İkinci hissə ərəbcədən alınmadır. Bəs sir? Bir neçə versiya mümkündür:
1. Söz çör-çöp qəlibi üzrə yaranıb.
2. Söz tərtəmiz (büsbütün, sapsarı, gömgöy..) modeli üzrə yaranıb.
3. Kəlmə iki müstəqil sözdən düzəlib.
4. Qaşqabaq modeli üzrə düzəlib və s. Birinci yaramır: sir dəyişir: sirini-sifətini bir günə salıb ki, (amma çör-çöpdə çör dəyişmir). ikinci də yaramır (sifət isimdir), 3-cü və 4-cü üzərində dayanmağa dəyər: hər ikisində tərəflər müstəqil sözdən əmələ gəlib. Sir(sırt)üst sözünün dəyişmiş formasıdır, söz bütövlükdə üst-baş (görkəm) kəlməsinin sinonimidir. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)