SİQLƏT

is. [ ər. ] Ağırlıq.
Havanı görmək olmur, amma onun varlığına şəkk yoxdur, hətta onun siqlətini, yəni vəznini belə bilmək mümkündür. H.Zərdabi.
Qız tutulub, heç bilməyir nə eləsin, nə? Sanki əzmiş siqlətilə güclü dağ onu. N.Xəzri.

// Məc. mənada.
Gəlin qurşunlardan tökək şeri biz; Hər sözün siqləti dönsün bir tona. S.Vurğun.
Kim deyər ki, bu dərdin siqlətinə qədərdir? R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİQLƏT sanbal — çəki — ağırlıq

Etimologiya

  • SİQLƏT Ərəbcə “ağırlıq” deməkdir, kökü s, q, l səslərindən ibarətdir (se ilə yazılır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SİQARÉT
SİQNÁL

Digər lüğətlərdə

кенды́рь манже́тка молочнотова́рный пельме́ни повсю́ду этике́т ячме́нный зазо́рный затемни́ться изыск спу́тываться узкоколе́йный горе banderilla cockcrowing Commie detrusion footboard red tape ship money supraspinal вздвоить геополитика картавость обмерзать