SİONİZM

İsaiyanın hakimiyyəti dövründə (e.ə. 638–609-cu illər) bütün siyasi və dini hakimiyyət Yerusəlimdə (Qüds) cəmləşmişdi. E.ə. 586-cı ildə Navuxodonosor İudeya çarlığını darmadağın etdikdən və Yerusəlim xarabalığa çevrildikdən sonra belə, Babilistanda sürgündə olan yəhudilərin fikri yenə də itirdikləri müstəqilliklərinin rəmzi olan Yerusəlimdə, onun məbədində idi.

E.ə. 538-ci ildə Əhəməni şahı II Kir Babilistanı işğal etdikdən sonra yəhudilərə Yerusəlimə qayıdaraq məbədlərini bərpa etməyə icazə verdi. Onlar elə də etdilər. İkinci məbəd 70-ci illərdə romalılar tərəfindən məhv edilənə qədər yəhudi dininin və bütün yəhudilərin ümidlərinin mərkəzi olaraq qaldı. Bundan sonra yenidən torpaqlarından didərgin düşmüş yəhudilər, hər şeyə rəğmən, onlar üçün uzaq məqsəd, ümid və arzu olan Yerusəlimi də, məbədi də unutmadılar.

Məbəd Sion dağı üzərində ucaldığından yəhudi çarlığının poetik adı da Sion oldu. 1896-cı ildə əsası Avstriya-Macarıstandan olan yəhudi Teodor Hersl tərəfindən qoyulmuş və məqsədi yəhudiləri Yerusəlimə qaytarmaq olan müasir hərəkat sionizm adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)

SİNTOİZM
SİR-SİFƏT
OBASTAN VİKİ
Sionizm
Sionizm (İvrit: צִיּוֹנוּת‎, romanize: Tsiyyonut), tarixi İsrail əraziləri olaraq təyin edilən ərazilərdə bir Yəhudi dövlətinin əsirlər sonra yenidən qurulmasını dəstəkləyən, müdafiə edən və Yəhudi milliyətçiliyini əsas götürən ideoloji fikir hərakatıdır. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilib. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədi ilə milli bir hərəkat kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlib. 1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında aldı. Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkatını meydana gətirdilər və bu hərəkatın hədəflərinə çatmaq üçün birlikdə çalışdılar.Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olub. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var. == Sionizm ideologiyası == Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar. Lakin bütün bu yanaşmaları birləşdirən əsas xətt ondan ibarətdir ki, bu ideologiya yəhudi xalqının bütün nümayəndələri tərəfindən dəstəklənmir və yəhudi xalqının milli hərəkatı kimi xarakterizə edilə bilməz.
Yaşıl sionizm
Yaşıl sionizm — Sionizmin ilk növbədə İsrailin ətraf mühit problemləri ilə maraqlanan növü. Yaşıl sionizm İsrailə məxsus ətraf mühit problemləri ilə İsrailin yəhudi dövləti olaraq mövcud olmasını dəstəkləyir. Termin Dünya Sionist Konqresində, Dünya Sionist Təşkilatında və onun tərkibində olan təşkilatlarda iştirak etmiş ilk ekoloji qurum olan Aytsim partiyası üçün ticarət nişanıdır.
Sionizmin növləri
Sionizmin növləri — ilkin hədəfi yəhudi xalqı üçün vətən qurmaq olan sionizmin növləri. Sionizm bu məqsədi yerinə yetirməklə bağlı fərqli-fərqli düşüncələrə malik fəlsəfəçilər tərəfindən yaradılmışdır bir ideologiyadır. == Siyasi sionizm == Siyasi sionizmə Rusiyada Teodor Hertsl və Maks Nordau tərəfindən yaradılmışdır. Bu sionist fikir ilk dəfə Birinci Sionist Konqresində müdafiə edilmişdir. == Tətbiqi sionizm == İvrit dilində Tsionut Ma-asit (ivr. ‏ציונות מעשית‏‎) olaraq bilinən tətbiqi sionizmə Moyşe Leyb Liliyenblyum və Leon Pinsker tərəfindən yaradılmış və Hovevey Sion tərəfindən həyata keçirilmişdir. Bu fikir yəhudilərin İsrail Torpağına immiqrasiyasının tətbiqi yollarının olmasını – Aliyanı və yəhudilərin həmin torpaqda tezliklə məskən salmasını fərz edir. == Sintetik sionizm == Haym Veysman, Leo Motskin və Nahum Sokolov tərəfindən yaradılmışdır və iki və ya daha çox fikrin kombinasiyasını təbliğ edir. == Sosialist sionizm == Sionizmi bölən bu növlərin bəzilərinin sionizmlə heç bir əlaqəsi yoxdur. Bu cür növlər yəhudi dövlətinin xarakterini müəyyənləşdirəcək mürəkkəb ideologiyalara əsaslanır.

Digər lüğətlərdə

амикошо́нский выкрыва́ться выма́тывающий излови́ть недоква́шивать перепева́ть пого́на подца́пать рассро́чивать трено́га архидья́конский по-восто́чному спря́тать концы стороно́й термосто́йкий жлукто band-saw bêche-de-mer gentlefolk latecomer Novorossiysk ton-up алеутка крылатка подражание