuaant darbazi” adlı binada yerləşsə də, 1899-cu ildə bina Çar Rusiyası hökumətinin göstərişi ilə dağıdılmışdır. 1903-cü ildə Tiflis yəhudiləri yeni ibadət evinin inşasına icazə verilməsi üçün çara müraciət etmişlər və bir il sonra müsbət cavab alınmışdır. 1904-1913-cü illərdə yeni sinaqoq binası Erməni bazarının yerində (hazırda Kote Abxazi küçəsi) bişmiş kəpicdən istifadə edilməklə tikilmişdir. Memar yeni sinaqoq binasını mavritan-eklektik üslubda inşa etməklə, tağtavanla tamamlamışdır. XX əsrin 20-ci illərində kimi Tbilisidə daha iki sinaqoq fəaliyyət göstərmi və onlar Antoniya Katolikos küçəsi, 3 və Qiya Abesadze küçəsi 10 ünvanlarında yerləşmişlər.
Köhnə-Yeni sinaqoq
Köhnə-Yeni sinaqoq (çex. Staronová synagoga; alm. Altneu-Synagoge‎) — Praqa şəhərində hələ də dini mərasimlər üçün istifadə olunan Avropada ən qədim sinaqoqlardan biridir. O, həmçinin Mərkəzi Avropada ən qədim sinaqoqlardan, Yozefov rayonunun isə mühafizə olunmuş ən köhnə binalarından sayılır. Sinaqoqun əsası guman olunur ki, XIII əsrin ikinci yarısında günümüzə qədər saxlanılmış Köhnə şəhərin orijinal salçılıq sahələrinin üzərində qoyulmuşdur (XIII əsrdə daşqından mühafizə tədbirləri çərçivəsində bina Köhnə Şəhərin ümumi səviyyəsindən 1–3 m yüksəldilmişdir). Sinaqoqun yaradılması, yəhudi qəbiristanlığının meydana gəlməsi ilə birgə Praqanın Nove Mesto rayonunda yəhudi bağının (çex. Židovská zahrada) əsasının qoyulması ilə sıx bağlıdır. Sinaqoq tədricən yəhudi məhəlləsinin mərkəzinə çevrilir. Onun yaxınlığında açıq bir yer mövcud idi, insanlar buraya bazarlıq etmək və ya paltar yumaq üçün üz tuturdular. Çoxsaylı yanğınlar zamanı ətrafdakı taxta evlərdən sinaqoqa alovun keçməməsini və maksimal şəkildə təhlükəsizliyini təmin etmək məqsədilə, bu məkan daha çox yanğından mühafizə alanı funksiyasını yerinə yetirirdi.
Altı günbəz sinaqoqu
Altı günbəz sinaqoqu — Quba rayonunun Qırmızı Qəsəbəsindəki İsaak Xanukov küçəsində yerləşən, memar Gilel ben Xaimin layihəsi əsasında 1888-ci ildə inşa edilmiş sinaqoq. Altı günbəz (sinaqoq həm də 6 guşəlidir) qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır.Böyük ibadət zalı olan sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır.Pəncərələri altıguşəli ulduz şəklində palıd ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılmış və 2000-ci ilin oktyabr ayında başa çatdırılmışdır. Hazırda dindarların istifadəsində olan məbədin zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx də vardır. == Həmçinin bax == Qırmızı Qəsəbə Azərbaycan yəhudiləri == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Altı günbəz sinaqoqu ilə əlaqəli mediafayllar var.
Azərbaycandakı sinaqoqların siyahısı
Azərbaycandakı sinaqoqların siyahısı — Azərbaycan Respublikasının ərazisində yerləşən sinaqoqlar. Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt, Quba və Oğuz şəhərində məskunlaşıblar. Yəhudilər Azərbaycanda 3 icma ilə — Dağ yəhudiləri, Gürcüstan yəhudiləri və Aşkenazi yəhudiləri icmaları ilə təmsil olunurlar. Aşkenazi yəhudilərinin Bakı dini icmasının keçmiş rəhbəri Qennadi Zelmanoviçin sözlərinə görə, hazırda Azərbaycanda 10 sinaqoq fəaliyyət göstərir. Sinaqoqların ikisi Bakıda, altısı Qubada, ikisi isə Oğuzda yerləşir. == Sinaqoqların siyahısı == == Həmçinin bax == Azərbaycan yəhudiləri Xabad-Or-Avner təhsil mərkəzi == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Azərbaycandakı sinaqoqlar ilə əlaqəli mediafayllar var.
Aşağı məhəllə sinaqoqu
Aşağı məhəllə sinaqoqu — Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq. == Haqqında == Aşağı məhəllə sinaqoqu Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşir. Sinaqoq 1849-cu ildə tikilib. Sovet işğalından sonra sinaqoqun binasından tütün və mebel anbarı kimi istifadə olunub. Azərbaycan yenidən müstəqil olduqdan sonra sinaqoq 1992–1994-cü illərdə yerli yəhudilər tərəfindən təmir edilib. Sinaqoq inşa edilərkən içində istifadə olunmuş dirəklər hələ də sağlam olaraq qalır.
Aşkenazi yəhudilərinin sinaqoqu (Bakı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu. Sinaqoq 2002-2003-cü illərdə memar Aleksandr Harberin layihəsi əsasında qüds memarlıq üslubunda inşa edilmişdir. Sinaqoq son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır. == Tarixi == Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Aşkenazi, Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilmişdi.2002-ci ildə yeni sinaqoq binasınnın tikilməsi qərara alınmışdır. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak etmişdir. 2003-cü il martın 9-da yeni sinaqoqun açılış mərasimi olmuşdur.
Aşkenazi yəhudilərinin sinaqoqu (Qroznı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Çeçenistanın paytaxtı Qroznı şəhərində 1902-ci ildə açılmış Aşkenazi yəhudilərinin dini ibadətgahı. 1929-cu ildə sinaqoq bağlanmışdır. Sovet hökuməti tərəfindən sinaqoq binası müxtəlif məqsədləri üçün istifadə edilmişdir. Sinaqoq binası Birinci çeçen müharibəsi zamanı hərbi əməliyyatlar zamanı dağıdılmışdır. Həmin vaxt bina mədəniyyət evi kimi fəaliyyət göstərirdi. == Tarixi == XIX əsrin ortalarında, Qroznıda Sunjanın sağ sahilində Dağıstandan köçmüş dağ yəhudilərinin məskunlaşdığı slobada meydana çıxdı. Tədricən slobada böyüyərək Qroznıda yəhudi məhəlləsinə çevrildi. 1866-cı ildə artıq burada 453 kişi və 475 qadından ibarət yəhudi yaşayırdı. 1875-ci ildə qəsəbədə, demək olar ki, çayın sahilində yəhudilər üçün dua evi tikildi. 1883-cü il məlumatına əsasən Qroznı şəhərində iki sinaqoq fəaliyyət göstərirdi.1900-cü ildə güclü sel daşqını nəticəsində dua evi məhv oldu.
Bəhreyn sinaqoqu
Dağ yəhudilərinin sinaqoqu (Bakı)
Dağ yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Əli Mərdan Topçubaşov küçəsi, 72 ünvanında yerləşən dağ yəhudilərinin sinaqoqu. Sinaqoq 2011-ci ildə inşa edilmişdir. == Tarixi == Bakıdakı dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərməkdədir. Sovet hakimiyyəti dövründə ikinci dünya müharibəsi bitdikdən sonra dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır. Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır.2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmışdır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72 ünvanda dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda olan digər yəhudi məbədlərindən də fərqlənən sinaqoqun açılış mərasimində İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem, ABŞ səfiri Metyu Brayza, ölkədə akkreditə olunmuş xarici ölkə səfirliklərinin rəhbərləri, "Qırmızı Qəsəbə" yəhudi dini icmasının sədri Boris Samanduyev, Bakıdakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndəsi Gennadi Zelmanoviç, Avropa Evinin rəhbəri Şaul Davıdov və Azərbaycandakı digər yəhudi təşkilatlarının liderləri iştirak ediblər.
Etz Hayyim sinaqoqu
Etz Hayyim sinaqoqu (ivr. ‏בית הכנסת עץ חיים‏‎) – Krit adasındakı Romaniot yəhudi cəmiyyətinə məxsus yeganə salamat qalmış sinaqoq. Sinaqoq bərpa edildikdən sonra turistik məkana çevrilmişdir. İspaniya kraliçası Sofiya və 6 mart 2006-cı ildə keçmiş Yunanıstan kralı II Konstantinin bacısı sinaqoqu ziyarət etmişdirlər. 5 yanvar 2010-cu ildə bir Britaniya vətəndaşı sinaqoqda yanğın törətməyə cəhd göstərmişdir.Hazırda sinaqoq birlikdə mehriban yaşamağın simvoludur.
Giləki sinaqoqu
Giləki sinaqoqu — Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən yəhudi icmasının ibadət evi. Sinaqoqun Gilan bölgəsindən gəlmiş mühacirlər tərəfindən inşa edilmiş olduğu düşünülür. Məbədin memarı Gilel ben Xaim olmuşdur. Onun adı sinaqoqun kərpic fasadında həkk edilmişdir. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa lövhə də var, burada isə fərqli tarix — 1857-ci il göstərilmişdir. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilmiş və sinaqoqun qapısının üstünə vurulmuşdur. Dördsütunlu dam üzərində ucalan ensiz, səkkizgüşəli günbəz bu məbədə xüsusi gözəllik verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq 12 pəncərə vardır. Tarixi qaynaqlardan məlum olur ki, əvvəllər sinaqoqun yanında bulaq var imiş.
Gərcəi sinaqoqu
Gərcəi sinaqoqu — Qubadakı Qırmızı Qəsəbədə yerləşən ibadət evi. Məbədin divar yazısında onun, 1906-cı ildə inşa olunduğu qeyd edilmişdir. Amma binanın fasadında başqa lövhə də var. Burada isə başqa tarix - 1816-cı il göstərilmişdir. Tədqiqatçılar hesab edir ki, bu lövhə daha qədim sinaqoqdan gətirilmişdir. Gərcəi dağ yəhudi icmasının sinaqoqu Gilel ben Xaim tərəfindən inşa edilmişdir. Sinaqoqun fasadı müxtəlif ölçüdə və fərqli formada olan pəncərələrlə bəzədilmişdir. Keçmişdə bu pəncərələrə rəngli şüşələr vurularmış. Sinaqoqun böyük dua zalı var. Zalı böyük, taxtadan hazırlanmış günbəz örtür.
Maribor sinaqoqu
Maribor Sinaqoqu (sloven. Sinagoga Maribor) Sloveniyanın Maribor şəhərində hal-hazırda muzey kimi fəaliyyət göstərən sinaqoq. Orta əsrlərdə Maribordakı gettoda Židovska ulica ("Yəhudi küçəsi")-nın mərkəzində yerləşən, Avropanın ən qədim qorunan sinaqoqlarından biridir və Sloveniyada yerləşən iki sinoqoqdan biridir (digəri isə Lendava Sinaqoqudur (sloven. Sinagoga Lendava). Bir zamanlar Alpların şərqində ən görkəmli yerlərdən biri olan Maribordakı orta əsr yəhudi icmasının mərkəzi kimi fəaliyyət göstərirdi. == Tarixi == İlk olaraq 1354-cü ilə aid mənbələrdə xatırlanan sinaqoqun 13-cü əsrin sonlarında tikildiyi düşünülür. Bina şəhər divarlarının yanında yerləşən yəhudi qəbiristanlığı, iqamətgah və Talmud məktəbini özündə birləşdirən kompleksin bir hissəsi idi. Yaxınlığındakı qala Židovski stolp ("Yəhudi qalası") olaraq tanınırdı və binanın divarları Drava çayının sahillərinə dayanırdı.1785-ci ildə II İosifin antiklerik islahatları zamanı sinaqoq müsadirə edildi və hərbi anbara çevrildi. Ticarət anbarı, şərab zirzəmisi, sənət studiyası və 1811-ci illərə qədər qaldığı bir yaşayış evi kimi istifadəyə verildikdən sonra 1980-ci ilə qədər bu həcmdə xidmət etdi.Keçmiş ziyarətgahın yenidən qurulması da daxil olmaqla, 1992-ci ildən 2000-ci ilə qədər davam edən bir neçə illik təmir işlərindən sonra, bina 2001-ci ildə Maribor və Sloveniyanın yəhudi icmasının tarixinə həsr olunmuş muzey və mədəniyyət-sərgi məkanı kimi açılmışdır. Ərazi əvvəlcə Maribor Regional Muzeyi tərəfindən idarə edildi.
Qala-Numaz sinaqoqu (Dərbənd)
Qala-Numaz — Dağıstan Respublikası, Dərbənd şəhəri, Tağı-Zadə küçəsi, ev 94-də yerləşən sinaqoq. Dərbəndli yəhudilərin mənəvi dinclik mərkəzidir. == Tarixi == XIX əsrdə Dərbənd qeyd olunan prinsiplərə görə məskunlaşmışdı: şəhərin ən qədim hissəsi, Harın-Qalaya daha yaxın olan hissədə müsəlmanlar; mərkəzi, düz hissədə, əsasən yəhudilər, hətta dənizə yaxın yerlərdə ermənilər və ruslar yaşayırdı. Sonra əsas yəhudi küçəsi Tağı-Zadəni "Böyük (uzun) küçə" mənasını verən "Qala-Kuçe" və digər adı "Cuqut məhəlləsi" olmaqla (Yəhudi məhəlləsi) bu cürə adlandırırdılar. Bu küçədə Böyük Dərbənd sinaqoqu — "Qala-Numaz" yerləşir.Qala-Numaz sinaqoqu beş tacir qardaşın Hanukaeyvlərin hesabına tikilmişdir. Binanın layihəsini hazırlayan memar məlum deyil. Sinaqoq 1914-cü ildə açılıb. Ancaq son yüz il ərzində bina çox köhnəlib. Hal-hazırda sinaqoq Rusiya Yəhudi İcmaları Federasiyasının səlahiyyətindədir. Sovet hakimiyyəti qurulduqda, şəhərdə Hanukayev qardaşları tərəfindən tikilmiş Qala-Numaz sinaqoqu və Avropa Yəhudilərinin Eşkenazi sinaqoqu, ibadət evləri və ibadətgahları — Xivro, Hanuki daxil olmaqla, 11 yəhudi dini binası var idi.
Qusar sinaqoqu
Qusar sinaqoqu - Qubadakı Qırmızı Qəsəbədə yerləşən məbəd. Sinaqoq çayın sahilində, təpənin üzərində yerləşir. Məbədin hündürlüyü 14 metrdir. Sinaqoq hər tərəfdən dörd kiçik bürclə və iki çadır şəkilli qüllə ilə əhatə olunmuşdur. Qüllələrin günbəzi və onların iti milləri Qırmızı Qəsəbənin əsas simvolları sayılır. Taxta çərçivələrlə və gözəl ornamentlə bəzədilmiş məbəd mükəmməl görünür. “Qusar” sinaqoqunun da böyük dua otağı vardır. Burada Tövratın və digər dini kitabların saxlanılması üçün iri dolab yerləşir. Dolab “Aronhokodeş”, yəni “Müqəddəs Mürcü” adlanır. Mürcü doqquz gözdən ibarətdir.
Sofiya sinaqoqu
Sofiya sinaqoqu ( bolq. Софийска синагога Sofia sinaqoqu ) Cənub-Şərqi Avropanın ən böyük sinaqoqudur . Böyüklüyünə görə Bolqarıstanda fəaliyyət göstərən iki əsas sinaqoqdan biri (ikincisi Plovdiv şəhərində) və Avropada üçüncüdür.Avstriyalı memar Fridrix Qryunagerin layihəsi əsasında paytaxt Sofiyada Səfərad yəhudiləri Yəhudi icması üçün tikilmişdir. Görünüşünə görə, Vyana şəhərindəki köhnə Leopoldştadt sinaqoqunu xatırladır. 9 sentyabr 1909-cu ildə Çar I Ferdinandın iştirakı ilə rəsmi olaraq açıldı. Sinaqoqun inşası üçün ilk hazırlıqlar 1903-cü ildə, tikinti özü isə 1905-ci ilin 13 noyabr tarixində başlamışdır. İnşaat, ravvin Markus Ehrenpreisin təşəbbüsü və Ezra Tajer və İbrahim Davijon Levi kimi hörmətli Yəhudi icmasının səyləri sayəsində gerçəkləşmişdir. Sinaqoq şəhərin tam mərkəzində, Mərkəzi Bazarın yaxınlığında yerləşir. O, bütövlükdə 1300 kilsəni əhatə edə bilər. Sofiya sinaqoqunun əsas çilçırağı 1,7 ton ağırlığındadır.
Subotiça sinaqoqu
Subotiça sinaqoqu ― Serbiyanın Subotiça şəhərində yerləşən macar modern tərzində sinaqoq. Bura Avropada ikinci ən böyük sinaqoqdur. Sinaqoq Macarıstan krallığının (Avstriya-Macarıstanın bir hissəsi) rəhbərliyi dövründə, 1901–1902-ci illərdə Marsell Komor və Dezsö Yakabın daha kiçik və daha az işlənmiş köhnə sinaqoqun əvəz edilməsi ilə bağlı hazırladıqları plana əsasən tikilmişdir. Subotiça sinaqoqu modern üslubda tikilmiş ən yaxşı dini memarlıq nümunələrindən biridir.Sinaqoq 1974-cü ildə "mədəniyyət abidəsi", 1990-cı ildə isə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" təyin edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Subotiça sinaqoqu dünyada qalan yeganə Macar modern üslublu Yəhudi ibadətgahıdır. 1901–1903-cü illər arasında 3000-ə yaxın şəxsdən ibarət olan firavan bir Yəhudi icması tərəfindən inşa edilən bu sinaqoq krallıqdakı macar-yəhudi kimliyini vurğulayır. Sinaqoq əsasən Macarıstan və Serbiya hökuməti tərəfindən maliyyələşdirilən çox milyonluq təmir layihəsi ilə tam təmir edilmiş və 2018-ci ilin mart ayında açılmışdır. == Memarlıq == Yakab və Komor Subotiça sinaqoqunun inşası ilə Macarıstanda yeni bir sinaqoq memarlığı konsepsiyası yaratdılar. Əsasən günbəzi olan və ya günbəzsiz bir nef və iki koridorun yer aldığı bazilikaya bənzəyən dövr sinaqoqlarından fərqli olaraq, bu sinaqoq günbəzin zirvə nöqtəsində qızıl rəngə boyanmış, çadır formalı mərkəzi məkana sahibdir. Bir çox digər sinaqoqlar yüngül quruluşlardan istifadə etsələr də, adətən ənənəvi tağları və sərdabələri təqlid edirlər.
Türkiyədə sinaqoqların siyahısı
== İstanbul ==
Yuxarı məhəllə sinaqoqu
Yuxarı məhəllə sinaqoqu — Oğuz şəhərində Arzu Əliyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq. == Haqqında == Yuxarı məhəllə sinaqoqu Oğuz şəhərində Arzu Əliyeva küçəsində yerləşir. Sinaqoq 1897-ci ildə Ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilib. Sovet işğalından sonra digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və daha sonra anbar kimi istifadə olunmuşdur.Azərbaycan yenidən müstəqil olduqdan sonra 2004–2006-cı illərdə ilin sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir edilib. Hal-hazırda sinaqoqdan ibadətgah kimi istifadə olunur. Həftənin cümə və şənbə günləri yəhudilər burada sərbəst ibadət edirlər.
İstanbul Aşkenazi sinaqoqu
İstanbul Əşkinazi sinaqoqu (ivr. ‏האשכנזי בית הכנס‏‎) — Türkiyənin İstanbul şəhərinin Bəyoğlu ilçəsində, Qalata qülləsinin yaxınlığında yerləşən sinaqoq. İstanbulda hələ də fəaliyyət göstərən yeganə Əşkinazi sinaqoqu. Avstriya mənşəli yəhudilər tərəfindən 1900-cü ildə qurulmuşdur. Türkiyədəki yəhudi əhalinin cəmi 4 %-ni təşkil edən Əşkinazilər tərəfindən tikilən 3 sinaqoqdan sağ qalan yeganə sinaqoqdur. Sinaqoq həftəiçi səhər dualarına və şənbə günləri Şabat dualarına ziyarətə açıqdır.Sinaqoqda toy və Bar Mitsva Aşkenazi üsulu ilə keçirilir. Bir yəhudi məktəbi olan Bene Beritin qurucusu olan Dr. David Markus 1938-ci ildə ölənə qədər sinaqoqun ruhani lideri olmuşdur. Bu gün isə sinaqoqun hahamı 2003-cü ildən Mendi Çitrikdir.
İstanbul Əşkinazi sinaqoqu
İstanbul Əşkinazi sinaqoqu (ivr. ‏האשכנזי בית הכנס‏‎) — Türkiyənin İstanbul şəhərinin Bəyoğlu ilçəsində, Qalata qülləsinin yaxınlığında yerləşən sinaqoq. İstanbulda hələ də fəaliyyət göstərən yeganə Əşkinazi sinaqoqu. Avstriya mənşəli yəhudilər tərəfindən 1900-cü ildə qurulmuşdur. Türkiyədəki yəhudi əhalinin cəmi 4 %-ni təşkil edən Əşkinazilər tərəfindən tikilən 3 sinaqoqdan sağ qalan yeganə sinaqoqdur. Sinaqoq həftəiçi səhər dualarına və şənbə günləri Şabat dualarına ziyarətə açıqdır.Sinaqoqda toy və Bar Mitsva Aşkenazi üsulu ilə keçirilir. Bir yəhudi məktəbi olan Bene Beritin qurucusu olan Dr. David Markus 1938-ci ildə ölənə qədər sinaqoqun ruhani lideri olmuşdur. Bu gün isə sinaqoqun hahamı 2003-cü ildən Mendi Çitrikdir.
Əsgər sinaqoqu (Rostov-na-Donu)
Əsgər sinaqoqu (rus. Солдатская синагога) — Rusiyanın Rostov-na-Donu şəhərində yeganə aktiv sinaqoq. 1872-ci ildə tikilib. Sinaqoq 1905-ci il talanı zamanı yandı, lakin 1913–1914-cü illərdə bina bərpa edildi. 1935-ci ildə sinaqoq ibadət üçün bağlandı. İkinci Dünya Müharibəsindən sonra bina yenidən yerli yəhudi icmasına təhvil verildi. Əsgər Sinaqoqu regional əhəmiyyətli mədəni irs obyekti statusuna malikdir. == Tarixi == 1862-ci ildə təqaüdçü yəhudi əsgərlər Rostov-na-Donuda Yəhudi Dua Cəmiyyəti qurdular. 31 may 1862-ci ildə Dnepr hökuməti cəmiyyətə ibadət ayinləri üçün ayrıca bir otaq icarəyə verməyə icazə verdi. Sinaqoqunun layihəsi 4 iyun 1872-ci ildə Rosotov səlahiyyətliləri tərəfindən təsdiq edildi və həmin il bina tikildi.
Bet-İsrail sinaqoqu (İstanbul)
"Bet-İsrail" sinaqoqu (ivr. ‏קהל קדוש בית ישראל‏‎) — Türkiyənin İstanbul şəhərində, Şişlidə yerləşən sinaqoq. Neve Şalom sinaqoqu kimi Bet-İsrail də Neve Şalom Fondu tərəfindən dəstəklənir və idarə olunur. Sinaqoq ilk olaraq 1920-ci illərdə tikilmişdir. 1950-ci illərin əvvəllərində yəhudi əhalisinin əksəriyyətinin həmin əraziyə köçməsi və nasistlərin işğal etdiyi ərazilərdən immiqrasiya etməsi səbəbindən indiki ölçüsünə qədər genişləndirilmişdir. İzmirdə eyniadlı başqa bir sinaqoq da var.

Значение слова в других словарях

-ыч- вери́ги десятикра́тно дья́волов побра́сывать по́ле ско́пческий неизъясни́мый уд феска чумкас шпринцовать alphabetically carcass meat culminant electrovalence fuchsine wimble выяснять заказывать ковровый невыясненный перелётный перемазать позиционный