SİQÁR

[ fr. cigare] Çəkmək üçün lülə şəkildə sıx bükülmüş tütün yarpaqları. Siqar çəkmək. Siqar fabriki.
– Çarşabın içindən gəlin əvəzinə Sərvər çıxıb, əlindəki siqarı tapança kimi uzadır Məşədi İbada tərəf. Ü.Hacıbəyov.
Mayor masa üstündən iki siqar aldı, birini Kurta verib, birini özü yandırdı. Ə.Əbülhəsən.
General da şəst ilə damağında siqarı; Dayanmış qərargahın o hündür eyvanında. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİQAR siqar bax papiros
SİKLÓN
SİQARABƏNZƏR

Digər lüğətlərdə