SİQNÁL

[ alm. Signal]
1. Hər hansı bir məlumatı, xəbəri, komandanı və s.-ni uzaqlara vermək üçün şərti səs və ya işıq işarəsi. İşıq siqnalı. Siqnal vermək. Hava siqnalı.
[Tahir] uzaqdan siqnal verdi. M.Hüseyn.
Hava təhlükəsi siqnalı arasıkəsilmədən eşidilirdi. Ə.Vəliyev.
Mehriban bütün gücünü toplayıb siqnallara cavab verməyə çalışır, lakin bacarmırdı. H.Seyidbəyli.

// məc. İşarə.
Fikrimiz və yolumuz sinifsiz gələcəyə siqnaldır. S.Vurğun.

2. məc. Arzuedilməz bir işin baş verdiyi və ya baş verə biləcəyi haqqında xəbərdarlıq, məlumat.
[Əlyarov Ərknaza:] …Sənin barəndə siqnal var, Riqadan hökumət mağazasının qiymətli şeylərini götürüb qaçmısan. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİQNAL işarə
  • SİQNAL xəbərdarlıq — məlumat
SİQLƏT
SİQNALÇI

Digər lüğətlərdə