sirkə
sirlilik
OBASTAN VİKİ
Sirli ada
Sirli ada — Jül Vernin 1875-ci ildə qələmə aldığı “Sirli ada” əsəri hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayres Smit və onun dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir. == Məzmun == Onun yaradıcılığında "Sirli ada" romanı xüsusi bir yer tutur. Əsər qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi. Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər. Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır.
Sirli ulduz
Sirli ulduz - Məşhur belçikalı komiks yazıçısı Erjenin qələmə aldığı Tintin macəralarının bir seriyası. Bu seriyanın qəhrəmanı Yerə düşən meteoriti tapmaq üçün Şimal dənizinə yollanan müxbir Tintindir. "Sirli ulduz" Tintin macəralarının 10-cu hissəsidir. Macəra 1941-ci il 20 oktyabrından 21 may 1942-ci ilə qədər "Le Soir" qəzetində yayımlanmışdır. == Mövzu == Tintin bir isti yay günü Milu ilə gəzişərkən göydə əvvəl heç vaxt görmədiyi parlaq ulduz diqqətini çəkir. Ulduz haqqında məlumat almaq üçün rəsədxanaya baş vuran Tintin onun əslində ulduz yox, Yerlə toqquşacaq olan kometa olduğunu öyrənir. Dünyanın sonun gəldiyini düşünən Tintin kədərlənir. Amma sabahısı gün zəlzələdən başqa hadisə baş vermir. Astronomlar kometanın trayektoriyasını səhv hesablamışdılar. Kometa Yer ilə toqquşmamışdır, amma bir hissəsi Şimal dənizinə düşmüşdür.Bu hissə isə naməlum kimyəvi elementdən təşkil olunmuşdur.
Kapitol Hillin sirli soda avtomatı
Kapitol Hillin sirli soda avtomatı (ing. Capitol Hill's mystery soda machine) – ABŞ-nin Sietl şəhərinin Kapitol Hill bölgəsində yerləşən Coke avtomatı. 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərən avtomat 2018-ci ildə müəmmalı şəkildə yoxa çıxmışdır. Avtomatın kim tərəfindən idarə edildiyi naməlumdur. == Təsvir == Avtomatın üstündə 6 ədəd "? mystery ?" (azərb. ? müəmma ?‎) düyməsi vardı və düymələrin birinə basdıqda nadir içki konservləri düşürdü. Bu içkilər həm artıq ABŞ-da əldə oluna bilməyən, həm də 1980-cı illərdən satılmayan nadir içkilər idi. Məsələn, bu sirli avtomat vasitəsilə "Mountain Dew White Out", moruq dadlı "Nestea Brisk", "Hawaiian Punch", üzümlü "Fanta", "Vanilla Cokes", "Black Cherry Frescas" və "Sunkist Cherry Limead" kimi çox nadir içkiləri əldə etmək olurdu.

Digər lüğətlərdə

накиса́ние разъяре́ние умягча́ться хронопато́лог бури́ться голодо́вка зна́чить крепча́ть лесбия́нский лист напека́ться опа́льный успокои́тельно физи́ческий тяпасы extraditable false-hearted garland motto pampa snot-box toman unideal окроплять смолёный