SİĞƏ
SİQARET
OBASTAN VİKİ
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Elektron siqaret
Elektron siqaret — tütün məhsulları ilə mübarizə yollarından biri.[mənbə göstərin] Elektron siqaretin xüsusi hazırlanmış tüstüsü var. Bu tüstü siqaret çəkən zaman elektron siqaretdən havadan ibarətdir. Onun tüstü vermə effekti öz xüsusiyyətlərinə görə seçilir. Belə ki, elektron siqaretdə yanma prosesi olmur və bu səbəbdən ziyanverici qazlar buraxmır. Həmçinin, onun tərkibində tənbəki yoxdur. Buna baxmayaraq bəzi ölkələrdə elektron siqaretlər də adi siqaretlərlə eyni tutularaq, onların çəkilməsi də qadağan edilmişdir. == Mədəniyyətdə == Turist filmində baş personaj (Conni Depp) elektron siqaret çəkir, amma sonra normal siqaretlərə keçməyə qərar verir. == Mənbə == Siqaretə yox deyirik!!!
Fironun siqarları
Fironun siqarları - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 4-cü hissəsidir.
Parlament (siqaret)
Parlament — Philip Morris tərəfindən satılan siqaret markasıdır. Ən yüksək bazar payına malik ölkələr Səudiyyə Ərəbistanı, Yaponiya, Argentina, İsrail, Qazaxıstan, Türkiyə, Rusiya, Monteneqro, Ukrayna və ABŞ-dır. 1931-ci ildə yaradılmışdır.
Qara qutu (siqaret)
Qara qutu — tütün məhsulları ilə mübarizə yollarından biri. İlk dəfə Avstraliyada tətbiq olunması qərara alınmışdır. Avstraliya parlamentində 2011-ci il avqustun 24-də qəbul olunan qərarın icrasına 1 iyul 2012-ci ildən başlanacaq. Avstraliyadan sonra isə bunu tətbiq etməyə hazırlaşan ikinci ölkə Türkiyədir. "Qara qutu"nun tətbiqində əsas məqsəd tütün məhsullarının cazibəsini azaltmaqla insanlara xəbərdarlıqların sayının artırmaqdır. Nəticə siqaret çəkmə faizinin düşməsinə, tütün istifadəsini azalmasına xidmət edir. Həmçinin siqaret markaları artıq tarixdə qalacaq. Belə ki, artıq siqaret markaları olmayacaq. Onları nömrələr əvəz edəcək. Məsələn, "4" nömrəli siqaret.
Siqaret
Siqaret (fr. cigarette – kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə — uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10–25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər. Siqaret kağızının əksəriyyəti kətandan hazırlanır. Onun tərkibinin 20–30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir. İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853–1856) sonra yayılmağa başlayıb.
Siqaret çəkdiyiniz üçün təşəkkürlər (film, 2005)
Siqaret çəkdiyiniz üçün təşəkkürlər — 2005-ci ildə ABŞ-də çəkilən film. Filmin baş qəhrəmanı Nik Neylor adlı karyerasının ən parlaq dövrünü yaşayan biridir. O böyük bir siqaret şirkətinin mətbuat katibi olaraq siqaret istehsalçılarının və siqaret çəkən insanların hüquqlarını müdafiə edir. Onun işi o qədər də asan deyil. Çünki o, hər kəsin bildiyi “Siqaret sağlamlıq üçün təhlükəlidir.” fikrinin tam əksini iddia etməyə çalışır. Əlbəttə buna görə onun qarşısında çox problemlər dayanır. Əsasən də insanların sağlamlığı barədə qurulan təşkilatlar və Amerika senatorlarından biri. Lakin Nik öz işini çox ustalıqla bacarır. Filmin çox maraqlı, ustalıqla qurulmuş ssenarisi var. Baxarkən həm güləcək, həm də düşünəcəksiniz.
Yataqda siqaret çəkməyin (film, 1986)
Elmi-kütləvi filmdə təsvir olunan əhvalat həyatdan götürülmüşdür. Burada siqaret çəkməyin insan sağlamlığına vurduğu böyük ziyandan danışılır. Eyni zamanda filmdə siqaret yandırılan odun laqeyidlik nəticəsində ətrafdakılar üçün nə qədər təhlükə törədə biləcəyi barədə söhbət gedir. Buna misal olaraq filmdə mehmanxanada baş verən yanğın göstərilmişdir. Film SSRİ Daxili İşlər Nazirliyi Yanğından Mühafizə Baş İdarəsinin sifarişi ilə çəkilmişdir.
Nyuport (siqaret)
Nyuport — hazırda R. J. Reynolds Tobacco Company şirkətinə məxsus olan və istehsal olunan Amerikan mentollu siqaret markası. Brend adı əvvəlcə Rhode İsland, Nyuport limanı üçün seçilib. Dünyanın ən çox satılan mentollu siqaret markasıdır.
Camel (siqaret)
Camel (Kemel) — hazırda ABŞ-də RJ Reynolds Tobacco Company və ABŞ-dan kənarda Japan Tobacco şirkətlərinə məxsus və istehsal olunan Amerika siqaret markasıdır Kemel siqaretlərində ən çox türk tütünü və Virciniya tütünün qarışığı istifadə olunur. Uinston-Salem, Şimali Karolina, RJ Reynolds şirkətinin qurulduğu şəhər, brendin populyarlığına görə "Camel City" ləqəbini alır.
Kent (siqaret)
Kent — Amerika siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company" və başqa yerlərdə "British American Tobacco" tərəfindən istehsal olunur. Brend "Lorillard Tobacco Company"nin keçmiş icraçı direktoru Herbert Kentin adını daşıyır. == Məhsullar == === Azərbaycan === Kent 1 Kent 4 (nazik) Kent 4 (qalın) Kent 8 Kent Mentol Kent Kristal – satışı dayandırılıb.
Yava (siqaret)
Yava — hazırda British American Tobacco-nun törəmə şirkəti olan BAT Russia-ya məxsus və istehsal olunan Rusiya siqaret markası. Yava brendi 1966-cı ildə yaradılıb və Sovet İttifaqında siqaret filtrləri istehsal edən ilk şirkət olub.

Digər lüğətlərdə