SİP

«Daşınma və sığortalama … (təyinat yeri) qədər ödənilib». Bu göndərmə kommersiya şərtində satıcının öhdəsinə, malın satıcının ölkəsində yerləşən təyinat yerində daşıyıcıya təhvil verilməsi və yükün öz hesabına sığortalanması düşür. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır

sindikativ kredit
sitoloji müayinə
OBASTAN VİKİ
Achillea sipikorensis
Achillea sipikorensis (lat. Achillea sipikorensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Andrey Sipilin
Andrey Sipilin (Andrey Vladimiroviç Sipilin) — Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sabiq köməkçisi (2019—2022). == Həyatı və təhsili == 1995—1999-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb. == Əmək fəaliyyəti == 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2019—2022-ci illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi çalışıb. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.
Aristolochia sipho
Aristolochia macrophylla (lat. Aristolochia macrophylla) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Baltik sipəri və ya Baltik qalxanı
== Baltik sipəri və ya Baltik qalxanı == Baltik sipəri və ya Baltik qalxanı– Avropanın şimal – qərbində kembriyəqədərki süxurların səthə çıxdığı sahəyə deyilir. Baltik sipəri Finlandiya, Kareliyanı, Skandinaviya və Kola yarımadalarını əhatə edir. Baltik sipəri güclü metamorfizmə uğramış süxurlardan qneysdən, kristallik şistlərdən, fillitlərdən, konqlomeratlardan və arxey, proterozoy yaşlı mərmərlərdən ibarətdir. Baltik sipərində qranit intruziyalı sahələr də geniş yer tutur.
Chrysanthemum sipikorense
Tanacetum sipikorense (lat. Tanacetum sipikorense) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Chrysanthemum aucherianum var. oxylepis Bordz. Chrysanthemum sipikorense Bornm.
II Rüstəm xan Sipəhsalar
Rüstəm xan (XVII əsrin ikinci yarısı) — Səfəvi hərbi komandiri, qulam və gürcü Saakadze nəslindən bir məmur. Baş komandan (sepahsalar), silahlı korpusun komandiri (tofanqçi ağası), kansler / baş ədliyyə (divanbəyi) və Şah Süleyman Səfəvi (1666-1694) hakimiyyəti zamanında Təbriz bəylərbəyliyinin bəylərbəyi vəzifələrini icra edib. Rüstəm xan Səfiqulu xanın oğlu və eyni zamanda baş komandan və Azərbaycanın bəylərbəyi vəzifəsini icra etmiş görkəmli babasının adını daşıyırdı. İtalyan səyyahı Qemelli Karerinin dediyinə görə Bican bəy Şeyxəli xan Zəngənənin vəzir olduğu zaman mərhəmətindən məhrum olduqda, qardaşı oğlu Rüstəm xanın müdaxiləsi ilə xilas oldu. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. səh. 19-22.
Kiçik Sipahi Mustafa Paşa
Kiçik Sipahi Mustafa Paşa (ö. 1694) — IV Mehmed və II Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, sarayda silahdar ağası olaraq xidmətə alındı. Ardından 1680-ci ilin əvvəllərində vəzir rütbəsiylə kaptan-ı dərya təyin edildi. 14 yanvar 1681-ci ildə vəzifədən alınaraq paytaxtdan uzaqlaşdırıldı. 1691-ci ildə II Əhmədin taxta çıxmasıyla bağışlanaraq Ədirnəyə çağırıldı və taxt naibi olaraq İstanbula göndərildi. 1694-cü ildə vəfat etdi. == Mənbə == Sicill-i Osmani IV, səh. 176.
Kristallik sipər
Kristallik sipər -(rus. кристаллический щит, ing. shield) platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. «Sipər» termini E. Zyüss (1885), «Kristallik sipər» isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.
Lobelia siphilitica
Lobelia siphilitica (lat. Lobelia siphilitica) — zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü.
Mirzə Hüseyn xan Sipəhsalar
Mirzə Hüseyn xan Mirzə Nəbi xan oğlu Sipəhsalar və ya Müşirüddövlə (1836-1881) — İranın baş naziri, tərəqqipərvər dövlət xadimi == Həyatı == Xalqın Mirzə Hüseyn xan tərəfindən başlanmış islahata bəslədiyi ümid boşa çıxdı. İslahata şərait yaratmaq məqsədilə Mirzə Hüseyn xanın 1873-cü ildə və ikinci dəfə 1878-ci ildə Avropa ölkələrinə səfəri, şahı və dövlət başçılarını Avropa mədəniyyəti və inkişafı ilə yaxından tanış etmək planı da müsbət nəticə vermədi. Mirzə Hüseyn xan xarici siyasət sahəsində də müvəffəqiyyət qazana bilmədi. Çar və İngiltərə dövlətləri arasında rəqabət şiddətləndyi bir vaxtda Mirzə Hüseyn xan ingilis şirkətlərinə böyük imtiyazlar verməyi, onları İrana cəlb etməyi İranın inkişafı və istiqlalı üçün faydalı olacağını düşünürdü. 1881-ci ildə Mirzə Hüseyn xan dövlət dairələrindən və paytaxtdan uzaqlaşdırıldıqdan sonra onun başladığı islahata son qoyuldu. Abdullah Müstofi yazır ki, 1881-ci ildə Mirzə Hüseyn xan Məşhəddə həlak olduqda onun İranda mötədil monarxiya hökuməti yaratmaq arzusu da özü ilə birlikdə aradan qalxdı. == Fəaliyyəti == Mirzə Hüseyn xan Müşirüddövlənin hakimiyyət başına gəldiyi vaxtadək dövlət işləri 16 nazirin iştirakı ilə təyin edilmiş məşvərətxana adlanan bir heyətin əlində idi. Hər hansı bir məsələ bu heyətdə müzakirə edilib, məsləhət görüldükdən sonra, şah onun icrasını istədiyi nazirə tapşırardı. Mirzə Hüseyn xan məşvərətxananı ləğv edərək, onun yerində 9 nazir və bir nəfər baş nazirdən ibarət Nazirlər Şurası Məclisi adlanan bir heyət təşkil etdi. Heyətin tərkibində olan nazirlər bütün işlərdə müştərək məsuliyyət daşıyır, hər nazir öz işində müstəqil olub baş nazirin qarşısında, baş nazir isə şahın qarşısında məsuliyyət daşıyırdı.
Mirzə Məhəmməd xan Sipəhsalar
Mirzə Məhəmməd xan Əmir xan oğlu Dəvəli-Qacar (?-1867) — (Keşikçibaşı və Sipəhsalar olaraq tanınır) Qacarlar dövlətinin hərbi naziri, baş vəziri. == Həyatı == Əmir xanın ikinci oğlu Məhəmməd xan Astrabad yörəsində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Qacar ordusunun sərkərdələrindən idi. Fətəli şah 1834-cu ildə vəfat etdikdən sonra 37 il Farsın hakimi olmuş oğlu Hüseynəli mirzə özünü şah elan edərək Hüseynəli şah adı ilə taxta əyləşdi. Adına xütbə oxutdu və sikkə kəsdirdi. Məhəmməd şah Baş nazir Mirzə Əbülqasim Qaimməqamla məsləhətləşərək kiçik qardaşı Firuz mirzəni Mənücöhr xan Mötəmədüddövlə və bir neçə ingilis zabiti ilə iki qardaşı, Hüseynəli və Həsənəli mirzəni, əmilərini zərərsizləşdirmək üçün Şiraza yola saldı. Onlarla yola düşən zabit və ordu sərkərdələrindən biri də Mirzə Məhəmməd xan Dəvəli idi. Məhəmməd xan 1852-ci ildə Baş Keşikçibaşı vəzifəsinə təyin olunmuş, Simnan və Damğan hökumətləri ona tapşırılmışdı.
Məhəmmədəli Sipanlı
Məhəmmədəli Sepanlı (20 noyabr 1940, Tehran – 11 may 2015, Tehran) — İranlı şair və ədəbiyyatşünas.
Nəsrin Sipahi
Nəsrin Sipahi (29 noyabr 1934l)Krım Türkü səs sənətçisidir. == Həyatı == Nəsrin Sipahi 29 Noyabr 1934-cü ildə İstanbul Yeşilköy-də doğulmuşdur.İstanbul doğumlu Krım tatarı kökənli Adilə-Yunus Akçan-nın qızıdır.Yeşilköy İbtidai məktəbi və Bakırköy Orta məktəbinu bitirdikdən sonra Sənət Məktəbinin Moda və "Biçki-Dikiş" kursuna getmişdir.İngilis dilini öyrənmək üçün Amerika məktəbində oxudu. Qardaşları Nihad Akçan və Çetin Akçan tanınmış teatr sənətçiləridir. == Karyera == Gənc yaşlarında musiqidəki istedadını dərk edən sənətçi, İstanbul Bələdiyyəsi Konservatoriyasında oxuyarkən Harbiyədəki İstanbul radiosunun qarşısında olan bəstəkar evində Şerif İçlidən dərs almağa başladı.Əvvəlcə janrı qərb musiqisi olsa da, nəhayət türk musiqisini oxumağa başladı. 1953-cü ildə, o dövrdə əsas musiqi tədris mərkəzi sayılan Ankara Radiosuna daxil oldu. 1960-cı ildə radiodan istefa etdi və Ankarada səhnə ifaçısı kimi işə başladı. Türkiyədəki konsertlərindən sonra bir çox xarici ölkədə də çıxış etdi. Sovet İttifaqında 1971-ci il qastrol səfərində türk dilindən əlavə Azərbaycan, rus və erməni dillərində də mahnı oxudu. Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Kanada, Avstraliya, Fas, Tunis, Suriya, Misir Kipr və İspaniyada konsert verdi. Dörd yüzə yaxın single çıxardı.O 1965-ci ildə bir filmdə də oynadı: "Kalbimdeki Serseri" .
Psychotria siphonophora
Psychotria siphonophora (lat. Psychotria siphonophora) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Rameş Sippi
Rameş Sippi (sindhi رمیش سپی; 23 yanvar 1947, Kəraçi, Britaniya Hindistanı) — Hindistan rejissoru. == Həyatı == Rameş Sippi 23 yanvar 1947-ci ildə Kəraçidə anadan olub. Ən yaxşı filmləri: "Zita və Gita", "Qisas və qanun".
Rüstəm xan Sipəhsalar
Rüstəm xan Bicən bəy oğlu Saakadze (gürc. როსტომ-ხან სააკაძე) (d. 1588 — ö. 1643) — Təbriz bəylərbəyi, Səfəvilər ordusunun komandanı. == Həyatı == Rüstəm xan Bicən sultan oğlu 1580-ci ildə anadan olmuşdu. Rüstəm xan 1635-ci ildə Şah Səfi tərəfindən Azərbaycana bəylərbəyi təyin edilmişdi. ХVII yüzilin 30-cu illərinin əvvəllərində Osmanlı dövlətinin də Şərq sərhədlərində vəziyyət o qədər yaxşı deyildi. Sərhəd mahallarının hakimlərində mərkəzdənqaçma meyli olduqca güclənmişdi. Bu mahalların bəzilərində yaşayan kürdlər belə bir iç durumdan istifadə edərək Osmanlı və Səfəvi dövlətləri arasında manevr edib onların hər ikisinə zərbə vururdular. Osmanlı dövlətinə tabe olan Həkkari kürdlərinin xəyanəti və öyrətməsi ilə Azərbaycan bəylərbəyi Rüstəm xan Vanı mühasirəyə aldı, ancaq Diyarbəkir hakimi Murtuza paşa və Ərzurum hakimi Xəlil paşanın köməyə gəlməsi ilə mühasirədən əl çəkib geri döndü.
Sen-Siprien-syur-Durdu
Sen-Siprien-sür-Durdu (fr. Saint-Cyprien-sur-Dourdou, oks. Sent Cebrian) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Konk kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12218. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 26 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 813 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 442 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 335 nəfər iqtisadi cəhətdən fəal, 107 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.8%, 1999-cu ildə 66.9%).
Sen-Siprien-sür-Durdu
Sen-Siprien-sür-Durdu (fr. Saint-Cyprien-sur-Dourdou, oks. Sent Cebrian) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Konk kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12218. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 26 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 813 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 442 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 335 nəfər iqtisadi cəhətdən fəal, 107 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.8%, 1999-cu ildə 66.9%).
Sipadan adası
Mabul adası (malay Pulau Sipadan) — Sulavesi dənizində, Malay arxipelaqının tərkib hissəsini təşkil edən Malayziyaya məxsus ada. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Sönmüş vulkanın konusunu təşkil edir. Adanın sahəsi 0,13 km² təşkil edir. == Canlılar aləmi == Ada ətrafı sularda dəniz tısbağaları, müxtəlif növ balıqlar və köpək balıqlarını müşahidə etmək olar. Adanın özündə isə varanlara rast gəlinir. == Turizm == Mabul və Kapalay adaları ilə birlikdə Malayziyanın dayvinq və snorkelinq həvəskarları üçün əlverişli bölgələrdəndir. Sipadan bir milli parkdır. Hər gün adaya 120 nəfər turist gələ bilir. Bir günlük gediş haqqı 40 pinqitdir.
Sipahan FK
Sepahan — İranın futbol klubu.
Sipahi aşırımı
Sipahi aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 1825,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Parağa kəndindən 1,5 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında yerləşir.
Sipahilər
Sipahi (Osmanlı türkcəsi: سپاهی) — Osmanlı ordusunun ağır süvari əsgəri.
Sipahilər üsyanı
Sipahi üsyanı - Hindistanda ingilis müstəmləkəçilərinə qarşı milli- qurtuluş mübarizəsi. == Üsyanın səbəbləri və iştirakçıları == Üsyanın hərəkətverici qüvvəsi icma-kəndliləri və şəhər sənətkarları idi; hərbi qüvvəsi isə - əsasən əkinçi kastalardan təşkil olunan benqal ordusunun sipahi alayları; üsyana feodallar başçılıq edirdi. Şimali Hindistanda yerləşən benqal ordusunun tərkibində 21,4 min ingilis və 137,5 min hindli(112 min. piyada, 19,3 min süvari, 4,7 min topçu, 1,5 min sapör və minör) var idi. Üsyanın səbəbi: icma-kəndlilərinin üzərinə qoyulan və onların torpaqlarının itirilməsinə gətirən, verginin kəskin artırılması; sənətkarların, ingilis sənayesinin istehsal etdiyi məmulatlarla rəqabətə dözə bilmədiklərinə görə müflis olması; brahmanların vergi imtiyazlarının ləğv edilməsi; sipahilərin Benqaliyadan kənarda vuruşduqlarına görə aldıqları maaş artımından və başqa imtiyazlardan məhrum olunması; ingilislər tərəfindən iri feodallarının mülklərinin ılindən alınması; dini və kasta ziddiyətləri idi. 1857-ci ilin əvvəlində benqal ordusunda ingilislərə qarşı üsyan başladı. Fevral və martda üsyanlar Barrakpur şəhərində baş verdi. Sipahi alaylarında gizli özünüidarə orqanları yaranmağa başladı (pançayatlar), onların üzvləri ingilislərə qarşı ümumi üsyanın təbliğatını aparırdılar. Lakin üsyana hazırlıq pərakəndə gedirdi, ümumi mərkəz yox idi. Bilavasitə bəhanə isə, ingilis ordusunda Enfild tüfənginin tətbiq olunması idi.
Sipahilər üsyanı (1857-1859)
Sipahi üsyanı - Hindistanda ingilis müstəmləkəçilərinə qarşı milli- qurtuluş mübarizəsi. == Üsyanın səbəbləri və iştirakçıları == Üsyanın hərəkətverici qüvvəsi icma-kəndliləri və şəhər sənətkarları idi; hərbi qüvvəsi isə - əsasən əkinçi kastalardan təşkil olunan benqal ordusunun sipahi alayları; üsyana feodallar başçılıq edirdi. Şimali Hindistanda yerləşən benqal ordusunun tərkibində 21,4 min ingilis və 137,5 min hindli(112 min. piyada, 19,3 min süvari, 4,7 min topçu, 1,5 min sapör və minör) var idi. Üsyanın səbəbi: icma-kəndlilərinin üzərinə qoyulan və onların torpaqlarının itirilməsinə gətirən, verginin kəskin artırılması; sənətkarların, ingilis sənayesinin istehsal etdiyi məmulatlarla rəqabətə dözə bilmədiklərinə görə müflis olması; brahmanların vergi imtiyazlarının ləğv edilməsi; sipahilərin Benqaliyadan kənarda vuruşduqlarına görə aldıqları maaş artımından və başqa imtiyazlardan məhrum olunması; ingilislər tərəfindən iri feodallarının mülklərinin ılindən alınması; dini və kasta ziddiyətləri idi. 1857-ci ilin əvvəlində benqal ordusunda ingilislərə qarşı üsyan başladı. Fevral və martda üsyanlar Barrakpur şəhərində baş verdi. Sipahi alaylarında gizli özünüidarə orqanları yaranmağa başladı (pançayatlar), onların üzvləri ingilislərə qarşı ümumi üsyanın təbliğatını aparırdılar. Lakin üsyana hazırlıq pərakəndə gedirdi, ümumi mərkəz yox idi. Bilavasitə bəhanə isə, ingilis ordusunda Enfild tüfənginin tətbiq olunması idi.
Sipakan (Sərdəşt)
Sipakan (fars. سيپكان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 334 nəfər yaşayır (52 ailə).

Digər lüğətlərdə

барахо́льщица знаменоно́сец каса́тки ни в гро́ш одногоди́чный поло́м старода́вность фанфаро́нить вневре́менность гражда́нственный затыка́нье оби́деть отфы́ркаться перехлестну́ться погна́ть on-limits resequent therewithal wholly закруглять измотанный нефтехранилище объезжать приписывание штырь